Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Hörmətli cənab prezidentlər,

Əziz dostlar,

İlk növbədə, mən GUAM ölkələrinin dövlət başçıları üçün Litvada görüşmək və təşkilatın on illiyini qeyd etmək məqsədi ilə yaratdığı imkana görə Prezident Valdas Adamkusa minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bütün qonaqlarımıza, GUAM-ı dəstəkləyənlərə, xüsusən də görüşdə ilk dəfə iştirak edən Latviya Prezidentinə öz təşəkkürümü bildirirəm.

10 il bundan əvvəl GUAM yaradıldığı vaxt üzv ölkələr müstəqilliyin, demək olar ki, başlanğıc mərhələsində idilər. Bu gün isə, 10 il ərzində ölkələrimiz arasında fəal tərəfdaşlıq və əməkdaşlıqdan sonra biz aydın şəkildə deyə bilərik ki, GUAM öz aralarında ikitərəfli və çoxtərəfli səviyyədə güclü əməkdaşlıq edən ölkələrdən ibarət mühüm beynəlxalq təşkilata çevrilmişdir. Bu təşkilat öz strukturlarını olduqca fəal şəkildə inkişaf etdirir. Bu gün biz beynəlxalq təşkilat kimi fəaliyyət göstərmək məqsədi ilə bütün lazımi elementlərə malikik. Avropa İttifaqı bizə böyük dəstək verir. Aİ-nin üzvü olan ölkələrin prezidentləri sammitimizdə tez-tez iştirak edən qonaqlardır.

Bizim GUAM-Birləşmiş Ştatlar, GUAM-Yaponiya, GUAM-Polşa formatı kimi çox faydalı işbirliyimiz var. Bütün bunlar təşkilatımıza verilən güclü dəstəkdir. Biz eyni fikirləri və dəyərləri bölüşürük. Bunlar Avratlantik strukturlarına inteqrasiya, ölkələrimizdə demokratiyanın inkişaf etdirilməsi, iqtisadi inkişaf və əməkdaşlıqdan ibarətdir. Əminəm ki, üzv ölkələrin davamlı birgə səyləri, dostlarımız və tərəfdaşlarımızın güclü dəstəyi sayəsində qarşıya qoyduğumuz bütün məqsədlərə nail olacağıq.

Bu gün biz ikitərəfli ticarət, iqtisadi inkişaf, siyasi islahatlar və əməkdaşlıq, daşınma kimi məsələlər üzərində çalışırıq. Bu məsələlərin hamısı beynəlxalq strukturların gündəliyində əsas yer tutur.

Qeyd etdiyim kimi, bizim ümumi məqsədlərimiz və ideyalarımız var. Amma əfsuslar olsun ki, bizim ümumi problemlərimiz də mövcuddur. Üzv ölkələrin üçündə həll olunmamış münaqişələr var: Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgə. Bunlar ölkələrimizin xalqlarına qarşı aparılmış təcavüzkar separatizm, etnik təmizləmə siyasətinin nəticəsidir.

Bu aspektdə səylərimizi birləşdirərək, biz beynəlxalq hüququn prinsipləri, ölkələrimizin ərazi bütövlüyü prinsipi əsasında həmin münaqişələri dinc yolla həll etməyə ümid edirik.

Ümid edirik ki, geniş beynəlxalq dəstək, Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşlarımız qeyd etdiyim prinsiplər əsasında münaqişələrin sülh yolu ilə həllinə töhfə verəcəkdir. Həmin münaqişələrin eyni səbəbləri və nəticələri var: separatizm, etnik təmizləmə, milyonlarla qaçqın və ərazi bütövlüyünün pozulması.

Lakin əminəm ki, tərəfdaşlığımızı artırmaqla və iqtisadiyyatlarımızı gücləndirməklə, eləcə də Avratlantik strukturlarına çox fəal şəkildə inteqrasiya etməklə ölkələrimiz həmin çətin münaqişələrin həllinə nail olacaq, o cümlədən siyasi və iqtisadi inkişafımızı uğurla davam etdirə biləcəkdir.

Mən üzv ölkələrin bütün xalqlarını təşkilatın 10 illiyi münasibətilə bir daha təbrik etmək istəyirəm və məmnunluq hissi ilə qeyd edirəm ki, ötən 10 il ərzində GUAM inkişaf etdi və beynəlxalq səviyyədə tanınan təşkilata çevrilə bildi. Bu gün həmin təşkilat “Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat” adlanır, məqsədlərimiz və planlarımızı aydın şəkildə nümayiş etdirir.

Mən sizi bir daha təbrik edir, GUAM-ı dəstəkləyənlərə və bu gün keçirilən sammitin ev sahibinə minnətdarlığımı bildirirəm. Bu gün çox nadir bir hadisə baş verir: mən Prezident Adamkusu Litvada qəbul edirəm. Bəlkə də, bu, analoqu olmayan diplomatik hadisədir, lakin, eyni zamanda, görüşümüzün nə qədər yaxın olduğunu aydın şəkildə göstərir və ölkələrimiz arasında dostluq ilə tərəfdaşlığın hər hansı formallığının və hüdudlarının olmadığını nümayiş etdirir.

Ümidvaram ki, bu tərəfdaşlıq davam edəcəkdir.

X X X

Sammitdə Gürcüstan Prezidenti Mixail Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko, Litva Prezidenti Valdas Adamkus, Moldovanın Litvadakı müvəqqəti işlər vəkili İon Siorni də çıxış etdilər.

Prezident Viktor Yuşşenko GUAM-ın başqa dövlətlərlə əməkdaşlığından bəhs edərək bildirdi ki, Ukrayna Baltikyanı ölkələrə elektrik enerjisi satmaq niyyətindədir. O, öz ölkəsinin GUAM məkanında münaqişələrin həllinə görə məsuliyyət hiss etdiyini vurğulayaraq, bu istiqamətdə görülən tədbirlər barədə məlumat verdi.

Litva Prezidenti Valdas Adamkus Avratlantik inteqrasiyası məsələsində GUAM ölkələri arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. Litva dövlətinin başçısı onu da vurğuladı ki, son vaxtlar Vilnüs müasir dövrün qlobal problemlərinə, o cümlədən enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş irimiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi yerə çevrilmişdir.

Zirvə toplantısının yekunlarına dair Bəyanat imzalandı.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə yekun nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq