RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QARA DƏNİZ VƏ XƏZƏR DƏNİZİ SAHİBKARLAR KONFEDERASİYALARI BİRLİYİNİN VƏ TÜRK SƏNAYEÇİLƏRİ VƏ İŞ ADAMLARI BİRLİYİNİN PREZİDENTİ ARZUXAN DOĞANI, MƏRMƏRƏ QRUPU VƏQFİNİN SƏDRİ AKKAN SUVERİ VƏ ATA HOLDİNQİN BAŞ DİREKTORU ƏHMƏD ERENTOKU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi. Prezident İlham Əliyev belə tədbirlərin regional əməkdaşlıq məsələlərinə dəyərli töhfə verdiyini dedi.
Arzuxan Doğan bu konfransın keçirilməsini yüksək qiymətləndirdiklərini qeyd etdi. O, konfransın istər bütövlükdə region üçün, istərsə də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olacağını vurğuladı.