RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN XƏZƏR MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ MEHDİ SƏFƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Prezident sarayında İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul etmişdir.
Mehdi Səfəri Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etmişdir ki, İran Prezidenti İƏT-in Azərbaycanda zirvə toplantısının yüksək səviyyədə keçirilməsindən və Prezident İlham Əliyev ilə görüşündən çox məmnun olduğunu bildirmişdir.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirmiş və onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.