Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib YENİLƏNİB -2 VİDEO

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyə şadam. Azərbaycana xoş gəlmisiniz. Yaxşı bir ənənədir ki, artıq illər boyu biz sizi qəbul edirik. Bizim nazir də mütəmadi surətdə sizin ölkədə olur. Sizin səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.

Deməliyəm ki, ötən il münasibətlərimizin çox dinamik xarakteri ilə əlamətdar olub. Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək.

Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik.

Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər.

Əlbəttə, bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik.

Əlbəttə, bizim münasibətlərimizin və bugünkü danışıqlarımızın gündəliyi mənim haqqında danışdığım istiqamətlərlə məhdudlaşmır. Buna görə gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Əminəm ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq. Bir daha xoş gəlmisiniz.

x x x

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Prezident Putinin səmimi salamlarını və dostcasına arzularını çatdırıram. O, bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir. Sizin dediyiniz kimi, bu günlərdə biz ötən il Sizin Rusiya Federasiyasına səfəriniz zamanı müvafiq Bəyannamənin imzalanmasının ildönümünü qeyd edirik. Şübhəsiz ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi. Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir.

Biz, həmkarım - Azərbaycanın xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramovla daim əyani və indi deyildiyi kimi, onlayn təmaslarda oluruq. Həm də şübhəsiz ki, bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir.

Əlbəttə, biz mədəni əlaqələrin inkişafında maraqlıyıq. Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək.

Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır. Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizin vurğuladığınız kimi, heç şübhəsiz, regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq.

Məni qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm və əminəm ki, bu səfər Prezident Putin ilə Sizin müəyyənləşdirdiyiniz istiqamətlər üzrə irəliləməyə kömək edəcək.

x x x

Prezident İlham Əliyev: Çox sağ olun, Sergey Viktoroviç. Mən də Sizdən xahiş etmək istərdim ki, mənim salamlarımı və ən xoş arzularımı Vladimir Vladimiroviç Putinə çatdırasınız, həmçinin Heydər Əlirza oğlu Əliyevin xatirəsinə bu cür xoş münasibətə görə təşəkkürümü bildirəsiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib YENİLƏNİB -2 VİDEO

Naziri Türkiyə ilin sonuna qədər svop sxemi ilə 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq

Tədqiqat: Qan dövranını yaxşılaşdıran siqnal molekulu piylənmə ilə əlaqəli insulin müqavimətini artırır

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

Çempionlar Liqası: “Bavariya”dan səfər qələbəsi, “Milan” “Feyenoord”a uduzub

“Liverpul” Mersisayd derbisində qələbəni əldən verib

Pentaqon: ABŞ enerji resurslarının qiymətini aşağı salmaqla Rusiyanı danışıqlara məcbur edəcək

Zelenski: Kiyev ABŞ-dan təbii ehtiyatlarla bağlı saziş layihəsi alıb

DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb

Gəncədə “Sosial media və təhsil” mövzusunda görüşlər davam etdirilir

Cənubi Qafqaz regionunda cərəyan edən proseslər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər

Putinlə Tramp arasında telefon danışığı olub

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib

Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

Azərbaycanda keçiriləcək MDB Oyunlarında digər ölkələrin idmançıları da çıxış edə bilərlər

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib

UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

Əlcəzair Avropaya qaz ixrac edəcək transsəhra boru kəmərinin inşasını sürətləndirir

İlon Mask NATO-nu tamamilə yenidən qurmağa çağırıb

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu - ŞƏRH

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsi ilə qlobal siyasətdə diqqət çəkən bütün suallara aydınlıq gətirdi ŞƏRH

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar müəyyənləşib

Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib

Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır - ŞƏRH

“Mətnin aktual problemləri” monoqrafiyası çapdan çıxıb

Ötən il “Yaşıl Kart” sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib

Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir MÜSAHİBƏ

Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

Politoloq: Fransanın siyasətinə böyük etimadsızlıq yaranıb

Dövlət Komitəsinin sədri: Keçən il Uşaq və Ailələrə Dəstək mərkəzlərinin xidmətlərindən 25 min 354 nəfər faydalanıb

E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin STRUKTURU

AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ƏSASNAMƏSİ

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Britaniya hökuməti miqrantların deportasiyası üçün 392 milyon funt sterlinq ayırır

Avropa İttifaqı qazın qiymətləri ilə bağlı yeni məhdudiyyətlər barədə fikirləşir

Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Şalva Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması ədalətsizlik deyil, siyasi qisasdır

"Arsenal"ın aparıcı futbolçusu üçün mövsüm erkən başa çatıb

“Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib

Böyük Britaniya saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi BMU-da infosessiya təşkil edib

Keçən il Naxçıvanda 2683 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Prezident Hasan Şeyx Mahmud: Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik

Somali Prezidenti: Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir

Azərbaycan Prezidenti: Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir

Qobustanda sahibkarlarla görüş keçirilib

Prezident: Azərbaycan güclü müdafiə sənayesi potensialını yaradıb

AMEA şərqşünasları Moldovada keçirilən beynəlxalq konfransda məruzə ediblər

Prezident İlham Əliyev: Bu səfər Azərbaycanla Somali arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ötən ilin yekunları müzakirə olunub

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Macarıstanda unikal onkoloji cərrahiyyə əməliyyatı uğurla nəticələnib

“Culfa” gömrük postunda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb

Şəhidə həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirilib

Azərbaycan və Özbəkistan elmi əməkdaşlıq əlaqələrini genişləndirir

"Abşeron" voleybol klubunun baş məşqçisi: Avrokuboklarda tarix yazmaq istəyirik - MÜSAHİBƏ

Əlcəzair Fransadan idxalı sıfra endirir

Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib

Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb

Cəlilabadda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Paşinyan Qərbi Azərbaycan İcması barədə iddiaları ilə reallığı təhrif edir ŞƏRH

Azərbaycan badmintonçusu: İspaniya ilə matçda uğur qazana biləcəyimizə inanıram

BƏƏ-nin naziri: 2050-ci ilədək 20 milyarddan çox robot insanlara xidmət edəcək

Abşeron rayonunda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub

Əgər Ermənistan səmimidirsə, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır ŞƏRH

Yanvarda 18 milyona yaxın sərnişin Bakı metrosundan istifadə edib

Balakəndə yanğın təhlükəsinə görə meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Prezident Hasan Şeyx Mahmud: “ASAN xidmət” dövlət xidmətləri sahəsində ən yüksək peşəkarlıq səviyyəsidir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

“DokuBaku” festivalı “DokuTur” proqramını elan edib

Şalva Papuaşvili: Azərbaycan dövləti və xalqı Gürcüstana dəstəyini sübut edib