Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

 

- Mənim ölkəmizin cənub bölgəsinə səfərim başa çatır. Bu gün və dünən burada vəziyyətlə, işlərin gedişi ilə tanış oldum və bütövlükdə deyə bilərəm ki, bölgədə inkişaf sürəti çox yüksəkdir. Regional inkişaf proqramı icra olunur, qarşıda duran vəzifələr öz həllini tapır və burada proseslər çox müsbət istiqamətdə gedir. Yerli icra orqanları yaxşı işləyirlər, yaxşı nəticələr göstərirlər. Eyni zamanda, mərkəzi icra orqanları da göstəriş alırlar ki, bu bölgəyə xüsusi diqqət olmalıdır, burada mövcud olan problemlər həll edilməlidir.

Bildiyiniz kimi, dünən və bu gün bölgənin hərtərəfli inkişafı üçün lazım olan tədbirlər görüldü. Burada yeni elektrik stansiyasının təməli qoyuldu. Bu stansiya bütün bölgəni elektrik enerjisi ilə fasiləsiz təmin edəcəkdir. Son müddət ərzində görülən tədbirlər nəticəsində elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıbdır. Demək olar ki, işıq sutka ərzində 20-22 saat verilir və bu, çox müsbət haldır. Amma biz elə etməliyik ki, qış aylarında da elektrik enerjisi davamlı verilsin. Ona görə Astarada tikiləcək stansiyanın əhəmiyyəti çox önəmlidir və o, bu ilin sonuna qədər tikilib istifadəyə verilməlidir.

Onu da demək istəyirəm ki, bu, Azərbaycanda gələn il quraşdırılacaq 5 stansiyadan biridir. İlk növbədə, biz qərara gəldik ki, bu stansiya cənub bölgəsində tikilsin. Lənkəranda bütün bölgəyə xidmət göstərəcək yeni Diaqnostika və müalicə mərkəzinin təməli qoyuldu. Hesab edirəm ki, bu da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün önəmli addımdır. Biz öz iqtisadi potensialımızı gücləndiririk. Ancaq biz xalq üçün işləyirik və işləməliyik. Səhiyyə sisteminin təkmilləşməsi məsələləri də böyük əhəmiyyət kəsb edir. Qısa müddət ərzində, gələn ilin yayına qədər ən yüksək standartlara uyğun olan, müasir avadanlıqla təchiz edilən xəstəxana istifadəyə veriləcəkdir.

Yolların çəkilməsi, məktəblərin tikilməsi, digər sosial infrastrukturun yaranması da böyük əhəmiyyət kəsb edir. Bütün bunlar bölgənin hərtərəfli inkişafına çox gözəl şərait yaradır. Bu inkişaf da artıq göz qabağındadır. Problemlər də var. Biz bunları bilirik və mənim bölgələrə səfərlərimin əsas məqsədi də məhz bundan ibarətdir ki, birinci tərəfdən, regional inkişaf proqramının icrası ilə tanış olum, gedən prosesləri öz gözümlə görüm, digər tərəfdən, mövcud olan problemləri operativ şəkildə həll edək.

Əlbəttə, qəbul edilmiş və bütün ölkəmizi əhatə edən regional inkişaf proqramında məsələlərin hamısını nəzərdə tutmaq qeyri-mümkündür. Elə məsələlər var ki, orada öz əksini tapmayıb və elə məsələlər də var ki, proqram qəbul olunandan sonra ortaya çıxıbdır. Əlbəttə ki, zona müşavirələrinin də məqsədi məhz budur - proqramda öz əksini tapmayan, yaxud sonra ortaya çıxan məsələlərə də diqqət göstərmək və bunları operativ şəkildə həll etmək.

Burada 5 rayonun icra hakimiyyətlərinin başçıları iştirak edirlər. Mən istərdim biz müzakirələrə keçək və onlar görülmüş işlər haqqında qısa məlumat versinlər və mövcud olan ən əsas problemlər haqqında danışsınlar. Biz sonra müvafiq qərarlar qəbul edəcəyik.

İndi isə söz verilir Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı Zeynal Nağdəliyevə.

Lənkəran şəhər icra hakimiyyətinin başçısı ZEYNAL NAĞDƏLİYEV dedi ki, cənab Prezident, Lənkəranda Dövlət proqramının həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Bilavasitə Sizin diqqət və qayğınız, Lənkəranda mövcud olan problemlərin həllinə göstərdiyiniz dəstək buna imkan vermişdir. Ölkənin hər yerində olduğu kimi, Lənkəranda da nəzərəçarpan dəyişikliklər baş vermişdir. Bu da sosial gərginliyin aradan qaldırılmasına kömək etmiş, əhalinin əhval-ruhiyyəsində müsbət dəyişikliklərə səbəb olmuşdur. Göstərdiyiniz qayğıya görə Sizə camaatımızın, lənkəranlıların, xüsusilə də dağ kəndləri əhalisinin minnətdarlığını çatdırıram. Rayonumuzun dağ kəndlərində uzun illər yol yox idi və bu da əhaliyə olduqca böyük problemlər yaradırdı. Sizin tapşırığınızdan sonra zəruri olan vəsait ayrılmışdır. Lənkəranda təməlini qoyduğunuz diaqnostika mərkəzinin, aeroportun tikintisi cənub bölgəsinə Sizin əvəzsiz bir hədiyyənizdir. Camaatımız bunu bilir, hər zaman qayğınızı hiss edir.

2003-cü il yanvarın 29-da Lənkəranda baş verən qəzadan sonra Sizin birbaşa tapşırığınızla bütün binalarda yoxlama keçirilmiş və lazımi tədbirlər görülür. Sizin tapşırığınızla şəhərin abadlaşdırılması üçün aldığımız 2,5 milyard manat vəsaitin artıq 1,5 milyard manatını istifadə etmişik. Lənkəran nurlu yerdir və ona görə əsas problem olan su axan kanalları bərpa etmişik. Bu, şəhəri subasma təhlükəsindən xilas edir. Şəhərin küçələrinin abadlaşdırılması bu il başa çatacaqdır.

İcra hakimiyyətinin başçısı bildirdi ki, son 25 ildə Lənkəranda cəmi 9 məktəb tikilmişdir. Son ilyarımda isə Heydər Əliyev Fondu tərəfindən 7 məktəbin inşasına başlanmışdır. Ümumiyyətlə, Dövlət proqramının yerinə yetirilməsi nəticəsində 2003-cü il oktyabrın 1-dən 2005-ci il sentyabrın 1-dək yaradılmış müəssisələrdə 1996, fəaliyyəti bərpa olunmuş müəssisələrdə 120 və digər tədbirlərin həyata keçirilməsi sayəsində 11159 iş yeri açılmışdır. Proqramın həyata keçirilməsi nəticəsində 24 min iş yeri açılmasını nəzərdə tutmuşduq. Amma təkcə artıq tamamlanmaqda olan süd zavodu və “Azərsun” şirkətlər qrupunun Lənkəranda həyata keçirdiyi layihə əsasında tikilən rayonlararası baza, əlillərin bərpa mərkəzi, stadion, dəniz limanı imkan verəcək ki, bu ilin sonuna biz bu rəqəmi təxminən 1,5 dəfə artıraq. Ən əsası da odur ki, bunlar daimi iş yerləri olacaqdır. 2005-ci ilin birinci yarısında rayonda ümumi sahəsi 12325 kvadratmetr olan yeni fərdi yaşayış evləri tikilmişdir ki, bu da əhalinin rifah halının yaxşılaşdığını göstərir. 2004-cü ildən bəri fərdi yaşayış evlərinin tikintisi 4 dəfə artmışdır.

Rayonun problemlərinin həlli üçün bütün potensial imkanlar səfərbər edilir. Kənarda yaşayan lənkəranlılar da kömək göstərirlər. İcra hakimiyyətinin başçısı dedi ki, bütün işlərimizin əsasında Prezidentin qəbul etdiyi qərarlar və bizim qarşımızda qoyduğu tapşırıqlar durur. 2003-cü il 24 noyabr tarixli Fərmandan irəli gələn tapşırığa əsasən, əhalini narahat edən məsələlərə, müraciətlərə daha həssaslıqla yanaşılır. Son 6 ayda şəhər icra hakimiyyətində 5402 vətəndaş qəbul edilmişdir. Bu müddətdə icra hakimiyyətinə ünvanlanmış məktubların sayı 56,5 faizdən 80,9 faizə çatmışdır. Bu, bilavasitə yerlərdə əhalinin Sizin həyata keçirdiyiniz siyasətə inamının artması ilə bağlıdır. Daxil olmuş müraciətlərin təhlili əhalinin maddi vəziyyətinin yaxşılaşmasından xəbər verir. Belə ki, müraciətlərin böyük əksəriyyəti fərdi ev tikintisi, sahibkarlıqla məşğul olmaq üçün torpaq sahələrinin ayrılması, icarəyə verilməsi məsələləri ilə bağlıdır. Digər mühüm cəhət də şikayətlərin azalmasıdır. Yarım ildə daxil olmuş 3225 müraciətin cəmi 98-i, yəni 3 faizi şikayətdir. Bu da onu göstərir ki, sosial problemlərin həllində Sizin həyata keçirdiyiniz siyasət əhali tərəfindən razılıqla qarşılanmışdır.

Zeynal Nağdəliyev bir sıra problemlərdən də danışaraq bildirdi ki, Lənkəran şəhərində əhalinin sayı 59 min nəfərə çatmışdır. 1960-cı illərdə tikilmiş su və kanalizasiya sistemləri isə 20 min əhaliyə nəzərdə tutulmuşdur. Bu məsələ Dövlət proqramına daxil edilmişdir və “Azərsu” ilə danışıqlar aparılır. Onlar mütəxəssislər göndərmişlər. Bu məsələdə kömək göstərilməsini istəyirik.

Qaz təchizatında da problem var. Yay mövsümündə gündə 50 min kubmetr qaz alır, 8650 abonentdən 6600-nü təchiz edə bilirik. Biz layihə hazırlamışıq, 117 kilometr xəttin çəkilməsinə ehtiyac vardır. Qış dövründə gündə 300-350 min kubmetr qaz ala bilsək, bu, Lənkərana əvəzsiz kömək olardı.

Lənkəranın problemlərindən biri də turizmlə bağlıdır. Sizin tapşırığınıza əsasən müvafiq işlər görmüşük, layihələr işlənib hazırlanmışdır. Lənkəranda turizmin, kurort-sanatoriya sisteminin inkişafı Dövlət proqramına daxil edilmişdir. “İstisu” pansionatının yenidən qurulması, turizm bazalarının tikintisi ilə bağlı bir neçə layihə işlənib hazırlanmışdır və Sizin dəstəyinizə ehtiyac vardır.

Z.Nağdəliyev qarşıdan gələn parlament seçkilərinə də toxunaraq dedi ki, seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamla icra hakimiyyəti strukturlarının üzərinə düşən bütün işlər görülür. Əhalinin sərbəst toplaşması, təşviqat aparılması üçün müvafiq şərait yaradılmışdır. Seçkilərin yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni edəcəyik.

Cənab Prezident, ümumiyyətlə, Siz Lənkəranın çətin, xoş günlərində həmişə bizə dayaq olmusunuz. Sizi bir daha əmin edirəm ki, Azərbaycanın, xalqımızın gələcəyi üçün gördüyünüz bütün işlərinizdə Sizin köməkçiniz olacağıq.

Astara Rayonu İcra Hakimiyyətinin başçısı OQTAY ABBASOV çıxışında vurğuladı ki, respublikamızda ictimai-siyasi sabitliyin bərpası və iqtisadi tənəzzülün dayandırılması məhz ümummilli lider Heydər Əliyevin dövrünə təsadüf etmişdir. Bu gün də həmin siyasət davam etdirilir, respublikamız sürətlə inkişaf edir.

Cənab Prezident, Sizin təsdiqlədiyiniz sosial-iqtisadi inkişaf proqramı həyata keçirilir. Siz konserv zavodunda oldunuz. Yerli sahibkarın öz vəsaiti hesabına tikdiyi 2 konserv zavodu istifadəyə verilmişdir. Həmin ərazidə süd zavodunun tikintisinə də başlanacaqdır. Rayonda abadlıq işləri də geniş vüsət almışdır. Təhsilə böyük diqqət yetirilir. Rayonda 9 yeni məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti ilə 3, daxili imkanlar hesabına 4 məktəb tikilir. Çalışacağıq ki, bu il onları istifadəyə verək.

İcra hakimiyyətinin başçısı dedi ki, rayonda 38 fermer təsərrüfatı yaradılmışdır. Bunlardan 13-ü heyvandarlıqla, 25-i sitrus bitkiləri becərməklə və çayçılıqla məşğuldur. “Azərsun Holdinq” şirkətlər qrupu çayçılıq sahəsində çox böyük işlər görür, artıq 15 hektar torpaq sahəsi alıblar. Çayçılığın inkişaf etdirilməsi üçün daha 5 hektar torpaq sahəsi ayrılmışdır.

Natiq problemlərdən danışaraq dedi ki, Astara rayonunun ən böyük problemlərindən biri kəndarası yolların və dağ yollarının vəziyyətidir. Onların təmirə çox böyük ehtiyacı var. Rayonun üç yaşayış məntəqəsinə - Astara şəhərinə, Sərab və Ərçivan kəndlərinə qaz verilir. Şəhərin 18 minə yaxın əhalisinin təxminən 60 faizi qazla təmin olunur. 9 minə yaxın əhalisi olan Ərçivan kəndində də camaatın tam 60 faizə qədəri qaz alır. Daxili imkanlarımız hesabına yeraltı qaz xətlərini üstə çıxarıb təmir edirik. Lakin bu sahədə Sizin köməyinizə ehtiyac vardır.

Ən böyük problemlərdən biri də Xəzər dənizi ilə bağlıdır. Astara rayonunun Xəzər dənizi ilə 18 kilometr sərhədi var. Artıq su şəhərə - dəmir yoluna yaxınlaşmaqdadır. Nəqliyyat Nazirliyi tərəfindən bizə daim kömək göstərilir, ancaq orada əsaslı işlər görülməlidir.

Astarada olan yaşayış binalarının çoxu SSRİ vaxtında tikilmiş, bəziləri yarımçıq istifadəyə verilmişdir. Bu binaların mərkəzləşmiş kanalizasiya xətti yoxdur.

Dənizin səviyyəsinin qalxması ilə əlaqədar yay vaxtı şəhərdə içməli su problemi yaranır. 1988-89-cu illərdə, hətta 1980-ci illərin əvvəlində Astarada tədqiqat aparılmışdır. 48 kilometr aralıda böyük bulaq var, əgər oradan su çəkilsə, həm Astara şəhərini, həm də bəzi qəsəbələri içməli su ilə təmin etmək olar.

O.Abbasov daha sonra dedi ki, cənab Prezident, Siz dünən modul tipli elektrik stansiyasının təməlinin qoyulması mərasimində iştirak etdiniz. Fürsətdən istifadə edərək, bu stansiyanın və qaz-kompressor stansiyasının Astara rayonu ərazisində tikilməsinə görə bütün astaralılar adından Sizə minnətdarlığımı bildirirəm. Əmin olun ki, bütün astaralılar var qüvvəsi ilə çalışacaq ki, Sizin tövsiyə və tapşırıqlarınız yerlərdə həyata keçirilsin.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən işlərdən danışan icra hakimiyyətinin başçısı bildirdi ki, Astarada 2400 daimi iş yeri açılmışdır. Mövsümi iş yerlərinin sayı isə 7400-ə yaxındır. Sahibkarlığın inkişafı, iş yerlərinin sayının artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunacaqdır.

İLHAM ƏLİYEV: Qaz təchizatı, ümumiyyətlə, çox ciddi problemdir. Bu, öz həllini tədricən tapır, amma hələ ki, biz bunu tam şəkildə həll edə bilmirik. İlk növbədə, qazın həcminin az olmasına görə. Çünki Azərbaycanda 4 milyard kubmetr qaz hasil edilir, təxminən 4 milyard 500 milyon kubmetr də idxal olunur. Amma bu, yenə də çatmır. Bizim hələlik əlavə imkanımız yoxdur. İdxal qazını da 4 milyard 500 milyon kubmetrdən artıq ala bilmirik. Ona görə yox ki, bizim pulumuz yoxdur. Pulumuz var, qaz yoxdur. Ona görə, indi bizim ümidimiz “Şahdəniz” qaz yatağının işlənilməsinə, eyni zamanda, “Azəri” yatağından çıxarılan səmt qazının artırılmasınadır. Hər iki layihə Azərbaycana əlavə qazın verilməsini təmin edəcək və ondan sonra yəqin ki, qaz problemi aradan qaldırılacaqdır.

Ancaq elektrik enerjisi ilə təchizat daha sürətlə yaxşılaşır. Yaz-yay aylarında, ümumiyyətlə, problem yoxdur. Çalışmalıyıq ki, qış aylarında da olmasın. Azərbaycanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikintisi, 500 meqavatlıq Sumqayıt buxar-qaz qurğusunun, Bakıda “Şimal-2” elektrik stansiyasının tikintisi bu problemin aradan qaldırılmasına imkan yaradacaqdır. Eyni zamanda, bildiyiniz kimi, bu yaxınlarda “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti yaradıldı və o, istilik təchizatı problemləri ilə məşğuldur. Məqsəd qoyulubdur ki, gələn ilin sonuna qədər Bakıda istilik təchizatı problemi tamamilə aradan qaldırılsın. Yeni texnologiyalar tətbiq olunacaq, mən bu məsələ ilə çox ciddi məşğulam və müvafiq göstərişlər verilibdir. Məhəllədaxili müasir qazanxanalar quraşdırılacaq və beləliklə, hər bir məhəllə muxtar şəkildə, rejimdə istiliklə təmin olunacaqdır. Birincisi, bu, problemi aradan qaldıracaq, ikinci tərəfdən isə, elektrik enerjisinə tələbat o qədər də çox olmayacaq, xüsusilə qış aylarında bu qıtlıq aradan qaldırılacaqdır.

Əlbəttə ki, bu məsələlər indi bizi ən çox narahat edən məsələlərdir. Çünki ölkə inkişaf edir, iqtisadiyyat inkişaf edir, yeni müəssisələr fəaliyyətə başlayır, yeni evlər tikilir, əhalinin rifah halı yaxşılaşır, fərdi ev tikintisi çox sürətlə gedir. Hər bir ev tikiləndə onun qazı da, suyu da, işığı da olmalıdır. Bunu çatdırmaq çətindir. Ancaq əminəm ki, bu problemlər həll ediləcəkdir. Sadəcə olaraq, bir az vaxt lazımdır.

Lerik Rayonu İcra Hakimiyyətinin başçısı FÜZULİ HACIYEV Prezidentə müraciətlə dedi ki, iki gündür bütün leriklilər böyük təəssürat altındadır. Lənkəran-Lerik yolunun açılışı ilə bağlı sevincimizin həddi-hüdudu yoxdur. Bu tarixi hadisə ilə əlaqədar Sizə bütün leriklilərin minnətdarlığını bildirirəm. Dövlət proqramının qəbulundan sonra bütün regionlarda olduğu kimi, bizdə də bu istiqamətdə müəyyən işlər görülür. Rayon üzrə 10-15 əsas istiqamət müəyyənləşdirilmişdir və müvafiq iş gedir. Məhz bunun nəticəsidir ki, rayonumuzda 5 il üçün nəzərdə tutulmuş 3500 iş yerindən 1000-i açılmışdır. Bunun da 70 faizindən çoxu daimi iş yeridir. Təkcə Lənkəran-Lerik yolunun çəkilişi dövründə, bu neçə ay ərzində 500-dən çox adam işlə təmin olunmuşdur. Bu, bizim rayon üçün çox böyük əlamətdar hadisədir.

Vaxtilə ümummilli liderimizin xüsusi tapşırığı və göstərişi ilə dağ rayonlarının inkişafına dair 14 illik bir proqram icra olunur. Bu proqram respublikanın 5 rayonunda, o cümlədən Lerikdə həyata keçirilir. Təkcə bu proqram çərçivəsində 400 nəfərə yaxın adam işlə təmin edilmişdir. Bu, təkcə yerli əhalinin iş yeri tapmasına yox, rayonda sosial infrastrukturun yaradılmasına, təmir işlərinə, məktəblərin tikilməsinə, xəstəxanaların bərpa olunmasına, uşaq bağçalarının inşasına səbəb olur. Xüsusilə nəqliyyat və tikinti materialları istehsalı, turizm, mineral suların istehsalı, kənd təsərrüfatının inkişafı ilə bağlı yaxşı nəticələr vardır.

Son iki-üç il ərzində Lerikdə 8 məktəbin, son altı ayda isə 5 məktəbin inşa edildiyini və sentyabrın 15-dək istifadəyə veriləcəyinin görünməmiş yenilik olduğunu vurğulayan F.Hacıyev bildirdi ki, əhalinin maddi vəziyyəti, güzəranı günü-gündən yaxşılaşır. Miqrasiya məsələsində də dəyişiklik hiss olunur, yəni əhalinin torpaqla təminatı onların rayonda qalmasına kömək edir. Xüsusilə də ucqar kəndlərdən köçmənin sayı minimuma enmişdir. Bu, sosial-iqtisadi inkişafla bağlı görülən mühüm işlərin nəticəsidir və gələcəkdə də davam etdiriləcəkdir.

İcra hakimiyyətinin başçısı xatırlatdı ki, 1980-ci illərin axırlarında İran İslam Respublikası ilə sərhəd-keçid məntəqəsinin açılmasına səy göstərilmişdir. Azərbaycanın sərhəd rayonlarının sakinləri sadələşdirilmiş qaydada İrana gedirlər. Bizim camaat da bu imkandan istifadə edir. Ancaq onlar bundan ötrü Lənkərana, oradan Astaraya və sonra İrana gedirlər. Bu da müəyyən problemlər yaradır. Halbuki bizim sərhəd kəndimizdən İranın Ərdəbil şəhərinə cəmi 29 kilometrdir. Bu məsələ həll olunarsa, rayonun yüksək dağlıq ərazilərinin kənd təsərrüfatı, ticarət-iqtisadi əlaqələri inkişaf edərdi.

Başqa bir əsas məsələ, qazlaşdırma ilə bağlıdır. Lerikin füsunkar meşələri var və əhali yanacaqla bağlı həmişə meşələrdən istifadə edir. Bu problem həll olunsa, meşələrin qırılmasının qarşısı alınardı. Vaxtilə rayondaxili, rayonlararası yollar, xüsusilə Lerik-Kəlvəz sərhəd yolu, Lerik-Yardımlı, Lerik-Masallı yolu dövlət yolları idi. Sonradan bunlar kənd yolları kimi rayonun tərkibinə verilib. İstərdik, sərhəd bölgəsi olduğu üçün gələcəkdə bunlara dövlət yolu statusu verilsin.

İLHAM ƏLİYEV: Lənkəran-Lerik yolu rayon yolu hesab olunur?

FÜZULİ HACIYEV: Dövlət yoludur. Ondan sonra sərhədə qədər Kəlvəz kəndinədək yol var. Yəni bu dövlət yolu olarsa, gələcəkdə rayonumuzun iqtisadiyyatının inkişafına böyük təkan yaradar.

Cənab Prezident, Lerik kənd təsərrüfatı rayonudur, çoxlu mal-qaramız var. 25 min hektar qışlaqlarımız var, başqa rayonlardan 20 illiyə bizə verilmişdi. Əhali indi də ondan istifadə edir, amma müəyyən problemlərlə qarşılaşır. Yəni artıq bunun hüquqi əsası yoxdur. Bu torpaqların bizə verilməsinin müddəti 2000-ci ildə qurtarıbdır. Kənd təsərrüfatı texnikası ilə bağlı da çətinlik çəkirik. Xüsusilə taxıl biçini zamanı kombaynlarla, şum traktorları, aqroservis xidməti ilə bağlı müəyyən problemlərimiz olur.

İcra hakimiyyətinin başçısı vurğuladı ki, rayonda əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Lerik rayonunda 161 kənd var. Bunların 70-ə yaxını dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir və buna görə adamlar 20 faiz əlavə vəsait alırlar. İstərdik ki, əhalinin sosial rifahının yaxşılaşdırılması və miqrasiyanın qarşısının alınması üçün bu əmsal 1200 metr yüksəklikdə yerləşən yaşayış məntəqələrinə də tətbiq edilsin. Məsələn, Lerik qəsəbəsi 1480 metr yüksəklikdədir.

İLHAM ƏLİYEV: 20 metr çatmır.

FÜZULİ HACIYEV: Bəli, 20 metr çatmır ki, adamlar 20 faiz əlavə vəsait alsın. Cənab Prezident, mən xahiş edirəm ki, əgər gələcəkdə imkan olarsa, bu məsələdə bizə köməyinizi göstərəsiniz. Mən Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

X X X

İLHAM ƏLİYEV: Biz bütün məsələlərə baxacağıq, indi göstərişlər veriləcəkdir. Hündürlük məsələsinə də baxarıq. Ümid edirəm ki, bu da öz müsbət həllini tapacaqdır. Buraxılış-keçid məntəqəsi barədə biz sizinlə dünən söhbət etdik.

Əlbəttə, bu, insanlara da böyük əziyyət verir. Onlar gərək Lerikdən Lənkərana gəlsinlər, Lənkərandan Astaraya getsinlər, oradan da İrana keçsinlər. Halbuki buradan, yaxın məsafədən keçə bilərlər. Ona görə biz bu məsələyə gərək aydınlıq gətirək. Müvafiq göstərişlər veriləcəkdir, müvafiq orqanlar bu məsələyə baxacaqlar. Əgər heç bir başqa fikir olmasa, biz bunu həll edərik.

Qazlaşdırma ilə bağlı məsələ də mənə tanışdır. Mən bilirəm, Azərbaycanda bir neçə rayon var ki, ümumiyyətlə, orada heç vaxt qaz olmamışdır. Bunlardan biri Lerikdir, o biri isə Yardımlıdır. Mən bu məsələ ilə 2001-ci ildə çox ciddi məşğul idim. Çünki bilirsiniz ki, Azərbaycana 2001-ci ilə qədər xaricdən qaz gətirilmirdi. Ancaq Azərbaycanda çıxarılan qazdan istifadə edirdik. O da çatmırdı. Çünki onun böyük hissəsi elektrik stansiyalarına gedirdi və əhaliyə qaz, faktiki olaraq, çox az verilirdi. Ancaq Bakı və bir neçə rayon qazla təmin olunurdu.

2001-ci ildə biz yeni proqrama başladıq və onun da təşəbbüskarı mən olmuşdum. Rusiyadan 2001-ci ildə 1 milyard kubmetr, ondan sonra 2 milyard kubmetr qaz idxal edirdik. Tədricən bu rəqəmi, həcmi artıraraq, 4 milyard 500 milyon kubmetrə çatdırdıq. O vaxt da öyrəndim ki, Azərbaycanda Lerik və Yardımlı rayonları qaz ala bilmir, çünki xətlər yoxdur. Buraya gəlməmişdən əvvəl “Azəriqaz” Səhmdar Cəmiyyətinin rəhbərinə göstəriş verdim ki, məsələ araşdırılsın və təkliflər verilsin ki, biz Lerikə və Yardımlıya qaz xətlərini necə çəkək. Əlbəttə, bu, texniki cəhətdən çətin bir məsələdir. Çünki özünüz bilirsiniz, burada relyef çox mürəkkəbdir. Həm texniki cəhətdən çətindir, eyni zamanda çoxlu vəsait tələb edən bir layihədir. Amma mən göstəriş verdim. Yaxın zamanlarda təkliflər hazırlanacaqdır. Mən ümid edirəm ki, bu məsələ də öz müsbət həllini tapacaq və tapmalıdır. Çünki Azərbaycanda bütün rayonlar qazla təmin edilməlidir. Hər halda, infrastruktur yaradılmalıdır. Ondan sonra qazın verilməsi onun həcmindən asılı olacaqdır. Bayaq dediyim kimi, növbəti illərdə qazın həcmi həm Azərbaycanın özündə artacaq, həm də, bəlkə, idxal imkanlarımız daha da genişlənəcək və beləliklə, biz bu məsələni həll edə biləcəyik.

“Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaranması da bir yenilikdir. Azərbaycanda bu praktika yox idi. Mən bir müddət bundan əvvəl göstəriş verdim ki, araşdırsınlar, görək bizim kənd təsərrüfatında ən çox problem yaradan nədir. Dedilər ki, ən çox problem yaradan texnikanın olmaması, yaxud köhnəlməsi, bir də gübrələrin olmamasıdır. “Aqrolizinq”in yaranmasının səbəbi də budur. Bu il büdcədə 100 milyard manat nəzərdə tutulub, artıq xaricdən texnika alınıb və bu yaxınlarda bölgələr arasında paylanacaqdır. Gələn il isə 150 milyard manat dəyərində texnika alınacaqdır. Lazım olarsa, biz bu məbləği də artırarıq ki, texnikanın çatışmaması qısa müddət ərzində aradan qaldırılsın. Gübrə də alınacaq və paylanacaqdır. Çünki bizim əhalimizin yarısı kənd təsərrüfatı ilə məşğuldur. Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün çox vacibdir, bu sahədə böyük perspektivlər var. Biz bunu da həll etməliyik. Qalan bütün məsələlərin hamısına baxılacaqdır.

X X X

Masallı Rayonu İcra Hakimiyyətinin başçısı OQTAY ƏLİYEV çıxışında vurğuladı ki, hörmətli cənab Prezident, Masallı rayonu bu günlər Sizin

gəlişinizlə əlaqədar xoş təəssürat içindədir. Regionların sosial-iqtisadi inkişafına dair Sizin təsdiq etdiyiniz proqrama uyğun olaraq rayonda çox böyük işlər görülübdür. 2 kərpic zavodu, qazlı sular istehsal edən sexlər, iaşə və ticarət mərkəzləri, 8 şadlıq sarayı tikilibdir. Ticarət mərkəzlərindən birində bu gün Siz oldunuz, orada 450-500 nəfər adam işlə təmin edilmişdir. Bundan əlavə, mebel fabriklərimiz, kərpic zavodlarımız da var və onlarda əlavə sexlər yaradılır. Dövlət proqramına uyğun olaraq, Masallı rayonunda 6 min daimi iş yeri açılmalıdır. İndiyədək 2291 daimi iş yeri yaradılmışdır ki, onun da 976-sı son səkkiz aya təsadüf edir. Abadlıq işlərinə də diqqət artırılmışdır. Heydər Əliyev prospekti tam abadlaşdırılıb, asfaltlaşdırılıb, müasir işıq dirəkləri qoyulubdur. 20 kilometr sahəyə asfalt, bütün kəndarası yolların hamısına çınqıl döşənmişdir, qışda camaat yoldan əziyyət çəkməyəcəkdir.

Sement zavodu, beynəlxalq avtovağzal tikiləcək, 5 hektarlıq Heydər Əliyev adına park tam abadlaşdırılacaq, orada ulu öndərimizin heykəli ucaldılacaqdır.

Oqtay Əliyev bəzi problemlərə də toxundu və bildirdi ki, əsas məsələlərdən biri çayçılığın bərpasıdır. Masallıda vaxtilə 11 min ton yaşıl çay yarpağı yığılır və bu sahədə 10 min adam işləyirdi.

İLHAM ƏLİYEV: İndi nə qədər yığılır?

OQTAY ƏLİYEV: İndi cəmi min ton yığılır. O da daxili imkanlarımız hesabına, büdcə vəsaitindən istifadə etmədən bərpa olunmuş 50-60 hektar sahədən götürülür. Bilirsiniz ki, çay kolları 7-8 ilə məhsul verir. Ona görə də bizə uzunmüddətli güzəştli kreditlər verilsə, bu məsələ həll olunar.

Qaz problemimiz də var, rayonun cəmi 30-40 faiz abonenti qazla təmin olunur ki, bu da azdır. Ona görə də meşələrin qırılmasına və məhvinə gətirib çıxarır. Bunlar proqrama salınsa, yaxşı olardı.

İndi Masallı şəhərinin əhalisi 25 minə yaxındır. Lakin şəhərin kanalizasiya, su sistemi yoxdur. Suyu maşınlarla gətirirlər. Ərkivan kəndindən 5,5 kilometr məsafədən su çəkmişik, ancaq o, üç yerə gəlib çatır, camaat suyu oradan aparır. Bu işdə də köməyinizə ehtiyac duyuruq.

Qaz, elektrik sayğaclarının qoyulması da çox ciddi məsələdir. Sayğaclar qoyulsa, pul yığımı ilə əlaqədar problemlər azalar.

İLHAM ƏLİYEV: Sizdə sayğac qoyulmur?

OQTAY ƏLİYEV: Başlayıblar, ancaq çox azdır. Qoyulsa, çox kömək edər və qənaətə gətirib çıxarar.

Cənab Prezident, kənd təsərrüfatında işləyən traktorlar köhnəlib və demək olar, sıradan çıxıbdır. “Aqrolizinq”in Masallıda məntəqəsi yaradılsa, fermerlər texnikanı icarə yolu ilə götürüb istifadə edərdilər.

İcra hakimiyyətinin başçısı rayonda turizmin inkişafından da danışdı, 6 böyük şirkətin fəaliyyət göstərdiyini söyləyərək dedi ki, çoxlu kotteclər tikilib və istifadə olunur. Yer məsələsi ilə bağlı problem yoxdur.

Söz verirəm ki, qarşımızda qoyduğunuz proqramlar Masallıda tam yerinə yetiriləcəkdir. Masallı camaatı Sizi çox sevir, xarici və daxili siyasətinizi tam dəstəkləyir və axıra qədər də belə olacaqdır.

İLHAM ƏLİYEV: Qaldırdığınız məsələlər çox vacibdir və biz çalışırıq ki, bunları həll edək. Bu məsələlər, demək olar ki, bütün rayonlarda mövcuddur. Əsas narahat edən məsələlər işıq, qaz, su, kanalizasiya sistemi və kənd təsərrüfatı texnikasının çatışmamasıdır. Bütün bu məsələlərə, əlbəttə, çox böyük diqqət göstərilir. Vaxt var idi ki, ümumiyyətlə Masallıya, bu bölgəyə qaz verilmirdi. Bu bölgəyə qazın verilməsinin dayanması təxminən 1990-cı, yaxud 1991-ci ilə təsadüf edir.

O illərdən sonra 10 il ərzində qaz verilmədi. 2001-ci ildə biz Lənkəran, Masallı, Astaraya, sonra o biri rayonlara - Cəlilabad, Biləsuvara qaz verilməsini bərpa etdik. Amma çatmır. Bunun da səbəbi aydındır - qaz yoxdur. Bir var ki, nəyisə tez, qısa müddət ərzində eləmək olar, biz bunu edirik.

Elektrik enerjisi ilə bağlı problem də bizi çox narahat edir. Nə etdik? Qısa müddət ərzində 52 kiçik həcmli, modul tipli elektrik stansiyasının alınmasına nail olduq. Büdcədən vəsait ayırdıq, heç bir kredit götürmədik. Bu, çox böyük məbləğdir. Göstəriş verdim ki, 2006-cı ilin sonuna qədər 5 yerdə bu stansiyalar tikilsin, birincisi də Astarada. Beləliklə, qısa müddət ərzində bu problem aradan qaldırılacaqdır. Sonra Sumqayıt elektrik stansiyası, Bakıda “Şimal-2” elektrik, daha sonra Əli Bayramlı elektrik stansiyası tikiləcəkdir. Bunlar 2-3 il vaxt aparacaqdır. Modul elektrik stansiyalarının tikilməsi qısa müddət ərzində bu problemi aradan qaldırır.

Qaz təchizatında isə biz buna nail ola bilmirik. Çünki hasil olunan qaz çatmır, idxal qazı da azdır. Biz Rusiya ilə bu il üçün 5,5 milyard kubmetr qazın alınması haqqında saziş bağlamışdıq. 5,5 milyard kubmetr qaz bizi tam qane edəcəkdir. 4 milyard kubmetr də özümüz hasil edirik. Amma onlardan xəbər gəldi ki, maksimum 4,5 milyard kubmetr qaz verə biləcəklər. Belə olan halda, 1 milyard kubmetr qaz çatmır. Yalnız və yalnız “Şahdəniz” qaz yatağının işə düşməsi, “Azəri” yatağından səmt qazının hasilatının artırılması bu məsələni həll etməyə imkan verəcəkdir.

Sayğaclar da quraşdırılmalıdır. Mən tamamilə razıyam və göstəriş vermişəm, həm qaz, həm elektrik, həm su sayğacları qoyulmalıdır. İnsanlar bilməlidir ki, nəyə görə pul verirlər. Mən demişəm ki, kimin imkanı yoxdursa, qazın pulunu imkanı olanda versin. Çünki biz qazın qiymətini qaldırdıq. Amma elektrik enerjisinin qiymətini qaldırmadıq. Ona görə bunun pulu necə verilirdisə, elə də verilməlidir. Daha da çox verilməlidir. Çünki az yığılır. Qonşu ölkələrdə yığım 100 faiz təşkil edir və hər kilovat-saat elektrik enerjisinin qiyməti bizdəkindən 2-3 dəfə yuxarıdır. Dollarla desək, Azərbaycanda əhaliyə qazın min kubmetri 8 dollara satılırdı. Qonşu ölkələrdə 130 dollara satılır. Biz bunu qaldırdıq 48 dollara, yenə də bizim, necə deyərlər, xərclərimizi ödəmir. Çünki biz Rusiyadan 62 dollara alırıq. Hansı ölkə 62 dollara alıb, əhaliyə 48 dollara satır? Heç bir ölkə bunu etməz. Ancaq biz buna, necə deyərlər, ədalətli yanaşırıq. Amma imkanlar artdıqca, indi maaşlar, minimum əmək haqqı, pensiyalar qaldırılır, - əlbəttə, qazın pulu ödənilməlidir. Amma adamlar bilməlidir ki, nəyə görə pul ödəyirlər. Ona görə sayğaclar tez bir zamanda quraşdırılmalıdır.

Yardımlı Rayonu İcra Hakimiyyətinin başçısı SÜLEYMAN MİKAYILOV dövlətimizin başçısına müraciətlə dedi ki, çox hörmətli cənab Prezident, Yardımlı rayonuna səfəriniz əhalinin böyük sevincinə səbəb olmuşdur. Ona görə rayonumuzun sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Yardımlının problemlərinin həllinə dair verdiyiniz tapşırıqların hamısı may ayından yerinə yetirilir. Tikiş və xalça sexləri tam gücü ilə işləyir, müasir texnologiya və avadanlıqla təchiz olunubdur. Burada 150 nəfərə qədər işçi çalışır. Ticarət mərkəzində 110-a qədər işçi çalışır. Yeni açılan çörək sexi Türkiyədən gətirilmiş müasir avadanlıqla təchiz olunub, burada 15 nəfər işləyir.

Heydər Əliyev küçəsində 260-dan çox müasir tipli işıq dirəkləri quraşdırılıbdır. 2200 yerlik, müasir standartlara uyğun stadion istifadəyə verilib, Heydər Əliyev muzeyi yaradılıbdır.

Yardımlıda məktəblərlə bağlı çox böyük problem var idi, son zamanlar aradan qaldırılmışdır. Heydər Əliyev Fondu tərəfindən 6 məktəb tikilmişdir, sentyabrın 15-də təhvil veriləcəkdir. 18 məktəb daxili imkanlar hesabına yenidən tikilib və tam hazır vəziyyətdədir. 6 məktəbdə də müasir standartlara uyğun təmir işləri aparılıbdır. Bütün bunların nəticəsində ümumilikdə rayonda 2100 adam işlə təmin olunubdur.

Üç ayda rayonda 360 nəfər daimi işlə təmin edilmişdir. Yardımlının da su problemi var. Daxili imkanlar hesabına artezian qurğuları almışıq, kəndlərdə quyular qazılır.

Cənab Prezident, bizim rayonda kadr çatışmazlığı var. 412 müəllim çatışmır. Şəraitin olmadığına görə, uzaq dağ rayonu olduğu üçün gəlmirlər.

İLHAM ƏLİYEV: Gəlmək istəmirlər?

SÜLEYMAN MİKAYILOV: Heç kim gəlmək istəmir. Bu barədə Təhsil Nazirliyinə yazmışıq, bəlkə bir kömək göstərdilər. 40-dan çox həkim çatışmır. Bu da problem olaraq qalır. Qaz problemi də var.

İLHAM ƏLİYEV: Yardımlıda qaz heç vaxt olmayıbdır.

SÜLEYMAN MİKAYILOV: Amma böyük problemdir. Meşələr qırılır.

İLHAM ƏLİYEV: Mən bunu dedim, göstəriş verdim, indi “Azəriqaz” təkliflər hazırlayır. Texniki təklif hazır olan kimi, mən lazım olan vəsaiti ayıracağam, həm Lerikə, həm də Yardımlıya qaz xətləri çəkiləcəkdir.

SÜLEYMAN MİKAYILOV: Cənab Prezident, bizim elektrik enerjisi problemimiz də var. Elektrik dirəkləri çox köhnədir. Külək olan kimi bir neçə gün kəndlər işıqsız qalır. Son vaxtlar daxili imkanlarımız hesabına 20-yə yaxın transformator alıb quraşdırmışıq. “Bayva” ilə danışıqlar gedir. Bizə bu sarıdan Sizin köməyiniz lazım olacaqdır. 35 min kilovoltluq Masallı-Yardımlı xətti sıradan çıxmaq üzrədir. İndi bəzi müəssisələrin açılması ilə əlaqədar Yardımlı rayonuna yeni xətt çəkilsə, çox yaxşı olar.

Yardımlıda da sərhəd buraxılış-keçid məntəqəsinin açılması zəruridir. Çünki İranın böyük şəhəri olan Ərdəbilə 25 kilometrdir.

İLHAM ƏLİYEV: 25 kilometrdir?

SÜLEYMAN MİKAYILOV: Bəli.

İLHAM ƏLİYEV: Yol var?

SÜLEYMAN MİKAYILOV: Bəli, yaxşı yol deyil, amma var.

İLHAM ƏLİYEV: Yaxşı, biz bu məsələyə kompleks şəkildə baxarıq.

SÜLEYMAN MİKAYILOV: Cənab Prezident, Sizin bütün daxili və xarici siyasətinizi dəstəkləyirik. Yardımlı camaatı həmişə Sizə arxadır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə yekun nitqi söylədi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub