Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Nazirlər Kabinetinin bugünkü iclasında biz altı ayın yekunlarını müzakirə edəcəyik, vəziyyəti təhlil edəcəyik və əlbəttə ki, gələcək planlar haqqında fikir mübadiləsi aparacağıq. Bütövlükdə, Azərbaycan iqtisadiyyatı bu il də çox uğurla və sürətlə inkişaf edir. İqtisadi artım sürəti ən yüksək səviyyədədir və bu, deməyə əsas verir ki, Azərbaycanda aparılan iqtisadi siyasət çox uğurludur və bizim bütün planlarımız həyata keçirilir.

Azərbaycan keçən il də iqtisadi inkişaf baxımından dünyada lider dövlət idi. Bu liderlik bu il də saxlanılır və ilk altı ayda ümumi daxili məhsulun 36 faizə qalxması əlbəttə ki, bunun əyani göstəricisidir. İqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunur və çox sevindirici hal ondan ibarətdir ki, sənaye istehsalı da çox yüksək sürətlə artır. İlk altı ayda Azərbaycanda sənaye istehsalı 41 faiz artmışdır. Bununla bərabər, Azərbaycana qoyulan sərmayə də artır. İlk altı ayda Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyulmuşdur və bu da öz növbəsində, onu göstərir ki, Azərbaycan investorlar tərəfindən çox cəlbedici ölkə kimi tanınır və bu gözəl ənənələr davam edir. Bildiyiniz kimi, adambaşına düşən xarici sərmayəyə görə Azərbaycan bölgədə aparıcı yerlərdədir.

Eyni zamanda, bildiyiniz kimi, iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq etməklə yanaşı, sosial məsələlərin həlli də yaddan çıxmasın. Bu istiqamətdə də böyük işlər görülür. Əhalinin pul gəlirləri ilk altı ayda 18 faiz artmışdır. İnflyasiya isə cəmi 6 faiz artmışdır. Beləliklə, əhalinin real gəlirləri 12 faiz təşkil edir. Orta əmək haqqı 20 faiz artmışdır və bu da çox gözəl göstəricidir.

Bütövlükdə 2006-cı ilin büdcəsi dürüstləşmədən sonra 4,5 milyard dollara bərabərdir. Bu da keçən illə müqayisədə 2 milyard dollar çoxdur. Bütün bunlar bir daha onu göstərir ki, iqtisadi siyasətimiz Azərbaycanda mövcud olan problemlərin həlli işində öz rolunu oynayır və Azərbaycanda bütün problemlər tezliklə həll olunmalıdır.

Bildiyiniz kimi, ölkəmizdə görülən işlər nəticəsində bizim valyuta ehtiyatlarımız da formalaşır və bu gün Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollara bərabərdir. Buraya həm Dövlət Neft Fondunun, eyni zamanda Milli Bankın valyuta ehtiyatları daxildir. Nəzərə alsaq ki, Azərbaycanda Heydər Əliyev neft strategiyasının uğurlu icrası nəticəsində gələcəkdə böyük həcmdə valyuta axını gözlənilir, təbii ki, bizim valyuta ehtiyatlarımız kəskin surətdə artacaqdır və bu da öz növbəsində, bütün problemlərin həlli üçün gözəl zəmindir.

Bu il və keçən il ölkəmizdə müxtəlif sahələrə aid proqramlar – həm regionların sosial-iqtisadi inkişafı proqramı, eyni zamanda digər proqramlar həyata keçirilir. Proqramların əsas əlaməti ondan ibarətdir ki, onlar çox konkret xarakter daşıyır və orada icra mexanizmləri çox açıq-aydın təsbit edilmişdir. Eyni zamanda, maliyyə mənbələri də müəyyən olunmuşdur. Bu proqramlar arasında Bakının kənd və qəsəbələrinin inkişafına dair proqram xüsusi əhəmiyyət kəsb edir və çox sevindirici haldır ki, proqram qəbul ediləndən dərhal sonra icra olunmağa başlamışdır və bu gün Bakıətrafı kənd və qəsəbələrdə işlər çox sürətlə aparılır. Müxtəlif sahələrdə işlər daha da mütəşəkkil qaydada təmin edilibdir.

Bilirsiniz ki, Azərbaycanda nəqliyyat infrastrukturuna böyük diqqət göstərilir. İndi yolların - həm magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisi çox geniş vüsət alıbdır. Yol infrastrukturunun müasir səviyyəyə çatdırılması bizim çox vacib vəzifəmizdir və növbəti illər ərzində Azərbaycanda bu məsələ tamamilə öz həllini tapacaqdır.

Məktəb, xəstəxana tikintisi artıq bütün bölgələrdə aparılır və bu işlər ən müasir səviyyədə görülür. İdman komplekslərinin tikintisi davam edir və bu, bizim sosial sahəyə aid çox vacib məsələlərimizdən biridir. Müxtəlif bölgələrdə yeni idman kompleksləri tikilir və istismara verilir.

Ətraf mühitin qorunmasına dair bu yaxınlarda geniş müşavirə keçirilmişdir. Çünki buna böyük ehtiyac vardır. Bizim iqtisadi imkanlarımız artır, ölkədə işlər çox yaxşı gedir və belə olan halda ekoloji məsələlərə də böyük diqqət göstərilməlidir. Çünki bu hər bir vətəndaşa təsir edən amildir. Göstəriş verilibdir ki, bu məsələyə dair geniş proqram, sərəncam hazırlansın. İndi bu işlər görülür və yaxın zamanlarda geniş proqram tərtib olunacaqdır ki, Azərbaycanda və xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji durum kəskin şəkildə yaxşılaşsın. Bütün aidiyyəti orqanlara müvafiq göstərişlər veriləcəkdir.

Mədəniyyət obyektlərinin təmiri və bərpasına başlanmışdır. Müvafiq göstərişlər verilmişdir ki, Azərbaycanda bütün mədəniyyət ocaqları - teatrlar, muzeylər, digər mədəniyyət abidələri bərpa olunmalıdır. Azərbaycanın çox zəngin tarixi, mədəniyyəti vardır. Biz bütün mədəniyyət abidələrini qorumalıyıq, təmir etməliyik ki, onlar öz təbii gözəlliyini bərpa etsinlər. Bu istiqamətdə də müvafiq tapşırıqlar verilibdir. Bu il Azərbaycanda həm Muğam Mərkəzinin, eyni zamanda, Xalça Muzeyinin yeni binasının tikintisinə başlanmalıdır.

Bildiyiniz kimi, bizi narahat edən problemlərdən biri bazarlarda bəzi hallarda qiymətlərin qalxmasıdır. Bunun da müəyyən səbəbləri var. Əlbəttə ki, büdcənin bir il ərzində iki dəfə qalxması, əmək haqlarının, pensiyaların qaldırılması, eyni zamanda, dünyada gedən proseslər, neftin bir barrelinin 70 dolları keçməsi, bütün bu məsələlər istər-istəməz istehlak bazarına da mənfi təsir göstərir. Çünki Azərbaycanın istehlak bazarı hələ ki, böyük həcmdə idxal hesabına formalaşıbdır. Belə olan halda, bütövlükdə, dünyada gedən bahalaşma istər-istəməz Azərbaycan bazarına da mənfi təsir göstərir. Digər obyektiv amillər var və yəni bunlar təbii amillərdir. Amma bununla bərabər, subyektiv amillər də kifayət qədərdir. Subyektiv amillərin aradan qaldırılması işində biz gərək daha da fəal olaq.

Son vaxtlar kənd təsərrüfatı yarmarkalarının keçirilməsi çox müsbət bir hadisədir. Mən iki gün bundan əvvəl şəxsən özüm bu yarmarkaların biri ilə tanış oldum və gördüm ki, həqiqətən orada qiymətlər fərqlənir. Mən bir neçə dəfə demişəm, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət insanların rifah halının yaxşılaşmasına gətirib çıxarıbdır. Bu gün biz öz işimizi bazar iqtisadiyyatı prinsipi əsasında qururuq. Ancaq bununla bərabər, sosial ədalət prinsipləri də tam şəkildə təmin olunmalıdır.

Mənə bəzən deyirlər ki, bazarda hər şey satılır. Bu, təbiidir. Çünki imkanlı adamların sayı artır və qiymətlər baha olsa da bazarda mal qalmır. Ancaq hər kəs onu ala bilmir. İmkansız insanlar - pensiyaçılar, kasıbçılıq, yoxsulluq şəraitində yaşayanlar hələ ki, Azərbaycanda kifayət qədərdir. Düzdür, yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə aşağı – 49 faizdən 29 faizə - düşübdür. Ancaq 29 faiz də böyük rəqəmdir. Bu insanlar öz imkanlarından istifadə edib ucuz məhsulları almaq qabiliyyətinə malik olmalıdırlar. Bu məqsədlə yarmarkaların keçirilməsi çox gözəl tədbirdir. Bu, məhz sosial ədalət prinsipinin təmin olunmasında öz funksiyasını daşıyır.

Bu il Azərbaycan üçün, bütövlükdə, bölgə üçün və dünya üçün çox böyük bir tarixi hadisə baş vermişdir. Heydər Ə liyevin adını daşıyan, onun təşəbbüsü ilə başlanmış Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikintisi başa çatmışdır. Bu, böyük tarixi hadisədir və Azərbaycanın neft strategiyasının təntənəsidir. Bütövlükdə, Azərbaycanın son illər ərzində apardığı siyasətin təntənəsidir. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri həm iqtisadi, həm də coğrafi-siyasi nöqteyi-nəzərdən çox əhəmiyyətli və Azərbaycan dövləti üçün həlledici əhəmiyyətə malik bir layihədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi bizim uzunmüddətli inkişaf perspektivlərimizi müəyyən edir, Azərbaycanın dayanıqlı inkişaf imkanlarını təmin edəcəkdir.

Azərbaycanın təbii sərvətləri, zəngin neft-qaz ehtiyatları artıq dünya bazarlarına çox əhəmiyyətli yollarla çıxarılır və Azərbaycan xalqı bu layihədən artıq böyük mənfəət əldə edibdir. Gələcəkdə bu, ölkəmizin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayacaqdır. Təkcə iqtisadi məsələlərin həlli deyil, təbii ki, Azərbaycanın bölgədə, dünyada rolu, nüfuzu artacaqdır və biz artıq bunu hiss edirik.

Bakı-Tbilisi- Ə rzurum qaz kəmərinin tikintisi də uğurla aparılır və Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Bununla bərabər, dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq işlər aparılır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. O, həm iqtisadi cəhətdən, eyni zamanda, Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən layihədir. Ümid edirəm ki, bu layihəni də Azərbaycan və onun tərəfdaşları uğurla icra edəcəklər.

Bütövlükdə, Azərbaycanda vəziyyət çox müsbətdir. İctimai-siyasi vəziyyət çox sabitdir. Xalqla iqtidar arasında birlik daha da möhkəmlənir. Bizim siyasətimiz bəyənilir və çox sevindirici haldır ki, Azərbaycanın uğurlu inkişafı artıq insanların gündəlik həyatında da özünü büruzə verir. Makroiqtisadi məsələlər əlbəttə ki, iqtisadiyyatımızın ümumiyyətlə inkişafını təmin edir. Ancaq hər bir vətəndaş, hər bir ailə öz gündəlik həyatında bu gözəl dəyişiklikləri hiss etməlidir. Bunu etmək üçün, ilk növbədə, yoxsulluq aradan qaldırılmalıdır, işsizlik aradan qaldırılmalıdır, bu işdə biz artıq böyük nəticələr əldə etmişik.

Deyə bilərəm ki, bu altı ay ərzində Azərbaycanda 90 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə 2003-cü ilin oktyabr ayından bu günə qədər Azərbaycanda 435 min yeni iş yeri açılmışdır ki, bunların 221 mini daimi iş yerləridir. Bu, əlbəttə ki, Azərbaycanda yerli istehsalın inkişafına kömək göstərir, insanların sosial vəziyyətini yaxşılaşdırır və bütövlükdə, Azərbaycanda inkişafı müəyyən edən amillərdən biridir. Bununla bərabər, regionların sosial-iqtisadi inkişafı proqramı icra olunur, rayonlarda böyük abadlıq, quruculuq işləri aparılır. Mən bölgələrdə tez-tez oluram və görürəm ki, bizim rayonlarımız çox gözəlləşir, çox böyük abadlıq işləri aparılır və mənim tələbim ondan ibarətdir ki, görülən hər bir iş dünya səviyyəsində, ən yüksək səviyyədə təşkil olunmalıdır. Belə olan halda əlbəttə ki, ictimai-siyasi vəziyyət də müsbət olacaqdır. Çünki insanlar daimi diqqəti, qayğını görməlidirlər.

Mən həmişə demişəm, biz xalq üçün yaşayırıq, xalq üçün çalışırıq, xalq qarşısında məsuliyyət daşıyırıq. İctimai-siyasi vəziyyətin müsbət olması, əlbəttə, həm siyasi, həm də iqtisadi islahatların daha da inamla aparılmasına gözəl şərait yaradır ki, bu da Azərbaycanda var. Həm siyasi, həm də iqtisadi islahatlar Azərbaycanda paralel şəkildə aparılır və bizim uğurlu siyasətimiz onu göstərir ki, bu, yeganə, düzgün yanaşmadır. Bu barədə artıq kifayət qədər danışılıbdır və Azərbaycanın numunəsi onu göstərir ki, düşünülmüş strategiya və taktika olan yerdə uğurlar da olacaqdır.

Sabitlik, ictimai-siyasi asayiş hər bir inkişafın başlıca şərtidir və müxtəlif ölkələrin təcrübəsində biz bunu görürük. Harada ki, bu var, inkişaf da var, harada ki, bu yoxdur, insanlar və bütövlükdə ölkələr böyük çətinliklər çəkirlər, böhran içində yaşayırlar, uzunmüddətli böhrandan çıxa bilmirlər və beləliklə, ölkələr zəifləyir. Biz isə istəyirik ki, Azərbaycan zəngin, qüdrətli ölkəyə çevrilsin, vətəndaşlarımız yaxşı yaşasınlar, şülh, əmin-amanlıq, rifah şəraitində yaşasınlar.

Azərbaycanda yaşayan bütün insanlar buna layiqdirlər və biz ən çətin, ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın da problemlərini həll edirik. Qaçqın, köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemlərdir. Yeni şəhərciklər, qəsəbələr salınır. Siz bütün bunları yaxşı bilirsiniz. Bu barədə çox danışmaq istəmirəm. Çox şadam ki, iki il bundan əvvəl qəbul edilmiş proqram artıq uğurla icra edilir və dediyim kimi, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır. Çadır şəhərciyində yaşayan bütün soydaşlarımız müasir evlərdə yaşayacaqdır.

Ordu quruculuğu işində uğurlar var. Ordumuz həm peşəkarlıq baxımından daha da möhkəmlənir, eyni zamanda, ordunun maddi-texniki bazası möhkəmlənir. Ordu xərclərinin artması əlbəttə ki, çox gözəl göstəricidir. Azərbaycan hər cəhətdən möhkəmlənir, büdcəmiz artır. Belə olan halda ordu büdcəsinin təxminən 700 milyon dollara çatması təbii haldır. Yəqin ki, bu son hədd deyil. Bundan sonra da orduya ayrılan xərclər artacaqdır.

Bütövlükdə, 2007-ci ilin büdcəsi daha da böyük olmalıdır. Növbəti rübdə 2007-ci ilin büdcəsi üzərində işlər aparılmalıdır ki, biz büdcəni formalaşdıraq. Əminəm ki, 2007-ci ilin büdcəsi daha da böyük olacaq və beləliklə, Azərbaycanda mövcud olan problemlər daha da tezliklə öz həllini tapacaqdır. Büdcə hesabına biz çoxlu proqramlar həyata keçiririk. Büdcə hesabına insanların maaşları, pensiyaları qaldırılır.

Büdcə hesabına böyük infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar, aeroportlar tikilir. Yəni Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın. İstər iqtisadi, istər infrastruktur, istərsə də sosial-mədəni sahələrdə - bütün sahələrdə inkişaf var. Haradasa daha da sürətlə gedir, haradasa bir az ləng gedir, amma biz hər yerdə bu inkişafı görürük. Əminəm ki, görülən bu işlərin bütün nəticələrini biz tezliklə görəcəyik.

Bildiyiniz kimi, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Minsk qrupu tərəfindən yeni açıqlamalar verilmişdir, danışıqların bəzi məqamları aşkar edilmişdir. Biz buna etiraz etmədik. Baxmayaraq ki, danışıqlar konfidensial xarakter daşıyırdı. Biz həmişə hesab edirdik ki, Azərbaycan ictimaiyyəti və bütövlükdə ictimaiyyət bu barədə məlumatlandırılmalıdır. Sadəcə olaraq, danışıqların konfidensial xarakter daşımasına görə biz də bu konfidensiallığı qoruyurduq. Amma bir halda ki, Minsk qrupu belə bir qərara gəldi, əlbəttə, ictimaiyyət də bunu bilməlidir.

Bir daha demək istəyirəm ki, son iki il ərzində danışıqlar Praqa prosesi çərçivəsində aparılırdı. Bildiyiniz kimi, Praqa prosesi məsələnin mərhələli həlli deməkdir. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmamışdır, deyil və heç vaxt olmayacaqdır. Bu barədə artıq mənim tərəfimdən kifayət qədər bəyanatlar verilmişdir. Bunu ictimaiyyət də, həmsədrlər də bilir və danışıqlarda iştirak edən qarşı tərəf də bilir. Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Azərbaycan qaçqınları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağın gələcək statusu isə növbəti danışıqlar raundunun müzakirəsinə səbəb ola bilər və biz heç vaxt statusun müzakirəsindən imtina etməmişik. Sadəcə olaraq, ilk növbədə, işğal olunmuş bütün torpaqlar azad olunmalıdır. Ondan sonra isə status haqqında danışıqlar aparıla bilər.

Statusa gəldikdə, bunu gələcək göstərəcək ki, bu status nə olacaq. Hər halda bu məsələdə biz mütləq və mütləq həm beynəlxalq hüquq normalarını, eyni zamanda dünyada mövcud olan praktikanı əlbəttə ki, gərək rəhbər tutaq. Beynəlxalq hüquq normaları onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən və bütövlükdə bütün ölkələr tərəfindən tanınır və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun tərkib hissəsidir. Belə olan halda münaqişə yalnız bu əsasların üzərində öz həllini tapa bilər.

O ki qaldı bəzən səslənən güzəştlər məsələsinə, Azərbaycan da kifayət qədər güzəştlərə getməyə hazırdır. Ancaq bizim güzəştlərin son həddi var. Elə məsələlər var ki, orada güzəştdən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü güzəşt predmeti ola bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsinə Azərbaycan heç vaxt öz razılığını verməyəcəkdir. Nə bu gün, nə də sabah və heç vaxt Dağlıq Qarabağın gələcəkdə Azərbaycandan ayrılmasına şərait yaradan şərtlərə Azərbaycan razılıq verməyəcəkdir. Bunu hamı bilir. Ona görə danışıqlar prosesi və Praqa formatı bütövlükdə müsbət yanaşmadır. Hesab edirəm, Azərbaycan diplomatiyasının uğurudur ki, danışıqlar Praqa prosesi çərçivəsində aparılır.

Yenə də deyirəm, bizim mövqeyimiz çox açıqdır, aydındır. Bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Ermənistanın mövqeyi isə sadəcə olaraq, onların istəyinə, arzularına, xülyalarına əsaslanır ki, bunun da heç vaxt heç bir səmərəsi olmayacaqdır. Dünyada mövcud olan davranış qaydaları var. Qəbul edilmiş hüquqi çərçivələr var. Bu çərçivələrdə hər bir məsələ öz həllini tapa bilər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi. Ona görə Azərbaycan danışıqlarda kifayət qədər konstruktiv mövqe nümayiş etdirir və ümid edirəm ki, Ermənistan da konstruktiv mövqe nümayiş etdirəcəkdir. Əfsuslar olsun ki, bu günə qədər məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə danışıqlar prosesi uğurla nəticələnmir. Biz bütün diplomatik, siyasi imkanlarımızı bu işdə səfərbər edəcəyik və edirik. Eyni zamanda, əlbəttə ki, yenə də qayıtmaq istəyirəm ordu quruculuğuna, ordu potensialımızı da gücləndiririk və gücləndirəcəyik. Bu, bizim suveren hüququmuzdur.

Biz müharibə şəraitində yaşayırıq və görürsünüz ki, atəşkəs rejimi möhkəm deyil, vaxtaşırı atışmalar baş verir, təmas xəttindəki vəziyyət vaxtaşırı gərginləşir. Biz hər bir təxribata hazır olmalıyıq və hazırıq. Gələcəkdə ordu potensialımızın güclənməsi əminəm ki, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə kömək göstərəcəkdir.

Beləliklə, bir daha demək istəyirəm ki, həyatımızın bütün sahələrində Azərbaycanın çox düşünülmüş siyasəti var. Biz öz fəaliyyətimizi proqram çərçivəsində qururuq. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə. Xarici siyasət haqqında artıq çox danışmaq istəməzdim. Bütün bunlar göz qabağındadır. Azərbaycanın uğurlu xarici siyasəti bizə imkan verir ki, bütün beynəlxalq təşkilatlarda qonşularımızla səmərəli, ikitərəfli, faydalı münasibətlərimizi qura bilək. Bu, həm bölgə üçün, həm də bütövlükdə Azərbaycanda gedən proseslər üçün də çox böyük əhəmiyyət kəsb edir.

İndi isə gəlin müzakirələrə keçək və çıxış üçün söz maliyyə naziri Samir Şərifova verilir.

X X X

Maliyyə naziri SAMİR ŞƏRİFOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

2006-cı ilin ötən altı ayı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsi istiqamətində növbəti uğurlu mərhələ kimi səciyyələndirilə bilər. Bu dövrdə iqtisadi artım davamlı xarakter almış, ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 7,9 faiz artmışdır.

Əhalinin rifah halının yaxşılaşdırılmasında nəzərəçarpan irəliləyişlərə nail olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə orta aylıq əməkhaqqı 20,4 faiz, əhalinin banklardakı əmanətləri 36,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 34,6 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 12,1 faiz artmışdır.

2005-ci ilin eyni dövrü ilə müqayisədə ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 34,7 faiz artaraq, 856 manat və ya 944 ABŞ dolları səviyyəsinə çatmışdır. Qeyd etmək lazımdır ki, cari ilin 6 ayı üzrə adambaşına düşən ÜDM göstəricisi 2003-cü ilin illik göstəricisinə bərabərdir.

Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsi və Azərbaycan nefti ilə dolu ilk tankerin Aralıq dənizindəki Ceyhan limanından yola salınması 2006-cı ilin birinci yarısında əldə edilən siyasi-iqtisadi nailiyyətlər sırasında müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizin Prezidentinin dediyi kimi, Heydər Əliyevin neft strategiyasının təntənəsini əks etdirən bu tarixi nailiyyət, uzun illər ərzində ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunmasına, Azərbaycanın bugünkü və gələcək nəsillərinin rifahının yüksəlməsinə ulu öndər Heydər Əliyevin bəxş etdiyi ən dəyərli töhfələrindən biridir.

Möhtərəm Prezident, iqtisadiyyatda müşahidə olunan dinamik və davamlı artım dövlət büdcəsinin göstəricilərində də aydın şəkildə özünü büruzə vermişdir. Cari ilin ötən altı ayı ərzində dövlət büdcəsinin mədaxili 1 milyard 547 milyon manat və ya 102,1 faiz yerinə yetirilməklə, 2005-ci ilin eyni dövrü ilə müqayisədə 69,5 faiz artmışdır.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi tərəfindən 104,7 faiz, yəni nəzərdə tutulandan 634,2 milyon manat çox, Dövlət Gömrük Komitəsi tərəfindən 102,5 faiz, yaxud 87,5 milyon manat artıqlamasilə əməl edilmişdir. Dövlət Neft Fondundan büdcəyə 2005-ci ilin eyni dövrünə nisbətən 3,5 dəfə çox və ya 226 milyon manat vəsait daxil olmuşdur. Büdcə gəlirlərinin yığılması nəticələrinin təhlili, habelə gələcək daxilolmalar ehtimalının artım istiqamətində dəqiqləşdirilməsi əsasında ölkəmizin başçısının tapşırığına uyğun olaraq, 2006-cı ilin icmal və dövlət büdcələrinin xərclərinin 430,5 milyon manat məbləğində artırılması barədə layihə hazırlanmış və təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilmişdir.

Milli Məclis tərəfindən dəstəklənmiş 2006-cı il büdcəsinə dəyişiklik, əsasən bəzi neft məhsulları növlərinin ölkədaxili qiymətlərinin ilin əvvəlində artımı ilə bağlı büdcə təşkilatlarının və aztəminatlı əhali kateqoriyalarının, ilk növbədə məcburi köçkünlərin əlavə xərclərinin ödənilməsi, habelə xaricdə və ölkə daxilində irihəcmli investisiya layihələrinin maliyyələşdirilməsi məqsədlərini nəzərdə tutur.

Cari ilin birinci yarısında dövlət büdcəsinin xərcləri 1milyard 446 milyon manat və ya 87,6 faiz icra edilməklə, ötən ilin eyni dövrü ilə müqayisədə 514,6 milyon manat və 59,9 faiz çox olmuşdur. 2005-ci ilin eyni dövrünə nisbətən sənaye və tikinti xərcləri 4,2 dəfə, müdafiə xərcləri 2 dəfə, iqtisadi fəaliyyətlə bağlı xərclər 2 dəfə, kənd təsərrüfatı xərcləri 2 dəfə, mədəniyyət, incəsənət və bədən tərbiyəsi xərcləri 1,3 dəfə, səhiyyə xərcləri 1,4 dəfə, mənzil-kommunal təsərrüfatı xərcləri 1,3 dəfə, təhsil xərcləri 1,2 dəfə artımla icra edilmişdir.

Cari ilin büdcəsini səciyyələndirən xüsusiyyətlərdən biri kimi, onun dövlət investisiya xərclərinin əhəmiyyətli dərəcədə artmasını, bu xərclərin əsasən əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkənin sosial və fiziki infrastrukturlarının yenidən qurulmasına və tikintisinə yönəldilməsini vurğulamaq olar. Belə ki, dövlət investisiya xərclərinə 2005-ci ilin 6 ayına nisbətən 4 dəfə çox və ya 298, 6 milyon manat, o cümlədən respublikanın 23 şəhər və rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binalarının tikintisinə 3,6 milyon manat, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 35,5 milyon manat, modul tipli elektrik stansiyalarının tikintisinə 104 milyon manat, regionların içməli su və meliorativ infrastrukturlarının bərpasına 20 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının tikintisinə 51,4 milyon manat vəsait yönəldilmişdir. Digər dövlət əhəmiyyətli infrastrukturların tikintisi üçün 84,1 milyon manat vəsait xərclənmişdir.

Samir Şərifov Prezident İlham Əliyevə rayon və şəhərlərin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən ayrılan subsidiyalar, beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi, dövlət borclarının idarə olunması, dövlət zəmanətli kreditlərin alınması mexanizminin təkmilləşdirilməsi, həmçinin 2007-ci il üçün dövlət və icmal büdcələrin hazırlığı barədə məlumat verdi.

İqtisadi inkişaf naziri HEYDƏR BABAYEV ümummilli lider Heydər Əliyevin neft strategiyasının bəhrəsi olaraq, enerji sektorunda əldə olunmuş uğurların qeyri-neft sahələrinin tərəqqisinə göstərdiyi təsirdən danışdı. O dedi ki, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan neft-qaz sektorunda layihələrin həyata keçirilməsi, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası ölkəmizin uzun illər üçün davamlı inkişafının təməlini yaratmışdır. Nəticədə digər illərdə olduğu kimi, cari ilin yanvar-iyun aylarında da neft sektoru müəssisələrində istehsalın həcmi davamlı olaraq artmış və ötən ilin müvafiq dövrünə nisbətən 49,5 faiz çox olmuşdur. Əldə edilmiş gəlirlər ölkəmizin iqtisadi qüdrətinin artmasına, sosial baxımdan daha çox ehtiyacı olan vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Neft-qaz sektorundakı uğurlar öz növbəsində digər istehsal sahələrinin yüksək sürətlə inkişafını təmin etmiş və nəticədə qeyri-neft sənaye sahələrində məhsul istehsalı 9 faizədək artmışdır. Aqrar sektorda artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz olmuşdur. Görülən tədbirlər, xüsusilə cənab Prezidentin tapşırığı ilə dövlət büdcəsinin vəsaiti hesabına texnika və gübrənin alınaraq fermerlərə güzəştli şərtlərlə verilməsi nəticəsində kənd təsərrüfatı istehsalının ilin sonuna qədər 9 faizədək artması gözlənilir.

Bu sahədə əhəmiyyətli məqam ondan ibarətdir ki, yerli məhsulların həm daxili, həm də xarici bazarlara çıxışı artmaqdadır. Ona görə dövlət siyasəti məhz bu rəqabət qabiliyyətli və yeni iş yerlərini yarada biləcək sahənin inkişafının dəstəklənməsinə yönəldilmişdir.

Azərbaycanın ümumi daxili məhsulunda böyük xüsusi çəkiyə malik olan xidmətlər sferasında son illərdə müşahidə olunan ciddi yüksəliş davam etmiş və cari ilin ötən dövründə yük daşımaları 14,4 faiz, rabitə xidmətləri 27,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 34,6 faiz artmışdır. Bu, bir tərəfdən istehsalın inkişafı ilə bağlıdırsa, digər tərəfdən əhalinin maliyyə imkanlarının yaxşılaşdırılmasından xəbər verir.

Bildiyiniz kimi, hər bir iqtisadiyyatın davamlı inkişafının ən mühüm və həlledici şərti investisiya qoyuluşunun həcmi və keyfiyyətidir. Cari ilin 6 ayında ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox investisiya qoyulmuşdur. Fərəhləndirici haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında birinci sıralardadır. Ölkəmizin başçısının iqtisadi doktrinasının ən mühüm tərkib hissəsi həm də tarazlı inkişafın təmin edilməsindən ibarətdir. Belə ki, məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər.

Təsadüfi deyil ki, bu gün cənab Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, bu günədək 435 mindən çox yeni iş yeri yaradılmışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, bunun da 220 mindən çoxu daimidir. Ölkə iqtisadiyyatının diversifikasiyasında getdikcə rolu artan və onun davamlı inkişafının gələcəkdə təminatçısı olan özəl sektorun genişləndirilməsi daim dövlətin diqqətindədir. Bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli halda həyata keçirilməsinə, sahibkarlığa dövlət dəstəyinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Sahibkarlığa, xüsusilə regionlardakı sahibkarlara mindən çox investisiya layihəsinin maliyyələşdirilməsi üçün cari ilin ötən dövründə 50 milyon yeni manat məbləğində güzəştli kredit verilmişdir ki, bunun da nəticəsində 10 minədək yeni iş yerinin yaradılması gözlənilir.

Heydər Babayev iqtisadi inkişafın pensiya və müavinətlərin artmasına göstərdiyi təsir, antiinfilyasiya tədbirləri, yoxsulluğun azaldılması, dünya iqtisadi sisteminə inteqrasiya, xarici ticarətdə müşahidə olunan yeniliklər barədə məlumat verdi.

Vergilər naziri FAZİL MƏMMƏDOV dedi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi strategiya iqtisadiyyatın dayanıqlı inkişafı ilə yanaşı, vergi sistemində də ciddi nizam-intizam yaratmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulmuş, ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunmuş, makroiqtisadi sabitlik möhkəmləndirilmiş, tarazlı iqtisadi inkişaf təmin olunmuşdur.

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının bu gün cənab Prezident, Sizin tərəfinizdən böyük qətiyyətlə davam etdirilməsi daha uğurlu nəticələrlə müşayiət olunmaqdadır.

Ölkə rəhbərliyinin gərgin əməyi və yüksək tələbkarlığı sayəsində əldə edilmiş bu uğurlar vergi daxilolmalarının artımına da öz təsirini göstərmişdir. İqtisadiyyatda bu yüksəlişin nəticəsi olaraq, 2006-cı ilin birinci yarısında Vergilər Nazirliyi üçün proqnozlaşdırılmış 985,6 milyon manat əvəzinə dövlət büdcəsinə 1 milyard 27,1 milyon manat vəsait daxil edilmiş, proqnoz 104,2 faiz icra olunmuşdur.

Həmin dövrdə toplanan vəsait ümumi daxili məhsulun 14,4 faizini, ümumi vergi gəlirlərinin 66,7 faizini təşkil etmişdir. 2006-cı ilin yanvar-iyun aylarında büdcəyə daxil olmuş vəsaitlərin məbləği 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 382,3 milyon manat və ya 59,3 faiz çox olmuşdur. Neft sektoru üzrə proqnozda nəzərdə tutulan 581,7 milyon manat əvəzinə 559,2 milyon manat vəsait daxil olmaqla tapşırıq 96,1 faiz icra edilmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 331,1 milyon manat və ya 1,4 dəfə çoxdur.

Bu ildən başlayaraq hasilatın pay bölgüsü haqqında sazişlər üzrə podratçı tərəflər aprel ayında dövlət büdcəsinə 213 milyon manat, iyul ayında 267,4 milyon manat, yəni ümumilikdə 480,4 milyon manat mənfəət vergisi ödəmişlər ki, bu da təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının bariz təntənəsidir. Dövlətimizin başçısının ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılması, özəl sektorun inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər də öz nəticəsini vermişdir.

Belə ki, 2006-cı ilin altı ayı ərzində büdcə qeyri-neft sektoru üzrə proqnozda nəzərdə tutulan 403,9 milyon manat əvəzinə 467,9 milyon manat vəsait daxil olmaqla, proqnoz 115,8 faiz icra edilmiş, hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı tərəflərə mal, iş və xidmət göstərən vergi ödəyicilərinin ödənişləri nəzərə alınmazsa, büdcəyə qeyri-neft sektorunun digər sahələri üzrə 245,5 milyon manat proqnoza qarşı, 311 milyon manat vəsait daxil olmaqla tapşırıq 126,7 faiz icra edilmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,5 milyon manat və ya 27,7 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə daxilolmaların artımı əsasən bank sektorunda 54,1 faiz, ticarət və xidmət sahələrində 2,8 dəfə, sənayedə 64 faiz, tikintidə 65,9 faiz müşahidə olunmuşdur. Ötən dövr ərzində büdcəyə ölkədə əmək haqlarının artmasından və 90 min yeni iş yerinin yaradılmasından 27,1 milyon manat, yeni yaradılmış sahibkarlıq subyektlərindən (bunların sayı 301.650 nəfərdir) 5,1 milyon manat vergi daxil olmuşdur.

Məlumat üçün qeyd edim ki, 2006-cı ilin altı ayı ərzində ümumi vergi daxilolmalarının 39,6 faizi dövlət sektorunun, 60,4 faizi isə özəl sektorun payına düşür ki, bu da 2005-ci ilin müvafiq dövrünün özəl sektorun göstəricisi ilə müqayisədə 362,2 milyon manat və ya 73,2 faiz çoxdur.

Vergilər naziri bildirdi ki, 6 ayda nağd hesablaşmalara nəzarət artmış, əlavə dəyər vergisi ödəyicilərinin qeyri-qanuni hərəkətlərinin qarşısı alınmış, borclu vergi ödəyicilərinin sayı azalmış, qanunlara əməl etməyən vergi ödəyiciləri barədə inzibati tədbirlər görülmüşdür. O, bununla yanaşı, vergi inzibatçılığındakı nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışmışdır.

Milli Bankın idarə heyətinin sədri ELMAN RÜSTƏMOV ölkənin tədiyə balansını təhlil edərək bildirdi ki, 2006-cı ilin birinci yarısında respublikamızda ümumi daxili məhsul 36 faizdən çox artmışdır. Müqayisə üçün deyək ki, bu, MDB üzrə orta artım sürətindən 6 dəfə yüksəkdir. Yaxın iki, iki il yarım ərzində ölkədə milli məhsulun ikiqat artması gözlənilir. Cari ilin sonunda adambaşına düşən ümumi daxili məhsulun həcminin 2 min 250 ABŞ dolları olacağı gözlənilir. Yada salmaq istərdim ki, 1995-ci ildə bu göstərici 319 dollar, yəni 7 dəfə aşağı idi. Adambaşına milli məhsulun 2008-ci ildə 3 min 300 ABŞ dollarına çatacağı gözlənilir ki, bununla da ölkəmiz dünyada orta gəlirli ölkələr qrupuna inamla daxil olacaqdır.

Əlverişli beynəlxalq konyunktura və ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ilə ölkənin tədiyə və xarici dəyər balanslarının vəziyyəti dinamik yaxşılaşmışdır. Əgər 2005-ci ilin 6 ayı ərzində tədiyə balansının cari hesabının kəsiri 678 milyon dollar idisə, artıq bu ilin 6 ayının yekunlarına görə bu göstəricinin saldosu müsbət 1,2 milyard dollardır. Nəticədə ölkənin strateji valyuta ehtiyatlarının səviyyəsi ilin əvvəlindən sürətlə artaraq 3 milyard ABŞ dollarına çatmışdır. Bu, ölkənin yüksək beynəlxalq ödəmə və potensial risklərə dözümlülük qabiliyyətini nümayiş etdirir.

Respublikada iqtisadi səmərəli göstəricilər də artmışdır. Məsələn, hesablamalara görə qeyri-neft sektorunda və emal sənayesində əmək məhsuldarlığı 6 ay ərzində 7-8 faiz artmışdır. Təsərrüfat subyektlərinin mənfəətlilik səviyyəsi birinci rüb ərzində 55 faiz, o cümlədən emal sənayesində 2,2 dəfə artmışdır. Nəhayət, belə bir iqtisadi inkişafın nəticəsi olaraq əhalinin sosial vəziyyəti davamlı olaraq yaxşılaşmışdır. Altı ay ərzində əhalinin adambaşına nominal pul gəlirləri 18 faiz, ilk hesablanmış orta aylıq əmək haqqı isə 20 faizdən çox artmışdır. İnflyasiya səviyyəsinin cəmi 4-6 faiz təşkil etdiyini nəzərə alsaq, biz hər iki mühüm göstərici üzrə ikirəqəmli real addıma nail olmuşuq.

Möhtərəm cənab Prezident, ölkədəki iqtisadi sıçrayış prosesləri makroiqtisadi idarəetmə sahəsində məsuliyyəti qat-qat artırır. 2006-cı ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə, elə bugünkü giriş nitqinizdə Siz yüksək iqtisadi dinamika, iri və çoxsaylı infrastruktur layihələrinin reallaşdırıldığı bir şəraitdə diqqəti makroiqtisadi risklərin artmasına və görüləcək tədbirlərin səmərəliliyinə cəlb etmişdiniz. Sizin göstərişlərinizə müvafiq olaraq, cari dövrdə Azərbaycan Milli Bankı diqqəti üç əsas məqsədin reallaşmasına yönəltmişdir: Ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət büdcəsinin icrasına yardım göstərilməsi, maliyyə sisteminin və maliyyə bazarlarının sabitliyinin təmin olunması.

Artıq qeyd olunduğu kimi, rəsmi dövlət statistikasının məlumatlarına əsasən, ötən dövrdə istehlak qiymətlərinin səviyyəsi 6 faiz yüksəlmişdir. Yarımillik inflyasiya amillərinin təxmini göstəricilərinin artımının 25 faizə qədəri monetar amillərin, yəni pul kütləsinin və əhalinin gəlirlərinin artması hesabına, dörddə üçü isə struktur amillərinin, mövsümi amillər, xüsusilə də xaricdən inflyasiya idxalı və sair amillərin hesabına baş vermişdir.

Bu günlərdə MDB üzrə statistika artıq daxil olmuşdur və qeyd etmək lazımdır ki, cənab Prezident, MDB ölkələrinin əksəriyyətində bəzi istisnalarla inflyasiyanın səviyyəsi bizdən yuxarıdır. Xüsusilə də neftlə zəngin olan digər ölkələrdə, məsələn, Qazaxıstanda bu dövrdə inflyasiya 9 faizə yaxın, Rusiyada isə 10 faizdən yuxarı olmuşdur. Ölkənin xarici ticarət ödəmə balansının böyük müsbət saldoya malik olduğu bir şəraitdə daxili valyuta bazarında valyuta təşkili daim artır və bu, manatın məzənnəsinə əhəmiyyətli təsir göstərir. Cari ilin 6 ayı ərzində manatın ABŞ dollarına nisbətən məzənnəsi 2,5 faiz bahalaşmışdır.

Elman Rüstəmov bildirdi ki, 6 ayda pul kütləsinin həcmi 40 faiz artmışdır. Bank sisteminin dayanıqlığı və sabitliyi təmin olunmuşdur. Kreditlər və əmanətlər artmışdır. Milli valyutanın denominasiyası uğurla davam etdirilir.

Kənd təsərrüfatı naziri İSMƏT ABASOV 6 ayda ölkədə kənd təsərrüfatı məhsulları istehsalının vəziyyəti barədə məlumat verdi və dedi ki, XX əsrin son 30 ilində Azərbaycanı iki dəfə çətin böhrandan çıxaran, bütün mənalı ömrünü ölkənin dirçəlişinə, inkişafına, müstəqilliyinin və suverenliyinin qorunmasına, millətin qurtuluşuna həsr etmiş böyük xilaskarın, azərbaycanlı olması ilə daim fəxr edən, əvəzolunmaz dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində respublikamızın aqrar sənaye kompleksi sabit inkişaf dövrünü yaşayır.

Möhtərəm cənab Prezident, ölkəmizdə hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsal edən kəndli-fermer təsərrüfatlarının, aqrar-emal müəssisələrinin, habelə alim və mütəxəssislərin gərgin əməyi nəticəsində ötən ilin birinci yarısına nisbətən kənd təsərrüfatının ümumi məhsulunun həcmi 4,5 faiz artmışdır. Məhsul istehsalı davam edir, ilin sonuna bu rəqəmin 10 faiz civarında olacağı gözlənilir.

2006-cı ilin məhsulu üçün 752,6 min hektar sahədə buğda, arpa və digər dənli bitkilər yetişdirilmişdir. Eyni zamanda 32 min hektar sahədə dən üçün qarğıdalı becərilmişdir. İyulun 24-nə olan vəziyyətə görə, 709,7 min hektarın taxılı biçilmiş, 1 milyon 832 min ton taxıl istehsal olunmuşdur və taxıl istehsalı davam edir. İlin sonuna 2 milyon tondan artıq taxıl istehsalı gözlənilir.

Respublikanın aqrar rayonlarının iqtisadiyyatında mühüm rol oynayan pambıqçılığın inkişafında son illər müsbət dəyişikliklər baş vermiş, sahənin rəqabət qabiliyyəti artmışdır. Pambıqçılığa yerli investorlar cəlb edilmiş, məhsulun fermerlərdən alış qiyməti yüksəldilmişdir. Cari ildə 110 min hektara yaxın sahədə pambıq əkilmişdir.

Yaz aylarında havaların yağmurlu və soyuq keçməsi pambığın inkişafına mənfi təsir etmiş, 17 min hektarda təkrar səpin aparılmışdır. Hazırda sahələrdə becərmə işləri davam etdirilir, vəziyyət qənatbəxşdir. Əhalinin istehlakına uyğun olaraq, kartof və tərəvəz istehsalı dinamik artmış və son illər bu məhsulların istehsalı əhalinin istehlak normasından xeyli yüksək olmuşdur. İlin əvvəlindən sahələrdən 233,4 min ton və yaxud keçən ilin müvafiq dövründəkindən 11 faiz çox kartof, 256 min ton və ya 15 faiz çox tərəvəz tədarük edilmişdir.

Son illər ölkənin kənd təsərrüfatının ənənəvi istehsal sahələrindən olan meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına uyğun olaraq, son iki ildə 3 min 390 hektar sahədə, bu ilin 6 ayı ərzində isə 316 hektar sahədə yeni meyvə bağları salınmışdır.

Cari il iyulun 1-nə bağlardan 62 min ton meyvə yığılmışdır. Üzümçülüyün inkişaf etdirilməsində sahibkarlar tərəfindən xeyli işlər görülmüşdür. Bu ilin 6 ayı ərzində 1258 hektarda üzüm bağları salınmışdır. İlin sonuna qədər 1500 hektardan artıq sahədə yeni bağların salınacağı gözlənilir.

Regionlarda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanların heç də hamısı öz məhsullarını respublikanın iri şəhərlərində satışa çıxarmaq imkanına malik deyillər. Odur ki, şəhər əhalisinin ilboyu meyvə-tərəvəzlə təminatını yaxşılaşdırmaq, məhsul itkisinin və bazarlarda möhtəkirliyin qarşısını almaq məqsədi ilə regionlarda soyuducu anbar və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə təchiz edilmiş topdansatış və tədarük bazalarının yaradılması məqsədəuyğundur.

Cənab Prezident, Sizin tapşırığınızla şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsini yaxşılaşdırmaq üçün Baş nazir Artur Rasizadənin yanında keçirilmiş müşavirədən sonra nazirlikdə bir sıra kənd rayonlarının və Bakı şəhəri rayonlarının icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə toplantı keçirilmiş, meyvə-tərəvəz məhsullarının gətirilməsi və Bakı şəhərində 15 yerdə satış yarmarkaları təşkil edilmişdir.

İyul ayının 22-dən 30-dək 1548,8 ton meyvə-tərəvəz, 30 ton ət və süd məhsulları, 57,8 ton konserv, 30,6 ton taxıl məhsulları gətirilərək Bakı şəhərində təşkil edilmiş yarmarkalarda satılmışdır. Hazırda bu iş uğurla davam edir.

Daha sonra aqrar bölmədə lizinqin tətbiqindən danışan nazir, indiyədək 47 aqroservis və təchizat bazasının yaradıldığını qeyd etdi. O bildirdi ki, kənd təsərrüfatında həyata keçirilən layihələr məhsul istehsalında həlledici rola malikdir. Ət, süd, yumurta istehsalında artım müşahidə olunur. Fitosanitar və baytarlıq xidmətləri təkmilləşir. Müxtəlif xəstəliklərə qarşı ən müasir mübarizə üsullarından istifadə olunur.

Mədəniyyət və turizm naziri ƏBÜLFƏS QARAYEV son vaxtlar ölkənin mədəni həyatında baş verən ciddi dəyişikliklərdən danışdı və dedi:

-Ümummilli liderimiz Heydər Əliyevin yeniləşən Azərbaycan naminə müəyyən etdiyi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir tələblərə uyğun, böyük enerji və uğurla irəliyə aparılması tutduğumuz yolun doğru və düzgün olduğunu bir daha sübut edir. Xalqımızın ziyalıları, yaradıcı insanları, mədəniyyət və turizm sahəsində çalışan 70 mindən çox vətəndaşımız da ölkədə aparılan bu quruculuq prosesində yaxından iştirak edirlər.

Yanvarın 30-da möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə yeni dövlət qurumu - Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Təşkilatlanma prosesinin ciddiliyinə və mürəkkəbliyinə baxmayaraq, ölkənin mədəniyyət və turizm sahəsində inkişafı nəinki davam etmiş, hətta mədəniyyət prosesinin miqyas və məzmununda zənginləşməyə meyillilik müşahidə olunmuşdur. Hazırda Mədəniyyət və Turzim Nazirliyinin fəaliyyət dairəsini 4 mindən artıq kitabxana, 3 minə yaxın klub, 160 dövlət muzeyi, 260 uşaq musiqi, incəsənət və rəssamlıq mərkəzi, 34 rəsm qalereyası və sərgi salonu, 20 dövlət qoruğu, 61 mədəniyyət və istirahət parkı, 28 teatr, 7 kinostudiya və çoxsaylı kinoteatrlar, 12 konsert müəssisəsi və digər institutlar - mədəniyyət siyasəti, turizm, incəsənət, kinematoqrafiya, mədəni irs, nəşriyyat-informasiya sahələrini əhatə edir.

Göstərilən istiqamətlər əsas götürülməklə, 2006-cı ilin 6 ayı ərzində 30-a yaxın dövlət əhəmiyyətli tədbir keçirilmiş, dövlət teatrlarında 59 yeni və əsaslı surətdə bərpa olunan tamaşa hazırlanmışdır. Diqqətinizə təqdim etdiyim aşağıdakı rəqəmlər teatr və konsert tamaşalarına marağın artdığını göstərir. Əgər 2005-ci ilin altı ayı ərzində tamaşaçıların sayı 260 min nəfər olmuşdursa, 2006-cı ilin ötən dövründə teatr tamaşalarına artıq 300 minə yaxın tamaşaçı gəlmişdir. Təbii ki, tamaşalardan əldə edilən gəlir də artmışdır. Ötən ilin altı ayında bu rəqəm 284 min manat təşkil edibsə, bu ilin altı ayında 340 min manata yüksəlmişdir. Eyni ilə yüksəliş meyli konsert tamaşalarında da özünü büruzə verir.

Bilirsiniz ki, bu il fevralın 21-də Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin iştirakı ilə ölkəmizdə Rusiya İlinin təntənəli açılış mərasimi keçirilmişdir. Azərbaycanda Rusiya Federasiyası İli çərçivəsində Bakı şəhərində və respublikanın digər bölgələrində 17 mədəniyyət tədbiri olmuş, hörmətli cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə Azərbaycan mədəniyyətinin korifeylərindən olan dahi bəstəkarımız Üzeyir Hacıbəyovun heykəlinin dünya musiqisinin beşiklərindən sayılan Avstriyanın paytaxtı Vyana şəhərində ucaldılması, nəinki ötən 6 ayın, ümumən mədəni həyatımızın böyük hadisəsi sayıla bilər.

Qeyd etmək xoşdur ki, Vyana Kamera Operasında Üzeyir Hacıbəyovun “Arşın mal alan” operası tamaşaya hazırlanır və bu ilin sentyabrında onun ilk tamaşası olacaqdır. Hesabat dövründə dünyanın məşhur sənətçiləri Azərbaycan səhnəsinin qonağı olmuş, bizim sənətkarlar Avstriya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Kanada, Almaniya, Serbiya və başqa ölkələrin tamaşaçılarının qarşısında yaradıcılıq hesabatı vermişlər. Bakıda 2-ci beynəlxalq caz festivalı böyük uğurla keçirilmişdir.

Əbülfəs Qarayev nəzərə çarpdırdı ki, son altı ayda 10 muzey yaradılmış və beləliklə, ölkədə muzeylərin sayı 160-a çatmışdır. Tarixi abidələrin mühafizəsinə və bərpasına diqqət artmışdır. Kinostudiyaların və kino nümayişi müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Kino istehsalına qoyulan vəsait 30 faiz artmışdır.

Nazir turizmin inkişafına dövlət tərəfindən göstərilən diqqətin müsbət nəticələrindən də danışdı və dedi ki, turizmin inkişafı ölkənin sosial-mədəni yüksəlişində mühüm amillərdən biridir. Ötən altı ayda turizm sahəsində bir sıra önəmli tədbirlər həyata keçirilmiş, perspektiv fəaliyyətlə bağlı istiqamətlər müəyyən edilmişdir.

Hazırda 2007-2016-cı illərdə Azərbaycanda turizmin inkişafı Dövlət Proqramı layihəsi üzərində son tamamlama işləri görülür. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilmişdir. Yeni standartlara əsasən, artıq 7 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçmişdir. Bu gün Azərbaycanda təsnifatdan keçmiş və ulduzları olan mehmanxanaların sayı 40-a çatmışdır. Hazırda Azərbaycanda 205 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir.

Turizm sahəsində mövcud olan kadr çatışmazlığının aradan qaldırılması üçün Turizm İnstitutu yaradılmışdır. Turizmlə bağlı bu günə olan qısa bir statistikanı təqdim etmək istərdim. Əgər 2002-ci ildə turizm fəaliyyətindən dövlət büdcəsinə 51 milyon ABŞ dolları məbləğində vəsait daxil olmuşdursa, 2005-ci ildə bu rəqəm artıq 77 milyon dollar təşkil edir. 2002-ci ildə xarici vətəndaşların Azərbaycana girişi 800 min olmuşdursa, artıq 2006-ci ilin birinci yarısında respublikamıza 700 mindən artıq əcnəbi təşrif buyurmuşdur.

Cari ilin altı ayında 8 mehmanxana istifadəyə verilmiş, 20 mehmanxana tikilməkdədir. Hazırda cənab Prezidentin tapşırığı ilə böyük strateji xarakter daşıyan layihələrin hazırlanmasına, tədqiqatların aparılmasına başlanmışdır. Biz turizmi pərakəndə şəkildə yox, geniş layihələr üzrə, bütöv regionları əhatə edən proqramlar əsasında inkişaf etdirməliyik.

Rabitə və informasiya texnologiyaları naziri ƏLİ ABBASOV rabitə sahəsində yeniliklərin təhlilini verərək söylədi ki, ölkə iqtisadiyyatının lokomotivi olan enerji sektorunun təsəvvürolunmaz dərəcədə dinamik inkişafı, həm sosial-iqtisadi dirçəlişə, həm də qeyri-neft sektorunun inkişafına müsbət təsirini göstərməkdədir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası və cənab Prezident, Sizin bu böyük siyasi-iqtisadi missiyanı müvəffəqiyyətlə həyata keçirməyinizin nəticəsidir. Bu həqiqət təkcə xalqımız deyil, həmçinin xarici böyük siyasətçilər və iqtisadçı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Son illər inkişaf sürətinə görə ölkəmizin ümumi iqtisadi yüksəlişini 3-4 dəfə qabaqlayan rabitə və informasiya texnologiyaları sektoru hesabat dövründə bu ənənəni saxlaya bilməmişdir. Lakin qürur hissi ilə qeyd edilməlidir ki, bu sektorda artım 27,1 faiz olmuş və respublikamız dünyada bu sahədəki orta inkişaf sürətini 2,7 dəfə qabaqlamışdır. Ümumi gəlirlər 250 milyon manat olmaqla, hesabat dövründə özəl sektorun payı artaraq 70 faizə çatmış, investisiya qoyuluşu təqribən əvvəlki həcmini saxlayaraq 80 milyon manat təşkil etmişdir.

Altı ayın nəticələrinə görə dövlət müəssisələri üzrə orta əmək haqqı 20 faiz artırılaraq 180 yeni Azərbaycan manatına çatdırılmış, 2 mindən çox yeni iş yeri açılmışdır. Telekommunikasiya sahəsində telefon çəkilişi keçən ilin müvafiq dövrünə nisbətən 63 faiz artmış, ATS-lərin yeniləşməsi, yəni elektronlaşması davam etdirilərək, Bakı üzrə 76,5 faizə, respublika üzrə isə 68,5 faizə çatdırılmışdır. Elektronlaşma bu il Bakı şəhəri və kənd qəsəbələri üzrə bütövlükdə başa çatdırılacaqdır.

Mobil telefon istifadəçilərinin sayı keçən ilin hesabat dövrünə nisbətən 50 faiz artaraq, ümumdünya orta göstəricisinə çatmış və əhalinin 30 faizi mobil rabitə abonenti olmuşdur. Beynəlxalq telefon trafikinin nisbi həcminə görə respublikamız MDB ölkələri sırasında Belarusdan sonra ikinci yeri tutur. Ümumi trafik həcminə görə hətta əhalisi ölkəmizin əhalisindən dəfələrlə çox olan bir neçə ölkəni qabaqlayır.

Yeni texnologiyaların tətbiqinə böyük diqqət yetirilmişdir. Şərqi Avropada və geniş regionda ilk dəfə qurulan yüksək sürətli 10 geqabayt saniyə sürətlə magistral informasiya şəbəkəsinin Bakı hissəsində sınaqlara başlanmış, respublikanın bütün rayon mərkəzlərini birləşdirən hissəsinin quraşdırılması davam etdirilmişdir.

MDB ölkələri sırasında və regionda ilk dəfə yeni şəbəkə nəsli texnologiyası Bakı şəhər telefon sistemində tətbiq olunmuş və 3 xidmətin – televiziya və radio proqramlarının, sürətli internetin və telefon rabitəsinin eyni vaxtda bir telefon xətti ilə istifadəçilərə verilməsinə başlanmışdır. İnternet istifadəçilərinin sayı artaraq ölkə üzrə 8 faiz təşkil etmiş, özəl internet provayderlərinə regionlarda fəaliyyət göstərmək üçün iqtisadi güzəştlər tətbiq edilmişdir. Respublikanın optik kanallar şəbəkəsi genişlənmiş, İran vasitəsilə Naxçıvan Muxtar Respublikası bu şəbəkəyə birləşdirilərək, demək olar ki, informasiya blokadasından çıxarılmışdır. Poçt sisteminin yeniləşdirilməsi, şəbəkə və xidmət çeşidlərinin genişləndirilməsi davam etdirilmişdir.

Əli Abbasov daha sonra poçt sistemində əsaslı dəyişikliklərdən söhbət açaraq qeyd etdi ki, altı ayda poçt gəlirlərinin həcmi 100 faiz artmış, sürətli poçt xidməti və pul baratlarının göndərilməsi tam müasirləşdirilmişdir. Qiymətlər beynəlxalq tariflərə uyğun olaraq aşağı salınmışdır. Nazir teleradio yayım infrastrukturundakı problemlər və onların həlli istiqamətində görülən tədbirlər barədə də dövlət başçısına məlumat verərək dedi:

-Möhtərəm cənab Prezident, sonda Sizin və iclas iştirakçılarının diqqətini çox vacib bir məsələyə də cəlb etmək istərdim. Sizin tapşırığınız əsasında və dəfələrlə qeyd etdiyiniz kimi, neft gəlirləri, həmçinin Azərbaycanda gələcək davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunması üçün istiqamətləndirilməlidir. Bu qərarınızın yerinə yetirilməsi üçün nazirlik informasiya və kommunikasiya texnologiyaları sahəsinin neftdən sonra iqtisadiyyatın yeni bir prioritet sahəsinə çevrilməsi istiqamətində təhlil və tədqiqatlarını davam etdirmişdir. Tanınmış mütəxəssislərin də iştirakı ilə aparılmış təhlillər göstərir ki, əgər Azərbaycan dövləti və hökuməti bir sıra güzəştlərə malik olan texnoloji tutumlu xüsusi iqtisadi zonaların yaradılmasına nail olarsa, iqtisadiyyatın bu sektoru neftin təmin etdiyi yüksək iqtisadi potensialın gələcək inkişafını öz üzərinə götürə bilər. Bunun üçün əsaslı təminatlar vardır. Bunlar region bazarlarında bu sahə üzrə mövcud olan boşluq, ölkəmizin insan resurslarının perspektivliyi, uğurlu neft siyasəti sayəsində Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə qazandığı nüfuz, dövlətimizin ölkəmizə yatırılmış xarici investisiyaların risklərini bölüşmək qabiliyyətidir. Cənab Prezident, ən vacibi təvazökarlıqdan kənar da olsa, qeyd etməliyəm ki, bu istiqamətdə çox böyük təminat beynəlxalq iqtisadi və siyasi dairələrdə Azərbaycan Respublikasının Prezidentinə olan inam və hörmətdir.

Hesabat dövründə dünyada gedən tendensiyalar və regiondakı vəziyyət araşdırılaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender elan olunmuşdur. Məsləhətçi şirkət 3 ay ərzində tövsiyələr paketini əsaslandırılmış şəkildə hazırlayaraq Azərbaycan hökumətinə təqdim edəcəkdir. Əgər Azərbaycan dövləti və cənab Prezident, şəxsən Siz müsbət qərar qəbul edərsinizsə, biz - həm dövlət, həm də özəl sektorda çalışan əməkdaşlar Sizin etimadınızı layiqincə doğrultmağa hazırıq. Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham Əliyev iclasa yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan