Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Nazirlər Kabinetinin bugünkü iclası birinci rübün yekunlarına həsr edilibdir. İqtisadiyyatımız birinci rübdə yüksək sürətlə artmışdır. Bildiyiniz kimi, 2005-ci il bu baxımdan Azərbaycanda rekord ili olmuşdur. Bizim iqtisadiyyatımız 26 faiz artmışdır. Ancaq bu ilin birinci rübündə artım daha da böyük olubdur. Rüb ərzində ümumi daxili məhsul 39 faiz artıbdır. Sənaye istehsalı 47 faiz, orta əmək haqqı 20 faiz, əhalinin gəlirləri 18 faiz, 2005-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiyməti 5,5 faiz artmışdır. Eyni zamanda, pensiyaların orta aylıq məbləği təxminən 19 faiz artmışdır. Bütün bunlar bir daha onu göstərir ki, bizim iqtisadi siyasətimiz çox uğurludur və real nəticələr verməkdədir.

Azərbaycanın çox sürətli iqtisadi inkişafı artıq bütün dünya tərəfindən bəyənilir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən iqtisadi islahatları çox yüksək qiymətləndirirlər. Azərbaycanın davamlı inkişafı bölgədə gedən proseslərə çox müsbət təsir edir və şübhəsiz ki, bizim mövqelərimizi daha da möhkəmləndirir. İldən-ilə artan büdcəmiz imkan verir ki, ölkədə gedən geniş quruculuq, abadlıq işlərini davam etdirək. Bizə imkan verir ki, çox böyük layihələri, irimiqyaslı infrastruktur layihələrini həyata keçirək. Əlbəttə ki, sosial məsələlərin həlli bizim üçün daha da asanlaşır.

Artıq birinci rübün nəticələri imkan verir ki, qəbul olunmuş büdcəyə düzəlişlər edilsin, dürüstləşdirmə aparılsın. Çünki bizim maliyyə imkanlarımız daha da artıbdır. Yəqin ki, bu yaxınlarda büdcəyə düzəlişlər müzakirə ediləcək və beləliklə, bu il ərzində nəzərdə tutulmayan əlavə proqramları da biz həyata keçirəcəyik.

Regionların inkişaf məsələləri diqqət mərkəzindədir. Bizim siyasətimizin, demək olar ki, istiqamətlərindən biri də odur. Rayonlara vaxtaşırı səfərlərim mənə imkan verir ki, vəziyyətlə tanış olum və biz ortaya çıxan yeni məsələləri də operativ qaydada həll edək.

Bütövlükdə, regionların hamısında inkişaf, demək olar ki, çox geniş vüsət alıbdır. Son iki il yarım ərzində 380 min yeni iş yerinin açılması özlüyündə böyük göstəricidir. Yəqin ki, gələn ilin büdcəsində rayonların sosial-iqtisadi inkişafına daha da böyük dəstək verilməlidir, daha da böyük həcmdə vəsaitlər ayrılmalıdır ki, rayonlarda insanları narahat edən bütün məsələlər tezliklə öz həllini tapsın.

Bildiyiniz kimi, rayonlarda olduğum zaman zona müşavirələri keçirilir, bu müşavirələrdə əlavə tədbirlər planı da tərtib olunur və ondan sonra xüsusi sərəncamlar verilir. Çünki 2004-cü ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən, əlbəttə ki, qarşıda duran bütün məsələləri o vaxt nəzərdə tutmaq qeyri-mümkün idi. Proqrama salmaq mümkün deyildi. Həyat inkişaf edir, davam edir və qarşıya çıxan yeni məsələlər sərəncamlarda öz əksini tapır. Beləliklə, biz regional inkişaf proqramına düzəlişlər edərək, onu daha da təkmilləşdiririk.

Bildiyiniz kimi, Bakı qəsəbələrinin inkişafına dair də xüsusi proqram qəbul olunub və onun icrası üçün maliyyə mənbələri də müəyyən edilibdir. Bu işlər də başlayıbdır və Bakıətrafı kənd və qəsəbələrdə artıq geniş quruculuq işləri başlanmışdır. Yol tikintisi, yardımçı stansiyaların tikintisi, qaz, su təchizatının yaxşılaşdırılması, məktəblərin, tibb məntəqələrinin tikintisi çox geniş proqramdır və əminəm ki, iki il ərzində qəsəbələrdə müsbətə doğru ciddi dönüş yaranacaqdır.

Bakının problemlərindən biri də yol hərəkətinin gərgin olmasıdır. Bunu həll etmək üçün operativ qaydada tədbirlər planı tərtib olunubdur. Biz buna dair xüsusi müşavirə də keçirmişdik. Artıq yeni yol ötürücülərinin tikintisinə başlanmışdır. Bu, çox geniş proqramdır. Yolötürücülərinin tikintisi, körpülərin, nəqliyyat qovşaqlarının, yeni yolların salınması, piyadalar üçün yeni keçidlərin tikintisi nəzərdə tutulur. Yəni bu, şəhərin infrastrukturuna çox böyük dəstək verəcək bir proqramdır. Onun da uğurlu başlaması çox müsbət bir haldır.

Bilirsiniz ki, biz sosial məsələlərə daim böyük diqqət göstəririk. Keçən il Azərbaycanda 300-dən çox yeni məktəb tikilibdir. Bu ənənə bu il də davam edir. Azərbaycanda məktəb tikintisi çox sürətlə aparılır. Mən rayonlarda olarkən mütləq yeni tikilmiş məktəblərə baş çəkir və vəziyyətlə tanış oluram.

Son müddət ərzində Azərbaycanın müxtəlif rayonlarında 10 yeni müalicə-diaqnostika mərkəzi və xəstəxananın təməli qoyulubdur. Bu da bizim sosial siyasətimizin tərkib hissəsidir və deyə bilərəm ki, Azərbaycan üçün yeni bir haldır. Çünki uzun illər bu sahəyə kifayət qədər vəsait qoyulmurdu. Əlbəttə, bunun da müəyyən təbii səbəbləri də, subyektiv səbəbləri də var idi. Bizim iqtisadi imkanlarımız artdıqca, ilk növbədə, bu sahəyə də diqqət göstərilməlidir. Çünki insanlar ən yüksək tibbi xidmət almalıdırlar. Bunun üçün yeni, çox müasir avadanlıqla təchiz edilmiş müalicə-diaqnostika mərkəzlərinin tikintisi çox böyük əhəmiyyət kəsb edir. Dediyim kimi, artıq 10 yerdə tikintiyə başlanmışdır və əlbəttə, bu işlər davam etdiriləcəkdir. Azərbaycanın bütün bölgələrində yüksək səviyyəli tibb mərkəzləri tikilməlidir.

Qaçqınlar və məcburi köçkünlər üçün yeni şəhərciklərin salınması prosesi davam edir. Ümid edirəm ki, 2007-ci ildə bizim qarşımıza qoyduğumuz məsələ, yəni, çadır şəhərciklərinin ləğv olunması və onların yerinə yeni, gözəl şəhərciklərin salınması proqramı da başa çatacaqdır. Bu, bir daha onu göstərir ki, bizim qəbul etdiyimiz bütün proqramlar, layihələr həyatda öz əksini tapır. Bu, sadəcə gözəl şüar deyil, əməli-praktik işlərdir. Şəxsən mən özüm qaçqın-köçkünlər üçün tikilmiş şəhərciklərin açılışında iştirak edərkən oradakı vəziyyətlə tanış olurdum. Çox yüksək səviyyədə işlər görülübdür. Əlbəttə, bu, bizim soydaşlarımızın yaşayışını yüngülləşdirəcək bir işdir.

Azərbaycanın müxtəlif bölgələrində idman qurğularının tikintisi davam etdirilir. Biz bu işə hələ 2000-ci ildə başlamışdıq. Bu il müxtəlif yerlərdə yeni Olimpiya komplekslərinin, idman hovuzlarının və turizm mərkəzlərinin tikintisi nəzərdə tutulubdur.

Azərbaycanda Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilir. Bizim bütün layihələrimiz uğurla icra olunur. Bu il Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri tikilib istifadəyə veriləcəkdir. Bu, şübhəsiz ki, həm ölkə iqtisadiyyatı üçün, həm də regional əməkdaşlıq, regionda sülhün, sabitliyin möhkəmlənməsi üçün müstəsna əhəmiyyət daşıyan hadisələrdir. Azərbaycanda bu il neft hasilatı rekord səviyyəyə qalxacaqdır. Bu il 30 milyon ton neft və proqnozlara görə 7, yaxud 7,5 milyard kubmetr qaz hasil ediləcəkdir.

Bu il Bakı şəhərini içməli su ilə təmin etmək üçün nəzərdə tutduğumuz böyük su kəmərinin tikintisi başlanmışdır. Əminəm ki, tikinti nəzərdə tutulmuş vaxtda başa çatacaq və Bakı sakinləri içməli su ilə fasiləsiz təmin olunacaqlar.

Nəqliyyat infrastrukturunun genişlənməsi məsələləri də çox böyük önəm daşıyır. Azərbaycanın əlverişli coğrafi vəziyyəti ölkəmizi regional nəqliyyat mərkəzinə çevirir. Amma bunu təmin etmək üçün təkcə coğrafi vəziyyət kifayət deyil, müasir nəqliyyat infrastrukturu da olmalıdır. Aeroportlar tikilməlidir, digər nəqliyyat infrastrukturu yaranmalıdır. Bildiyiniz kimi, indi Gəncədə müasir beynəlxalq aeroportun tikintisi başa çatır. Lənkəranda və Zaqatalada yeni aeroportların tikintisi nəzərdə tutulub və ümid edirəm ki, gələn il biz onların tikintisinə nail olacağıq. Bununla yanaşı, yük gəmiləri, neft tankerləri alınır. Həm magistral, həm də şəhərlərarası avtomobil yolları, kənd yolları salınır. Bu sahəyə də böyük vəsait ayrılır.

Bir sözlə, ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf göz qabağındadır. Biz elə etməliyik ki, bu inkişaf daha da sürətlə getsin və əlbəttə, hər bir vətəndaşın həyatında öz əksini tapsın.

Makroiqtisadi göstəricilər hər bir ölkənin iqtisadi potensialını əks etdirir. Bununla yanaşı, əmək haqlarının, pensiyaların qaldırılması da Azərbaycanda artıq mütəmadi xarakter daşıyır və bu il də minimum əməkhaqqının qaldırılması nəzərdə tutulubdur. İldən-ilə bu məsələlər daha da uğurla həll ediləcəkdir. Çünki bizim maliyyə imkanlarımız artır. Gələn ilin büdcəsi, əlbəttə ki, daha da böyük olmalıdır. Hökumət indidən gələn ilin büdcəsinin formalaşması ilə bağlı tədbirlər görməlidir, onun əsas istiqamətləri, parametrləri müəyyən edilməlidir. Bizim iqtisadi siyasətimiz düşünülmüş konsepsiya şəklində həyata keçirilir. Ona görə biz bəri başdan 2007-ci il üçün iqtisadi planlarımızı müəyyən etməliyik. Əlbəttə ki, 2007-ci ilin büdcəsində həm infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulmalıdır, bununla yanaşı, sosial sahəyə böyük diqqət göstərilməlidir.

Onu da qeyd etmək istəyirəm ki, bu müddət, yəni birinci rüb ərzində Azərbaycanın xarici siyasəti də uğurla davam etdirilmişdir. Bizim bölgədəki və dünyadakı mövqelərimiz möhkəmlənir. Xarici siyasət daxili siyasətin davamıdır və Azərbaycanın maraqlarını təmin etmək üçün çox çevik və səmərəli xarici siyasət aparılmalıdır. Bu da Azərbaycanda var.

Bu yaxınlarda Bakıda İƏT ölkələri dövlət və hökumət başçılarının zirvə toplantısının keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan regionda öz mövqelərini çox ciddi şəkildə möhkəmləndiribdir. Mənim bu zirvə toplantısı zamanı xarici nümayəndə heyətlərinin başçıları ilə, dövlət, hökumət başçıları ilə keçirdiyim görüşlər bir daha onu əyani şəkildə sübut edir. Azərbaycanın inkişafı, uğurları qonaqlar tərəfindən çox yüksək qiymətləndirilmişdir və bu, əlbəttə ki, bizi çox sevindirir.

Bildiyiniz kimi, bir aydan sonra, iyun ayında Azərbaycanda İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin toplantısı keçiriləcəkdir. Bu da çox böyük tədbir, böyük hadisədir. Bu, bizə imkan verəcək ki, Azərbaycan həqiqətləri İslam Konfransı Təşkilatı üzvlərinə çatdırılsın və bizim əlaqələrimiz daha da möhkəmlənsin. Bir sözlə, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimiz çox böyük önəm daşıyır və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda uğurla iştirak edir. Bizim siyasətimiz bu baxımdan çox təqdirəlayiqdir. Çünki mən hesab edirəm ki, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün bütün beynəlxalq, regional təşkilatlarda iştirak etməlidir.

İƏT və İslam Konfransı Təşkilatı haqqında mən dedim, bununla yanaşı MDB, GUAM və Avropa Şurasında da Azərbaycan çox fəal iştirak edir. Hesab edirəm ki, bu təşkilatlarda iştirakımız daha da geniş olmalı, fəaliyyətimiz daha da yüksək səviyyəyə qalxmalıdır.

Bildiyiniz kimi, mənim xarici səfərlərim və xarici dövlət başçılarının Azərbaycana səfərləri də bizim xarici siyasətimizi daha da zənginləşdirir. Deyə bilərəm ki, son iki il ərzində Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan bütün dövlətlərə rəsmi səfər etmişdir. Bu, çox böyük nailiyyətdir. Çünki Azərbaycan həm ərazi baxımından, həm əhali baxımından böyük ölkə deyildir.

Dünyada 200-dən çox ölkə var. Ancaq Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə rəsmi səfərləri çox böyük əhəmiyyət daşıyır. Ölkəmizin inkişafı üçün çox vacibdir. Fransa, Rusiya, İngiltərə, Çin və Amerika Birləşmiş Ştatlarına səfərlərim onu göstərir ki, Azərbaycan çox düzgün siyasət aparır. Bizim siyasətimiz, əlbəttə ki, mövqelərimizi möhkəmləndirir, bölgədə əməkdaşlığı daha da gücləndirir, regionda risklərin azaldılmasına xidmət edir. Azərbaycanın milli maraqlarını və bütövlükdə, ölkəmizi qoruyur.

Biz indi bölgədə gedən prosesləri izləyirik və bəzi proseslər əlbəttə ki, narahatlıq doğurur. Elə etməliyik ki, Azərbaycan sabitlik məkanı kimi öz inkişafını davam etdirsin. Biz elə etməliyik ki, Azərbaycanda əməkdaşlıq daha da möhkəmlənsin və ölkəmizi müdafiə etməliyik, qorumalıyıq, o cümlədən siyasi diplomatik yollarla. Ona görə bölgədə gedən proseslərin iştirakçısı olan və böyük tədbirlərin, təşəbbüslərin təşəbbüskarı olan Azərbaycan bu il daha da yüksək mövqelərə malik olubdur.

Mənim Amerika Birləşmiş Ştatlarına səfərim çox uğurlu keçmişdir. Prezident, vitse-prezident, nazirlər, Konqresin, Senatın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, ictimai xadimlərlə görüşlərim bir daha onu göstərir ki, bizim aramızda strateji tərəfdaşlıq münasibətləri daha da yüksək pilləyə qalxıbdır. Azərbaycanın önəmi artır, Azərbaycan bölgədə çox önəmli ölkəyə çevrilir və əlbəttə ki, bizim xarici siyasətimiz Azərbaycanın mövqelərini möhkəmləndirməlidir və möhkəmləndirir. Belə olan halda ölkədə uğurlu iqtisadi islahatların aparılması daha da asanlaşacaqdır. Biz özümüz üçün mümkün olan riskləri azaltmalıyıq, təhlükəsizlik tədbirlərinin güclənməsinə çalışırıq və bunu edirik.

Bu gün Azərbaycan bölgədə, dünyada gedən prosesləri sadəcə, müşahidə etməklə kifayətlənmir. Biz proseslərin fəal iştirakçılarıyıq, bizim mövqeyimizdən, sözümüzdən artıq çox şey asılıdır. Bizimlə hesablaşırlar, məsləhətləşirlər və bizim mövqeyimiz, bəzi hallarda birmənalı bəyanatlarımız başqaları üçün də bir əsas yaradır.

Ölkənin inkişafı, əlbəttə ki, bundan sonra daha da sürətlə gedəcəkdir. Neft-qaz layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı daha da möhkəmlənəcəkdir. Qeyri-neft sektorunun inkişafında əldə edilmiş nailiyyətlər bizi çox sevindirir. Bir sözlə, mən iqtisadi inkişafın perspektivlərinə çox böyük nikbinliklə baxıram və əminəm ki, qarşıda duran bütün vəzifələr öz həllini tapacaqdır.

Bu gün biz birinci rübün yekunlarını müzakirə edəcəyik. Ancaq bununla yanaşı, biz indidən gələcək haqqında fikirləşməli və lazımi tədbirləri görməliyik.

İndi isə çıxış üçün maliyyə naziri Samir Şərifova söz verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb