Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Cənab Prezident, əvvəlcə, gözəl ölkənizə səfər etmək məqsədi ilə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Burada olmağımdan və Sizinlə olduqca fəal dialoqumuzu davam etdirməkdən çox şadam. Bu dialoq bir il öncə Azərbaycana etdiyiniz səfər zamanı başlanmışdır. Bu, Estoniya Prezidentinin Azərbaycana ilk səfəri idi. Bu gün isə Azərbaycan Prezidentinin Estoniyaya ilk səfəridir. Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu, onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək.

Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş şəkildə müzakirə etdik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar.

Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu gün gündəlikdə duran bir çox ikitərəfli və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdik. Mən Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması sahəsində baş vermiş son hadisələr barədə cənab Prezidentə məlumat verdim. Təxminən 20 il ərzində torpaqlarımızın işğal altında olması faktı onu göstərir ki, məsələnin beynəlxalq səviyyədə tanınmış normalara və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həllinə yönəlmiş bütün səylərimizə baxmayaraq, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti münaqişənin həllinə böyük maneə yaradır.

Prosesdə vasitəçi kimi çıxış edən tərəflər, yəni Minsk qrupunun həmsədrləri hər iki tərəfə münaqişənin həlli ilə bağlı təklif veriblər. Bu təklif beynəlxalq səviyyədə tanınmış normalara, beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır. Ümumən, həmin təklif çox kiçik istisnalarla üç ay bundan əvvəl Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Lakin əfsuslar olsun ki, biz Ermənistan tərəfindən eyni yanaşmanı görmədik. Beləliklə, Azərbaycan həmin təkliflə irəliyə doğru getməyə hazırdır. Lakin biz Ermənistan tərəfindən adekvat cavabı görmədik. Bu, bizim şübhələrimizi daha da artırır ki, Ermənistan sadəcə status-kvonu saxlamaq fikrindədir, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq istəmir, prosesi yubatmaq arzusundadır və müəyyən mərhələdə qaçmağı üstün tutur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan dairələr, o cümlədən Avropa təsisatları Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırmaq, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmağına imkan vermək və işğala son qoymaq məqsədi ilə suveren ölkənin 20 faiz ərazisini qeyri-qanuni olaraq işğal altında saxlayan Ermənistanı inandırmaq üçün səylərini artırmalıdırlar. Bundan sonra regionda sülh bərqərar oluna bilər.

Bu məsələdən başqa, biz enerji əməkdaşlığını müzakirə etdik. Bu əməkdaşlığın güclü potensialı və artıq yaxşı nəticələri vardır. Regional vəziyyəti müzakirə etdik. Deyə bilərəm ki, ölkələrimiz arasında çox yüksək qarşılıqlı anlaşma vardır. Fikrimcə, Estoniya və Azərbaycan kimi ölkələr arasındakı əməkdaşlıq Xəzər, Qara və Baltik dənizləri regionlarında da daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir.

Hesab edirəm ki, mən bu sözlərlə öz şərhlərimi yekunlaşdıra bilərəm və münasibətlərimizi irəliyə doğru aparmaqda səmimi arzularımızı bildirirəm. Cənab Prezidentlə dost münasibətlərimizi nəzərə alaraq, mən nümayəndə heyətinin bütün üzvlərindən xahiş edərdim ki, bu müsbət nümunədən istifadə etsinlər və öz aralarında yaxşı münasibətlər yaratsınlar. Eyni zamanda, Azərbaycandakı eston cəmiyyətinin 100 illiyi münasibətilə azərbaycanlıları və estonları təbrik edirəm. Bu, onu göstərir ki, xalqlarımız arasında ünsiyyətin qədim tarixi vardır. Bu gün biz inkişafın bu mərhələsində belə müsbət tarixi nümunədən istifadə etməliyik. Sağ olun!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib

Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoyub ŞƏRH

Bakıda Kəlağayı Festivalının açılış mərasimi olub

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

Laçın şəhərinə aid memarlıq layihəsi “Qızıl Trezzini” mükafatına layiq görülüb

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Vyetnam səfəri: Azərbaycan yeni tərəfdaşlıq platformaları formalaşdırır

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var

Gürcü politoloq: İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Cənubi Qafqazda dayanıqlı sülh üçün vacibdir

Türkiyə parlamenti Avropa İttifaqı ilə vizasız rejimə dair son 6 meyarı müzakirə edəcək

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Sabahın hava proqnozu açıqlanıb

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

P-TEC-in nazirlər görüşündə Cənubi Qafqazda həyata keçirilən strateji enerji layihələrindən danışılıb

İtkinlərin taleyinə aydınlıq gətirilməsi sülhə sadiqliyin ən inandırıcı göstəricilərindən biri olmalıdır - ŞƏRH

“Sabahın alimləri”nin elmi tədqiqatı COP31 çərçivəsində təqdim edilib

® Gəncə avtomobil zavodu “Regional Expo Gəncə 2026” sərgisində iştirak edir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Azərbaycan dünyanın ən böyük nağıl festivalında təmsil olunub

İrəvanın humanitar dialoq çağırışları itkin azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir – ŞƏRH

Professor: Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməməsi etimadın yaranmasına mane olur

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Politoloq: Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan parataekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası - 13 min ting əkilib

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

Ümumdünya Ərzaq Proqramı qlobal aclıq təhlükəsi fonunda gələn il 91 milyon insana yardım edəcək

Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib

Mədəniyyət naziri Yeni Dehlidə keçirilən forumun açılış sessiyasında çıxış edib YENİLƏNİB

İspaniyada ilk dəfə azərbaycanşünaslıq üzrə magistratura proqramına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirib VİDEO

“Vasa” gəmisi: dənizin dərinliklərindən muzeyə VİDEO

“Vasa” gəmisi: dənizin dərinliklərindən muzeyə VİDEO

Arxeoloji qazıntılar Azərbaycanın şəhər mədəniyyətinin tarixinin dərindən öyrənilməsinə imkan yaradır

Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə müraciət edib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Qusarda kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur

YAP Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin fəal iştirakçısıdır - ŞƏRH

Vyetnam xalqının müstəmləkəçiliyə və işğala qarşı mübarizəsini əks etdirən Hərb Tarixi Muzeyi VİDEO

Vyetnam xalqının müstəmləkəçiliyə və işğala qarşı mübarizəsini əks etdirən Hərb Tarixi Muzeyi VİDEO

NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür

Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

FTB məlumat bazasına edilən haker hücumunu araşdırır

Əraqçi: ABŞ İranla sülh razılaşması bağlamaq niyyətini açıq bəyan etməlidir

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub VİDEO

Gürcü politoloq: İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sülh prosesinin mühüm tərkib hissəsidir

“The Times”: Britaniyanın Baş naziri ölkənin Aİ-yə qayıtmasını istəyir

Peruda güclü zəlzələ baş verib

Hörmüz boğazında son bir həftə ərzində altı tankerə hücum edilib

Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub VİDEO

Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

“Qızıl top”un qalibi Harri Keyn Bundesliqa matçında zədələnib

Tramp “Nvidia”nın keçmiş rəhbərinin vəzifəsinə qaytarılmasını istəyir

Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı qərar dekabrın əvvəlində verilə bilər

Tramp: Rusiya, ABŞ və Çin nüvə arsenallarını azaltmalıdırlar

Almaniyada gənclərin etiraz aksiyalarında 87 minə yaxın insan iştirak edib

Vitkoff və Kuşner Berlində Qətərin Baş naziri ilə İran məsələsini müzakirə ediblər

Fransa Senatı polisin odlu silah tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib

Filippin paytaxtında Orta Dəhlizin perspektivlərindən danışılıb

Ağdam Şəhəri Günü silsilə tədbirlərlə qeyd olunub

Murat Kurum: İqlim danışıqlarında dünyanın və gələcək nəsillərin mənafeyi nəzərə alınmalıdır

Fransada növbəti etiraz aksiyalarına 70 min polis və jandarm səfərbər olunacaq

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

Şuşadan Meksikaya uzanan yaddaş: Vətən sevgisi nifrət deyil, sülh çağırışıdır

Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub

11 ölkədən tarixi ekoloji öhdəlik: Yer Kürəsi Günündə 1 milyarddan çox ağac əkiləcək

Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb

Ermənistanın itkin düşmüş şəxslər üzrə razılaşmaların icrasından yayınması nəyə xidmət edir? TƏHLİL

Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi

Höteborq Universitetinin dosenti: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi beynəlxalq humanitar hüququn tələbidir

Bu saata olan əsas xəbərlər

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkəti normal rejimə qaytarılıb

Lerikdə fermer təsərrüfatları genişlənir: müasir texnologiyalar və yeni istehsal imkanları

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

Adi şüşə qablar necə sənət əsərinə çevrilir?

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

İtkinlərin taleyi ətrafında “humanitar dialoq” - Ermənistanın ikili mövqeyi

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

Şahzadə Harri övladlarının Böyük Britaniyadakı yeni həyatından danışıb

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb