Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Çox sağ olun, cənab ali nümayəndə!

Bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Burada, Brüsseldə yenidən olmağımdan və ikitərəfli əlaqələrimiz, regional proseslərə dair fikir mübadiləsi aparmaq imkanından çox məmnunam.

Bu gün biz Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinə başlayırıq. Əminəm ki, bundan sonra olduqca uzun müddət ərzində həyata keçirəcəyimiz daha sıx tərəfdaşlıq, əməkdaşlıq və əlaqələr Azərbaycana siyasi və demokratik islahatları, ölkənin müasirləşdirilməsini, güclü siyasi və iqtisadi sistemin qurulmasını davam etdirmək imkanı yaradacaqdır.

Avropa İttifaqının Cənubi Qafqaz regionuna aid yeni qonşuluq siyasəti gələn beş il ərzində ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqındakı göstəricilərə uyğunlaşdırılmasının əsasını qoyacaqdır. Bu, bizim məqsədimiz və gündəliyimizdə duran məsələlərdir. Avratlantik məkana inteqrasiya sahəsində Azərbaycanın neçə illər ərzində apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün çox böyük nəticələr vermişdir.

Hazırda əməkdaşlığımızın elementlərindən biri enerji sahəsindəki əlaqələrdir. Avropanın etibarlı tərəfdaşı və dostu olan Azərbaycan hamımız üçün get-gedə daha mühüm məsələyə çevrilən enerji təhlükəsizliyində vacib rol oynamaqdadır.

Ümumiyyətlə, mən əməkdaşlığımızı olduqca səmərəli və mühüm hesab edirəm. Bu əməkdaşlıq müstəqilliyimizin qısa dövrü, yəni 15 ili ərzində ölkəmizdə sürətlə inkişaf edən iqtisadiyyat, güclü siyasi sistem qurmaq imkanını yaratdı və Avratlantik məkana inteqrasiya arzumuzu möhkəmləndirdi.

Mən Azərbaycanın böyük dostu cənab Xavyer Solananı ölkəmizə səfərə dəvət etdim. O, Azərbaycanda dəfələrlə olubdur. Əminəm ki, gələcək səfəri zamanı cənab Solana ölkəmizdəki bir çox dəyişiklikləri görəcək və biz öz dialoqumuzu olduqca səmimi və açıq formada davam etdirəcəyik. Avropa və Azərbaycanın gələcəyi naminə əməkdaşlığımız irəli gedəcəkdir. Sağ olun.

X X X

Sonra jurnalistlərin suallarına cavab verildi.

“AZAD AVROPA” RADİOSU: Sualım Prezident Əliyevədir. Siz Rusiya ilə müqayisədə ölkənizi Avropa İttifaqı üçün enerji təchizatında alternativ kimi görürsünüzmü?

İLHAM ƏLİYEV: Biz ölkəmizi heç vaxt hər hansı digər ölkənin alternativi hesab etməmişik. Biz, sadəcə, öz işimizi yerinə yetirmişik. Ölkəmiz və bütün region üçün düzgün olan işləri görmüşük. Bizim indiki enerji infrastrukturumuz böyük həcmdə neft və qazı Avropa və dünya bazarlarına çıxarmaq imkanı yaradır. Bu siyasətin əsası 1994-cü ildə qoyulmuşdur. Artıq 10 ildir ki, biz bu siyasəti həyata keçiririk. Bir daha demək istəyirəm ki, həmin siyasətin məqsədi ölkəmizin tələbatının ödənilməsindən, sürətli iqtisadi inkişafdan ibarətdir. Bu gün isə Avropadakı və dünyadakı vəziyyət 10 il əvvəl olan vəziyyətdən fərqlənir. Bu səbəbə görə də enerji təhlükəsizliyi məsələləri get-gedə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə öz neft və qaz ehtiyatları, mövcud olan enerji infrastrukturu və boru kəmərləri ilə, təbii ki, dünyanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynaya bilər.

FƏRİD İSKƏNDƏROV (Azərbaycanın “Space” telekanalı): Azərbaycanın Avropa İttifaqı üçün vacibliyi nədən ibarətdir və enerji sahəsindən başqa, digər sahələrdəki əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz?

XAVYER SOLANA: Prezidentin dediyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Yeni qonşuluq siyasətinə dair tədbirlər planının həyata keçirilməsi gələn həftənin ikinci günündən etibarən başlanacaqdır və bu təkcə enerji sahəsinə aid deyildir. Burada bir çox digər müddəalar da vardır. Prezident həmçinin vurğuladı ki, siyasi, iqtisadi və digər sahələrdə dəyişikliklərin olması üçün çox işlər görülür və bu faydalıdır. Biz Azərbaycanla ikitərəfli münasibətlərimizi dərinləşdirmək əzmindəyik və bu, təkcə enerji sahəsini əhatə etmir. Baxmayaraq ki, o, vacib sahədir. Azərbaycan yalnız enerji məhsulları ölkəsi deyil, regionun mühüm ölkəsidir. Biz Cənubi Qafqaz regionunun üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan ilə münasibətlərin dərinləşməsində maraqlıyıq. Biz nəinki siyasi münasibətlər, o cümlədən regional əlaqələr də qurmalıyıq.

Bu barədə Prezidentlə söhbət etdik və o, bununla razılaşdı. Ölkənizdə hazırda gedən sürətli inkişaf regional inteqrasiyada öz rolunu oynayacaqdır.

“NEZAVİSİMAYA QAZETA” (Rusiya): Sualım Prezident Əliyevədir. Sizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konsepsiyanız nədən ibarətdir?

İLHAM ƏLİYEV: Mövqeyimiz tam aydındır və hər zaman beynəlxalq hüquq normaları və prinsiplərinə arxalanır. Dünyanın istənilən yerində münaqişənin həllinə ehtiyac duyularsa, beynəlxalq hüquq normaları və prinsipləri həmin münaqişəyə tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü, yalnız Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və bütün ölkələr tərəfindən tanınır. Münaqişə yalnız bu əsaslarla həll oluna bilər. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmalı, işğala son qoyulmalı, etnik təmizləmə siyasətindən əziyyət çəkmiş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Bu halda, Dağlıq Qarabağ ermənilərinə dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verilə bilər. Bu, beynəlxalq təcrübədir. Milli azlıqlar və muxtariyyətlər Avropada bir çox ölkədə var. Azlıq olmaq o demək deyil ki, siz torpağın müəyyən hissəsini qoparıb özünüzü müstəqil elan edə bilərsiniz. Bir sözlə, tərəfdar çıxdığımız bu əsas prinsiplər bunlardır və münaqişənin həlli üçün yaxşı zəmin ola bilər. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır