Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli xanımlar və cənablar!

İlk növbədə məni Moskvaya səfərə və bu görüşü keçirməyə dəvət etdiyinə görə Dmitri Anatolyeviç Medvedevə təşəkkürümü bildirmək istərdim. Dmitri Anatolyeviçin qeyd etdiyi kimi, bizim təmaslarımız çox intensiv xarakter daşıyır və bu, ölkələrimiz arasında münasibətlərin xarakterini əks etdirir. Biz bir neçə dəfə görüşmüşük və hər dəfə çoxlu mövzuları müzakirə etmişik.

Təbii ki, ikitərəfli münasibətlərlə bağlı məsələlər diqqət mərkəzindədir. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox dinamik, müsbət şəkildə inkişaf edir və regional proseslərə də müsbət təsir göstərir. Bizim qarşılıqlı iqtisadi əlaqələrimiz, siyasi dialoqumuz çox fəaldır, biz humanitar sahədə əməkdaşlıq edirik və bütün bu istiqamətlərdə, eləcə də başqa sahələrdə davamlı irəliləyiş olduğunu görürük.

Rusiyanın və Azərbaycanın iqtisadi potensialının artması təsərrüfat subyektlərinin, şirkətlərin dinamik inkişafına şərait yaradır, qarşılıqlı investisiyalar, birgə layihələr müzakirə edilir. Bu da təbii ki, bizim münasibətlərimizi daha da möhkəmlədəcəkdir.

Biz qonşu dövlətlərik, bizim həm quruda, həm də dənizdə ümumi sərhədimiz var və qonşular arasında münasibətlər çox vacibdir. Qonşular arasında münasibətlər heç də həmişə istənilən kimi olmur. Lakin mən belə hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunəvi xarakter daşıyır və qonşular arasında münasibətlərə nümunə ola bilər. Biz bundan çox razıyıq və ümidvarıq ki, gələcəkdə də bu münasibətləri inkişaf etdirmək, onları yeni məzmunla, yeni layihələrlə zənginləşdirmək, bununla da ölkələrimizin davamlı inkişafına və regionda inteqrasiyanın daha da güclənməsinə şərait yaratmaq üçün maksimum səy göstərəcəyik.

Əlbəttə, bu gün regionda yaranmış vəziyyət müəyyən narahatlıq doğurur və Azərbaycan bu gərginliyin azaldılmasına öz töhfəsini verməyə hazırdır. Biz hesab edirik ki, regionda fikir ayrılıqlarına səbəb olan məsələlər dinc yolla, dialoq yolu ilə, təmas nöqtələri tapmaq yolu ilə və əlbəttə, qarşılıqlı hörmət əsasında həll edilməlidir.

Bu gün biz ikitərəfli xarakter daşıyan məsələlərlə yanaşı, regional prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya tənzimləmə prosesində fəal rolunu davam etdirəcəkdir. Qafqaz regionunda baş verən proseslər nə qədər mürəkkəb olsa da, bizə belə gəlir ki, bu gün münaqişənin bütün dövlətlərin mənafeyinə cavab verən və beynəlxalq hüquq prinsiplərinə əsaslanan şəkildə həlli üçün yaxşı imkanlar var. Mən əminəm ki, əgər münaqişə yaxın vaxtlarda həll olunarsa, kifayət qədər geniş formatda regional əməkdaşlıq üçün yeni perspektivlər yaranacaq, bu isə bütün ölkələrin xeyrinə olacaqdır. Biz bu regionda öz qonşularımızla bərabər yaşayırıq və yaşayacağıq, heç kəs bu regiondan heç yerə köçüb getməyəcəkdir. Ona görə də səmərəli qarşılıqlı əlaqələr, mehriban qonşuluq, əməkdaşlıq mexanizmlərini axtarıb tapmaq lazımdır. Bir daha demək istəyirəm, əgər bizim regionda bütün qonşu ölkələr arasında münasibətlər Rusiya ilə Azərbaycan arasındakı münasibətlər kimi olsaydı, sizi inandırıram, heç vaxt nəinki münaqişə, hətta heç bir anlaşılmazlıqlar da olmazdı.

Buna görə bir daha demək istəyirəm ki, biz münasibətlərimizin səviyyəsini çox yüksək qiymətləndiririk, bu münasibətləri daha da möhkəmlətməyə çalışırıq və öz tərəfimizdən həmin məqsədə nail olmaq üçün bundan sonra da lazım olan hər şeyi edəcəyik. Heç şübhəsiz, bu baxımdan humanitar sahə ilə bağlı məsələlər də çox böyük əhəmiyyət kəsb edir. Dmitri Anatolyeviçin qeyd etdiyi kimi, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə çox qayğıkeş münasibət bəslənir və bu münasibətlər təkcə sözdə deyil, əməli işdə də özünü göstərir. Bəlkə də bu məsələlər geniş ictimaiyyətə həmişə məlum olmur, ola bilsin ki, biz indi piar deyilən məsələ ilə o qədər də fəal məşğul olmuruq, lakin hesab edirik ki, ən yaxşısı öz işini vicdanla və namusla görməkdir, informasiya isə hər bir halda öz oxucusunu tapacaqdır.

Mən bu dəvətə görə, adətən olduğu kimi, yenə də bütün məsələləri çox açıq, səmimi, yoldaşcasına müzakirə etməyə imkan verən şərait yaradılmasına görə Rusiya Prezidentinə bir daha təşəkkür etmək istəyirəm. Bu cür müzakirələr bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir