Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RESPUBLİKA GÜLƏŞ VƏ CÜDO FEDERASİYALARININ RƏHBƏRLİYİ, AVROPA ÇEMPİONATLARINDA MEDAL QAZANMIŞ İDMANÇILAR VƏ ONLARIN MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Milli Olimpiya Komitəsinin binasında respublika güləş və cüdo federasiyalarının rəhbərliyi, Avropa çempionatlarında medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.

Prezident İLHAM ƏLİYEV idmançıları təbrik edərək dedi:

- İdmançılarımız həmişə bizi sevindirirlər. Güləş və cüdo federasiyalarının səmərəli fəaliyyəti nəticəsində növbəti yarışlarda böyük qələbə əldə edilibdir. Avropa çempionatlarında qızıl, gümüş və bürünc medallar qazanılmışdır. Bu, böyük nailiyyətdir. Mən bu münasibətlə sizi təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram.

Güləş bizim üçün ənənəvi idman növüdür, milli idman növüdür və çox vacibdir ki, idmançılarımız bu növdə həmişə yüksək pillələrə qalxsınlar. Bu, hər bir idman növündə lazımdır, amma xüsusilə güləşdə. Çox sevinirəm ki, Namiq Abdullayev yenidən öz formasını bərpa edib və böyük nailiyyət əldə edibdir. O cümlədən başqa idmançılar da. Bu gözəl ənənədir və davam edir, yeni nəsil yetişir. Eyni zamanda, təcrübəli idmançılar da öz gücünü göstərirlər.

Cüdo idman növündə də Avropa çempionatında yaxşı nəticələr var. İndi siyahıya baxırdım, yeni adları tanımadım. Mən bütün idmançıları tanıyıram. Dedilər ki, təzə idmançıdır. Çox gözəl.

Sənin neçə yaşın var?

ELNUR MƏMMƏDLİ (cüdo üzrə Avropa çempionu): 17 yaşım var.

İLHAM ƏLİYEV: Kifayət Qasımova da böyük nəticə əldə edibdir. O, çox təcrübəli idmançıdır. Amma, deyəsən, ilk dəfə medal əldə edibdir. Həm də medal qazanan ilk qadın idmançıdır. Bu da çox yaxşı göstəricidir ki, qızlar da yarışlarda uğurla çıxış edirlər. Mən indi taekvondoçularla görüşdüm. Onlar da bir qızıl medal qazanıblar. Çox yaxşı nəticədir.

Azərbaycanda idman inkişaf edir. İdman ölkəsi kimi Azərbaycan artıq özünü dünyaya təqdim edibdir və bu gözəl ənənələr davam edir. Mən də həmişə olduğu kimi, idmana rəhbərlik edirəm. Baxmayaraq ki, başqa vəzifəm də var, amma bu vəzifə də mənim üçün çox əzizdir. Artıq 10 ilə yaxındır ki, idmançılarla birlikdəyəm. Ona görə hər dəfə yeni uğur olanda, yaxud da yeni cavan idmançı öz gücünü göstərəndə həmişə sevinirəm. Bu, davam etməlidir. Bu gün istədim sizinlə görüşüm, qələbələr münasibətilə sizi təbrik edim və sizə yeni-yeni uğurlar arzulayım.

Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov çıxış edərək, ölkəmizin artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini söylədi. O dedi:

- Möhtərəm cənab Prezident, hörmətli idmançılarımız, məşqçilərimiz!

Hesab edirəm, bu gün hamımız fürsət əldə etmişik ki, cənab Prezidentlə görüşə toplaşmışıq və Azərbaycan idmançılarını belə yüksək səviyyədə təmsil edirik. Cənab Prezident, bunun üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanda yeni-yeni idmançılar, yeni çempionlar yetişir, böyüyür. Bunun hamısının zəmini Sizin idmana olan qayğınızdır. Həqiqətən, Azərbaycanda təkcə idmanın kütləviliyi üçün yox, peşəkar idmanın inkişafı üçün də çox gözəl şərait yaradılmışdır. Azərbaycan artıq beynəlxalq miqyaslı yarışların keçirildiyi ölkəyə çevrilmişdir.

Mən fürsətdən istifadə edərək, Sizə müraciət etmək istəyirəm. İyunun 23-də 6 ölkədə keçirilən Qızıl qran-pri yarışının final mərhələsi ilk dəfə Azərbaycanda olacaqdır. Artıq 28 ölkə bu mötəbər yarışda iştirak edəcəyini təsdiqləyibdir. Yarış ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, 10 min tamaşaçı yeri olan möhtəşəm sarayda keçiriləcəkdir. Hesab edirəm ki, bütün iştirakçı ölkələrin nümayəndələri Azərbaycanda idmana göstərilən qayğının, idmanın necə inkişaf etdiyinin bir daha şahidi olacaqlar.

FİLA-nın prezidenti Rafael Martinetti Azərbaycana, Bakıya gəlir. Demək olar ki, FİLA-nın bütün idarə heyəti Azərbaycanda olacaqdır. Bu da böyük bir beynəlxalq təşkilatın Azərbaycana olan hörmət və etimadıdır. Cənab Prezident, bu yarışın final mərhələsinin Azərbaycanda keçirilməsi bizim xalqımıza, ölkəmizə və şəxsən Sizə göstərilən böyük bir hörmətin daha bir təzahürüdür.

Sonra çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov gələn il Bakıda olimpiya lisenziya turnirinin keçiriləcəyini bildirdi, idmançılarımızın yaxın gələcəkdə də uğurlar qazanacağına ümidvar olduğunu söylədi. O dedi ki, cənab Prezident, sonuncu Avropa çempionatında 38 ölkənin nümayəndələri iştirak edirdi. Azərbaycan komanda hesabında Fransa, Almaniya və Rusiyadan sonra 4-cü yerə çıxdı. Sizin dediyiniz kimi, həqiqətən, uzun illərdir bizdə gənc idmançılara, yeniyetmələrə böyük diqqət verilir. Sizə məlumat vermək istəyirəm ki, 1998-ci ildən indiyədək Azərbaycan yığma komandası yeniyetmələrin Avropa çempionatında 4 dəfə birinci yerə layiq görülüb, digər hallarda isə hər il mükafatçı olubdur. Bizim olimpiya ehtiyatımız məhz bu idmançıların hesabına artır.

Siz düzgün qeyd etdiniz ki, bu gün idmanda yeni adlar meydana çıxır. Onlardan 9 idmançımız olimpiya ehtiyat qüvvəsi hesab edilə bilər. Digər idmançıların adlarını Siz bilirsiniz, hamısı respublikada tanınırlar. Yəni, deyə bilərik ki, Pekin Olimpiya oyunlarına hazırlaşacaq 17 idmançımız var. Onların lisenziya qazanması üçün potensial imkanları vardır. Digər tərəfdən, qarşıdakı bir-iki il ərzində bir neçə idmançımız da yetişəcəkdir. Sizin tapşırığınız əsasında Azərbaycan Cüdo Federasiyası beynəlxalq əlaqələrini genişləndirir. Bu ilin avqustunda Bakıda “A” kateqoriyalı turnir, gələn il lisenziya turniri keçiriləcəkdir.

İLHAM ƏLİYEV: Olimpiya oyunlarına lisenziya turniri Bakıda keçiriləcək, danışmısınız?

FÜZULİ ƏLƏKBƏROV: Bəli, danışmışıq, 10 gün bundan əvvəl təsdiqi gəldi. Biz aprel ayında bu məsələ ilə əlaqədar beynəlxalq federasiyanın rəhbərini Bakıya dəvət etmişdik. Bu məsələ öz həllini tapdı. Bizim idmançılarımız indiyə kimi müxtəlif beynəlxalq yarışlarda himnimizin səslənməsinə, bayrağımızın ucaldılmasına nail olublar. Cənab Prezident, bilirik ki, Sizin arzunuz idmançılarımızın Olimpiya oyunlarında uğurla çıxış etməsidir. İdmançılarımız buna çox böyük məsuliyyətlə yanaşırlar. İnşallah, Pekin Olimpiya oyunlarında nəticələr əldə edəcəyik.

İLHAM ƏLİYEV: Sağ olun, mən də buna inanıram. Biz həm Sidneydə, həm də Afinada medallara çox yaxın idik. Deyəsən, Sidneydə Rəsul Səlimov 5-ci yer tutmuşdur. Onun 3-cü yer tutmağa şansı var idi. Afinada Mövlud Mirəliyev mükafata çox yaxın idi. Mehman Əzizov da Rusiya idmançısı ilə son görüşdə yarışırdı. Yəni, bir az bəxt gətirmədi. Amma bu dəfə mən də uğura inanıram.

Ancaq görürəm ki, bu dəfə medal qazananlar ancaq cavanlardır. Tanınmış idmançılar iştirak etməyiblər, yoxsa necə?!

AĞAYAR AXUNDZADƏ (cüdo üzrə baş məşqçi): Cənab Prezident, Elçin İsmayılov iştirak etməmişdir. Gələn ildən yarışlara qoşulacaq, məşqlərini davam etdirir.

İLHAM ƏLİYEV: O, keçən il 3-cü dəfə çempion olubdur.

AĞAYAR AXUNDZADƏ: Bəli. Mövlud Mirəliyev də cərrahiyyə əməliyyatı keçiribdir.

İLHAM ƏLİYEV: Hələ yarışır? Yaşı da bir az çoxdur.

AĞAYAR AXUNDZADƏ: Bəli, bir az yaşlıdır. Mehman Əzizovun da şansı var idi. Amma nədənsə, bəxti gətirmədi.

İLHAM ƏLİYEV: Rəsul Səlimov idmanda çıxışlarını bitiribdir.

AĞAYAR AXUNDZADƏ: İki dəfə cərrahiyyə əməliyyatı keçiribdir. Bu, ona imkan vermir.

İLHAM ƏLİYEV: Heyif, çox ümidverici idmançı idi.

Görüşün sonunda dövlətimizin başçısı iştirakçılarla xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib