Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Çox sağ olun, cənab sədr!

Xanımlar və cənablar!

Mən bu gün Brüsseldə olmağımdan və cənab sədr Barrozu ilə ikitərəfli münasibətlərimizlə və regional inkişafla bağlı məsələləri müzakirə etməkdən çox şadam.

Əlaqələrimizin uzun tarixi var. Azərbaycan öz müstəqilliyini əldə etdiyi vaxtdan etibarən biz hər zaman Avropa İttifaqının dəstəyini hiss etmişik. Xüsusilə də, Azərbaycanın tarixində ən çətin anlarda biz Avropa İttifaqından həm güclü maliyyə dəstəyi, həm də siyasi dəstək almışıq. Azərbaycanın 15 illik müstəqilliyi dövründə ölkəmizin Avropa İttifaqı ilə münasibətləri uğurla inkişaf edir. Bu gün biz münasibətlərimizin yeni bir mərhələsinə qədəm qoyuruq. Avropa İttifaqının Cənubi Qafqazda yeni qonşuluq siyasəti və enerji məsələləri üzrə strateji tərəfdaşlığı çərçivəsində uzunmüddətli tərəfdaşlığa başlayırıq. Hər iki məsələ, əlbəttə ki, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və əminəm ki, qarşıdan gələn illər ərzində bu əməkdaşlıqda daha böyük inkişafa nail olacağıq.

Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və biz demokratik cəmiyyət qururuq. Qanunun aliliyi və insan hüquqlarının qorunması prinsipləri əsas tutulur. Yəni bu iki məsələni biri-birindən ayırmaq olmaz. Bir sözlə, bu məsələlərin Azərbaycan və ümumiyyətlə regional əməkdaşlıq üçün böyük əhəmiyyəti var. Xüsusən də, ölkədəki böyük neft və qaz ehtiyatlarını və parlaq gələcəyimizi nəzərə alaraq, bu məsələlərin ölkə üçün nə qədər vacib olduğunu anlaya bilərik. İndi biz bu məsələyə müxtəlif formada baxırıq. Ona görə Avropa İttifaqı ilə əməkdaşlıq bizim üçün nəinki iqtisadi göstəricilərimizi təkmilləşdirmək, eyni zamanda, gələcək illər ərzində ölkəmizdəki meyarları Avropa İttifaqının meyarlarına daha da yaxınlaşdırmaq imkanı yaradır.

Biz ümumi dəyərləri bölüşürük. Azərbaycanda getdiyimiz yol, qarşımızda duran vəzifələr aydın şəkildə anlaşılır və bu cür məsələlər bizim üçün prioritet xarakter daşıyır. Görüşlərimiz zamanı həmin vacib məsələləri müzakirə etdik və əminəm ki, gələcək illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq davam etdiriləcək və genişlənəcəkdir. Biz bu əməkdaşlığa qarşılıqlı maraq doğuran və fayda verən yeni elementlər gətirəcəyik.

Azərbaycan olduqca mühüm neft və qaz hasilatçısına çevrilir. Azərbaycanda neft və qaz gəlirlərinin idarə edilməsinin olduqca müasir sistemi var. Azərbaycan hasilat sənayesində gəlirlərin şəffaf şəkildə idarə edilməsi təşəbbüsünə qoşulmuşdur və bu, digər ölkələr üçün nümunə ola bilər. Bu, beynəlxalq maliyyə təsisatları tərəfindən də bildirilmişdir.

Bir sözlə, ölkəmizin iqtisadi göstəriciləri və siyasi inkişafı bu imkanları yaradacaq və Avropa İttifaqı ilə əməkdaşlıq bu çərçivədə aparılır. Siyasi əməkdaşlıq, siyasi və iqtisadi islahatlar, enerji təhlükəsizliyi məsələləri – bunlar hamısı bu baxımdan bizim tərəfimizdən nəzərdən keçirilir. İttifaqı ilə bütün bu məsələlərdə və ümumiyyətlə əməkdaşlığımız bu istiqamətdə gedir.

Mən xoş qəbula görə minnətdaram və apardığımız müzakirələrdən çox məmnunam və demək istəyirəm ki, gələcək əməkdaşlığımıza böyük maraqla baxırıq. Çox sağ olun.

X X X

Sonra mətbuat nümayəndələrinin suallarına cavab verildi.

DMİTRİ ŞKURKO (Ukrinform): Mənim sualım Prezident İlham Əliyevədir. Avropa İttifaqı ilə enerji dialoqu çərçivəsində Azərbaycan Odessa-Brodı-Qdansk kəmərinin istifadəsində nə dərəcədə maraqlıdır və Azərbaycan neftinin bu boru kəməri ilə nəqli nə vaxt gözlənilir?

İLHAM ƏLİYEV: Bu məsələ Ukrayna Prezidenti ilə görüşlərimiz zamanı bir neçə dəfə müzakirə olunub və biz bununla bağlı Azərbaycan-Ukrayna birgə işçi qrupu yaratmışıq. Hazırda həmin boru kəmərinin kommersiya tərəfinin, digər iqtisadi amillərin və istismarın müəyyən edilməsi mexanizmləri qiymətləndirilir. Biz görüşlərimiz zamanı Azərbaycanın yalnız boru kəmərinin neftlə doldurulmasında yox, eyni zamanda, neftin nəql olunduğu ölkələrdə neft məhsullarının emalı və paylanmasında da iştirakını müzakirə etdik. Mən bilirəm ki, Avropa İttifaqı bu layihəyə maraq göstərir və bunu da müzakirə etdik. Bu, məsələnin həlli üçün yaxşı bir çərçivədir. Gələcəkdə regionumuzda neft hasilatının həcmi çox böyük olacaq və bu, digər boru kəmərlərinin istifadəsi üçün də kifayət edəcəkdir. Alternativ marşrutların olması bizim üçün də böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycandan Avropa və dünya bazarlarına neftin nəqli üçün 3 boru kəməri var və əlavə bir boru kəmərinin olması faydalı ola bilərdi.

“THE OBSERVER” qəzeti (Böyük Britaniya): İnsan hüquqlarına dair hesabatlarda Azərbaycanın adı Belarusla yanaşı çəkilir. Siz dekabr ayında burada Qazaxıstan Prezidentini qəbul edəcəksiniz. Siz Avropa İttifaqının ölkələrlə yaxşı əlaqələri enerji ehtiyatlarına əsasən yaratdığını deyən tənqidçilərə nə deyə bilərsiniz?

JOZE MANUEL BARROZU: Hər şeydən əvvəl gəlin, onu qeyd edək ki, Azərbaycanda müşahidə olunan təkamül müsbət istiqamətdədir. Gəlin, yaddan çıxarmayaq ki, Azərbaycan bu yaxınlarda öz müstəqilliyini qazanıb və demokratik ölkə qurmağa başlayıbdır. Azərbaycanda hazırda siyasi və iqtisadi islahatların aparılması üçün səylər göstərilir. Bu gün bizim apardığımız iş, həm də Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi və qanunun aliliyi ilə bağlıdır. Bu gün mən bu məsələni cənab Prezidentlə görüşüm zamanı qaldırdım və o, vəziyyətlə bağlı öz fikir və təhlillərini söylədi. Biz Azərbaycanla müsbət əlaqələr qururuq və onun çətin regionda yerləşdiyini anlayırıq. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının ən əhəmiyyətli bir hissəsini siyasi və demokratik islahatlar təşkil edir. Bu, Avropa İttifaqının qonşuluq siyasətinin çox mühüm bir hissəsidir. Azərbaycanla əlaqələrimiz, sadəcə, enerji sahəsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr ümumi dəyərlərə əsaslanmalıdır və biz bu dəyərləri dəstəkləmək üçün, azərbaycanlı dostlarımızla birgə işləmək üçün bu gün buradayıq.

ALEKSANDR MİNİYEV (Rusiya): Mənim sualım Prezident İlham Əliyevədir. Gürcüstanla Rusiya əlaqələri barədə Sizin fikirlərinizi bilmək istərdik. Qafqaz Sizin regionunuzdur. MDB-nin gələcəyi haqqında da nə deyə bilərsiniz?

İLHAM ƏLİYEV: Adətən, Azərbaycanda biz hər zaman çalışırıq ki, qonşularımızın daxili işlərinə və hökumətlərarası münasibətlərə müdaxilə etməyək. Bizim Gürcüstan və Rusiya ilə yaxşı əlaqələrimiz var. Hər ikisi qonşumuz və tərəfdaşımızdır. Hər ikisi ilə strateji tərəfdaşlıq münasibətlərimiz var. Bu sahədə əldə etdiyimiz müsbət təcrübəmiz haqqında çox danışa bilərdim, lakin vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki, qonşularımız arasındakı normal münasibətlər regional əməkdaşlığa xidmət edəcəkdir. Azərbaycan özünün daxili məsələlərinin həllindən əlavə, regional əməkdaşlığa, enerji sahəsindəki əlaqələrimizə də xüsusi önəm verir. Ona görə potensial risklərin minimum həddə endirilməsi bizim üçün prioritet əhəmiyyət daşıyır. Bu baxımdan da biz öz dostlarımız və qonşularımız arasındakı münasibətləri əsil dostlar arasındakı münasibətlər kimi görmək istəyirik.

“EURO POLİTİKS” qəzeti (Belçika): Mənim sualım Prezident İlham Əliyevədir. 2005-ci ilin mart ayında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovla bağlı sual vermək istərdim. Məlum olduğu kimi, o, Sizin haqqınızda və hökumətiniz haqqında tənqidi yazılar yazırdı. Həmin qətl hadisəsinin lazımi qaydada araşdırılması ölkənizdə mətbuat azadlığına dəstək verməyiniz kimi qəbul edilə bilərdi. Xahiş edirik, bu məsələ ilə bağlı məlumat verəsiniz.

İLHAM ƏLİYEV: Bu qətl hadisəsi Azərbaycana ağır zərbə oldu və həmin hadisənin nəticələri hələ bu gün də bizim gözümüz qarşısındadır. Çünki Azərbaycanda birinci dəfə idi ki, jurnalist bu cür qəddarlıqla qətlə yetirilmişdi. Bilirsiniz, onun yazdığı məqalələri bir yana qoysaq, - çünki o, müxtəlif siyasi dairələrlə bağlı tənqidi yazılar yazırdı, - bu hadisə onu göstərdi ki, Azərbaycandakı daxili sabitliyin pozulmasında maraqlı olan qüvvələr var. Bu hadisə baş verdikdən dərhal sonra biz geniş təhqiqat apardıq, ABŞ-ın, Britaniyanın və Avropadakı təhlükəsizlik orqanlarına da müraciət etdik ki, cinayətkarların tapılmasında bizə yardım etsinlər. Birgə səylər nəticəsində, öz təhqiqatımız əsasında qətlin kimin tərəfindən törədildiyi barədə məlumatı əldə edə bildik. İndi isə biz həmin şəxsləri tapmalıyıq. Biz İnterpolla müvafiq iş aparırıq, çünki hazırda həmin insanlar Azərbaycanda deyil, onun hüdudlarından kənardadır. Ölkədə olmayan cinayətkarı tapmaq bəzən çətin olur. Ona görə bütün dünyada axtarışda olan cinayətkarların tapılması və ədalət mühakiməsinə gətirilməsi bəzən çox çətin olur. Hazırda biz nə edə bilərik? Sadəcə, cinayətdə təqsirli bilinən bu şəxslərin İnterpol tərəfindən tapılmasını və ədliyyə orqanlarına təhvil verilməsini gözləyə bilərik.

- Mənim sualım cənab Barrozuyadır. Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan və Ermənistan ilə fərdi tədbirlər planı razılaşdırılıb. Bu planda ölkələrin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi və xüsusilə də enerji təhlükəsizliyi məsələləri əks olunubdur. Bilmək istərdim ki, Ermənistanın bu plandakı prinsiplərə zidd getməsinə, yəni Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə Avropa İttifaqı necə baxır?

JOZE MANUEL BARROZU: Əvvəlcə onu demək istəyirəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam tanıyır və dəstəkləyirik. Biz bunu tədbirlər planında qeyd etmişik. Həmin sənəddə deyilir ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü Avropada sülhün və sabitliyin qorunmasına öz töhfəsini verəcəkdir. Bu, bizim fəaliyyət planımızda aydın şəkildə ifadə olunubdur.

Ermənistanla münaqişənin olması ilə yanaşı, biz Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri davam etdirməyə çağırırıq. Minsk qrupunun vasitəçilik fəaliyyətini və eləcə də Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin göstərdiyi səyləri dəstəkləyirik. Eyni zamanda, tərəflər arasında razılaşma əldə edildikdən dərhal sonra regionda bərpa və yenidənqurma prosesinə qoşulmağa hazırıq. Mən Prezident İlham Əliyevlə görüşümdə bu fikri bildirdim. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO