Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
- Əziz dostlar!
Mən sizi Gənclər günü münasibətilə ürəkdən təbrik edirəm və sizin simanızda bütün Azərbaycan gənclərini bu gözəl bayram münasibətilə təbrik edirəm. Azərbaycanda onuncu ildir bu gün qeyd olunur. Bu on il ərzində Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır.
Bildiyiniz kimi, Gənclər gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. O, bu məsələlərə daim böyük diqqət göstərmişdir. Hələ 1970-ci illərdə Azərbaycanda gənc nəslin yetişdirilməsi üçün böyük işlər görmüşdür. Yəqin bilirsiniz ki, o illər ərzində Azərbaycan gəncləri Sovet İttifaqının aparıcı ali məktəblərinə oxumağa göndərilmişdir. Həmin insanlar bu gün müstəqil Azərbaycana ləyaqətlə xidmət edirlər.
Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir.
İndiki gənclər müstəqillik dövründə formalaşırlar. Bu, böyük xoşbəxtlikdir, böyük səadətdir. Bəzi hallarda indiki gənclərin ağlına da gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər var idi, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək, ayrı fikirdə olmaq, dünyanı görmək kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bizim böyük xoşbəxtliyimiz ondadır ki, bu gün müstəqil ölkə kimi yaşayırıq. Azərbaycan xalqı müstəqilliyə qovuşmuşdur. Eyni zamanda, müstəqil, açıq dövlətə xas olan bütün əlamətlər Azərbaycanda mövcuddur. Gənclərdən bir şey tələb olunur ki, onlar yaxşı oxusunlar, bilikli, savadlı olsunlar, öz Vətəninə sadiq olsunlar və özlərinin fəaliyyəti ilə bu gün və gələcəkdə ölkəmizin inkişafına xidmət göstərsinlər.
Mən qeyd etdim ki, 1970-ci illərdə məhz müasir dünyagörüşlü gənclərin formalaşması üçün ulu öndər Heydər Əliyev çox böyük tədbirlər görmüşdür. Bu gün bu siyasət davam edir. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsilinin təşkil olunması üçün müvafiq qərarlar qəbul edilmişdir. Mən əminəm ki, yaxın zamanlarda yüzlərlə Azərbaycan gənci dünyanın aparıcı təhsil ocaqlarında oxuyacaq, yaxşı mütəxəssislər olacaq və ondan sonra Vətənə qayıdıb doğma ölkəmizin inkişafı üçün çalışacaqdır.
Deyə bilərəm ki, təhsil hər bir ölkənin inkişafında başlıca rol oynayır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini əgər gözdən keçirsək görərik ki, məhz o ölkələrdə inkişaf var ki, orada elm, bilik, təhsil yüksək səviyyədədir. Bu, gənc yaşlardan, məktəbdən başlayır. Biz də istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etmiş ölkə olsun. Bizim böyük təbii sərvətlərimiz var, çox əlverişli coğrafi mövqeyimiz var. Ancaq sözün əsl mənasında, inkişaf etmiş ölkə olmaq üçün çox bilikli insanlar olmalıdır. Ona görə mən çalışıram ki, bütün məktəblərdə ən müasir tədris prosesi tətbiq olunsun, məktəblərin maddi-texniki bazası möhkəmlənsin, uşaqlar yaxşı şəraitdə oxusunlar. Hər bir məktəbdə kompyuter sinfi yaradılır və əminəm ki, gələn ilin sonuna qədər bütün məktəblər internetə qoşulacaqdır. Bu nə deməkdir? Bu, bilik, savad deməkdir, dünyaya açıqlıq deməkdir. Bu, Azərbaycanın dünyaya inteqrasiyası deməkdir. Əminəm ki, 5-10-15 ildən sonra yetişən savadlı, bilikli insanlar Azərbaycanı inamla irəliyə aparacaqlar. Bizim məqsədimiz bundan ibarətdir: ölkəmiz möhkəmlənsin, güclənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkə qarşısında duran bütün vəzifələr həll olunsun, bölgədə bizim mövqeyimiz daha da güclü olsun. Artıq biz bunu da görürük ki, Azərbaycan bölgənin lider dövlətinə çevrilibdir. Təkcə biz yox, regionun məsələləri ilə məşğul olan bütün təşkilatlar da bunu açıq-aydın görürlər.
Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Çünki bilirsiniz ki, ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır. Təhsili bitirdikdən sonra, əlbəttə ki, gənclər Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır. Hesab edirəm ki, indi Azərbaycanda mövcud olan iqtisadi və siyasi vəziyyət bütün bu imkanları yaradır.
Gənclər bütün sahələrdə fəal iştirak edirlər və çox şadam ki, idman sahəsində də çox fəaldırlar. Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran məhz gənclərdir. Bu, həm vətənpərvərlik ruhunun yüksəlməsi, həm ölkənin imici üçün və həm də insanların sağlamlığı üçün lazımdır. Məhz buna görə Azərbaycanda yeni idman komplekslərinin tikintisi geniş vüsət almışdır. Ölkəmizin müxtəlif bölgələrində biz bunu edirik və beləliklə gənclər üçün gözəl şərait yaradırıq. Öz növbəsində, gənclər də öz uğurları ilə bütün Azərbaycan xalqını sevindirirlər.
Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır. Orduda xidmət edən insanların böyük əksəriyyəti gənclərdir. Onlar Vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar. Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər. Lazım gələn anda məhz onlar doğma torpaqların azad olunması üçün ilk addımı atacaqlar.
Bildiyiniz kimi, biz əlimizdən gələni edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın. Bu istiqamətdə bütün siyasi və diplomatik addımlar atılır. Diplomatik və siyasi uğurlar da kifayət qədərdir. Ancaq buna baxmayaraq, qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə görə, hələ ki, biz bu məsələni həll edə bilmirik. Baxmayaraq ki, artıq bütün dünya ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatı, bu məsələ ilə birbaşa məşğul olan qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və münaqişənin məhz ərazi bütövlüyü əsasında həll olunmasını dəstəkləyirlər. Deyə bilərəm ki, bu, bizim böyük diplomatik uğurumuzdur. Çünki əvvəlki illərdə bəzi hallarda beynəlxalq təşkilatların mövqeyi o qədər də birmənalı deyildi. İndi bu, birmənalıdır və nəinki beynəlxalq təşkilatların, eyni zamanda, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin də mövqeyi bundan ibarətdir. Yəni bu, bizim üçün əlavə dəstəkdir. Ancaq Ermənistan bütün beynəlxalq normaları pozubdur, beynəlxalq davranış qaydalarına əməl etmir və hesab edir ki, status-kvo vəziyyəti əbədi davam edəcəkdir. Bu, belə deyil, bunun limiti var, çərçivələri var. Azərbaycanın artan həm iqtisadi, həm siyasi, həm də hərbi gücü və ölkəmizin məsələyə münasibətinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi bizim mövqeyimizi gücləndirir.
Mən istəyirəm ki, məsələ sülh yolu ilə həll edilsin, istəmirəm ki, müharibə olsun. Çünki müharibə olarsa, gənclərimiz qurban gedəcək, şəhidlərimiz olacaq, qan töküləcək, göz yaşları axıdılacaqdır. Mən bunu istəmirəm. Mən istəyirəm ki, Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə qaytarılsın. Ancaq eyni zamanda, biz hər bir başqa vəziyyətə də hazır olmalıyıq. Məhz bu məqsədlə Azəbaycanda gedən güclü ordu quruculuğu prosesi bu gün artıq bizə imkan vermişdir ki, bölgədə qüvvələr nisbətini öz xeyrimizə dəyişmişik. Artıq bizim üstünlüyümüz təkcə siyasi və iqtisadi meyarlarla ölçülmür. Bizim gücümüz, o cümlədən hərbi sahədə də özünü göstərir. Güclü orduya malik olmaq o deməkdir ki, istənilən anda öz doğma torpaqlarımızı biz azad edə bilərik. Biz dünya tarixindən görürük ki, bəzi hallarda müharibəni başlamaq heç lazım olmur. Sadəcə olaraq, artan güc, potensial və imkanlar qarşı tərəfi daha da konstruktiv edir.
Biz ümid edirik ki, məsələni tezliklə həll edəcəyik. Çünki vaxt bizim tərəfimizdədir. Ermənistanla Azərbaycanın inkişafı arasında mövcud olan uçurum dərinləşir, genişlənir. Biz yenə də istəyirik ki, məsələ tezliklə həll olunsun. Bizim qaçqın-köçkün soydaşlarımız tezliklə öz torpaqlarına qayıtsın və ondan sonra orada geniş bərpa işləri aparılacaqdır. Azərbaycanın indi buna imkanları çatır. Biz istəyirik ki, işğal olunmuş əraziləri tezliklə bərpa edək. Orada gözəl binalar tikək, infrastruktur layihələrini həyata keçirək ki, bizim insanlarımız öz doğma torpaqlarında yaşasınlar.
Bir sözlə, Azərbaycan rəhbərliyi və şəxsən Prezident bu məsələlərlə məşğul olur, bu məsələlərə görə məsuliyyət daşıyır, danışıqlar aparır, bütün başqa lazımi tədbirləri görür. Ancaq eyni zamanda, bu işlərdə mən daim xalqın dəstəyini hiss edirəm və görürəm. Mənim mövqeyim xalqın mövqeyidir və xalqın dəstəyi, onun iradəsi mənə də güc verir. Ona görə bu məsələdə bütün cəmiyyət birləşməlidir və belə də var. Azərbaycan cəmiyyətinin bu məsələ ilə bağlı fikri tam formalaşıb və birmənalıdır. Biz bu mövqedən dönməyəcəyik və çalışacağıq ki, məsələni tezliklə həll edək.
Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür. Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də gənclər olmuşdur. Müstəqilliyimizin ilk illərində, çox ağır illərdə gənclər həmişə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışmışlar. Azərbaycan xalqı əsrlər boyu müstəqillikdən məhrum idi və müstəqilliyə nail olmaq istəyirdi. Müstəqilliyi əldə etmək böyük nailiyyət, böyük xoşbəxtlikdir. Eyni zamanda, bunu qoruyub saxlamaq, möhkəmləndirmək, ölkəni həqiqi mənada müstəqil dövlətə çevirmək daha böyük fədakarlıq tələb edir.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir. Müstəqil ölkədir ona görə ki, müstəqil siyasət aparır, ona görə ki, heç kimdən asılı deyildir. Ona görə ki, Azərbaycan xalqının taleyi Azərbaycanda həll olunur. Ona görə ki, bütün dünya ictimaiyyəti ilə, qonşu ölkələrlə, beynəlxalq təşkilatlarla, böyük dövlətlərlə qarşılıqlı hörmət, qarşılıqlı maraq əsasında münasibətlərini qurub və bu, artıq reallıqdır. Azərbaycanın hörməti artır, təsiretmə imkanları artır. Bölgədə gedən proseslərə bizim təsirimiz çox böyük dərəcədə artmışdır. Bizim iştirakımız olmadan bölgədə və geniş mənada regionda heç bir məsələ həll oluna bilməz. Biz nəinki regional proqramların iştirakçısıyıq, hətta onların təşəbbüskarıyıq. Bizimlə məsləhətləşirlər və bir çox hallarda regional məsələlərdə Azərbaycanın sözü həlledici olubdur.
Biz böyük, Azərbaycanın gələcəyini və bölgədə vəziyyəti müəyyən edən nəhəng layihələrin də təşəbbüskarı və icraçısıyıq. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri Azərbaycanın tarixi nailiyyətləridir. Azərbaycan iqtidarının, xalqının iradəsi olmasaydı, bunların heç biri həll oluna bilməzdi.
İndi biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində işləyirik. Sizə onu da açıq deyə bilərəm ki, Azərbaycanın mövqeyi və tələbkarlığı, inadkarlığı burada çox böyük rol oynamışdır. Artıq biz bu layihəni də həyata keçiririk, gerçəkliyə çeviririk. Baxmayaraq ki, bildiyiniz kimi, dünyada bu layihəyə münasibət birmənalı deyildir. Bu da çox maraqlı məsələdir. Çünki Bakı-Tbilisi-Qars birinci layihə deyil ki, Ermənistandan yan keçir. Bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. O da Ermənistan ərazisindən keçmir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də Ermənistandan yan keçir. Nədənsə, məhz Bakı-Tbilisi-Qars layihəsi belə bir müqavimətlə qarşılanır. Buna baxmayaraq, Azərbaycanın kifayət qədər imkanları var. Yenə də deyirəm, biz regional müstəvidə öz qonşularımızla çox səmərəli əməkdaşlıq aparırıq və bu layihəni də icra edəcəyik.
Müasir Azərbaycanın inkişafının əlamətlərindən biri odur ki, biz qarşıya qoyulan məsələlərə nail oluruq. Hələ elə bir məsələ olmayıb ki, biz onu qarşıya qoyaq, həll etməyə çalışaq və buna nail olmayaq. Biz qarşıya qoyduğumuz bütün məsələləri vaxtlı-vaxtında və uğurla həll edirik. Bu məsələlər, bu layihələr Azərbaycanın hərtərəfli inkişafına, Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət edir və nəticə etibarilə xalqın rifah halını yaxşılaşdırır. Hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər öz nəticəsini vermişdir. Gələcəkdə də böyük planlarımız var və onları həyata keçirmək üçün gənclərin fəallığı lazımdır. Bu, var və davam etməlidir.
Gənclərin həyatının yaxşılaşması, onlardan ötrü yeni imkanların yaradılması üçün dövlət də öz tərəfindən əlindən gələni etməlidir. Biz bunu edirik. İqtisadi inkşaf, regionların sosial-iqtisadi inkişafı, kreditlərin verilməsi, Azərbaycanda müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi bir tərəfdən, digər tərəfdən də, sosial qayğı artır. İpoteka kreditlərinin verilməsinə artıq başlanmışdır. İndi onların şərtləri dəyişdi, daha da məqbul şərtlər tətbiq olunur ki, gənclər daha geniş şəkildə bundan istifadə edə bilsinlər. Başqa layihələr də var və olacaqdır.
Bizim həm iqtisadi islahatlarımız uğurla davam edir, həm də sosial məsələlərin həlli üçün çalışırıq. Daim fikirləşirik ki, sosial məsələlər tezliklə həll olunsun, Azərbaycan xalqı yaxşı yaşasın. Biz müstəqilliyimizin 16-cı ilini yaşayırıq və deyə bilərəm ki, ancaq keçən il Azərbaycan 1990-cı ilin iqtisadi potensialına bərabər göstəricilərə nail olmuşdur. Yəni ötən 15 ildə Azərbaycanda gedən proseslər, aparılan işlər bizim iqtisadiyyatımızı 1990-cı ilin səviyyəsinə gətirib çatdırmışdır. Amma onu deyə bilərəm ki, başqa keçmiş sovet respublikalarında hələ 1990-cı ilin səviyyəsinə çatmayıblar.
Yəni bu, tarixi bir proses idi. Bir tərəfdən, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, öz müstəqilliyinə nail olub və bu gün biz müstəqil ölkə kimi yaşayırıq. Digər tərəfdən, biz nə qədər məhrumiyyətlərdən əziyyət çəkmişik, müstəqilliyimizin ilk illəri iqtisadi böhranla, siyasi böhranla müşayiət olunurdu. Ancaq indi Azərbaycan elə səviyyədədir ki, bundan sonra ancaq inkişaf olacaq, ancaq irəliləyiş olacaqdır. Bunu sürətlə irəliyə aparmaq bizdən asılıdır. İnsanların sosial vəziyyəti, ilk növbədə, kasıb təbəqənin sosial vəziyyəti bizi daim düşündürməlidir. Elə etməliyik ki, Azərbaycanda kasıblar təbəqəsi olmasın, yoxsulluq aradan qaldırılsın. Baxmayaraq ki, inkişaf etmiş ölkələrdə də yoxsullar var. Ancaq mən hesab edirəm, yoxsul o adam ola bilər ki, o, sadəcə, işləmək istəmir. İşləmək istəyən işlə təmin olunmalıdır. Ancaq hər bir ölkədə elə insanlar var ki, onlar işləmək istəmirlər, yaxud da başqa mövqedədirlər. Azərbaycanda yoxsulluğun aradan qaldırılması proqramı icra ediləcəkdir. Azərbaycan xalqı xoşbəxt yaşamalıdır və biz buna nail olmalıyıq. Əlbəttə ki, bunu etmək üçün bütün cəmiyyət fəal olmalıdır və hər bir insan öz yerində ümumi işə töhfə verməlidir. Nəzərə alsaq ki, bir daha demək istəyirəm, Azərbaycan əhalisinin əksəriyyəti gənclərdir və əlbəttə, onların üzərinə də böyük vəzifə düşür.
Əziz dostlar, sizin üçün bu əziz gündə bütün bu nailiyyətlərlə bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Bildiyiniz kimi, siyasətə qoşulanda mən də gənc idim, gənc yaşlarımdan bu işlərlə məşğul olurdum. Həm Milli Məclisdə, eyni zamanda, Dövlət Neft Şirkətində, Yeni Azərbaycan Partiyasında. İndi, əlbəttə ki, yaş baxımından özümü gənc hesab edə bilmərəm. Ancaq ürəkdə mən sizinləyəm, qəlbən gəncəm. Vaxt keçir və insan heç fərqində də olmur ki, artıq o, gənc deyildir. Amma əsas odur ki, hər bir insanın həyatı mənalı keçsin. O mənada mənalı ki, hər bir insan çalışsın, doğma Vətəninə xidmət eləsin. Mənim üçün ən böyük sevinc gətirən budur. Görəndə ki, Azərbaycanın inkişafı uğurla davam edir, ölkəmizin nüfuzu artır, mənə bundan artıq mükafat ola bilməz. Mən sizi də bu fəallığa çağırıram. Mən sizi əməllərə çağırıram, ölkə üçün, xalq üçün, millət üçün çalışmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha sizi ürəkdən təbrik edirəm və hər bir işinizdə uğurlar arzulayıram. Sağ olun.
İndi də sözü verirəm gənclər və idman naziri Azad Rəhimova.
X X X Gənclər və idman naziri AZAD RƏHİMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli görüş iştirakçıları!
1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə müstəqil Azərbaycanın tarixində mühüm ictimai-siyasi hadisəyə çevrilən Azərbaycan gənclərinin birinci Forumu keçirilmişdir. Forumun mahiyyətini və gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Forumun keçirildiyi günün Azərbaycanın Gənclər günü kimi qeyd olunması barədə 1997-ci il fevralın 1-də müvafiq Sərəncam imzalamışdır. Həmin tarixdən başlayaraq, hər il fevralın 2-sində Gənclər günü respublikamızda yüksək səviyyədə qeyd olunur. Gənclər öz nailiyyətləri, problemləri ilə bağlı fikir mübadiləsi aparır, gənclərlə bağlı dövlət siyasətini qiymətləndirir və gələcək vəzifələr barədə təkliflər irəli sürürlər.
Bu il gəncliyin həyatında mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisənin 10-cu ildönümüdür. Hər il olduğu kimi, bu il də Gənclər gününün təntənəli qeyd olunması üçün Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq olunmuş, bir sıra bayram tədbirləri keçirilmişdir. Möhtərəm cənab Prezidentimizin ictimai həyatda fəal olan və yaradıcı gənclərlə görüşünün keçirilməsi gənclərimizə ən böyük töhfə və bayram hədiyyəsidir. Cənab Prezident, fürsətdən istifadə edib, Sizi Gənclər gününün 10-cu ildönümü münasibətilə bütün Azərbaycan gəncləri adından təbrik edir, Sizə müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar arzulayırıq.
Möhtərəm cənab Prezident!
Hörmətli görüş iştirakçıları!
Bildiyiniz kimi, ikinci dəfə ölkə rəhbərliyinə qayıdandan sonra ümummilli lider Heydər Əliyev respublikamızda dövlət gənclər siyasətinin formalaşmasına xüsusi əhəmiyyət vermiş, bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirməklə müstəqil Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoymuşdur. 1994-2003-cü illər ərzində gənclər siyasətinin normativ hüquqi bazası formalaşmış, gənclərlə bağlı dövlət siyasətinin əsas vəzifə və istiqamətləri müəyyənləşdirilmişdir. Bu gün gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Gənclər və İdman Nazirliyi gənclərlə iş sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əlaqədar dövlət orqanları, yaradıcılıq təşkilatları və gənclərin ictimai birlikləri ilə birgə əməli fəaliyyət qurmuşdur. Bilirsiniz ki, hər il ənənəvi olaraq, gənclərin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, dilinə, mədəniyyətinə, dövlət rəmzlərinə və adət-ənənələrinə hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə müxtəlif mövzularda keçirilən sərgilər, müsabiqələr, seminarlar, konfranslar və digər tədbirlər xüsusilə əhəmiyyətli olmuşdur.
Hər il orta məktəb şagirdləri arasında keçirilən “Şahin” və “Cəsurlar” Hərbi idman oyunlarının böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rolu vardır. Bu yarışlara ildən-ilə şagirdlər daha çox cəlb edilir, onların fiziki hazırlığı yüksəlir, hərb sənətinə maraq və meyli güclənir. Vətənpərvərlik tərbiyəsi sahəsində gənclərin maarifləndirilməsi və tədqiqat işinin gücləndirilməsi məqsədi ilə respublikamızda Quba, Qusar, Lənkəran və Astarada, Şirvan zonasında gənclərin vətənpərvərlik tərbiyəsi klublarının yaradılmasına başlanmışdır. Bu da gənclərin təşəbbüslərinin stimullaşdırılmasına, onların bu istiqamətdə görülən işlərə cəlb edilməsinə şərait yaratmışdır. Azərbaycanı tərənnüm edən mahnıların gənclər arasında təbliğ edilməsi məqsədi ilə nazirlik tərəfindən “Hünər” devizi altında gənclərin vətənpərvərlik mahnıları festivalı keçirilir.
Orduda xidmət edən gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və asudə vaxtın təşkili məqsədi ilə nazirlik tərəfindən respublikamızda yerləşən hərbi hissələrlə müxtəlif məzmunlu tədbirlər keçirilmiş, yerli idarələrimiz ərazilərdə yerləşən hərbi hissələri hamiliyə götürmüşdür.
Yaradıcı gənclərə dövlət qayğısının artırılması sahəsində Gənclər və İdman Nazirliyinin fəaliyyəti elm, təhsil, mədəniyyət, incəsənət, xalq yaradıcılığı sahələrini əhatə edir və istedadlı gənclərin aşkar edilməsinə və onların fərdi işinin qorunmasına yönəlmişdir. Bu sahədə mütəmadi olaraq müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə birlikdə gənclər arasında müsabiqələr, olimpiadalar, bilik yarışları, elmi-əyləncəli oyunlar, konsert və festivallar keçirilir. Onların əsərlərindən ibarət sərgilər təşkil edilir, kitablarının nəşrinə kömək göstərilir. Hər ilin yekununa görə fərqlənmiş gənclər nazirliyin təsis etdiyi diplom və mükafatlarla təltif olunurlar.
Möhtərəm cənab Prezident!
Sizin göstərişiniz əsasında və himayənizlə “Nə, Harada, Nə vaxt” intellektual oyunu üzrə beynəlxalq yarışların ölkəmizdə keçirilməsi gənclərin intellektual potensialının inkişaf etdirilməsində müstəsna əhəmiyyət daşıyır. Bu işi davam etdirmək üçün Azərbaycanda kompyuter oyunları üzrə birinci milli çempionat keçirilmiş, qaliblər dünya çempionatının finalında iştirak etmişlər. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq “Xəmsə” milli intellektual oyununa start verilmişdir. İstedadlı şagird, tələbə və gənc alimlərin beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpozium və seminarlarda iştirakının təmin olunması üçün işlər davam etdirilmişdir. Gənclərin təşəbbüs və fəaliyyətlərinə dəstək verilmişdir.
Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin inkişafına yönəlmiş layihələr nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, qaçqın və məcburi köçkün olan gənc soydaşlarımızın iştirakı ilə müxtəlif yaradıcılıq müsabiqələri, festivallar keçirilir, gənc yazarların əsərlərinin çapına kömək göstərilir.
Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və əmək məşğulluğunun təmin edilməsi sahəsində tədbirlər daim diqqət mərkəzində olmuşdur. Belə ki, gənclər arasında işsizliyin azaldılması, onların yeni peşələrə yönəldilməsi üçün “karyera günləri” adlı tədbirlər keçirilmişdir. Bu tədbirlər zamanı gənclər iş bazarında mövcud vəziyyəti, şirkətlərin işəgötürmə prosesi ilə tanış olur, əlavə iş yerləri haqqında məlumat alırlar.
Gənc ailələrə dövlət yardımı sahəsində tədbirlər də diqqət mərkəzində saxlanmışdır. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi istiqamətində müvafiq təkliflər hazırlanıb təqdim edilmişdir. Fürsətdən istifadə edərək, möhtərəm cənab Prezident, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı mühüm qərar qəbul etdiyinizə görə, gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Nazir Azad Rəhimov gənclərin işğalçı Ermənistana qarşı əks-təbliğatda fəal iştirak etdiklərini, gənclərlə bağlı Avropa təcrübəsindən bəhrələnərək gənclərin mötəbər beynəlxalq təşkilatların rəhbər heyətində ölkəmizi layiqincə təmsil etdiklərini bildirdi.
X X X
Azərbaycan gənclərinə qayğısını əsirgəməyən ulu öndərin xatirəsini daim əziz tutduqlarını vurğulayan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri RAMİL HƏSƏNOV Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini söylədi, həyata keçirdikləri tədbirlərdən danışdı:
- Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də öz liderinin, partiyasının sədrinin tapşırıqlarını, həyata keçirdiyi bütün siyasətini uğurla təbliğ edir. Bu gün YAP Gənclər Birliyində 160 mindən çox Azərbaycan gənci birləşmişdir. Cənab Prezidentimiz, hörmətli sədrimiz, bu 160 mindən çox gəncin hər biri dövlətimizin başçısının həyata keçirdiyi bütün siyasətə sədaqətlə xidmət etməkdə, bu prosesin təbliğatında fəal şəkildə iştirak etməkdədir. Birliyimiz fəaliyyətə başladığı gündən etibarən hökumətin həyata keçirdiyi siyasətə töhfəsini vermək üçün bir çox tədbirlər görməkdədir. Bunların içərisində “dəyirmi masa”ları, konfransları və digər tədbirləri misal göstərmək olar.
YAP Gənclər Birliyi öz tarixində ilk dəfə olaraq, regional əlaqələndirmə mərkəzlərinin yaradılması ideyasını irəli sürmüş və bu, partiyanın İcraçı Katibliyi tərəfindən bəyənilmişdir. Bu, çox böyük, irimiqyaslı layihədir. 2006-cı ildə cənub, şimal, şərq, şimal-qərb və Şəki-Zaqatala bölgələrini əhatə edən regional əlaqələndirmə mərkəzləri yaradılmış və regional gənclər forumları keçirilmişdir. Həmin forumlar nəticəsində regionlarda, ucqar kəndlərdə, qəsəbələrdə, rayonlarda fəaliyyət göstərən, lakin partiyanın icra strukturlarında, partiyanın fəaliyyətində iştirak etmək istəyən, amma kənarda qalan gənclərə şərait yaradılmış, onların istedadlarının üzə çıxarılması üçün layihələr həyata keçirilmişdir.
Biz “Düşünən beyinlər, düşünən zəka” adı altında məlumat bankı yaratmışıq və bu sistem sayəsində YAP Gənclər Birliyində Azərbaycanın hər bir ucqar nöqtəsində fəallığı, siyasi fəaliyyəti, bacarığı və savadı ilə seçilən gənclərin adları siyahıya salınır. Biz gələcəkdə bu gənclərin bilik və bacarığından Azərbaycanın, dövlətimizin inkişafında və partiyamızın təbliğatı sahəsində istifadə etmək niyyətindəyik.
Həmçinin, beynəlxalq əlaqələrimizi də genişləndiririk. Hesab edirik ki, siyasi partiyada, qeyri-hökumət təşkilatında təmsil olunmasından asılı olmayaraq, hər bir Azərbaycan gənci Azərbaycan dövlətinin və onun başçısının xarici siyasət kursunun həyata keçirilməsinə bütün gücünü, köməyini verməlidir. Biz bu istiqamətdə addımlar ataraq, beynəlxalq əlaqələrimizdə Ukrayna, Rusiya, Türkiyə, Moldova, Bolqarıstan, Almaniya, İtaliya, Kanada və ABŞ-ın hakim partiyalarının gənclər birlikləri ilə sıx əməkdaşlığımızı davam etdiririk. Aydındır ki, həmin ölkələrin həyatında, ictimaiyyətində, mətbuatında rəy yaratmaq çox mühüm amildir. Hər birimizin mənəvi borcudur ki, ölkəmizin başçısının Azərbaycanın demokratik inkişaf imicinin formalaşması istiqamətində həyata keçirdiyi siyasətə dəstək verək və fəal rol oynayaq. Görüşdüyümüz insanların hamısı o ölkələrin hakim partiyalarında fəaliyyət göstərən gənclərin liderləridir. Keçirdiyimiz görüşlər, imzaladığımız qarşılıqlı müqavilələr, əməkdaşlıq, mübadilə proqramları nəticəsində çox uğurlu, maraqlı faktları görürük. Görürük ki, bu gün Avropada və dünyanın bir çox ölkələrində Azərbaycana maraq günbəgün artmaqdadır. Azərbaycan gəncliyinin bu siyasətdə iştirakını mənəvi borc kimi qəbul edirik.
Natiq gənclərin təbliğatı gücləndirmələri ilə bağlı konkret təklif irəli sürərək dedi ki, 2006-cı ilin noyabrından etibarən böyük bir layihə üzərində işləyirik. Siz partiyanın sədri kimi, əgər razılıq versəniz, - İcraçı Katibliyə də bu barədə məruzə etmişik, - Azərbaycanda “Gənc liderlər dünyada sülh və təhlükəsizlik tərəfdarıdır” mövzusunda beynəlxalq konfrans keçirilərdi. Bu, çox mühüm ideyadır. Təşkilati məsələlərlə bağlı Avropadakı, ABŞ-dakı hakim partiyaların gənclər təşkilatları ilə şifahi danışıq aparmışıq. Arzu edirik ki, belə bir konfrans Sizin dəstəyiniz, köməyiniz ilə Azərbaycanda keçirilsin. Çünki Prezidentimiz dünyada çox nadir ölkələrdən biri olan Azərbaycanda tolerantlıq siyasəti, dinlər arasında sülh və barışıq siyasətini həyata keçirir. Azərbaycan regionda və dünyada öncül ölkələrdən biridir ki, sülh, təhlükəsizlik üçün var gücü ilə fəaliyyət göstərir. Rusiya Federasiyası, Ukrayna, Türkiyə, Moldova, Qazaxıstan, Bolqarıstan, İtaliya, Almaniya, ABŞ və Kanadanın hakim partiyalarının gənclər təşkilatlarının rəhbərləri ilə bu böyük layihədə iştirakla bağlı razılıq əldə olunmuşdur. Biz bu yaxınlarda Romada səfərdə olarkən bu barədə məlumat verdik, İtaliyanın hakim partiyasının nümayəndələri bizə dedilər ki, əgər siz bu ideyanı verməsəydiniz, biz bu layihəni həyata keçirəcəkdik. Cənab Prezident, arzu edirik ki, belə bir layihə Azərbaycanda baş tutsun və Sizin bu istiqamətdə həyata keçirdiyiniz siyasətə öz köməyimizi göstərə bilək.
X X X
Gənc İqtisadçılar Birliyinin sədri, Milli Məclisin deputatı, iqtisad elmləri namizədi AZƏR ƏMİRASLANOV Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin beynəlxalq birlikdə mövqeyini gücləndirdiyini, dünya iqtisadiyyatına uğurla inteqrasiya etdiyini əsaslandırdı və dedi:
-İndi ölkəmizdə iqtisadi liberallaşmanın, struktur dəyişikliklərinin tamamilə yeni bir mərhələsi başlanır. Bu mərhələdə əsas vəzifə səmərəli iqtisadiyyatın qurulmasından, daha sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial siyasətin həyata keçirilməsindən ibarətdir. Nəzərə almalıyıq ki, “ən yaxşı sosial siyasət düzgün iqtisadi siyasətdir” tezisini əsas götürmüş bir çox Şərqi Avropa ölkələri iqtisadi transformasiya dövrünü uğurla başa çatdırmışlar. “Bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsidir” fikrini cənab Prezident Nazirlər Kabinetinin geniş iclasında heç də təsadüfən qeyd etməmişdir. Bəli, dünya təcrübəsi də göstərir ki, sosial siyasət yalnız səmərəli iqtisadiyyata əsaslandıqda, uzunmüddətli təsir gücünə malik olur.
Bu baxımdan son vaxtlar həyata keçirilən liberallaşdırma tədbirlərini, xüsusilə də enerji və kommunal sektorda islahatları ölkə iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri kimi qiymətləndiririk. Əgər kimlərsə bu müsbət meyilləri görmək istəmirsə, bu, onların zəifliyindən xəbər verir. Yox əgər, kimlərsə bunu görə bilmirsə, deməli, bu halda ölkəmizdə ciddi iqtisadi maarifləndirmə işinə ehtiyac vardır.
Bir qayda olaraq, bazar iqtisadiyyatı yolunu seçmiş ölkələr öz rəqabət qabiliyyətini uzunmüddətli dövlət himayədarlığı, ucuz enerji resursları hesabına təmin edə bilməz. Bütün bunlar idman yarışlarında olduğu kimi, iqtisadiyyat üçün də yalnız qısamüddətli dopinq səmərəsi verir. Qarşıdakı illərdə Azərbaycanı Dünya Ticarət Təşkilatına daxil olmaq mərhələsi gözləyir. Biz iqtisadiyyatımızı bu mərhələyə yalnız struktur dəyişiklikləri, texnoloji yeniləşmə vasitəsilə hazırlaya bilərik.
Ölkəmizin Avropaya, qloballaşan dünyaya inteqrasiyası yarımçıq xarakter daşıya bilməz. Avropa strukturlarının siyasi və hüquqi islahatlarla bağlı tövsiyələrini manşetə çıxaran bəzi mətbuat orqanları görəsən nə üçün Qonşuluq siyasətinə dair fəaliyyət planında enerji sektorunda, kommunal sektorda islahatlarla bağlı müddəalardan bəhs etmirlər? Necə ola bilər ki, biz Avropanın hüquqi dövlət, demokratik cəmiyyət prinsiplərini əsas götürək, lakin dünyada qəbul edilmiş liberal iqtisadi dəyərləri və meyarları nəzərə almayaq?!
Bu gün Azərbaycan dünyaya, Avropaya təkcə iqtisadi deyil, sosial baxımdan da inteqrasiya olunmaqdadır. Ölkəmiz Avropa sosial xartiyasına qoşulub və buna uyğun olaraq sosial müavinətlərin, minimum əmək haqqının istehlak büdcəsinə yaxınlaşdırılması istiqamətində dövlətimiz tərəfindən davamlı və ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Hörmətli cənab Prezident!
Son iki ay ərzində Sizin tərəfinizdən qəbul edilmiş geniş sosial tədbirlər paketi ölkə əhalisinin 5 milyon nəfərini əhatə etməklə, sosial ədalət prinsipinin, həyat səviyyəsi ilə bağlı məsələlərin dövlət siyasətində dəyişməz, prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Hazırda yeni keyfiyyətdə həyata keçirilən sosial-iqtisadi siyasət həm də artmaqda olan gəlirlərin daha səmərəli yenidən bölgüsünə, təbəqələşmə prosesinin müəyyən qədər qarşısının alınmasına və ilk növbədə, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilibdir. Bəziləri nədənsə, bu siyasətin mahiyyətini qiymətləndirmək istəmirlər. Hazırda müşahidə edilən yüksək iqtisadi artım sürəti, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici borcun minimal səviyyəsi, dövlət büdcəmizin artan imkanları, mühüm nəqliyyat, enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin möhkəm əsaslara malik olduğunu bir daha təsdiq edir. Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qətiyyətlə qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu şəkildə uzlaşdırılması ilə tamamlanır.
Çox təəssüf edirik ki, bəzilərinin nəzərində ölkəmizin uğurları da uğursuzluq kimi görünür. Həmin şəxslər sosial-iqtisadi həyatımızla bağlı ən mütərəqqi dəyişikliklərdə belə mənfi cəhətlər axtarır və inkarçılıq mövqeyi tuturlar. Məsələn, onlar neft gəlirlərinin daxil olmasından sonra ölkəmizdəki inkişaf əlamətlərini deyil, böyük həvəslə “Hollandiya sindromu”nun əlamətlərini axtarırlar. Ölkədə əmək haqqı və müavinətlərin artırıldığı bir vaxtda, yoxsulluq səviyyəsini təhlil etməyə maraqlı olmayanlar enerji sektorunda qiymət siyasətinin təkmilləşdirilməsindən sonra yoxsulluq problemi üzrə “ekspertlərə” çevrilirlər. Statistik rəqəmlərlə və beynəlxalq təşkilatların hesabatları ilə də möhtəkirlik hallarına yol verilir. Bütün bunlar populizmdən, diletant və qərəzli yanaşmadan başqa bir şey deyildir.
Azərbaycanda həyata keçirilən mükəmməl iqtisadi siyasətin alternativi olmadığını vurğulayan Milli Məclisin deputatı gənclərin dövlət siyasətini tam dəstəklədiyini bildirdi.
 “İrəli” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi FƏRHAD MƏMMƏDOV həyata keçirdikləri tədbirlərdən danışdı, təkliflərini söylədi:
- Tələbələrin ümumi işgüzarlıq fəallığının artırılması üçün sosial təminatın genişlənməsi əsas amillərdən biridir. Cənab Prezident, artıq dünən imzalanmış sənədlə təqaüdlər artırılmışdır. Yeni tələbə şəhərciklərinin tikilməsi də arzuolunandır.
Beynəlxalq fəaliyyətdə gənclərimiz bir çox uğurlara imza atıbdır və cənab nazir də bunu qeyd etdi ki, Azərbaycanın paytaxtı Bakı şəhəri artıq inteqrasiya mərkəzinə çevrilibdir. Onu da deyim ki, yaradılan hər bir təşkilatın nizamnaməsinin girişində ərazi bütövlüyü məsələsi əsas prinsip kimi qəbul olunub ki, bu da bizim torpaqlarımızı işğal edən Ermənistanın həmin təşkilatlara qoşulmasına əngəl törədir. Yəni Ermənistanın bu təşkilatlarda boykotu da davam edir. Beləliklə, gənclərimiz həm ölkə daxilində, həm ölkə xaricində uğurlar qazanıblar.
Ölkəmizdə bir çox sahədə yeniliklər olduğu kimi, gənclər sektorunda da yeniliklər vardır. Artıq gənclər ənənəvi olan gənclər təşkilatları ilə yanaşı, qeyri-formal qurumlar da yaradırlar. Həmfikirlər qrupları, maraq dairələrinə görə fəaliyyət göstərən dərnəklər, informasiya mübadiləsi ilə məşğul olan şəbəklər bu gün Azərbaycanda qəbul olunan bir reallıqdır. Belə qurumlardan biri il yarım öncə yaradılan “İrəli” Ümumrespublika Gənclər Hərəkatıdır. Qurum ictimai-siyasi hərəkat kimi fəaliyyət göstərir və bir neçə fərqləndirici xüsusiyyətə malikdir. İlk növbədə, qurumun rəhbərliyində altı nəfər cəmləşibdir ki, həmin altı nəfər tərəfindən idarə olunur. Qurumda hər hansı bir seçkili orqan yoxdur. Onun hər bir tədbiri Azərbaycan gəncinin və sıravi üzvün ideya və təklifi üzərində qurulubdur. Könüllülük prinsipini əsas tutan hərəkat ötən dövr ərzində 180-ə qədər treninq, xeyriyyə tədbirləri, siyasi aksiyalar, “dəyirmi masa”, diskussiyalar və digər tədbirlər keçirmişdir. Bu tədbirlərin əksəriyyətinin müəllifi və icraçıları məhz hərəkatımızın üzvləridir. Bu, ilk növbədə, gənclərimizə öz fikirlərinə məsuliyyətlə yanaşmağı və ictimai işdə təcrübə əldə etməyi öyrədir. Eyni zamanda, könüllülük prinsipini əsas tutaraq, “Öyrənək və öyrədək!” layihəsi çərçivəsində hərəkatımızda fəaliyyət göstərən dil kursları, “Kimsəsiz uşaqların cəmiyyətə qayıdışı” layihəsi, ekoloji problemlərin həllinə istiqamətlənmiş fəaliyyət gənclərin yaşadıqları cəmiyyətin problemlərinin öz şəxsi problemləri kimi qəbul etməsinə gətirib çıxarır. Bu da ilk növbədə, Vətən qarşısında məsuliyyətə və gələcəkdə sağlam vətəndaş kimi formalaşmağa yardımçı olacaqdır.
Müasir informasiya texnologiyalarının istifadəsi hərəkatın işini sürətləndirir və səmərəli edir. Bu istiqamətdə “Kompyuter savadsızlığına yox deyək!” layihəsi çərçivəsində gənclər arasında müvafiq kurslar təşkil olunubdur. İlyarımlıq fəaliyyəti dövründə hərəkat 1500-ə yaxın gənc həmfikri öz sıralarında birləşdirmişdir. Hərəkatda qazanılan təcrübə onlarca gəncə dövlət strukturlarında və özəl sektorda iş tapmaq şəraiti yaradıbdır.
Gənclər özünəməxsus sosial qrup olduğu üçün müasir dövrün tələbləri də gənclər arasında özünü kəskin büruzə verir. Qloballaşma və bu prosesin gətirdiyi sürət, informasiya cəmiyyətinin inkişafı və informasiyanın kütləviliyi, dünyada gedən inteqrasiya prosesləri gənclərimizə yeni imkanlar yaratmaqla yanaşı, təhlükələr də gətirməkdədir. İnformasiyanın kütləviliyi və mənbəyi məsələsi gənclərimizdə bir çox hallarda problem və çaşqınlıq yaradır. Fəsad kimi xarici mənbəli informasiyanın yerli informasiyadan qat-qat üstün olması gənclərimizi yerli şəraitdən uzaqlaşdırır, yad dəyərləri cəmiyyətimizə gətirir. İnformasiya cəmiyyəti vaxt və ərazi tanımır. Azərbaycanda gənclər təbəqəsinin də gələcəkdə məhz bir azərbaycanlı kimi Azərbaycan üçün yaşayıb fəaliyyət göstərməsi məqsədi ilə keyfiyyətcə yeni həll yolları tapmalıyıq. Bu, ilk növbədə, gənclərə bir fərd toplumu kimi yanaşmanı təmin etməkdir. Bu istiqamətdə iqtisadi inkişaf və həyat tərzinin yüksəldilməsi ən əsas amillərdən biridir. Digər tərəfdən, bir fərd olaraq gənclərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində xüsusi fondun yaradılması zəruri sayıla bilər. Eyni zamanda, bir çox hallarda problemlərlə üzləşən gənclərin təşəbbüslərini həyata keçirmək üçün xüsusiləşdirilmiş bir mərkəzin və yerlərdə müvafiq infrastrukturun yaradılması da bu istiqamətdə töhfə verə bilər.
Azərbaycan gənci hər zaman bilməlidir ki, dövlət onun ideyalarını və təşəbbüslərini dəstəkləyəcəkdir. Digər tərəfdən, gənclərin maraqlarını və ehtiyaclarını ödəyəcək, mənbəyi Azərbaycan olan informasiyanın gənclərə çatdırılmasında yaradılacaq xüsusi televiziya kanalları və ya mövcud telekanallarda gənclərlə bağlı verilişlər bir vasitə rolunu oynaya biləcəkdir. Bu şərait gənclərin özünü realizə etmələrinə, cəmiyyət üçün gərəkli bir insan kimi formalaşmalarına və ən əsası, bir vətəndaş, azərbaycanlı olmalarına imkan verəcəkdir.
X X X
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Hərbi and” qəzetinin təsisçisi EMİN HƏSƏNLİ müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə, hərbçilərə dövlətin sosial qayğısının ildən-ilə gücləndirildiyini xüsusi vurğuladı, gənclərə göstərilən dövlət qayğısının da razılıq doğurduğunu bildirdi:
-Cənab Prezidentin Azərbaycan gəncliyinə dair imzaladığı Dövlət proqramında bu sahəyə xüsusi diqqət ayrılması olduqca müsbət haldır. Gənclər ordumuzun əsas qüvvəsini təşkil edirlər. Buna görə də orduya yüksək səviyyədə qayğı həm də, ilk növbədə, gənclərə, xalqımızın və dövlətimizin gələcəyinə qayğıdır. Azərbaycanın iqtisadi imkanları genişləndikcə Milli Qəhrəmanlara, şəhid ailələrinə, müharibə əllillərinə və veteranlara qayğının güclənməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır. Bu günlərdə dövlət rəhbərliyi gənclərin mənzil probleminin həlli istiqamətində əsaslı bir addım atdı. Azərbaycan Respublikasının Prezidenti gənc ailələrə güzəştli ipoteka kreditləri barədə Fərman imzalayaraq, gənclərə böyük bir sevinc bəxş etdi. Prezidentin Fərmanı hərbçi gənclərin də mənzil probleminin həllinə geniş yol açır ki, bu da olduqca əhəmiyyətli bir məqamdır.
Silahlı Qüvvələrimizdə üç ildən çox xidmət edən hərbçilərə güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi, hərbi təhsil müəssisələrinin müdavimləri üçün təqaüdlərin artırılması gənclərimizin zabit peşəsinə marağını daha da gücləndirəcəkdir.
Cənab Prezident, ümummilli liderimiz də daim Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə çox böyük diqqət göstərirdi. Biz Sizə minnətdarıq ki, Milli Qəhrəmanlara 600 manat, şəhid ailələrinə isə 100 manat təqaüd təyin etmisiniz. Azərbaycanın büdcəsi artdıqca, ilk diqqəti görənlər məhz vətənin müdafiəsi ilə bağlı olan insanlardır. Buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Hamıya məlumdur ki, bir zamanlar Azərbaycanın müstəqilliyinə və ordusunun olacağına şübhə edənlər var idi. Zaman göstərdi ki, onlar kökündən yanılıblar. Artıq Azərbaycan güclü, müstəqil dövlətdir və ümummilli liderimiz Heydər Əliyevin qətiyyətlə dediyi kimi, “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!”. Qarabağın və işğal altında olan digər torpaqlarımızın tezliklə azad ediləcəyinə şübhə edənlər varsa, çox çəkməyəcək ki, onlar da məyus olacaqlar. Çünki bunun üçün lazım olan 4 mühüm şərt ödənilibdir. Ümummilli liderimizin rəhbərliyi altında təməli qoyulan iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan ümumi daxili məhsulun artımına görə dünyada birinci yeri tutur. İqtisadi inkişaf hər bir regionda özünü göstərir. Şah İsmayılın dövründə əgər paytaxt güclənirdisə, dövlət rəhbəri kimi Siz regionların güclənməsinə imkan vermisiniz və ona görə Sizə minnətdaram.
Hər kənddə məktəb açılır. Siz dediyiniz kimi, bu, güclü təhsil deməkdir. Heydər Əliyev Fondunun və Neft Fondunun dəstəyi ilə hər kənddə səhiyyə ocağı açılır. Demək olar, hər regionda idman kompleksləri açılır ki, bu da Azərbaycan gənclərinin fiziki cəhətdən sağlam olmasını təmin edir.
İkinci güclü şərt ordudur. Ümummilli liderin rəhbərliyi altında başlanmış güclü ordu quruculuğunu Siz davam etdirirsiniz. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan hərbi təhsil potensialına görə NATO standartlarına keçmişdir. Siz birbaşa ona diqqət göstərirsiniz və beynəlxalq təzyiqə baxmayaraq, hərbi büdcəmizi Ermənistanın bütövlükdə dövlət büdcəsinə bərabər etmisiniz.
Üçüncü şərt milli birlikdir. Bir vaxtlar Azərbaycanda çaşqınlıq var idi. Lakin ümummilli liderin ideyaları əsasında, azərbaycançılıq ideyası əsasında bu gün birlik vardır.
Dördüncü şərt uğurlu xarici siyasətdir. Siz ümummilli liderimizin yolu ilə çox gözəl diplomatik siyasət aparırsınız və çıxışlarınızın birində tamamilə doğru demişdiniz ki, dövlətlər var ki, onların bayrağı, himni var. Amma Azərbaycan elə dövlətdir ki, müstəqil siyasət aparır. Bədnam qonşumuz kimi başqalarından kömək gözləmir. Azərbaycan dövləti öz xalqına, ordusuna, Azərbaycan gəncliyinə arxalanır. Deməli, qələbəmiz labüddür.
Cənab Ali baş komandan, Sizi əmin edirik ki, Qarabağ döyüşlərində, eləcə də Kosovo, Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda iştirak etmiş, Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunmuş hərbçilərimiz, o cümlədən ehtiyatda olan zabitlər Sizin əmrinizi gözləyirlər. Onlar torpaqlarımızın bütövlüyü uğrunda yenidən mübarizəyə atılmağa hazırdırlar.
Möhtərəm cənab Prezident, hörmətli görüş iştirakçıları, sonda bir daha sizləri bu əlamətdar gün münasibətilə təbrik edir, dövlətimizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra Emin Həsənli Ali baş komandan İlham Əliyevə Heydər Əliyev Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə buraxılan “Hərbi and” qəzetinin xüsusi nömrəsini, cib kitabçasını və təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı materialı təqdim etdi. Bildirdi ki, bu qəzet bütün əsgərlərə paylanır, ordudan tərxis edilənlər isə kitabçadan istifadə edərək, işlə təmin olunurlar.
X X X
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika və Mikrobiologiya institutlarının, Mərkəzi Nəbatat Bağının Birləşmiş Gənc Alimlər Şurasının sədri, biologiya elmləri namizədi, Ümumdünya Alimlər Federasiyasının Azərbaycanda ilk təqaüdçüsü TUBUXANIM QASIMOVA gənc alimlərin istək və arzularını yetirdi:
-Biz anlayırıq ki, əldə etdiyimiz müvəffəqiyyətlər hələ çox azdır. Gəncliyimiz qarşısında Vətənimiz Azərbaycana, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətlərinə və doğma Prezidentimiz İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğıya görə layiq olan yeni elmi zirvələri fəth etməliyik. Nailiyyətlərimizlə Azərbaycanın yüksəlişinə və çiçəklənməsinə dayaq və dəstək olmaq vəzifəsini yerinə yetiririk. Möhtərəm Prezidentimiz, cavan, fundamental, dərin bilikli və təhsilli, geniş dünyagörüşlü, - çox sadalamaq olar, - cənab İlham Əliyevin şəxsi nümunəsi bizim üçün həmişə parlaq bir mayakdır. Biz Sizdən nümunə götürməliyik.
“Azərbaycan bizim üçün nə edir deyil, biz Azərbaycan üçün nə edirik” devizini rəhbər tutaraq, elmin və yeni texnologiyanın ən son nailiyyətlərinə yiyələnməli, onları daha da inkişaf etdirərək, Azərbaycanda təbliğ etməliyik. Bununla da Vətənimizin qüdrətlənməsi yolunda əzmlə çalışmalıyıq. Cənab Prezident, yüksək elmi nəticələr alan, dünyanın aparıcı elmi mərkəzləri ilə sıx əlaqə saxlayan, orada elmi təcrübələr keçmiş və müasir texnologiyalara yiyələnmiş gənclərin öz tədqiqatlarını Azərbaycanda davam etdirməsi və nailiyyətlərini məhz Azərbaycanda tətbiq etməsi üçün bizim müasir avadanlığa ehtiyacımız var.
        Cənab Prezident, Sizin məşhur qara qızılı intellektual qızıla çevirmək kəlamınızı rəhbər tutaraq, gənclərimizin dünyanın məşhur elmi mərkəzlərində, universitetlərində, kitabxana və arxivlərində tədqiqat və araşdırmalar aparması üçün ezamiyyətlərin sayının maliyyələşdirilməsinin artırılması elmin inkişaf işinə böyük dəstək olardı. Gənc alimlərə bu sahədə dəstək verdiyinə görə, Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığımızı bildiririk.
        Ötən ay İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda böyük müvəffəqiyyətlə iştirak etmiş cənab Prezidentimiz İlham Əliyevin “Mikrosoft” şirkətinin rəhbəri Bill Geyts ilə görüşü zamanı o, Azərbaycanda təhsil sahəsində, ümumiyyətlə, gənc nəslin yüksək bilik alması üçün aparılan siyasətin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.
Hörmətli Prezidentimiz, üzümüzə gələn 10-15 il ərzində neftdən gələn gəlirləri yüksək texnologiyalara əsaslanan sektorların yaradılmasına yönəltməklə yeni iqtisadiyyatın qurulması tezisini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişaf Mərkəzi İqtisadi İnkişaf Nazirliyi qarşısında aşağıdakı təşəbbüslə çıxış etmişdir.
Azərbaycanın elmi nailiyyətlərini sənayenin müxtəlif sahələrində tətbiq etmək məqsədi ilə elmi işçilərin sənaye komplekslərinin rəhbərləri və nümayəndələri ilə birlikdə mütəmadi treninqləri keçirilsin və onlar ən son elmi nailiyyətlər, bu nailiyyətlərin praktikada tətbiqinin perspektivləri ilə tanış edilsinlər. Bu, elm ilə sənayenin inteqrasiyasına yeni bir yol açar, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirər.
Elmi gəncliyimiz qarşısında daha bir mühüm vəzifə durur. Ən kiçik yaşlarından başlayaraq məktəblilər, habelə tələbələr arasında əsaslı təhsilin, elmi biliklərin təkcə onların özü üçün deyil, həm də vətənimizin qüdrəti və xalqımızın rifahı üçün önəmli olduğunu təbliğ etməli, bu fikri onlara aşılamalı, həyat zərurətinə çevirməliyik. Bununla əlaqədar olaraq, kiçik akademiya layihələrini həyata keçirməyə hazırlaşırıq. Fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir azərbaycanlı gənc geniş siyasi dünyagörüşünə malik olmalıdır. Müasir sivilizasiyanın nailiyyətlərindən, mədəniyyət və incəsənət sahəsindəki yeniliklərdən xəbərdar olmalıdır.
Möhtərəm Prezidentimiz, bu bayramda bizə göstərilən xüsusi diqqət və qayğıya görə elmi gənclik Sizə hədsiz minnətdardır. Bu bayram ərəfəsində bizə daha bir hədiyyə etmisiniz. Mən mənzil tikintisi üçün ipoteka krediti sistemində tayı-bərabəri olmayan xüsusi güzəştli şərtlərin gənc alimlərə şamil edilməsindən danışıram. Bu, nəinki bizə, həm də bütün gələcək Azərbaycan elminə çox səxavətli bir töhfədir. Biz bunu başa düşür, bəyənirik və bu layihələrin tezliklə həyata keçiriləcəyinə inanırıq. Fürsətdən istifadə edərək, müasir dövrdə respublikamızda elm və təhsil sahəsində çalışan insanlara göstərilən böyük qayğı və hörməti nəzərə alaraq, mən bu gün bütün gəncləri elmə gəlməyə çağırıram.
Möhtərəm Prezident, çıxışımın sonunda Sizi, bütün Azərbaycan gəncliyini bu bayram münasibətilə bir daha təbrik edirəm. Əmin etmək istəyirəm ki, biz Azərbaycanın sabahını yalnız Sizinlə bağlayırıq və Azərbaycanın gəncliyi, xüsusən də elmi gəncliyi öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır. Bu yolda Sizin siyasətinizi daim rəhbər tutur və dəstəkləyirik.
Diqqətinizə görə minnətdaram.
X            X            X
        Prezident İlham Əliyevə gənclərin adından xatirə plaketi təqdim edildi.
                               X              X            X
        Dövlətimizin başçısı görüşdə yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb