RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSVEÇRƏ KONFEDERASİYASININ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, NƏQLİYYAT, ENERGETİKA VƏ RABİTƏ DEPARTAMENTİNİN RƏHBƏRİ MORİTS LOYENBERGERİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda, onun üçün ayrılmış iqamətgahda İsveçrə Konfederasiyasının Ətraf Mühitin Mühafizəsi, Nəqliyyat, Energetika və Rabitə Departamentinin rəhbəri Morits Loyenbergeri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişafı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu müzakirə edildi. İsveçrə tərəfi Azərbaycanın bu sahədəki rolunu, ölkəmizdə nəqliyyat, rabitə, ətraf mühit və energetika sahəsində qazanılmış nailiyyətləri yüksək qiymətləndirdi, bu yöndə layihələrin Avropanın gələcəyi üçün vacib olduğunu bildirdi.