Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident,

Hörmətli Rumıniya nümayəndə heyətinin üzvləri,

Xanımlar və cənablar!

Rumıniya Prezidenti cənab Trayan Beseskunun Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox önəmli bir addımdır. Bizim ölkələrimiz çox uğurlu əməkdaşlıq edir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olubdur və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra biz daim Rumıniya tərəfindən dəstək görürük. Bu gün də bu dəstəyi hiss edirik və Rumıniya Prezidentinə, Rumıniya hökumətinə öz dərin minnətdarlığımızı bildirmək istəyirik.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Hazırda çox intensiv siyasi dialoq aparılır. Qeyd etməliyəm ki, son bir il yarım ərzində cənab Besesku ilə çoxsaylı görüşlərimiz olubdur. Bugünkü görüş sayca dördüncüdür. Bu, özlüyündə onu göstərir ki, bizim aramızda çox sıx əlaqələr var, daim məsləhətləşmələr keçiririk, geniş fikir mübadiləsi aparılır. O cümlədən bu gün bizim aramızda çox səmimi, açıq danışıqlar keçirildi. Həm təkbətək görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə. Müxtəlif məsələlər - ikitərəfli münasibətlər, iqtisadi əlaqələr, siyasi əlaqələr, Azərbaycanın Avratlantik strukturlara inteqrasiyası və Rumıniyanın bu siyasətə öz dəstəyini verməsi, nəhəng enerji layihələri, Azərbaycanın uğurlu neft strategiyası və gələcək əməkdaşlıq prinsipləri müzakirə olundu. Bütün bu məsələlər diqqət mərkəzində idi. Bütün bu məsələlər barədə çox geniş fikir mübadiləsi aparılmışdır və bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Bu, çox sevindirici haldır. Çünki bu, bir daha onu göstərir ki, ikitərəfli münasibətlər çox geniş formatda həyata keçirilir. Bu münasibətlər çoxşaxəlidir, çox sahələri əhatə edir və əlbəttə ki, münasibətlərin hərtərəfli inkişafı üçün çox gözəl zəmin yaradır.

Bununla bərabər, regionda gedən proseslər, regional vəziyyət, regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi məsələləri də müzakirə olunmuşdur. Bizim regionun çox böyük imkanları, çox böyük perspektivləri var. Nəqliyyat infrastrukturunun yeniləşməsi, yeni nəqliyyat dəhlizlərinin açılması işində, enerji daşıyıcılarının dünya və Avropa bazarlarına çatdırılmasında, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın rolu və artan imkanları, əlbəttə ki, regionu çox önəmli nöqtəyə gətirib çıxarır.

Nəzərə alsaq ki, artıq Qara dəniz-Xəzər dənizi regionlarının birgə fəaliyyəti bugünün reallığıdır, regionda sabitliyin möhkəmlənməsi, təhlükəsizlik tədbirlərinin güclənməsi bizi çox maraqlandırır və narahat edir. Rumıniyada, Buxarestdə keçirilən Qara dəniz forumunda bu fikirlər səslənmişdir. Artıq bizim regionda gedən əməkdaşlıq meyilləri geniş formatda regional işbirliyinin əsasını qoyur. Şübhəsiz ki, bu işdə Rumıniya və Azərbaycanın birgə səylərinin vacibliyi göz önündədir. Bütün bunları nəzərə alaraq, bir daha demək istəyirəm ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması bizim hamımızın marağındadır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda ən başlıca təhlükə mənbəyidir. Bu münaqişə regionda sabitliyin pozulmasına gətirib çıxara bilər və regional əməkdaşlığa çox böyük maneədir. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: həm tarixi baxımdan, eyni zamanda, hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Biz tələb edirik ki, Birləşmiş Millətlər Təşkilatının bu məsələyə dair dörd qətnaməsi icra olunsun və Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxsın. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində didərgin düşmüş insanlar öz doğma torpaqlarına qayıda bilsinlər. Etnik təmizləmə siyasətinin nəticələri aradan qaldırılsın və məsələ beynəlxalq hüquq normaları və prinsipləri əsasında öz həllini tapsın.

Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və əlbəttə, tələb edir ki, Azərbaycanın da ərazi bütövlüyü tanınsın. Deyə bilərəm ki, Ermənistan istisna olmaqla, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olanda Dağlıq Qarabağla birlikdə üzv olmuşdur. Ona görə də, məsələnin həlli yalnız və yalnız hüquqi müstəvidə öz həllini tapa bilər və Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər görülə bilər. Biz demişik, bu gün də mən bunu təkrar etmək istəyirəm ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilə bilər. Ancaq Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaradılması, yaxud da ki, Dağlıq Qarabağın Ermənistana birləşməsi məsələləri müzakirə mövzusu deyil və olmayacaqdır.

Rumıniyanın bu məsələdə mövqeyi bizi həm sevindirir, həm də ruhlandırır. Rumıniyanın mövqeyi indi imzalanmış Birgə bəyannamədə öz əksini tapmışdır. Bu mövqeyə görə, bu yanaşmaya görə biz Rumıniya hökumətinə, şəxsən Rumıniya Prezidentinə çox minnətdarıq. Bu mövqe bütün münaqişələrə şamil edilməlidir. Bütün münaqişələr eyni yanaşma ilə öz həllini tapa bilər, heç bir istisna halı olmamalıdır.

Əgər hansısa bir halda istisna olarsa, bu, çox çətin və çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Dünyada, Avropada, bizim bölgəmizdə buna oxşar münaqişələr də var, buna oxşar problemlər də var və əgər hansısa bir halda məsələ beynəlxalq hüquq əsasında yox, hansısa başqa prinsiplər əsasında öz həllini taparsa, bundan bütün bölgə böyük zərər çəkə bilər. Bir daha demək istəyirəm ki, hesab edirəm, Azərbaycanın mövqeyi məsələnin həlli işində prinsipial rol oynayır, bizim mövqeyimiz dəstəklənir. Biz bu dəstəyi hiss edirik və getdikcə bu dəstək artır.

Ümud etmək istəyirəm ki, Avropa qonşuluq siyasətinə qoşulan Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın imkanlarından da bəhrələnə bilər. Biz çox istəyirik ki, Minsk qrupu ilə yanaşı, digər təşkilatlar da bu məsələ ilə bağlı öz mövqelərini bildirsinlər, bu işdə fəal iştirak etsinlər. Biz çox şadıq ki, GUAM ölkələrinin təşəbbüsü ilə dondurulmuş münaqişələrə dair məsələ Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 61-ci sessiyasının gündəliyinə salınmışdır. Rumıniya dövləti bu məsələdə öz mövqeyini ortaya qoymuşdur, Azərbaycanın və digər GUAM ölkələrinin mövqeyini dəstəkləmişdir. Yenə demək istəyirəm ki, bütün bunlar bizim səmimi münasibətlərimizi bir daha əks etdirir və Rumıniya Prezidentinin Azərbaycana indiki səfəri münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Biz bunu arzulayırıq, bunu istəyirik. Rumıniya bizim üçün çox yaxın, dost ölkədir. Mən əminəm ki, bizim aramızda olan əlaqələr bundan sonra daha da genişlənəcək, dərinləşəcək və xalqlarımız bir-birilərinə daha da yaxın olacaqlar. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib