Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Artıq iki ildir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Proqramı həyata keçirilir. Bugünkü toplantıda görülən işlər haqqında məlumat veriləcək, təhlil aparılacaq, çatışmazlıqlar haqqında söhbət gedəcəkdir. İki il ərzində regionların inkişafı üçün, demək olar ki, bütün sahələrdə böyük işlər görülmüşdür. Həm regionların sosial-iqtisadi inkişafı, həm də infrastruktur layihələri - bütün bunlar paralel şəkildə həyata keçirilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı bizə bu imkanı yaratmışdır ki, həm dövlət tərəfindən, eyni zamanda, sahibkarlar tərəfindən sərmayə qoyuluşu daha çox regionlara yönəldilsin. Bu, bizim proqramımızdır. Mən bu proqramla hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində çıxış etmişdim. Ölkəmizin hərtərəfli, dayanıqlı və davamlı inkişafı üçün bu proqram bizə çox lazımdır.

Mən çox şadam ki, iki il ərzində görülən işlər gözəl nəticələrini vermişdir. Azərbaycanda son iki il ərzində 340 mindən artıq yeni iş yeri yaradılmışdır, çoxlu müəssisələr, fabriklər, sosial obyektlər açılmışdır. Bütün bunlar Azərbaycan xalqına xidmət edir, ölkəmizi möhkəmləndirir. Bütün bu uğurların təməlində 1990-cı illərin ortalarında başlanmış ciddi iqtisadi islahatlar proqramı dayanır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmış genişmiqyaslı islahatlar öz bəhrəsini verməkdədir. Eyni zamanda, uğurlu neft strategiyamız da Azərbaycana çox böyük xidmət göstərmişdir. İndi bizim maliyyə vəziyyətimiz yaxşılaşıbdır. Ölkədə gedən böyük abadlıq-quruculuq işlərinin təməlində də məhz 1990-cı illərin ortalarından həyata keçirilən Heydər Əliyevin neft strategiyası durur. İndi Azərbaycan öz neft-qaz potensialını artıq dünya bazarlarına çıxarır. Bu ildə bizim təbii sərvətlərimizi dünya bazarına çatdırmaq üçün iki nəhəng kəmər tikiləcəkdir.

Azərbaycanda iqtisadi artım dünyada ən yüksək sürətlə gedir. Bunu artıq bütün dünya bilir. Ötən il ümumi daxili məhsul 26 faizdən çox, sənaye istehsalı 33,5 faiz, əhalinin pul gəlirləri 27 faiz artmışdır. Əlbəttə ki, bizim büdcəmiz də artır və artmalıdır. Artıq 2006-cı ilin büdcəsi 4 milyard dollara bərabərdir. 2005-ci illə müqayisədə artım təxminən 70 faiz təşkil edir və bu bizə yeni imkanlar, yeni maliyyə mənbələri yaradır. Gərək biz bundan səmərəli istifadə edək. Gərək bütün səylərimizi xalqımızın, Vətənimizin inkişafına yönəldək.

Regionların sosial-iqtisadi inkişaf proqramı iki il bundan əvvəl qəbul edilmişdir. Bu, çox müfəssəl bir sənəddir. Orada, demək olar ki, ölkəmizin bütün iqtisadi zonalarında görüləcək işlər, əsas istiqamətlər öz əksini tapmışdır. Ancaq həyat yerində durmur, ortaya yeni vəzifələr çıxır, yeni məsələlər üzə çıxır. Bildiyiniz kimi, mənim rayonlara səfərlərim çərçivəsində zona müşavirələri keçirilir və hər müşavirədən sonra o zonanın inkişafı üçün lazım olan tədbirlər planı hazırlanır və sərəncam imzalanır.

Bir sözlə, son iki il ərzində regional inkişaf proqramına ciddi dəyişikliklər edilmişdir. Eyni zamanda, Azərbaycanın sənaye potensialının sürətlə inkişafı, tikintinin geniş vüsət alması, əlbəttə, enerjiyə tələbatımızı da artırıbdır. Bu məqsədlə 2006-cı ildə Azərbaycanın müxtəlif bölgələrində yeni elektrik stansiyaları tikiləcək, biz bu proqramı qəbul edəndə bunlar nəzərdə tutulmamışdı. Yəni bir çox məsələ var ki, iki il bundan əvvəl onu nəzərdə tutmaq mümkün deyildi. Ancaq indi bunlar öz əksini tapır və həyata keçirilir. O cümlədən, bu yaxınlarda şəhərətrafı kənd və qəsəbələrin inkişafına dair müşavirə keçirilmişdir və yaxın gələcəkdə müvafiq sərəncam və tədbirlər planı imzalanacaqdır. Çünki biz bu regional inkişaf proqramı ilə bütün regionları əhatə etdik, amma Bakının kəndləri kənarda qaldı. Nəzərə almalıyıq ki, şəhərətrafı kənd və qəsəbələrdə 700 min əhali yaşayır. Bu da çox ciddi, çox böyük maliyyə resursları tələb edən proqramdır. Bu imkanlar da bizdə var.

Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət, bizim neft strategiyamızın müvəffəqiyyətlə davam etdirilməsi və maliyyə nizam-intizamının möhkəmlənməsi, şəffaflığın təmin olunması bizə imkan verir ki, maliyyə resurslarımız çox sürətlə artsın. Əgər biz büdcə gəlirlərini nəzərdən keçirsək, görərik ki, son iki il ərzində bizim büdcəmiz 1 milyard 500 milyon dollardan 4 milyard dollara gəlib çatıbddır və bu da son hədd deyildir. Artıq mən hökumət qarşısında, Maliyyə Nazirliyi qarşısında vəzifə qoymuşam ki, gələn ilin büdcəsinin əsas parametrləri müəyyən edilsin. Gələn ilin büdcəsi də kəskin şəkildə artmalıdır. Buna imkan var və bu artım ilk növbədə, qeyri-neft sektorunun hesabına olmalıdır. Biz Neft Fondunda yığılan vəsaiti çox qənaətlə xərcləməliyik. Bunu xərcləmək o qədər də çətin deyildir. Ancaq biz bunu bir əmanət kimi saxlamalıyıq. Ən önəmli, ən vacib məsələlərə yönəltməliyik.

İlk növbədə, digər resurslardan istifadə etməliyik və qeyri-neft sektorunun hesabına, vergilərin hesabına büdcəmiz kəskin şəkildə artmalıdır və artacaqdır. 2008-ci ilə qədər hər il büdcəmiz artmalıdır. Bu, bizə imkan verəcək ki, bütün infrastruktur layihələrimizi uğurla həyata keçirək, ölkəmizi müasirləşdirək, yeni, güclü iqtisadiyyat yaradaq, ölkəmizin sənaye potensialını gücləndirək. İndi biz neft amilindən çox məharətlə istifadə etməliyik. Azərbaycanın uzunmüddətli sənaye inkişafı konsepsiyası və proqramı hazırlanmalıdır və güclü sənaye kompleksi yaradılmalıdır. Bu, keçmişdə bizdə var idi. Sovet İttifaqı zamanı bu var idi. Amma o müəssisələrin bir çoxu köhnəlib, müasir tələblərə cavab vermir və beləliklə, yeni, müasir sənaye potensialının inkişafı lazımdır. Biz bütün bunları edəcəyik. Mən buna şübhə etmirəm. Bunu etmək üçün bütün şərtlər var. İlk növbədə, dövlətin düşünülmüş iqtisadi inkişaf konsepsiyası, proqramı var, siyasi iradə var, cəmiyyətdə bu barədə fikir birliyi var. Azərbaycandakı ictimai-siyasi vəziyyət bütün islahatları - həm siyasi, həm də iqtisadi islahatları keçirmək üçün çox müsbətdir.

Artıq Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır və bilirsiniz ki, sahibkarlığın inkişafı bizim siyasətimizin ən vacib istiqamətlərindən biridir. Son iki il ərzində Azərbaycanda sahibkarlıqla məşğul olanların sayı xeyli dərəcədə artıbdır. Bunu təmin etmək üçün həm dövlətin qayğısı var, dəstək var, eyni zamanda, əməli-praktiki tədbirlər də var. Bilirsiniz ki, sahibkarlara kömək üçün, onların gözəl nəticələr əldə etməsi üçün dövlət büdcədən güzəştli şərtlərlə kreditlər ayırır və bunların həcmi ildən-ilə artır. Bu il təxminən 100 milyon dollar səviyyəsindədir. Bu vəsait sahibkarlara veriləcək və onun müqabilində yeni iş yerləri, müəssisələr, fabriklər və s. yaradılacaqdır. Eyni zamanda, regionları hərtərəfli inkişaf etdirmək üçün güclü infrastruktur olmalıdır ki, onu da sahibkar yarada bilməz. Sahibkar yol çəkə bilməz, elektrik stansiyası tikə bilməz, aeroport tikə bilməz. Tikə bilər, amma bu, onun bilavasitə vəzifəsi deyildir. Bu vəzifəni dövlət öz üzərinə götürübdür.

Ona görə indi Azərbaycanda müxtəlif yerlərdə yeni aeroportlar tikilir, yeni yollar salınır, məktəblər tikilir. Keçən il 400-ə yaxın məktəb tikilib, təmir edilib və əlavə sinif otaqları tikilibdir. Xəstəxanaların tikintisinə başlamışıq. Uzun illər idi ki, bu, çox geridə qalmış bir sahə idi. 2005-ci ildən başlayaraq, Azərbaycanın müxtəlif bölgələrində ən müasir standartlara cavab verən yeni diaqnostika-müalicə mərkəzlərinin təməl daşı qoyulubdur. Bir il ərzində, demək olar ki, Azərbaycanın bütün bölgələrində ən müasir avadanlıqla təchiz edilmiş yeni tibb ocaqları yaradılacaqdır. Bütün bunlar regionların inkişafı deməkdir. Bütün bunlar xalqın daha da yaxşı yaşaması deməkdir. Bütün bunlar ölkəmizin möhkəmlənməsi deməkdir. Bizim də vəzifəmiz budur.

Bütün bu planların təməlində bir məqsəd dayanır: ölkəmiz daha da möhkəmlənsin, daha da zənginləşsin, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, daha da yaxşı maaş alsın, pensiya alsın və Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirsin. Bunu etmək üçün indi şərait də bizim üçün çox əlverişlidir.

Azərbaycan artıq öz neft-qaz potensialını işə salır. Son aylar ərzində bölgədə yaşanan enerji böhranı onu göstərdi ki, Azərbaycanın önəmi artıbdır. Biz bundan istifadə etməliyik. Öz enerji potensialımızdan istifadə etməliyik. Eyni zamanda, Azərbaycan artıq Asiyadan və başqa ölkələrdən Avropaya gedən enerji dəhlizini təmin edən bir ölkədir, yəni biz artıq tranzit ölkəyə çevrilmişik. Təkcə nəqliyyat baxımından yox, eyni zamanda enerji daşıyıcılarını Asiyadan, başqa ölkələrdən Avropaya çatdırmaq üçün. Bu istiqamətdə bizim fəaliyyətimiz düşünülmüşdür və uzunmüddətlidir.

Kənd təsərrüfatının inkişafı regional inkişaf proqramının, demək olar ki, əsasını təşkil edir. Çünki regionlarda əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayır, kənd təsərrüfatı ilə məşğul olur. Biz bu sahəyə də çalışırıq ki, kömək göstərək. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması bu istiqamətdə atılmış çox mühüm addımdır. Onun vasitəsilə artıq kəndlərə texnika gətirilib, gübrə alınıb paylanılır. Bir sözlə, fermerlər üçün ilkin şərait yaradılır. Onlara kreditlər verilir, texnika verilir, gübrə verilir ki, onlar daha da yaxşı işləyə bilsinlər.

Bir sözlə, bütün bu iki il ərzində görülmüş işlər onu göstərir ki, istiqamət düzgün seçilmişdir, prioritetlər düzgün müəyyən edilmişdir və proqramın icrasında da müsbət meyillər kifayət qədərdir. Amma problemlər də var, çatışmayan cəhətlər var və biz bunları vaxtlı-vaxtında araşdırmalıyıq, tədbirlər görməliyik ki, bu proqram, 2008-ci ilə qədər nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilsin.

İndi isə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayevə söz verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər