Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Regionların inkişafı proqramı uğurla icra edilir. Bildiyiniz kimi, müxtəlif yerlərdə, rayonlarda olarkən vəziyyətlə şəxsən tanış oluram, gedən işlərlə maraqlanıram və görürəm ki, bütövlükdə, nəzərdə tutulmuş proqramlar yerinə yetirilir. Bu, çox müsbət haldır. Çünki regionların inkişafı bizə imkan verəcək ki, Azərbaycan hərtərəfli inkişaf etsin.

Bizim çox gözəl iqtisadi göstəricilərimiz vardır. İqtisadiyyat çox yüksək sürətlə inkişaf edir. Bir müddətdən sonra üçüncü rübün yekunları müzakirə olunacaqdır. İlkin məlumatlara əsasən demək olar ki, 9 ay ərzində Azərbaycan iqtisadiyyatı 20 faiz artıbdır. Sənaye potensialı təxminən 26 faiz artıbdır. Əgər dünyanın istənilən ölkəsi ilə müqayisə etsək, görərik ki, bu, dünyada mövcud olan ən yüksək inkişaf sürətidir. Əlbəttə, bu bizə imkan verir ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edək, infrastrukturun yaradılmasında böyük işlər görək.

Maaşlar, pensiyalar, sosial müavinətlər artırılır. Gələn ilin büdcəsi artıq parlamentə göndərilib və yaxın zamanlarda müzakirə olunacaqdır. Bizim təklifimiz, hökumətin təklifi belədir ki, büdcə xərcləri təxminən 4 milyard dollara bərabər olsun. Nəzərə alsaq ki, iki-üç il bundan əvvəl bizim büdcəmiz 1 milyard dollar idi, bu, çox böyük nailiyyətdir, böyük uğurdur. Gələn ilin büdcəsi böyük sıçrayışdır. Böyük büdcə böyük xərclər deməkdir, böyük işlərin görülməsi deməkdir, sosial infrastrukturun inkişafı, qaz kəmərlərinin, su kəmərlərinin çəkilişi deməkdir.

Təbii ki, ümumi büdcə artdıqca, bölgələrə ayrılan vəsait də artmalıdır. Bildiyiniz kimi, keçən il qəbul etdiyimiz regionların inkişafı proqramı da bütün bu işləri özündə əks etdirir. O, real proqramdır. Bu proqramda heç bir şüar, heç bir başqa niyyət yoxdur. Orada hər bir iqtisadi zona üçün, hər bir rayon üçün real, konkret işlər öz əksini tapıbdır.

Bu gün səhər Gəncədə idim, orada vəziyyətlə tanış olurdum, işlər yaxşı gedir. Bu gün Qazaxa gəlmişəm. Bildiyiniz kimi, burada yeni, müasir müalicə-diaqnostika mərkəzinin təməli qoyuldu. Bu mərkəz bütün ətraf rayonlara da xidmət göstərəcəkdir. Gürcüstanda yaşayan soydaşlarımız da bu gözəl imkanlardan istifadə edə bilərlər.

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sabitlik bizim inkişafımızın başlıca şərtidir. İnsanların əhval-ruhiyyəsi də məni qane edir. Mən bunu bölgələrə etdiyim bütün səfərlərdə görürəm, hiss edirəm. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və bəyənilir. Bu da onu göstərir ki, bizim uğurlu fəaliyyətimiz, qarşımıza qoyduğumuz proqramların həyatda öz əksini tapması Azərbaycanda çox gözəl ab-hava yaradır.

Bu gün isə konkret məsələləri müzakirə edəcəyik. Əlbəttə, regional inkişaf proqramında bütün əsas istiqamətlər öz əksini tapıbdır. Amma bunu dəfələrlə bəyan etmişəm ki, hər bir məsələni nəzərdə tutmaq mümkün deyildir. Ona görə biz gərək konkret məsələlər haqqında fikir mübadiləsi aparaq. Siz görülən işlər haqqında məruzə edəcəksiniz. Hansı məsələ həll olunmalıdır, hansı məsələ bəlkə də regional inkişaf proqramında öz əksini tapmamışdır, yaxud da o vaxt mövcud deyildi, indi yaranıbdır - biz bu gün bu barədə danışacağıq.

X X X

Sonra icra hakimiyyəti başçılarının məlumatları dinlənildi.

X X X

Qazax Rayonu İcra Hakimiyyətinin başçısı RAUF HÜSEYNOV regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində rayonda son dərəcə mühüm tədbirlər görüldüyünü, yerli sahibkarlığın inkişafı nəticəsində yeni iş yerlərinin açıldığını, əhalinin sosial rifahının dinamik şəkildə yüksəldiyini söylədi. Vətəndaşların şikayətlərinə diqqətlə yanaşıldığını bildirən icra hakimiyyətinin başçısı dedi ki, ötən dövr ərzində şikayətlər xeyli azalmışdır. 2004-cü ildə işlə təminatla bağlı 209 müraciət olmuşdur. Bu ilin doqquz ayında isə bu rəqəm 99-a enmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV Qazax rayonunun digər sosial problemləri ilə də maraqlandı:

- Sizə hansısa əlavə kömək lazımdırmı, yaxud hansısa bir problem varmı ki, özünüz həll edə bilmirsiniz? Yaxud həlli üçün mərkəzdən göstəriş verilməli, qərar qəbul edilməli olan problem var?

RAUF HÜSEYNOV: Cənab Prezident, bayaq yol problemi ilə bağlı çox düzgün qeyd etdiniz. Rayon mərkəzinin yol problemini həll edəcəyik, iş gedir. Çox əfsuslar olsun ki, Sizin gəlişinizə çatdıra bilmədik. Amma çox yaxın vaxtda biz rayon mərkəzinin yol problemini həll edəcəyik. Regionlara olan bu qayğını hamı hiss edir, “Kaspian servis” şirkəti çoxmərtəbəli ev tikmək üçün müraciət etmişdir. Məktubları var, onlar bizdən yer istəyiblər. yəqin ki, Heydər Əliyev parkına yaxın ərazidə onlara yer veriləcək və yaxın vaxtlarda tikintiyə başlanacaqdır.

İLHAM ƏLİYEV: Əgər çoxmərtəbəli evlər tikmək istəyən varsa, demək, inkişaf gedir. İndi bizdə, ancaq Bakıda çoxmərtəbəli evlər tikilir. Bu gün gördüm, artıq Gəncədə də başlanıbdır. 7 mərtəbəli, çoxmərtəbəli ev tikilir. Artıq bu onu göstərir ki, regionlar da sürətlə inkişaf edir. Çünki hər bir inkişafın öz əlamətləri var. Tikinti onun, necə deyərlər, ən bariz nümunəsidir, yaxud da əlamətidir. Əgər sizdə də bu proses başlanırsa, bunu ancaq dəstəkləmək lazımdır. Amma baxın ki, yeni binalar gözəl zövqlə tikilsin. Mən keçən dəfə Sabirabadda bu barədə öz fikirlərimi dedim. Bu, sizə də aiddir. Baxın, rayonlarda səliqə-sahman yaradın, heç kimin istifadə etmədiyi yararsız binaları, əyri-üyrü daxmaları sökün. Dəmir-dümürlər, əgər istifadə olunmursa, paslanmış hasarlar götürülməlidir ki, təmizlik olsun, gözəllik olsun. Əlbəttə, hər yeni tikilən binaya bu yanaşma tətbiq olunmalıdır.

Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı HƏMİD BAĞIROV çıxışında ölkəmizdə iqtisadi inkişafın yüksək sürətinin Tovuz rayonunda da aydın şəkildə hiss edildiyini konkret rəqəmlərlə diqqətə çatdırdı. Bütün bunların yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına və əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini bildirdi. O dedi ki, Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycandakı inkişafa uyğun olaraq, rayonumuzda da müəyyən nəticələr əldə olunmuşdur. Cari ilin oktyabrınadək 8700 yeni iş yeri açılmışdır. Bundan 3300-ü daimi iş yeridir.

H.Bağırov rayonda abadlıq və quruculuq işlərinin, tikinti və kənd təsərrüfatı məhsulları istehsalının durmadan artdığını və sosial-iqtisadi resurslardan maksimum səmərəli istifadə edildiyini bildirdi.

Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı NAZİM VEYSOV da rayonda yeni istehsal sahələrinin yaradılması ilə bağlı ardıcıl tədbirlər görüldüyünü, yeni iş yerlərinin açıldığını, özəl sektorun, azad sahibkarlığın intensiv inkişaf etdiyini, nəticədə keyfiyyətli yerli məhsullar istehsalına nail olunduğunu, kənd təsərrüfatı sektorunda da böyük uğurlar əldə edildiyini söylədi.

Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı CÜMŞÜD MUSAYEV regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası sayəsində qazanılan nəticələri sadaladı, rayonda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdəki inkişafı, istehsal sahələrinin yaradılması və genişləndirilməsindəki uğurları xatırlatdı, elektrik enerjisi və su problemlərinin aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirdi.

Sonra çıxış edən Gədəbəy Rayonu İcra hakimiyyətinin başçısı KAMRAN RZAZADƏ ölkədəki yüksəlişin Gədəbəydə də iqtisadi inkişafla müşayiət olunduğunu dedi. O, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Gədəbəyin ən ucqar kəndlərinin birində də 100 yerlik yeni məktəb binasının yüksək standartlara uyğun şəkildə tikilib istifadəyə verildiyini xüsusi vurğuladı.

Rayonların ayrı-ayrılıqda mövcud sosial-iqtisadi vəziyyəti ilə bağlı göstəricilərini dinləyən Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib