Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RESPUBLİKA MOK-UN 15 İLLİK YUBİLEYİNDƏ İŞTİRAK EDƏN BİR SIRA ÖLKƏLƏRİN MİLLİ OLİMPİYA KOMİTƏLƏRİNİN VƏ İDMAN FEDERASİYALARININ RƏHBƏRLƏRİNİ VƏ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Prezident sarayında respublika Milli Olimpiya Komitəsinin 15 illik yubileyində iştirak edən bir sıra ölkələrin milli olimpiya komitələrinin və idman federasiyalarının rəhbərlərini və nümayəndələrini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:

-Mən qonaqlarımızın hamısını Azərbaycanda salamlayıram. Çox şadam ki, bizim dəvətimizi qəbul etmisiniz və yubiley tədbirində iştirak edirsiniz.

Olimpiya Komitəsinin 15 illiyi - ölkəmizin həyatında çox mühüm hadisədir. Olimpiya Komitəsinin yaşı təxminən bizim müstəqil dövlətimizin yaşı qədərdir. Çox şadıq ki, bu illər ərzində həm bizim beynəlxalq əlaqələrimiz möhkəmlənmişdir, həm də Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı çox sürətlə gedir.

Azərbaycanla sizin təmsil etdiyiniz ölkələr arasında çox yaxşı münasibətlər yaranmışdır, o cümlədən idmanın, olimpiya hərəkatının inkişafı sahəsində yaxşı əlaqələr qurulmuşdur. Biz müxtəlif tədbirlərdə vaxtaşırı görüşürük. Bakı artıq iri beynəlxalq idman yarışlarının keçirildiyi şəhərə çevrilməkdədir. Bu da, əlbəttə, idmanın, olimpiya hərəkatının və ümumiyyətlə ölkələrimiz arasında, idmançılar arasında, idmanın inkişafında iştirak edən bütün insanlar arasında münasibətlərin inkişafına kömək edir. Ümidvaram ki, Bakıya səfəriniz sizin üçün xoş olacaqdır. Əminəm ki, yaxşı proqram tərtib edilmişdir ki, siz bizim idman obyektləri və şəhərimizlə tanış ola biləsiniz. Təəssüf ki, sizin başqa şəhərlərə getməyə imkanınız olmayacaqdır, indi biz həmin şəhərlərdə çoxlu idman obyektləri tikmişik. Son vaxtlarda 13 iri olimpiya idman kompleksi tikilmişdir və belə komplekslər hələ çox tikiləcəkdir. Lakin Bakıda da sizin üçün kifayət qədər maraqlı olacaqdır. Bir daha xoş gəlmisiniz. Sizə ən xoş arzularımı bildirir, uğurlar diləyirəm. Arzum budur ki, bizim şəhərdə olmağınız yadınızda qalsın. Mənə belə gəlir ki, sizlərdən bəziləri Bakıya ilk dəfə gəlmişdir, bəziləri isə burada dəfələrlə olmuşdur. Lakin şəhər dəyişir, ona görə də hətta əvvəllər burada olanlar da indi nə isə yeniliklər görəcəklər. Bir daha xoş gəlmisiniz. 

Polşa Milli Olimpiya Komitəsinin prezidenti PYOTP NUROVSKİ bildirdi ki, Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi idman sahəsində əlaqələrin inkişafına da təsir göstərir. O dedi:

-Hörmətli cənab Prezident!

Əvvələn, dəvət üçün çox sağ olun. Azərbaycan Olimpiya Komitəsinin 15 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək böyük şərəfdir. Polşa Olimpiya Komitəsi adından Sizi bu əlamətdar yubiley münasibətilə təbrik etmək istəyirəm. Biz çox şadıq ki, Azərbaycanda idman, ilk növbədə, olimpiya idmanı dinamik inkişaf edir. Sizə gələcəkdə, birinci növbədə, Pekində keçiriləcək Olimpiya oyunlarında böyük uğurlar arzulayırıq.

Mən Bakıya ilk dəfədir ki, gəlmişəm və ölkənizin paytaxtında tikinti işlərinin miqyası, ən əvvəl, gözəl idman kompleksi mənə çox güclü təsir bağışlamışdır. Bizim səfərimizdən və yubileyinizdən xatirə kimi Sizə Polşa Olimpiya Komitəsindən rəmzi hədiyyələr vermək istəyirəm.

Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti VLADİMİR VASİN Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları Prezident İlham Əliyevin ölkədə olimpiya hərəkatına böyük diqqət ayırması ilə əlaqələndirdi. O dedi:

-Əvvələn, icazə verin, bu təntənələrdə iştirak etməyə dəvət olunduğum üçün Sizə təşəkkürümü bildirim. Doğrudan da, ilk baxışdan 15 il hələ yetkinlik yaşı demək deyildir, lakin idman üçün bu, istedadların üzə çıxdığı yaşdır. Bu yaşda gənclər idman ustası, beynəlxalq dərəcəli idman ustası olur, gələcək üçün böyük imkanlar açılır. İndi Sizin respublikada idman sahəsində baş verən hadisələrə fikir verdikcə düşünürəm ki, Azərbaycan idmanının böyük gələcəyi var. Biz böyük idmanın nədən başlandığını xatırlayırıq. Sizin idmançılar ilk Olimpiadada bir medal qazanmışdı, indi isə bu medalların sayı artıq 5-ə çatmışdır. Tamamilə əminəm ki, Pekində medalların sayı on olacaqdır.

Rusiya Olimpiya Komitəsinin prezidenti Leonid Vasilyeviç Tyaqaçov öz ürək sözlərini yazmış və məndən xahiş etmişdir ki, imkan olsa, onları oxuyum:

-“Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan MOK-un prezidentinə.

Əziz İlham Heydər oğlu, Sizi və respublikanızın idman ictimaiyyətinin bütün nümayəndələrini Milli Olimpiya Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu illər ərzində Azərbaycanda olimpiya hərəkatı xeyli möhkəmlənmişdir. Azərbaycan idmançıları Sovet İttifaqının seçmə komandalarının heyətlərində ən yüksək beynəlxalq səviyyəli yarışlarda sanballı uğurlar qazanmış sələflərinin şanlı ənənələrini davam etdirirlər. Bizim xalqlarımızın müştərək idman qəhrəmanları var, biz onlarla fəxr edirik. Biz bilirik ki, Azərbaycan Respublikasının rəhbərliyi səmərəli sosial siyasət yeridir və bunun sayəsində getdikcə daha çox insan böyük idman yolunu seçir, böyük idman isə perspektivli dəstələr hesabına möhkəmlənir.

Azərbaycan dövlətinin liderinin həm də ölkənin Milli Olimpiya Komitəsinə başçılıq etməsinin rəmzi mənası var. Biz qardaş ölkənin idmançılarının uğurlarına ürəkdən sevinirik. Qarşılıqlı münasibətlərimiz etibarlı münasibətlər kimi qalır və biz bir-birimizə kömək etməklə bu münasibətləri daim möhkəmləndirəcəyik. Sizə ən xoş arzularımı bildirirəm. Dərin hörmətlə, Sizin Leonid Tyaqaçov”.

Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti QOQİ TOPADZE Azərbaycanın sürətli iqtisadi tərəqqisini, eləcə də respublikada idmanın inkişafını təkcə Qafqaz regionu üçün deyil, dünyanın bir çox ölkəsi üçün də örnək kimi qiymətləndirdi. O dedi:

-Cənab Prezident, mənə Gürcüstan Olimpiya Komitəsi və bizim olimpiyaçılar adından Sizi bu yubiley münasibətilə təbrik etmək şərəfi nəsib olmuşdur. Demək istəyirəm ki, Azərbaycanda idman infrastrukturunun coşğun inkişafı bizi çox sevindirir. Rusiya nümayəndəsinin dediyi kimi, biz əminik ki, gələcək Olimpiya oyunlarında sizin idmançılar 5 yox, 10, 15 medal qazanacaqlar. Biz sizin idmançılara azarkeşlik edəcəyik, xüsusən ona görə ki, 2016-cı ilin yay Olimpiya oyunları Bakıda keçirilə bilər. Azərbaycan Prezidentinin eyni zamanda Olimpiya Komitəsinin prezidenti olmasını, müdrik və dahi Heydər Əliyevin oğlu olmasını nəzərə alsaq, bu məqsədə nail olacaqsınız. Biz belə hesab edirik və ümidvarıq ki, Olimpiya oyunları ilk dəfə Qafqazda, Cənubi Qafqazda keçiriləcəkdir. Dəvət üçün çox sağ olun. Sizi təbrik etməyimə çox şad oldum. Sizə böyük uğurlar arzulayıram.

Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti ƏRDOĞAN ARİPİNAR Azərbaycan Milli Olimpiya Komitəsinin 15 ildə qazandığı uğurların qardaş Türkiyədə doğurduğu qürurdan söhbət açdı. O dedi:

-Özümüzü kiçik qardaşımızın doğum gününə gəldiyimiz kimi hiss edirik. MOK 15 yaşına çatdı. Çox uzun danışmaq istəmirəm, atanızı rəhmətlə anarkən, onun söylədiyi sözləri hər zaman xatırlayırıq: “Biz bir millət, iki dövlətik”. Türkiyə bunu belə bilir. İnşaallah, gördüyünüz böyük işlərlə, idmana verdiyiniz böyük önəmlə qarşıdakı Olimpiya oyunlarında Azərbaycanın bayrağı şərəflə yüksələcəkdir. İndi isə bu gözəl hədiyyəni Türkiyə Milli Olimpiya Komitəsi adından Sizə təqdim etmək istəyirəm.

Latviya Milli Olimpiya Komitəsinin prezidenti ALDONİS VRUBLEVSKİS Azərbaycan idmançılarının bundan sonra da yeni zirvələr fəth edəcəyinə əmin olduğunu bildirdi. O, Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edərək dedi:

-Siz çox iş görürsünüz, lakin hələ görüləsi işlər daha çoxdur. Biz bu yubileyi payızda qeyd edirik, payızda isə, adətən, məhsul yığırlar. Ona görə də mən Sizə məhsul yığmaq üçün kiçik bir anbar modeli bağışlamağı özümə şərəf sayıram. Burada üzərində milli latış naxışları olan əl işi - kəmər var. O, Kosmos ilə Yerin birləşməsinin, ailənin, dostluğun rəmzidir. Bu hədiyyəni Latviya Olimpiya Komitəsi adından sizə bağışlayır və ümidvar olduğumu bildirmək istəyirəm ki, Olimpiya hərəkatının, idman hərəkatının vəhdəti, xalqlarımızın dostluğu bundan sonra da tərəqqi edəcəkdir.

Litva Olimpiya Komitəsi adından çıxış edən səfir KESTUTİS KUDZMANAS Bakıda diplomatik fəaliyyətlə məşğul olduğu yarım il ərzində aldığı təəssüratını bölüşərək dedi:

-Cənab Prezident, mənim bəxtimə burada səfir olmaq və bizim Litva Olimpiya Komitəsi ilə bilavasitə bağlı olmaq şərəfi düşmüşdür. Mən Litva Olimpiya Komitəsinin təsisçisi, Baş Assambleyanın üzvü olmuşam. Bizim Olimpiya Komitəsinin prezidenti cənab Arturas Povilyunas xahiş etmişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illik yubileyi münasibətilə onun təbriklərini şəxsən Sizə çatdırım. Şəxsən mən son yarım ildə Sizin ölkənizin idman uğurlarını müşahidə edirəm, ölkənizdə tikilmiş olimpiya kompleksləri mənə güclü təsir bağışlamışdır. Onlar Pekin Olimpiya oyunlarında qələbələr qazanmaq və 2016-cı ilin yay Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün həqiqətən gözəl zəmindir. İcazə verin, Sizə Litva Olimpiya Komitəsi adından təbrikləri yetirim, Litva ilə Azərbaycanın dostluğunun rəmzi olan suveniri təqdim edim.

Dördqat olimpiya çempionu, Belarus Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun rektoru YELENA BELOVA Azərbaycan MOK-un 15 illik yubileyi münsibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə təbriklərini çatdırdı və öz ölkəsinin Milli Olimpiya Komitəsinin ali mükafatını təqdim etdi.

Ukrayna Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü VADİM QUTSAYT Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqəti ölkə əhalisinin sağlamlığına və fiziki kamilliyinə qayğı kimi qiymətləndirdi. O dedi:

-Mən Sizi Ukrayna Milli Olimpiya Komitəsi adından salamlayıram. Mən qılıncoynatma üzrə Olimpiya çempionuyam. Çox sevinirəm, bilirəm ki, Siz idmanın bu növünü sevirsiniz. Bu növdə ölkənizin mövqeləri çox möhkəmdir. Mən Sizi Afina Olimpiya oyunlarında görmüşəm. Sizin öz ölkənizin yığma komandasına necə azarkeşlik etdiyinizi görmüşəm. Ölkə Prezidentinin həm də Milli Olimpiya Komitəsinin prezidenti olması, idmanı sevməsi çox gözəl haldır. Ukrayna Olimpiya Komitəsinin prezidenti Sergey Bubkanın təbrikini Sizə çatdırmaq istərdim: “Hörmətli Prezident, əziz həmkarlar. Ukrayna Olimpiya Komitəsi adından Sizi Milli Olimpiya Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan həmişə özünün gözəl idman ənənələri və bacarıqlı atletləri ilə ad çıxarmışdır. Çox yaxşı haldır ki, siz bu ənənələrə hörmət bəsləməklə yanaşı, onları daha da artırırsınız. Son illərdə Sizin rəhbərlik etdiyiniz Milli Olimpiya Komitəsi ölkənizdə Olimpiya hərəkatının inkişafında və olimpiya ideyalarının populyarlaşdırılmasında irəliyə doğru böyük addım atmışdır. İnanıram ki, biz idmanın inkişafı naminə, xeyirxahlıq, əmin-amanlıq və idman qələbələri naminə bundan sonra da Sizinlə səmərəli əməkdaşlıq edəcəyik.

Hörmətlə, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, olimpiya çempionu Sergey Bubka”.

Arzu edirəm ki, bizim dövlətlərimiz arasında - Azərbaycan və Ukrayna arasında sülh və dostluq həmişə tərəqqi etsin.

Moldova Milli Olimpiya Komitəsinin vitse-prezidenti VYAÇESLAV MALUNAY Azərbaycanın dinamik inkişafının ona xoş təsir bağışladığını vurğulayaraq dedi:

-Hələ 5 gün bundan əvvəl mən Azərbaycana gələcəyimi bilmirdim. Buraya gələndən sonra mən xəcalət çəkdim ki, 50 il ərzində bir dəfə də Azərbaycanda olmamışam. Əlbəttə, burada gördüklərim məni heyrətləndirdi. Burada güclü, yaxşı dinamika var. Moldova Respublikasının Olimpiya Komitəsi, Təhsil və Gənclər Nazirliyi adından Sizi əlamətdar tarix, Milli Olimpiya Komitəsinin 15 illiyi münasibətilə təbrik etmək istəyirəm. Bu 15 ildə Siz çox iş görmüsünüz. Azərbaycanın olimpiadalardakı qələbələrinin dinamikası bunu bir daha təsdiq edir: 1996-cı ildə bir medal, 2000-ci ildə üç medal, 2004-cü ildə beş medal qazanmısınız. Sizi əmin etmək istəyirəm ki, Moldova xalqı sizin idmançıların uğur qazanmasını Azərbaycan xalqı ilə birlikdə gözləyəcəkdir.

Prezident İLHAM ƏLİYEV səmimi sözlərə görə qonaqlara təşəkkür edərək dedi:

-Həqiqətən, idman elə bir sahədir ki, orada bütün xalqlar birləşir. İdmançılar da yarışlarda bir-biri ilə ünsiyyət saxlayır, dostlaşırlar, idman mübarizəsində qarşılaşdıqda onların hər biri qalib gəlməyə çalışır, sonra isə qucaqlaşaraq bir-birini təbrik edirlər. Bunlar insani dəyərlərdir. İdman hər bir ölkənin ictimai həyatında ən mühüm amillərdən biridir. Ölkələr də özlərini dünyaya idman vasitəsilə təqdim edirlər. Bu, xüsusən gənc ölkələrə, yaxın vaxtlarda müstəqillik əldə etmiş, dünyada çoxlarının, bəlkə də, heç tanımadığı ölkələrə daha çox aiddir. Ölkənin bayrağı qaldırılanda və onun himni səslənəndə həmin ölkə idman vasitəsilə özünü dünyaya tanıdır. Hamımızın bildiyi kimi, bu baxımdan Olimpiya oyunları heç bir başqa şeylə müqayisə edilə bilməyəcək hadisədir. Olimpiya hərəkatı həm idman hərəkatı, həm ictimai hərəkat, həm də bütövlükdə xeyirxahlıq və dostluq kimi dəyərlər təlqin edən bir hərəkatdır. Buna görə də mən çox şadam ki, artıq 10 ildir olimpiya hərəkatı ilə bağlıyam. Məhz bu il mənim Olimpiya Komitəsinə rəhbərlik etməyə başlamağımın 10 ili tamam olmuşdur. Bu müddətdə çox şeyə nail ola bilmişik - həm qazanılan medallara görə, həm infrastrukturun yaradılmasına görə. Ən başlıcası isə, idmançılar və idman bölmələrində məşğul olan uşaqlar əsl vətənpərvər və fiziki cəhətdən sağlam insanlar kimi böyüyür. Onlar idmanla məşğul olanda, təbii ki, narkomaniyadan, alkoqolizmdən və digər zərərli vərdişlərdən uzaq olurlar. Hər bir dövlət güclü olduqda özünə arxayın olduğu kimi, fiziki cəhətdən güclü insan da həmişə özünə arxayın olur. Yəni, idman insanlara bu inamı verir. Digər tərəfdən, əgər insan fiziki cəhətdən güclüdürsə o, bir qayda olaraq, heç kəsi incitməz, əksinə, başqalarının incitdiyi adamı müdafiə edər. Deməli, idman xeyirxahlıq amilidir. Biz də idmana məhz bu kontekstdən yanaşırıq. Bu, sadəcə, ölkənin nüfuzu, medal və ya hər hansı çempionatın keçirilməsi demək deyildir. İdman ölkədə cərəyan edən bütün ictimai proseslərə son dərəcə geniş təsir göstərir. Biz də Azərbaycanda həm idmançılara kömək etməyə, həm sosial problemləri həll etməyə, həm də idman infrastrukturu yaratmağa çalışırıq. İndi biz hər bir rayonda beynəlxalq yarışlar keçirmək mümkün olan iri olimpiya mərkəzləri yaradırıq. Yeri gəlmişkən, bu, təkcə Bakıya aid deyil. Məsələn, iki il bundan əvvəl Qubada voleybol üzrə qran-pri yarışları keçirilmişdi. Həmin turnirdə qadınlardan ibarət 8 aparıcı voleybol komandası iştirak edirdi. Özü də bu şəhər Bakıdan 200 kilometr aralıda yerləşir. Ölkəmizdə idman kompleksləri, mehmanxanalar tikilir, hər cür şərait yaradılır. Biz çalışırıq ki, beynəlxalq yarışları hər yerdə keçirmək mümkün olsun. İndi bütün şəhərlərdə üzgüçülük hovuzları tikirik. Sizə deyə bilərəm ki, oraya təkcə idmançılar deyil, sağlam olmaq istəyən hər kəs gedir.

Əlbəttə, biz beynəlxalq əlaqələri də inkişaf etdiririk. Çünki idman insanları birləşdirir. Elə ölkələr var ki, bir-biri ilə yaxşı münasibətdədir. Elələri də var ki, münasibətləri o qədər də yaxşı deyil. Lakin bunun idmana aidiyyəti yoxdur, əksinə, idman ölkələri bir-birinə yaxınlaşdıran amildir. Ona görə də ölkəmizdə idmanın necə inkişaf etməsi məni çox sevindirir, beynəlxalq əlaqələrimiz məni sevindirir.

Bizim dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu əlaqələri daim davam etdirmək lazımdır ki, xalqlarımız bir-birinə yaxınlaşsınlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur