Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “XALQ YAZIÇISI” VƏ “XALQ ŞAİRİ” FƏXRİ ADLARINA LAYİQ GÖRÜLMÜŞ BİR QRUP ƏDƏBİYYAT XADİMİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Prezident sarayında “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarına layiq görülmüş bir qrup ədəbiyyat xadimi - Çingiz Abdullayev, Gülhüseyn Abdullayev (Hüseynoğlu), Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Zəlimxan Yaqubla görüşmüşdür.

Prezident İLHAM ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Keçən il sizə “Xalq yazıçısı”, “Xalq şairi” yüksək fəxri adları verdim. İstəyirəm bu gün nişanları sizə təqdim edim. Çoxdan istəyirdim ki, görüşək. Amma vaxt məhdudluğundan imkan olmurdu. Sizi şəxsən bir daha təbrik etmək istəyirəm. Siz uzun illərdir ki, ədəbiyyat sahəsində çox fəal işləyirsiniz. Demək olar ki, Azərbaycanın ən görkəmli şair və yazıçılarısınız. Mən də çox şadam ki, bu yüksək adları sizə təqdim edirəm.

Bilirsiniz ki, bəzi hallarda ki, müxtəlif fikirlər olur, bu fəxri adlar olsun, ya olmasın. Əlbəttə, xalq məhəbbəti, xalq sevgisi hər şeydən üstündür və siz öz fəaliyyətinizlə, yaradıcılığınızla bunu sübut etmisiniz. Belə fikirlər var ki, bu adlara ehtiyac yoxdur. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki görkəmli mədəniyyət xadimlərinə dövlət də öz tərəfindən münasibətini bildirməli, onların fəaliyyətini qiymətləndirməlidir. Ona görə mən hesab edirəm ki, bu ənənə yaşamalıdır və Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir.

Biz artıq 15 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Ondan əvvəl, əsrlər boyu Azərbaycan dövlət müstəqilliyindən məhrum olmuşdur. Bizim xalqımız müəyyən dövrlərdə müstəmləkə şəraitində, müəyyən dövrlərdə başqa formada başqa ölkələrin tərkibində yaşamışdır. Sual olunur, necə olub ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz xüsusiyyətlərini saxlamışdır? Azərbaycan xalqı assimilyasiyaya məruz qalmamış, öz tarixi keçmişini qoruyub saxlaya bilmişdir?

Mən hesab edirəm ki, müxtəlif amillər olubdur. Amma onların içərisində ana dili və ədəbiyyat ən başlıca amildir. Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Azərbaycanın keçmişində bütün dövrlərdə sənət adamları - şairlər, yazıçılar ictimai-siyasi həyatda da həmişə çox fəal olmuşlar. Bəlkə də başqa keçmiş sovet respublikaları ilə müqayisə etsək görərik ki, məhz Azərbaycanda bu sahəyə həmişə böyük maraq olmuşdur. Deyə bilərəm ki, bizim yazıçılarımız, şairlərimiz Azərbaycanda ən populyar insanlardır. Keçmişdə də belə olub və bu gün də belə olmalıdır.

Düzdür, bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi bir yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər o bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq, eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir. Əlbəttə, bunda yazıçıların, şairlərin əvəzsiz rolu vardır.

Biz hamımız istəyirik ki, ölkəmiz daha da müasirləşsin, zənginləşsin, qüdrətlənsin və bütün amillər bunda mühüm rol oynamalıdır. Ona görə mən çalışıram ki, bu sahə də daim diqqətlə əhatə olunsun. İqtisadi nailiyyətlərlə yanaşı, bu sahədə də böyük irəliləyiş olsun. Cəmiyyət bunu tələb edir və Azərbaycanın hərtərəfli inkişafı bunu tələb edir. Çalışıram ki, öz fəaliyyətimdə bu prinsipləri eyni səviyyədə saxlayım və beləliklə, ölkəmizin normal, hərtərəfli inkişafına daha da sürətlə nail olaq.

Sizi bir daha görməyimə də şadam. Sizi bu hadisə münasibətilə təbrik edir və uğurlar arzulayıram.

X X X

İndi isə icazə verin, mən nişanları təqdim edim.

Sonra Çingiz Abdullayevə, Gülhüseyn Abdullayevə (Hüseynoğlu), Nəriman Həsənzadəyə, Sabir Rüstəmxanlıya və Zəlimxan Yaquba “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mətni oxundu.

Dövlətimizin başçısı İlham Əliyev görüş iştirakçılarına nişanları və vəsiqələri təqdim etdi.

“Xalq yazıçısı” adına layiq görülən Azərbaycan Yazıçılar Birliyinin katibi ÇİNGİZ ABDULLAYEV ürək sözlərini çatdıraraq dedi:

- Çox sağ olun ki, bu gün Siz şəxsən özünüz vaxt tapıb nişan və vəsiqələri bizə təqdim etdiniz. Öz adımdan deyə bilərəm ki, bu, mənim üçün çox gözlənilməz oldu. Mən bunu Sizə demişəm, indi də deyirəm: hesab edirəm, bundan sonra da çalışmalıyam ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı inkişaf etsin, bütün dünyada bizi tanısınlar. Söz verirəm, indiyədək necə işləmişəmsə, eləcə də işləyəcəyəm ki, bizi bütün dünya tanısın. Azərbaycan yazıçılarını, onların əsərlərini dünyanın hər yerində tanısınlar. Çox sağ olun.

Xalq şairi NƏRİMAN HƏSƏNZADƏ yüksək fəxri ada görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi, Prezident İlham Əliyevin Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

- Bu, yaxşı fürsətdir, bir az söhbətləşək. İndi hansı məsələlər var, hansı problemlər var, narahatedici məqamlar nədir, mən necə kömək edə bilərəm. Çünki bilirsiniz, mən bir daha demək istəyirəm, bu, çox vacib sahədir. Ölkəmizin inkişafının möhkəmlənməsi üçün, xalqımızın daha da tərəqqisi üçün, bütövlükdə, bu humanitar sahəyə böyük diqqət göstərilməlidir. Mən də çalışıram başqa cəhətlərdən, maddi cəhətdən kömək edim. Əlavə nə kimi tədbirlər görülməlidir? Misal üçün, kitablarımızın latın qrafikası ilə çap olunmasına qısa müddət ərzində nail olduq. Əlbəttə, bu, böyük hadisədir. Amma dövlət, hökumət başqa hansı tədbirləri görməlidir ki, biz bu işdə istədiyimizə daha da tezliklə nail olaq. Bəlkə hansısa təklifləriniz var, hansısa narahatedici məsələlər var?

Xalq şairi SABİR RÜSTƏMXANLI dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, mən də təşəkkür etmək istəyirəm. İstənilən bir qələm adamı üçün şübhəsiz, ən böyük ad, mükafat xalq şairi və xalq yazıçısı olmalıdır. Çünki ömrün boyu millət üçün yazırsan və bundan yüksək ad yoxdur. Bu fəxri adın rəsmi sənədini, vəsiqəsini Sizin əlinizdən almaq bizə çox xoşdur.

Azərbaycanın tarixində bəxti gətirməyən bir zümrə varsa, o da ziyalılardır. Bütün tariximiz boyu ziyalılar döyülüblər, söyülüblər, dərisi soyulub, dar ağacından asılıb, çox müsibətlər görüblər. Bu gün bu otaqda mərhum Prezidentimiz Heydər Əliyevin xatirəsi və ruhu qarşısında bir şeyi etiraf etməliyəm, onun dövrü bəlkə də Azərbaycan tarixinin yeganə dövrü olub ki, ziyalılar bu qədər ciddi qayğı görüblər.

Rəssama, bəstəkara, şairə, alimə - bütün ziyalılara son dərəcə yüksək qiymət verilibdir. Biz bunu onun özünün iştirakı ilə dəfələrlə demişik. Onun ziyalılara xüsusi bir münasibəti var idi. Ziyalısız bir millətin perspektivinin olmadığını gözəl hiss edirdi, bilirdi. Həmişə, bütün şəraitlərdə, lap SSRİ-nin sərt çərçivələri dövründə də Azərbaycan ziyalılarını çox yüksək səviyyədə təbliğ edirdi. Biz SSRİ Yazıçılar İttifaqına gedəndə divarda Sosialist Əməyi Qəhrəmanlarının şəkilləri arasında birdən-birə dörd azərbaycanlını görəndə sevinirdik ki, heç bir respublikada belə bir hal yoxdur. Mən sevinirəm ki, həmin ənənə, başqa sahələrdə olduğu kimi, bu gün də davam edir, yaşayır.

Ən ağır vaxtlarda bizim ziyalılara Prezident təqaüdünün verilməsini də demək istəyirəm. Bəzi MDB ölkələrindən maraqlanırdılar ki, ziyalılarınızın vəziyyəti necədir. Deyəndə ki, Azərbaycanda belə bir ənənə var, onlar doğrudan da heyrətlənirdilər. Təbii ki, hamının, xalqın vəziyyəti yaxşılaşmalıdır. Amma bir də fərdlər var ki, onlar tarixin yetişdirdiyi xüsusi adamlardır. O adamları çətin dövrdə xilas etmək, əslində, ölkənin mədəniyyətinə və gələcəyinə xidmətdir. Bu iş görülüb və bu gün də davam edir və ona görə Sizə çox minnətdaram. Mən istəyirəm ki, Azərbaycan ziyalılarına Prezident səviyyəsində olan münasibət kiçik idarələr tərəfindən pozulmasın. Bəzən xırda məmurlar ziyalını, sənət adamını nəzərə almır. Çünki o sahəni bilmir və buna görə də həmin sahəyə yabançı baxır. Gərək onlar da bu münasibəti nəzərə alsınlar.

1989-cu ildə Bakıda “Səadət” sarayının bir hissəsi Bakı Şəhəri İcra Hakimiyyətinin qərarı ilə Ziyalı evi kimi təsdiq olunmuşdur. Bakı kimi bir şəhərdə Ziyalı evi yoxdur. Yaradıcılıq evləri var, o da bəzi insanlar üçündür. Amma ümumi bir Ziyalı evinin olması zəruridir və Azərbaycanın bütün elitar ziyalı təbəqəsi orada görüşə, yığışa, müəyyən tədbirlər keçirə bilər. Məncə, buna ehtiyac vardır.

İLHAM ƏLİYEV: Çox sağ olun ki, vacib məsələyə toxundunuz. Doğrudan da, gərək bütün məmurlar, bütün dövlət strukturlarında işləyənlər ziyalılara daha böyük diqqət və qayğı ilə yanaşsınlar. Mənim mövqeyim belədir. Hamımız bilirik ki, hər bir cəmiyyəti irəliyə aparan, tərəqqiyə aparan, inkişaf etdirən aparıcı qüvvə var. Bu, həm siyasi elitadır, eyni zamanda, ziyalı elitasıdır. Yəni cəmiyyətin önündə gedənlərdir. Onlar bütün dövrlərdə, - bunu hər bir ölkəyə şamil etmək olar, - ölkənin uğurlarını müəyyən ediblər, təmin ediblər. O cümlədən Azərbaycanda da. Ona görə ziyalılar cəmiyyətimizin elitasıdır və ölkənin inkişafı xeyli dərəcədə onların fəaliyyətindən asılıdır. Belə olan halda, ziyalı insanlara maksimum dərəcədə qayğı, diqqət göstərilməlidir, onlar yaxşı yaşamalıdırlar.

Bilirsiniz, indi biz özümüzü keçmişdə olan bəzi xoşagəlməz hallardan təmizləyirik. Amma etiraf etməliyik ki, sovet dövründə ziyalı insanlara xüsusi münasibət var idi, yəni çox təqdirəlayiq münasibət var idi. Onların maddi vəziyyəti, təminatı, yaradıcılıq evlərinin tikintisi - bütün bunlar var idi. Biz bunu etiraf etməliyik. Sovet İttifaqı dağılandan sonra, əlbəttə ki, bütün respublikalar çətin vəziyyətə düşdü. İlk növbədə, bütün təsərrüfat əlaqələri kəsildi və beləliklə, hər bir respublika, artıq müstəqil ölkə çətinliklərlə üzləşdi, o cümlədən də Azərbaycan. Belə olan halda, əlbəttə, mədəniyyət sahəsinə diqqət azalmışdı. Ona görə yox ki, siyasət belə idi. Ona görə ki, imkan yox idi, maddi imkanlar yox idi.

Hamımız yaxşı xatırlayırıq ki, 1990-cı illərin əvvəllərində, daha doğrusu, 1990-cı illərin ortalarına qədər Azərbaycanda çox ciddi iqtisadi böhran yaşanırdı. Ancaq indi ölkəmiz güclənir, maddi imkanlarımız artır və ilk növbədə, ziyalı insanların bütün təminatı daha da yüksək olmalıdır. Prezident təqaüdlərinin təsis edilməsi də bu məqsədi güdürdü. Çünki hansısa işlə, ticarətlə, yaxud da bizneslə məşğul olan insanlar özlərini təmin edirdilər. Ancaq yazıçı, alim, ziyalı insan çətin vəziyyətə düşürdü. Çünki onun qazancı onun kitablarından əldə edilən gəlirlər idi, qonorarlar idi. Kitablar isə çap olunmurdu, vəsait ayrılmırdı. Belə olan halda, bu insanlar çox çətin vəziyyətə düşdülər. Bir vaxt olduqları ən qabaqcıl mövqelərdən ən çətin vəziyyətə düşdülər. O cümlədən, akademiya üzvləri. Siz bunları yaxşı bilirsiniz. Biz bunları bərpa etməliyik. Prezident təqaüdlərinin təsis edilməsinin məqsədi də məhz bunda idi.

İndi imkanlarımız daha da genişdir. Ona görə mən istəyirəm biz bu sahədə daha da geniş proqramlar müəyyən edək. Həm bizim görkəmli yazıçılarımızı, mədəniyyət xadimlərimizi, eyni zamanda, gənc istedadları gərək dəstəkləyək. Gənc nəsil yetişməlidir. Sizdən sonrakı nəsil gərək bütün o gözəl ənənələri yaşatsın. Bu baxımdan bütün bu məsələlərə gərək kompleks şəkildə baxaq. Ona görə mən sizdən də təklif gözləyirəm ki, bu işləri daha da səmərəli şəkildə aparaq.

O ki qaldı Azərbaycanda gedən proseslərə, mən hesab edirəm, bu, müsbət istiqamətdə inkişaf edir. İndi həm bölgədə, həm də dünyada ölkəmizin mövqeləri möhkəmlənir. Azərbaycanın seçdiyi yol düzgün yoldur. Bunu həyat, praktika sübut edir. Prezident kimi mənim də əsas məqsədim Azərbaycanı daha da möhkəmləndirmək, insanların həyat səviyyəsini yaxşılaşdırmaq və bütövlükdə, ölkəmizi qorumaqdır. Çünki indi dünya və bizim bölgə, necə deyərlər, elə bir dövrə qədəm qoyur ki, müəyyən risklər artır. Bəzi hallarda təhlükələr artır. Azərbaycanın yerləşdiyi bölgə çox həssas bölgədir. Burada müxtəlif maraqların toqquşması da baş verir. Azərbaycanın nüfuzu və önəmi artır. Əlbəttə, bunun çox müsbət əlamətləri var. Eyni zamanda, bizə maraq da, diqqət də artır. Bəzi hallarda bu maraqlar burada toqquşur.

Bilirsiniz, həmişə mən demişəm ki, ilk növbədə, Azərbaycanın milli maraqları qorunmalıdır və biz onları təmin etməliyik. Bu gün və gələcəkdə ilk növbədə, Azərbaycanın təhlükəsizliyi təmin olunmalıdır ki, bizim xalqımız rahat yaşasın. Bizim siyasətimiz belədir ki, özümüzə aid olmayan məsələlərə müdaxilə etmirik, heç bir başqa ölkənin daxili işlərinə qarışmırıq. Bu, bizim prinsipial siyasətimizdir. Bütün dost, tərəfdaş ölkələrlə səmərəli münasibətlər qurulmasının tərəfdarıyıq.

Bir daha deyirəm, indiki dövrdə biz hər şeyi etməliyik ki, ölkəmizi qoruyaq. Bunu etmək üçün, əlbəttə, iqtisadi potensial möhkəmlənməlidir. Bizim bölgədəki mövqelərimiz güclənməlidir. Bunu etmək üçün, şübhəsiz ki, ikitərəfli müstəvidə, regional əməkdaşlıq çərçivəsində qonşu dövlətlərlə, tərəfdaşlarla münasibətlər daha da möhkəmlənməlidir. Daxildə gedən proseslər müsbət istiqamətdə inkişaf etməlidir. Aşkarlıq, demokratikləşmə, ictimai nəzarət - bütün bunlar bir-birilə çox bağlı olan məsələlərdir.

Mən bir neçə dəfə demişəm, iqtisadi cəhətdən güclü olmaq hələ o demək deyil ki, bütün məsələlər həllini tapacaqdır. Biz dünya təcrübəsini də, keçmişi də, tarixi də bilirik, oxumuşuq, öyrənmişik. Əgər ictimai quruluş insanlara məhdudiyyətlər tətbiq edirsə, heç bir iqtisadi irəliləyiş uğura gətirib çıxarmaz. Sovet İttifaqının təcrübəsini o dövlətdə yaşamışıq. İqtisadi cəhətdən, təbii ehtiyatlar, neft, qaz, sənaye kompleksi, hərbi sənaye - bütün sahələrdə ən zəngin ölkə idi. Amma ölkə dağıldı. Nəyə görə? Çünki ictimai quruluş belə idi ki, onun davamlı inkişafı mümkün deyildi. Bu, nə vaxtsa qurtarmalı idi. Elə də oldu.

Ona görə iqtisadi islahatlar, sərbəst bazar iqtisadiyyatı, eyni zamanda, azad cəmiyyət, demokratik cəmiyyət - yalnız və yalnız bunların sintezi uğura gətirib çıxara bilər. Sadəcə olaraq, baxmaq lazımdır ki, hansı ölkələr bu gün dünyada gedən proseslərə təsir edir, onları müəyyən edir, hansı ölkələr, sadəcə olaraq, buna passiv tamaşa edir. Onda görərik ki, o ölkələr öndədir ki, orada həm iqtisadi, həm də siyasi cəhətdən, ictimai məsələlər baxımından işlər düzgün qurulubdur. Biz də istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün bütün bu amillər bir-birilə çox bağlıdır və böyük əhəmiyyət kəsb edir.

Bizim böyük nailiyyətimizdir, bizim böyük uğurumuzdur ki, Azərbaycanda daxildə vətəndaş cəmiyyəti yaradılması sahəsində işlər görülür, vətəndaş həmrəyliyi var, yekdil fikir var. Azərbaycanın bütövlükdə gələcək inkişafı ilə bağlı ictimaiyyətdə fikir ayrılığı yoxdur. Çox vacibdir ki, biz bilirik haraya gedirik. Biz gələcəyi, 5 ildən sonra, 10 ildən sonra, 20 ildən sonra nə olacağını görməliyik. Bu gün Azərbaycanın uzunmüddətli inkişaf strategiyası müəyyən olunur, çünki ölkə yeni bir dövrə qədəm qoyur. Müstəqillik qazanıldıqdan sonrakı birinci dövr başa çatıbdır. O, kiçik dövrlərə də bölünə bilər, amma bütövlükdə bu, artıq başa çatıbdır. İqtisadi çətinliklər, torpaqlarımızın işğal olunması, bölgədəki gərginliklər və böhrandan çıxmaq məsələləri və sabitləşmə prosesi.

Bu gün yeni dövr başlayır. Bu, sırf Azərbaycanın inkişafı ilə bağlı dövr olacaqdır. Mən demişəm və bir də demək istəyirəm ki, Azərbaycanda yoxsulluq, işsizlik aradan qaldırılacaq, güclü sənaye potensialı yaranacaq və ölkəmiz demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedəcəkdir. Yəni bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsindən başqa mən bizim qarşımızda elə ciddi problem görmürəm. Mən əminəm ki, biz onu da həll edəcəyik. Bizim buna iradəmiz də çatır, gücümüz də çatır. Sadəcə olaraq, istəyirik bunu sülh yolu ilə həll edək ki, qan tökülməsin, müharibə olmasın.

Ancaq bilirsiniz ki, biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırlaşırıq. Çünki biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə barışmayacağıq. Ermənistanın mövqeyi qeyri-konstruktivdir. Faktik olaraq, indi onlar çıxılmaz vəziyyətdədirlər. Çünki həm siyasi, həm tarixi, həm də ümumi cəhətdən haqsızdırlar. Dağlıq Qarabağ tarixi baxımdan, siyasi cəhətdən Azərbaycan torpağıdır. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və indi siyasi cəhətdən Azərbaycan Ermənistandan qat-qat üstün mövqelərə malikdir. Hüquqi cəhətdən də həmçinin. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ daxil olmaq şərtilə tanıyır. Belə olan halda, hansı güzəştlərdən söhbət gedə bilər? Bizim ermənilərə, Ermənistana məxsus olan nəyimiz var ki, onlara güzəşt edək. Biz onlara güzəşt edə bilmərik. Ərazi bütövlüyü güzəşt predmeti ola bilməz. Güzəşt ondan ibarət ola bilər ki, bəli, məsələnin həlli üçün sülhməramlı qoşunlar gələ bilər. Biz buna hazır ola bilərik. Halbuki, buna razılıq vermək o qədər də asan məsələ deyildir. Çünki bilirsiniz ki, Azərbaycanda heç bir başqa ölkənin silahlı birləşmələri yoxdur. Bu, bizim prinsipial mövqeyimizdir. Bəzən bu barədə də çox şayiələr gəzir ki, Azərbaycanda hansısa hərbi baza yaradılacaqdır. Mənim mövqeyim açıqdır, hesab edirəm ki, buna ehtiyac yoxdur. Mən belə bir ehtiyac duymuram. Bizim bütün ölkələrlə münasibətlərimiz qarşılıqlı hörmət, dostluq müstəvisində aparılmalıdır. Yenə də deyirəm, hər bir ölkə kimi, biz də ilk növbədə, öz milli maraqlarımız haqqında fikirləşməliyik və bunu təmin edirik. Yəni ki, bu güzəşt ola bilər.

Digər tərəfdən, Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsinə razılıq böyük güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur. Mən bəyan etmişəm, bir də deyirəm, dünyada hansı muxtariyyət statusu varsa, onun ən yüksək variantını biz burada tətbiq etməyə hazırıq. Bundan başqa güzəşt ola bilməz!

Əlbəttə, Ermənistanın vəziyyəti getdikcə çətinləşir. Onlar dünyada artıq işğalçı dövlət kimi tanınırlar. Mən bizim bütün nümayəndələrimizə göstəriş vermişəm, beynəlxalq təşkilatlarda, bütün tədbirlərdə gərək onların işğalçı siyasəti ifşa olunsun. Biz gərək öz mövqeyimizi dünya ictimaiyyətinə çatdıraq və beləliklə, təbliğat baxımından üstünlük artıq bizdədir. Ona görə ermənilər çalışırlar müxtəlif yollarla ya bizi şantaj etsinlər, ya reallığı əks etdirməyən bəyanatlar versinlər. Təəssüf edirəm ki, bunu onların rəsmi orqanları edir. Bəzi hallarda Xarici İşlər Nazirliyi həqiqəti əks etdirməyən və yaxud, necə deyərlər, daxili istehlaka yönəldilmiş qeyri-ciddi tezisləri ortaya atır.

Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaqdır. İnanıram ki, biz torpaqlarımızı geri qaytaracağıq. Bunu etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi, həm də bütün başqa imkanlar var. Ona görə, bu problemdən başqa mən Azərbaycanın qarşısında ciddi problem görmürəm. Mən hesab edirəm ki, 5 ildən, 10 ildən, 15 ildən sonra Azərbaycan daha da möhkəmlənəcək və artıq bugünkü artan mövqelərini daha da gücləndirəcəkdir. Belə planlar var.

Bilirsiniz ki, indi bölgələrdə böyük abadlıq işləri gedir. Mən tez-tez bölgələrdə oluram. Hər dəfə inkişafı görəndə çox sevinirəm. Azərbaycan gərək nümunəvi ölkə olsun. Bizim buna imkanlarımız çatır və Azərbaycanın hərtərəfli inkişafı təmin ediləcəkdir.

Bu işdə sizin də böyük rolunuz var, həmişə olub, gələcəkdə də olmalıdır ki, bizim xalqımıza xas olan mənəvi dəyərlər gərək yaşasın. Çünki bir daha demək istəyirəm, biz müstəmləkə kimi yaşamışıq, əsarət altında yaşamışıq. Azərbaycanı müxtəlif dövrlərdə işğal etmişlər, zəbt etmişlər, ancaq Azərbaycan xalqının iradəsini heç kim qıra bilməyibdir.

Müstəqillik əldə olunandan sonra Azərbaycan dərhal müstəqil dövlətə xas olan bütün əlamətlərini bərpa edibdir. Bu baxımdan ədəbiyyat, tarix, ana dili kitablarımız, necə deyərlər, ən böyük rol oynayıbdır. Bəzi hallarda yəqin sizə də, mənə də sual verilir ki, necə olub, siz öz xüsusiyyətlərinizi saxlamısınız? Bizim ana dilimiz, kitablarımız, ədəbiyyatımız olubdur. Çünki o dövrdə heç bir başqa amil yox idi. Müstəqil dövlət deyildik, ideoloji çərçivələr içərisində yaşayırdıq, məhdudiyyətlər var idi. Bizi bir millət kimi saxlayan nə idi?! Bunlar idi. Gələcək inkişafı təmin edəcək amillər də bunlardır. Əlbəttə, biz iqtisadi cəhətdən güclü olanda, bütün işlər daha da sürətlə gedəcəkdir. Milli ruh, bizim mənəvi dəyərlərimiz, tariximiz, torpağa bağlılığımız - budur bizim gələcəyimizi müəyyən edən amillər.

Mən bir daha demək istəyirəm ki, bu işdə sizin fəaliyyətiniz çox önəmlidir. Bütün ziyalıların, mədəniyyət işçilərinin fəaliyyəti çox vacibdir və çox dəyərlidir. Ona görə, mən istəyirəm gələcək fəaliyyətinizdə sizə bir daha uğurlar diləyim.

Xalq şairi ZƏLİMXAN YAQUB: Siz bizə çox böyük şərəf verərək, fəxri adların təqdimatına dəvət etdiniz, buna görə çox sağ olun. Şübhəsiz, Azərbaycan xalqının əxlaqi dəyərlərini, mənəvi sərvətlərini, tarixi keçmişini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, böyük şəxsiyyətlərini qoruyan, yüksəldən, daha da hörmətli edən bu dövlətin Heydər Əliyev ənənəsi var. Biz hamımız çox xoşbəxtik ki, bu gün həmin ənənə çox yüksək səviyyədə Sizin tərəfinizdən davam etdirilir.

İLHAM ƏLİYEV: Çox sağ olun.

X X X

Görüşdən yadigar olaraq xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb