Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RESPUBLİKA TAEKVONDO FEDERASİYASININ RƏHBƏRLİYİ, AVROPA ÇEMPİONATLARINDA MEDAL QAZANMIŞ İDMANÇILAR VƏ ONLARIN MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RESPUBLİKA TAEKVONDO FEDERASİYASININ RƏHBƏRLİYİ, AVROPA ÇEMPİONATLARINDA MEDAL QAZANMIŞ İDMANÇILAR VƏ ONLARIN MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Milli Olimpiya Komitəsinin binasında Respublika Taekvondo Federasiyasının rəhbərliyi, Avropa çempionatlarında medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.

Dövlətimizin başçısı idmançıları təbrik etdi, idmanın bu növünün ölkəmizdə sürətlə inkişaf etdiyini bildirərək dedi:

- Taekvondo Federasiyasının uğurları bizi çox sevindirir. Artıq sizin qələbələriniz ənənəvi xarakter daşıyır. Müxtəlif beynəlxalq yarışlarda çox uğurla çıxış edir və Vətənə böyük mükafatlarla qayıdırsınız. Son müddət ərzində bir neçə idmançı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Beləliklə, bu, həm ölkəmizdə taekvondo idman növünün inkişafını təmin edir, eyni zamanda, Azərbaycanın idman şöhrətini ucaldır.

Hamımız yaxşı xatırlayırıq ki, iki il bundan əvvəl Afinada Yay Olimpiya oyunlarında bizim idmançılarımız medallara çox yaxın olmuşdular. Ancaq hakimlərin ədalətsiz qərarlarına görə medal ala bilməmişdik. Amma buna baxmayaraq, mübarizə əzminiz qırılmadı, əksinə, siz o ədalətsizliyə qarşı öz iradənizi ortaya qoymusunuz və Olimpiadadan keçən dövr ərzində müxtəlif yarışlarda çox yaxşı çıxış etmisiniz. Ona görə, bu gün mən bu münasibətlə sizi təbrik etmək istəyirəm. Öz minnətdarlığımı bildirmək istəyirəm ki, siz Azərbaycanın bayrağını həmişə yüksəklərdə saxlayırsınız və qələbə ənənələri davam edir.

Qarşıda başqa çempionatlar olacaq, Olimpiya oyunlarına artıq iki il qalıbdır. Şübhəsiz ki, siz də bunu nəzərə alaraq, Olimpiya oyunlarına hazırlaşırsınız. Mən əminəm ki, biz Olimpiya oyunlarına lisenziya qazanacağıq və taekvondoçular öz çıxışları ilə bizi sevindirəcəklər. Sizi bir daha salamlayıram, bütün qələbələr münasibətilə təbrik edirəm.

Federasiyanın rəhbərliyini təbrik edir və onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bilirəm ki, sizin beynəlxalq əlaqələriniz də möhkəmlənir. Kəmaləddin Heydərov Beynəlxalq Taekvondo Federasiyası İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilibdir. Bu, çox böyük göstəricidir. Yəni dünya idman aləmi, Beynəlxalq Taekvondo Federasiyası sizin qələbənizi etiraf edir. Çünki idman belədir ki, hər şeyi medallar həll edir. İşlər yaxşı təşkil oluna, çox gözəl tədbirlər keçirilə bilər, Azərbaycanda da çempionatlar keçirilə bilər və keçirilir də. Ancaq əgər medal yoxdursa, nəticə yoxdursa, onda bunun əhəmiyyəti faktik olaraq itir. Sizdə həm gözəl nəticələr var, eyni zamanda, bütün təşkilati məsələlər öz həllini tapır.

Beynəlxalq Taekvondo Federasiyası ilə çox yaxşı əlaqələriniz var. Səhv etmirəmsə, Beynəlxalq Taekvondo Federasiyasının başçısı, prezidenti Azərbaycanda iki dəfə olmuşdur. Yəni burada gedən işlərlə tanış olubdur. Artıq üç ilə yaxındır ki, burada gözəl Taekvondo Mərkəzi fəaliyyət göstərir. Biz onu 2003-cü ildə bərabər açmışdıq və ondan sonra böyük mərkəzə çevrilibdir. Bilmirəm, regionda yerləşən başqa ölkələrdə belə mərkəzlər var, yoxsa yox. Hər halda, inanmıram ki, olsun. Yəni siz bu məsələlərə hərtərəfli yanaşmısınız. Belə olan halda, əlbəttə, nəticələr də olacaqdır.

Federasiya, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri - hamısı birlikdə işləyir və beləliklə, bizim qələbələrimizi təmin edirlər. Ona görə sizi bir daha təbrik edirəm və idmançılara yeni-yeni uğurlar arzulayıram.

X X X

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov görüşdə çıxış edərək, ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğıdan danışdı, bu qayğının dünya idman təşkilatları tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O dedi: möhtərəm cənab Prezident, bu gün bizi qəbul etdiyinizə, bizim idmançılar, federasiya haqqında dediyiniz xoş sözlərə və işimizə verdiyiniz yüksək qiymətə görə bütün idmançılar, taekvondoçular adından Sizə dərin təşəkkürümüzü bildiririk. Qarşımıza qoyduğunuz əsas məqsədə çatmaq - Olimpiya oyunlarında medallar qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.

Bildiyiniz kimi, mayın 26-28-də Avropa çempionatında 12 idmançımız iştirak edirdi və onlar 5 medal - 1 qızıl, 3 gümüş və 1 bürünc medal gətirmişlər. Sevindirici haldır ki, Şəhrun Yusifova da medala layiq görülmüşdür. Ulu öndərimiz Azərbaycan gəncliyinə müraciətində deyirdi ki, sağlam bədəndə sağlam ruh olar. Taekvondoçular da bu sözləri rəhbər tutmuşlar. Bu gün Azərbaycanda bölmələrdə 15 mindən artıq gənc taekvondo ilə məşğul olur. Gənclərin artıq yeni nəslinin taekvondoya marağı artıbdır, İlkin Şahbazov Avropa çempionu adını qazanmışdır. Balaca uşaqlar da bu idman növü ilə məşğul olurlar. Tanınmış idmançılardan Niyaməddin Paşayev zədələndiyinə görə çempionatda 5-ci yerə çıxmış, Rəşad Əhmədov isə 2-ci yeri tutmuşdur. Bütün bunlar Sizin gənclər və idman siyasəti sahəsində apardığınız işlərin nəticəsidir.

Möhtərəm cənab Prezident, bu yaxınlarda Vyetnamda gənclər arasında dünya çempionatı olacaqdır. İdmançılarımız orada Azərbaycanı təmsil edəcəklər. Ola bilsin, orada bir məsələ də həll edilsin. Yəni, növbəti dünya çempionatı Azərbaycanda keçirilsin. Biz buna çalışırıq.

İLHAM ƏLİYEV: Siz əvvəl də keçirmişdiniz.

KƏMALƏDDİN HEYDƏROV: Avropa çempionatı idi.

İLHAM ƏLİYEV: Bu, yaxşı olar.

KƏMALƏDDİN HEYDƏROV: Biz Olimpiadaya lisenziyalar əldə etmək istəyirik.

İLHAM ƏLİYEV: Keçən Olimpiadada iki idmançı, Niyaməddin Paşayev ilə Rəşad Əhmədov iştirak edirdilər.

KƏMALƏDDİN HEYDƏROV: Bəli, bu dəfə iki qız, iki oğlan idmançı hazırlaşdırırıq.

İLHAM ƏLİYEV: Artıq Şəhrun Yusifova medal qazanıbdır. Bu, çox yaxşıdır.

KƏMALƏDDİN HEYDƏROV: Finalda uduzduğu İspaniya idmançısı ikiqat dünya çempionu, üçqat Avropa çempionudur.

İLHAM ƏLİYEV: Növbəti dəfə udar. Sənin neçə yaşın var?

ŞƏHRUN YUSİFOVA: İyirmi iki.

İLHAM ƏLİYEV: İdmanla çoxdan məşğul olursan?

ŞƏHRUN YUSİFOVA: 3 ildir.

KƏMALƏDDİN HEYDƏROV: Cənab Prezident, idmançıların sosial qayğılarına diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

İLHAM ƏLİYEV: İlin sonunda növbəti mükafatlar olacaqdır. Siz də öz siyahınızı verin. Biz gərək idmançıları mükafatlandıraq, ev şəraitlərini yaxşılaşdıraq. Yəqin ki, dekabr ayında buna kompleks şəkildə baxacağıq. Amma, əlbəttə, indi başqa imkanlar olarsa, həll etməliyik.

Bu uğurlar onu göstərir ki, indi yeni uşaqlar, cavanlar yetişir. Əsas odur ki, uşaq, yeniyetmə idmanı olmasa, ölkədə idman inkişaf edə bilməz. Demək olar ki, bizim idmançılarımızın tam əksəriyyəti öz yetirmələrimizdir. Əvvəllər xaricdən dəvət edirdik. Yadımdadır, 2000-ci ildə. 2004-cü ildə Olimpiya oyunlarında faktik olaraq yox idi. Bizim öz istedadlarımız var, gənclər çox güclüdürlər. Azərbaycanda idman çox inkişaf edir. İndi hər bir yerdə, hər bir bölgədə olimpiya idman kompleksləri tikilir. Gənclər orada məşqlərə başlayır, sonra müxtəlif yarışlarda çıxış edirlər. Şəhrun taekvondo ilə cəmi 3 ildir məşğul olur. Əgər hamınız taekvondoya bu qədər diqqət göstərməsəydiniz, bəlkə də o, başqa idman növü ilə məşğul olardı, yaxud da heç məşğul olmazdı. İndi məşğul olmaq üçün hər cür imkan var. İdman belədir ki, əgər ənənə varsa, o, daim saxlanılmalıdır. Bizim ənənəvi növlərimiz var. Məsələn, Azərbaycanda həmişə güləş olubdur. Taekvondo heç vaxt olmayıbdır. Bəziləri heç bilmirdi ki, bu nədir. 1980-ci illərdə karate çox məşhur olubdur. O vaxt karateyə rəsmi icazə verilmirdi. Amma taekvondonun ənənələrini siz yaradırsınız, özü də qısa müddət ərzində. Faktik olaraq biz buna Sidneydə fikir verdik. Biz sübut edirik ki, idman ölkəsi kimi möhkəmlənirik. Əlbəttə, Pekin Olimpiya oyunları daha da çətin olacaqdır. Çünki çinlilər çox ciddi hazırlaşırlar. Onlar ümumiyyətlə, vəzifə qoyublar ki, bütün medalları qazansınlar. Belə ki, orada idman sahəsində belə inkişaf getdiyinə görə çətin olacaqdır. Hansı idman növlərində də iştirak etmirlər, yaxud zəif çıxış edirlər, o növlərə də böyük diqqət göstərirlər. Yəni, Pekində çətin olacaqdır. Ona görə gərək indidən hazırlaşasınız.

X X X

Sonra Prezident İlham Əliyev taekvondo üzrə Avropa çempionatının mükafatçıları və Taekvondo Federasiyasının nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub