Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz dostlar!

İlk növbədə, mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilmiş və gözəl ölkənizə səfərimizin lap əvvəlindən hiss etdiyimiz səmimi qonaqpərvərliyə görə Əmman bələdiyyəsinə minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün Böyük Əmman Şəhər Şurasında biz qədim Əmman şəhərinin tarixinə və hazırkı inkişafına həsr olunmuş maraqlı təqdimatla tanış olduq. Ölkənizin inkişafı və müasirləşdirilməsində İordaniya xalqının əldə etdiyi nailiyyətlər gözəl Əmman şəhərinin bugünkü inkişafında da əks olunmuşdur.

Bu gün Əmmanın küçələrinin birinə Heydər Əliyevin adının verilməsi bizim hamımız üçün çox böyük şərəfdir. Mən şəhər bələdiyyəsinin rəhbərliyinə, onun bütün üzvlərinə və cənab merə bu qərarın qəbul edilməsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, ikitərəfli əlaqələrimizin olduqca mühüm elementidir və ulu öndərimizin xatirəsinə ən böyük hörmət əlamətidir.

Heydər Əliyev müasir Azərbaycanın banisidir.

Azərbaycan müstəqilliyini qazandıqdan sonra, ölkəmiz çox ağır vəziyyətdə idi. Ölkədə siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş müharibəsi baş verdi. Biz Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşdik və gənc suveren ölkənin müstəqilliyi sual altında idi. Xalq ümummilli liderinə müraciət edərək, bu problemləri həll etmək məqsədi ilə onu dəvət etdi. Heydər Əliyev hələ sovet vaxtlarında, yəni 1970-ci illərdə Azərbaycana rəhbərlik etmişdir. O vaxt Heydər Əliyev ölkənin sənayeləşdirilməsi prosesində çox mühüm rol oynamışdır. Daha sonra, o, Sovetlər Birliyində Siyasi Büronun aparıcı üzvlərindən biri olmuşdur. Heydər Əliyev Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Sonrakı bir neçə il təcrid şəraitində yaşamışdır. Azərbaycanın 1990-cı ildə sovet ordusunun təcavüzündən əziyyət çəkdiyi bir vaxt, o, ictimaiyyət qarşısında bu təcavüzü pislədi. Sovet dövlətinin Azərbaycan xalqına qarşı yeritdiyi və günahsız insanların kütləvi qırğını ilə nəticələnmiş siyasətə etiraz əlaməti olaraq, uzun illər üzvü olduğu Kommunist Partiyasını tərk etdi.

Bu hadisələrdən sonra, onun doğma şəhəri Naxçıvanda olan soydaşları onu oraya dəvət etdilər. O, 1990-cı illərin əvvəlində, ən çətin illərdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və Naxçıvanın Ermənistanın təcavüzündən qorunmasında olduqca mühüm rol oynamışdır. Həmin vaxt, Ermənistanın işğalçı qüvvələri tarixi torpaqlarımızı - Dağlıq Qarabağı və digər yeddi rayonu zəbt etməyə başlamışdı. Naxçıvan Azərbaycanın ərazisindən aralı yerləşən və Ermənistan tərəfindən əhatə olunan məkandır. Onun Azərbaycanla birbaşa əlaqəsi yoxdur. Ona görə Azərbaycanın həmin ərazisinin bir hissəsini işğaldan qorumaq o qədər də asan iş deyildi. Amma o, Naxçıvan camaatı ilə birlikdə bunun öhdəsindən gəldi. 1993-cü ildə, Azərbaycanın bir müstəqil ölkə kimi gələcək mövcudluğu sual altında olan bir vaxtda, xalq onu ölkəyə rəhbərlik etməyə dəvət etdi.

1993-cü ildən 2003-cü ilə qədər çəkən dövr sabitlik, iqtisadi inkişaf, iqtisadi artım, beynəlxalq səviyyədə fəaliyyət dövrü oldu. Bu gün isə ölkəmiz beynəlxalq birliyin çox vacib üzvüdür. Azərbaycan iqtisadiyyatı dalbadal üçüncü ildir dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bu gün əldə etdiyimiz nailiyyətlər - iqtisadi inkişaf, sosial problemlərin həlli, beynəlxalq birliyə fəal inteqrasiya ümummilli liderimizin fəaliyyəti sayəsində mümkün olmuşdur. O, müasir Azərbaycanın əsasını qoydu və biz bu gün onun siyasətini bütün sahələrdə davam etdiririk. Biz çox fərəhlənirik ki, bu gün onun başladığı işləri həyata keçiririk və beləliklə, ölkənin müasirləşdirilməsi davam etdirilir.

Ölkələrimizin tarixində bir çox oxşarlıqlar var. Hər iki ölkənin liderləri - Kral Hüseyn bin Təlal və Heydər Əliyev ölkələrimizin və xalqlarımızın inkişafında müstəsna rol oynamışlar. Onların xatirəsi xalqlarımızın ürəyində yaşayır. Bu gün dostluğumuz davam edir. İordaniya və Azərbaycanın rəhbərləri dostluq, qardaşlıq ənənəsini davam etdirirlər.

Qardaşım Kral Abdullah ötən il Azərbaycana rəsmi səfər etmişdir. Bu gün, mən İordaniyada səfərdəyəm. Biz ölkələrimiz arasında bir çox sənədlər imzaladıq. Onların digər hissəsi sabah imzalanacaq və əməkdaşlığımızın bir çox sahələrini əhatə edəcəkdir. Əminəm ki, gələcək inkişaf dövründə xalqlarımız arasında daha çox təmasların şahidi olacağıq. Onlar bir-birini daha yaxından tanıyacaqlar. İqtisadi layihələrimiz qarşılıqlı rifaha xidmət edəcəkdir və ölkələrimiz arasında siyasi əlaqələr daha da möhkəmlənəcəkdir.

Mən, eyni zamanda, bəyan etmək istəyirəm ki, bu yaxınlarda Bakı şəhərinin mərkəzi küçələrindən birinə Kral Hüseyn bin Təlalın adı verilmişdir. Allah ona rəhmət eləsin! Bu, həm də dostluq və qardaşlıq əlamətidir. Onun xatirəsinə və ölkənizin inkişafına, regionda sülh və sabitliyin bərqərar olmasına verdiyi töhfəsinə hörmət əlamətidir.

Mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə bir daha hamıya minnətdarlığımı bildirmək istəyirəm. Əmman şəhərinin küçəsinə Heydər Əliyevin adının verilməsinə görə Azərbaycan xalqı adından təşəkkürümü ifadə edirəm, bütün İordaniya xalqına sülh, çiçəklənmə və gələcəkdə uğurlar diləyirəm. Sağ olun.

                                                                                       X X X

Mərasimdə Prezident İlham Əliyevə bələdiyyənin adından xatirə hədiyyəsi təqdim edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb