RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİNİN MÜAVİNİ ATTA ƏL-MƏNNANI QƏBUL ETMİŞDİR
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta əl-Mənnanı qəbul etmişdir.
Görüşdə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin əhəmiyyəti vurğulandı, bu tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin islam dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə kimi qiymətləndirildi.
######