Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Nazirlər Kabinetinin bugünkü iclasında biz 2005-ci ilin yekunlarını müzakirə edəcəyik. Görülən işlər təhlil olunmalıdır və 2006-cı ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparılacaqdır. 2005-ci il Azərbaycan üçün çox uğurlu il olmuşdur. 2005-ci ildə biz öz fəaliyyətimizi müxtəlif istiqamətlərdə uğurla davam etdirmişik. Azərbaycanın xarici siyasəti uğurla davam etdirilib, ölkəmizdə iqtisadi islahatlar uğurla aparılır. Sosial məsələlərin həlli işində böyük nailiyyətlər əldə edilibdir. Ordu quruculuğu, cəmiyyətimizin demokratikləşməsi istiqamətində çox önəmli addımlar atılıb və nailiyyətlər əldə edilibdir.

Xarici siyasətimiz daxili siyasətin nəticəsidir və onun davamıdır. Azərbaycan regional əməkdaşlıqda çox fəal iştirak edibdir. Demək olar ki, bölgədə və dünyada öz mövqelərini xeyli gücləndiribdir. Biz beynəlxalq təşkilatlarla öz işimizi çox səmərəli qururuq, beynəlxalq təşkilatlarda iştirak edirik və öz mövqeyimizi ifadə edirik. Qonşularımızla əməkdaşlığımız, əlaqələrimiz 2005-ci ildə daha da möhkəmlənibdir. Mənim qonşu dövlətlərə rəsmi səfərlərim, o ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlar Azərbaycan üçün çox faydalı olmuşdur. Əlbəttə, 2006-cı ildə bu istiqamətdə işlərimiz davam etdiriləcəkdir.

Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti də çox müsbətdir. Biz bir sıra beynəlxalq təşkilatların üzvüyük və bu təşkilatlarda öz siyasətimizi ifadə edirik. 2005-ci ildə mən İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM təşkilatının, Avropa Şurasının zirvə görüşlərində iştirak etmişdim və orada apardığım danışıqlar, görülən işlər Azərbaycanı bu təşkilatlarla daha da yaxınlaşdırmışdır.

Avratlantik strukturlara inteqrasiya siyasətimiz davam edir və bu istiqamətdə 2005-ci ildə həm Azərbaycan tərəfindən, həm də Avropa İttifaqı və başqa təşkilatlar tərəfindən çox önəmli addımlar atılmışdır. Bir sözlə, xarici siyasətimiz bizə imkan veribdir ki, Azərbaycan bölgədə və dünyada öz mövqelərini daha da möhkəmləndirsin, regional müstəvidə çox güclü ölkəyə çevrilsin.

Xarici siyasətin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu, bizim üçün ən önəmli, prioritet məsələdir və 2005-ci ildə bu istiqamətdə müsbət hadisələr baş vermişdir. İlk növbədə, Birləşmiş Millətlər Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini öz gündəliyinə salmışdır və bu özlüyündə çox müsbət bir haldır. ATƏT işğal edilmiş torpaqlara faktaraşdırıcı missiyasını göndərmişdir və missiya işğal olunmuş torpaqlarda ermənilərin qanunsuz məskunlaşmasını aşkar etmişdir. Avropa Şurası 2005-ci ilin əvvəlində bu məsələyə dair çox dəyərli qətnamə qəbul etmişdir və bildiyiniz kimi, o qətnamədə ilk dəfə olaraq, Ermənistan işğalçı dövlət kimi tanınır.

2005-ci ildə Praqa prosesi daha da möhkəmləndi. Bildiyiniz kimi, Praqa prosesi mərhələli həll deməkdir. Azərbaycanın mövqeyi bütün zamanlarda məhz bundan ibarət olmuşdur və Praqa prosesinin möhkəmlənməsi danışıqlar prosesində bizim mövqelərimizi daha da gücləndirdi.

Yəni bütün bunlar müsbət addımlardır. Deyə bilərəm ki, diplomatik səylərimizin gözəl nəticələridir. Amma bütün bunlara rəğmən, məsələ öz həllini tapmır. Bütün bu diplomatik uğurlar, əlbəttə ki, bizi sevindirir və mövqeyimizi gücləndirir. Ancaq bir halda ki, torpaqlarımız hələ də işğal altındadır, bütün bu nəticələrin böyük əhəmiyyəti yoxdur. Əhəmiyyət o olacaq ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Bizim soydaşlarımız işğal olunmuş torpaqlara - Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlara və Dağlıq Qarabağa da qayıtmalıdırlar.

Bildiyiniz kimi, danışıqlar davam edir və Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və olmayacaqdır. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır və Azərbaycan bu mövqedən bir addım da geriyə çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində, gələcək illərdə Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaratsın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Bir daha deyirəm, bu məsələ danışıqlar mövzusu deyildir.

Bütün bu diplomatik səylərlə yanaşı, təbii ki, ordu quruculuğunda işlər daha da sürətlə getməlidir. 2005-ci il bu baxımdan da çox uğurlu olmuşdur. Görülən tədbirlər nəticəsində hərbi büdcəmiz təxminən 70 faiz artmışdır. 2006-cı ildə isə hərbi xərclərə nəzərdə tutulan məbləğ 100 faiz artacaq və bu proses davam edəcəkdir. Deyə bilərəm ki, son iki il ərzində Azərbaycanın müdafiə potensialı iki dəfə, bəlkə iki dəfədən də çox artmışdır və biz bu siyasətimizi davam etdirəcəyik. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır və bu siyasətimiz təbiidir. Bu, bizim suveren haqqımızdır.

Şübhəsiz ki, bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır. Ona görə 2005-ci ildə iqtisadi islahatların uğurla davam etdirilməsi prosesi möhkəmlənmişdir. Azərbaycan 2005-ci ildə iqtisadi artım baxımından dünyada lider ölkəyə çevrilmişdir. Ümumi daxili məhsul təxminən 27 faiz artmışdır və bu, dünyada görünməmiş bir nəticədir. Bununla yanaşı, sənaye potensialı 33 faizdən çox artmışdır. O da çox böyük rəqəmdir və heç bir ölkədə bu rəqəmə rast gəlinmir. Əhalinin pul gəlirləri 27 faiz, əmək haqqı 22 faiz artmışdır. İnflyasiya 9,8 faiz olmuşdur. Yəni əhalinin pul gəlirləri ilə müqayisə etsək görərik ki, real gəlirlər 17 faiz artmışdır. Azərbaycanda orta aylıq əmək haqqı keçən ilin sonunda təxminən 140 dollar təşkil etmişdir. Bu da böyük artımdır. Nəzərə alsaq ki, minimum əmək haqqının qaldırılması prosesi 2006-cı ildə də davam edəcək, 2006-cı ilin sonunda əlbəttə, Azərbaycanda orta aylıq əmək haqqı daha da artacaqdır.

Əlbəttə ki, bütün bunlar onu göstərir ki, bizim iqtisadi siyasətimiz çox uğurludur, məqsədyönlüdür, düşünülmüş konsepsiya şəklində aparılır və belə olan təqdirdə nəticələr də var. Gətirdiyim bu rəqəmlər gördüyümüz işlərin ən gözəl nümunəsidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan çox sürətlə inkişaf edir.

Ümumi daxili məhsulun adambaşına düşən həcmi Azərbaycanda artıq 1500 Amerika dolları təşkil edir. Nəzərə alsaq ki, 2006-cı ildə iqtisadiyyat təxminən eyni sürətlə inkişaf edəcək, yəqin ki, ilin sonunda adambaşına düşən ümumi daxili məhsulun həcmi 2 min dollara yaxın olmalıdır.

Bildiyiniz kimi, regional inkişaf proqramı uğurla davam etdirilir. İşsizliyin, yoxsulluğun azaldılması bizim üçün prioritet məsələlər olmuşdur. İki il bundan əvvəl regionların inkişaf proqramı qəbul olunmuşdur və bu iki il ərzində Azərbaycanda 340 min yeni iş yeri açılmışdır. Bu, bir daha onu göstərir ki, bizim qəbul etdiyimiz proqramlar reallığı əks etdirir. İşlər düzgün qurulanda bütün, hətta ən çətin məqsədlər də həyatda öz əksini tapır.

Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı kifayət qədər çoxdur. Amma bu istiqamətdə də dinamika çox müsbətdir. 2004-cü ildə yoxsulların sayı 49 faiz, 2005-ci ilin əvvəlində 40 faiz idi. 2006-cı ilin əvvəlində isə 29 faizdir. 29 faiz də çoxdur. Yəni, əhalinin üçdə bir hissəsi hələ ki, çətin şəraitdə yaşayır. Amma yoxsulluğun azaldılması, bu dinamika onu göstərir ki, biz düz yoldayıq. Mən heç şübhə etmirəm ki, görülən tədbirlər nəticəsində 2006-cı ilin sonuna qədər Azərbaycanda yoxsulların sayı daha da azalacaqdır.

İndi Azərbaycanın çox güclü iqtisadi potensialı yaranır. Eyni zamanda, bizim valyuta ehtiyatlarımız da artır. Milli Bankın və Dövlət Neft Fondunun hesabında, haradasa, 2,3 milyard dollar vəsait var. Bu, bizim strateji resursumuzdur. Bir tərəfdən, gələcək nəsillər üçün saxlanılmalıdır, eyni zamanda, Azərbaycanın ən önəmli məsələlərinin həlli üçün də istifadə olunmalıdır. Bildiyiniz kimi, Neft Fondunda qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması üçün vəsait nəzərdə tutulubdur. İndi geniş tikinti işləri gedir. Bildiyiniz kimi, mən bəyan etmişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Bu istiqamətdə də çox böyük işlər görülübdür. Çadır şəhərcikləri ləğv olunur, onların əvəzinə yeni gözəl binalar tikilir və qaçqınlara, köçkünlərə hədiyyə edilir.

Ölkəmizdə ictimai-siyasi vəziyyət çox müsbətdir. 2005-ci ildə bu istiqamətdə böyük işlər görülmüşdür. 2005-ci ildə Azərbaycanın siyasi həyatında mühüm rol oynayan parlament seçkiləri keçirilmişdir. Parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam əks etdirmişdir. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləmişdir və təbii ki, seçkiləri müşahidə edən rəy sorğuları təşkilatlarının nəticələri rəsmi nəticələrlə, demək olar ki, 90-95 faiz üst-üstə düşmüşdür. Yəni bu ən gözəl göstəricidir, ən gözəl nümunədir. Bu onu göstərir ki, rəsmi nəticələr exit-pollun nəticələri ilə üst-üstə düşür və beləliklə, Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapmışdır.

Seçkilərdən istifadə edib vəziyyəti gərginləşdirmək istəyən qüvvələr də var idi. Ancaq Azərbaycanda xalqla iqtidar arasında olan birlik və vəhdət onların planlarının üstündən böyük bir xətt çəkdi. Azərbaycanın uğurlu inkişafı, ölkəmizin möhkəmlənməsi, hərtərəfli tərəqqisi bizim ən başlıca vəzifəmizdir. Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, əlbəttə, bizim mövqelərimizi daha da möhkəmləndirir. Mən bu gün rəqəmləri deyərkən bir daha onu vurğulamaq istəyirəm ki, heç bir ölkədə belə inkişaf, dinamika yoxdur. Heç bir ölkədə ümumi daxili məhsul bir il ərzində 26 faiz, sənaye istehsalı 33 faiz təşkil etmir. Onu göstərir ki, bu, real işlərin, gərgin fəaliyyətin nəticəsidir. Bu, Azərbaycanın hərtərəfli inkişafı üçün, bizim müstəqil siyasət aparmaq imkanlarımızı artırmaq üçün ən önəmli məsələdir.

Təsəvvür edin, əgər Azərbaycanda iqtisadi inkişaf olmasaydı, əksinə, əgər tənəzzül olsaydı, nə baş verərdi? Biz hamımız o illəri, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələri yaxşı xatırlayırıq, - Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. Azərbaycan başqa ölkələrin diktəsi ilə hərəkət edirdi. Ümumiyyətlə, müstəqil siyasət aparmaq haqqında söhbət getmirdi. Azərbaycan müxtəlif təşkilatlara, ölkələrə müraciət edirdi ki, bizə yardımlar edilsin. Biz bu gün heç kimə müraciət etmirik. Bu gün bizə müraciət edirlər ki, biz yardımımızı göstərək və biz də bu yardımı göstəririk. Ona görə iqtisadi potensialın möhkəmlənməsi bizim müstəqilliyimizi də möhkəmləndirir.

Bu gün Azərbaycan, sözün əsil mənasında, müstəqil siyasət aparır, heç kimdən asılı deyil, gələcəkdə də heç kimdən asılı olmayacaqdır və əlbəttə ki, bu, bizə böyük imkanlar açır, öz sözümüzü açıq şəkildə deyirik. Azərbaycan həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz mövqeyini qətiyyətlə, inamla deyir. Biz gərək bunu yüksək qiymətləndirək və bu gözəl imkanları əldə edib Azərbaycan xalqının milli maraqlarını daha da yüksək səviyyədə qorumalıyıq.

Bütün bu işlərin təməli 1990-cı illərin ortalarında qoyulmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində, səyləri nəticəsində, siyasəti nəticəsində bu gün Azərbaycan bölgədə və dünyada çox möhkəm yerini tutmuş bir ölkədir. Məhz o siyasət, məhz xalqımızın öndəri Heydər Əliyevin fəaliyyəti bizə bu imkanları yaratdı. Faktiki olaraq, Heydər Əliyev Azərbaycan dövlətini qurdu, güclü dövlət qurdu. O dövləti ki, bu gün öz sözünü istənilən səviyyədə, istənilən formatda deyir və müdafiə edir. Biz bu gözəl nailiyyətləri daha da artırmalıyıq, öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza ləyaqətlə xidmət etməliyik və bütün istiqamətlərdə Azərbaycanın potensialını möhkəmləndirməliyik. İqtisadi, siyasi islahatlar davam etməlidir, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səylər davam etdirilməlidir. Ordu quruculuğu, sosial məsələlərin həlli və başqa sahələr də həmçinin.

Beləliklə, bir daha demək istəyirəm ki, 2005-ci il uğurlu il olmuşdur. Bizim planlarımız həyatda öz əksini tapdı və gərək biz çalışaq ki, 2006-cı ildə də qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapsın.

İndi isə müzakirələrə keçək və sözü maliyyə naziri Əvəz Ələkbərova verirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb