Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Bugünkü müşavirə energetika sektorunda yaranmış vəziyyətlə bağlıdır. Görülən bütün işləri təhlil etməliyik və gələcək planlar haqqında fikirləşməliyik. Eyni zamanda, gərək qışa hazırlıqla bağlı görülən tədbirlər haqqında məruzələri dinləyək və lazım olan bütün tədbirlərin görülməsi üçün əməli-praktik addımlar ataq.

Bütövlükdə, Azərbaycanda energetika sektorunun inkişafı çox uğurlu gedir. Azərbaycan böyük həcmdə neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir. Azərbaycanın zəngin neft-qaz ehtiyatları artıq dünya və Avropa bazarlarına müxtəlif yollarla çatdırılır. Demək olar ki, biz öz neft-qaz layihələrimizin əsas hissəsini uğurla başa çatdırmışıq. Heydər Əliyevin neft strategiyasının uğurla icra olunması Azərbaycana çox böyük həm iqtisadi, həm də siyasi dividentlər gətiribdir. Bizim ildən-ilə artan iqtisadi gücümüzün, artan büdcəmizin və bütövlükdə, Azərbaycanda bütün sahələrdə görülən işlərin təməlində məhz 1990-cı illərin ortalarında başlanmış Heydər Əliyevin neft strategiyası dayanır.

Bu günlərdə Milli Məclisdə növbəti ilin büdcəsi müzakirə olunur və o, bu ilin büdcəsinə görə həcm baxımından daha da böyükdür. Əgər 2003-cü ilin dövlət büdcəsini yada salsaq görərik ki, bu dörd il ərzində Azərbaycanın büdcəsi, icmal büdcə təxminən 10 dəfə artıbdır. Mən inanmıram ki, hansısa başqa ölkədə buna bənzər nailiyyətlər olsun. Bu, əlbəttə, ilk növbədə, Azərbaycanın uğurlu neft siyasətinin nəticəsidir, eyni zamanda, ölkəmizdə aparılan liberal iqtisadi islahatların nəticəsidir. Biz iqtisadiyyatımızı liberallaşdırırıq. Bunu etmək üçün müxtəlif qərarlar qəbul edilibdir, proqramlar icra olunur, həm də beynəlxalq maliyyə qurumları ilə eyni zamanda, ölkə daxilində aparılan islahatlar, əlbəttə, bizim iqtisadi gücümüzü artırır. Maliyyə nizam-intizamı möhkəmlənir. Büdcə xərclərinə nəzarət güclənir və növbəti ildə daha da güclü olmalıdır. Çünki bizim artan imkanlarımız, neft satışından əldə edilən gəlirlərin çoxalması və büdcə xərclərinin artması çox güclü nəzarət tələb edir ki, büdcə vəsaitinin xərclənməsində heç bir pozuntular olmasın, şəffaflıq tam şəkildə təmin olunsun və ölkəmiz bu gözəl imkanlardan maksimum dərəcədə faydalansın.

Bildiyiniz kimi, müxtəlif beynəlxalq maliyyə qurumları Azərbaycanın neft-qaz perspektivlərini çox yüksək qiymətləndirir. Biz də bunu bilirik. Əlbəttə, bunu ən yaxşı bilən bizik. Çünki biz gündəlik həyatda bu məsələlərlə bağlı işlər görürük, qərarlar qəbul edirik. Bir sözlə, deyə bilərik ki, növbəti illərdə Azərbaycanın neft-qaz sektoru ölkəmizin inkişafına daha da böyük töhfə verəcəkdir. Yüz milyardlarla dollar həcmində ölçülən gələcək gəlirlərimiz ölkəmizin bütün problemlərinin həllinə yönəldiləcəkdir. Dövlət investisiya xərcləri ildən-ilə artır. Bu, gələn il təxminən 3 milyard manat təşkil edəcəkdir. Təxminən 3,5 milyard dollara yaxın ancaq dövlət investisiya xərcləri nəzərdə tutulur. Bildiyiniz kimi, bu xərclər əsasən infrastruktur layihələrinə yönəldilir, Azərbaycanın iqtisadi, sənaye potensialının möhkəmlənməsinə və eyni zamanda, ölkəmizin energetika potensialının möhkəmlənməsinə yönəldilməlidir.

Biz öz enerji təhlükəsizliyi məsələlərimizi tam şəkildə həll etdik. Bu gün dünyada enerji təhlükəsizliyi ölkələrin təhlükəsizliyi ilə sıx bağlı olan məsələdir. Enerji baxımından müstəqil ölkələr müstəqil siyasət aparmaqda daha da sərbəstdirlər. Azərbaycanın müstəqil ölkə kimi müstəqil siyasət aparması Azərbaycan xalqının milli maraqlarına tam şəkildə uyğundur. Bunu təmin edən müxtəlif amillər var. Onlardan biri də enerji təhlükəsizliyidir. Amma bu enerji təhlükəsizliyi göydən düşməyibdir. Biz bunu öz siyasətimizlə, öz addımlarımızla, regional layihələrin icrası ilə, təşəbbüskar olmağımızla yaratmışıq. Yəni bunun müxtəlif izahları, səbəbləri var. Həm siyasi, həm iqtisadi, həm də regional əməkdaşlıq. Bir sözlə, biz buna nail olmuşuq və bu artıq heç kimdə şübhə doğurmur ki, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini həll etmiş ölkədir, eyni zamanda, qonşu ölkələrin və beynəlxalq təşkilatlara üzv olan dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır.

Biz ölkəmizin inkişafı üçün neft-qaz resurslarımızdan çox səmərəli istifadə edirik. Beynəlxalq müstəvidə bu amildən əməkdaşlığın genişlənməsi üçün istifadə edirik. Biz öz təbii ehtiyatlarımızdan başqa məqsədlə istifadə etmirik. İstəyimiz, məqsədimiz bölgədə əməkdaşlığı dərinləşdirmək, bizə dost olan ölkələrlə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlarla müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığı dərinləşdirməkdir. Bir daha demək istəyirəm ki, biz bu amildən yalnız və yalnız müsbət işlərin görülməsi üçün istifadə edirik və Azərbaycanın etibarlı tərəfdaş kimi dünyada qəbul olunmasının səbəblərindən biri də məhz bundan ibarətdir. Bu, sadəcə olaraq, bəyanatlar deyil, bizim praktik addımlarımızdır.

Bir daha demək istəyirəm ki, bu gün biz ölkəmiz üçün lazım olan bütün böyük enerji layihələrimizi uğurla başa çatdırmışıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla işləyir, tam gücünə çıxır. Yəqin ki, gələn il neftlə tamamilə doldurulacaqdır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazı Gürcüstana, Türkiyəyə verilir və yəqin ki, yaxın zamanlarda Yunanıstana nəql ediləcəkdir. Beləliklə, biz Avropa İttifaqı bazarına Azərbaycanın qazı ilə çıxırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq çoxşaxəlidir, eyni zamanda, enerji sektorunu da əhatə edir. Bizim aramızda imzalanmış strateji tərəfdaşlıq haqqında memorandumun nəticəsi olaraq, enerji sahəsində münasibətlərimiz dərinləşir.

Biz həm hasilat baxımından, həm nəql baxımından tam şəkildə müstəqil ölkəyik və öz neft-qaz sərvətlərimizi dünya və Avropa bazarlarına, müxtəlif istiqamətlərə yönəldirik. Ona görə bu gün və sonrakı illərdə Azərbaycanın qarşısına enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər çıxmayacaqdır. Ancaq bununla bərabər, Azərbaycanın neft-qaz ehtiyatlarına dünyada və Avropada tələbat artır. Avropa İttifaqının resursların şaxələndirilməsi siyasəti ona gətirib çıxarıb ki, onlar yeni mənbələr axtarırlar və Xəzər hövzəsində mövcud olan neft-qaz yataqları onlar üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün, deyə bilərəm ki, nisbətən yeni bir vəziyyətdir.

Biz “Şahdəniz” qaz yatağının istismarına başlayanda təsəvvür edə bilmirdik ki, bizim qazımız Avropa bazarı üçün maraqlı ola bilər. Bildiyimiz kimi, o vaxt qaz bazarı kimi biz ancaq Türkiyəni nəzərdə tuturduq. Hətta Gürcüstan o zaman bu layihədə sadəcə olaraq bir tranzit ölkə kimi iştirak edirdi və tranzit haqqının ödənilməsinə görə “Şahdəniz” yatağından müəyyən miqdar qaz Gürcüstana verilməli idi. Amma indi vəziyyət dəyişir və bizim qazımıza tələbat artır. İndi Gürcüstanın qaz tələbatını Azərbaycan həm “Şahdəniz” yatağından, həm də neft şirkətinin köhnə yataqlarından çıxarılan qazla təmin edir. Bu gün Gürcüstan qazın 70-75 faizini Azərbaycandan alır.

Qazımız Türkiyəyə ixrac edilir. Türkiyə bizim qazımızın bir hissəsini Yunanıstana ötürəcəkdir. Beləliklə, Azərbaycan qazı Avropa İttifaqı bazarlarına çıxarılacaqdır. İndi Azərbaycanla Türkiyə arasında tranzit anlaşma haqqında danışıqlar gedir.

Əminəm ki, onlar da uğurla nəticələnəcək və müstəqil, qaz hasil edən ölkə kimi Azərbaycan öz qazını Avropa ölkələrinə nəql edəcəkdir. Bizim qazımıza maraq çox böyükdür. Bu, həm Türkiyə-Yunanıstan-İtaliya layihəsidir, həm də NABUKKO layihəsidir. Bu yaxınlarda NABUKKO layihəsinə dəvət almışıq ki, biz orada iştirak edək. Bu da bir neçə ölkəni əhatə edir: Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Yunanıstan, İtaliya. Yəni bütün bu böyük layihələr ilk növbədə, Azərbaycan qazına hesablanıbdır. Halbuki, bir neçə il bundan əvvəl bu layihələrin həyata keçirilməsi üçün başqa mənbələr nəzərdən keçirilirdi. İndi də bu mənbələr haqqında düşünülür. Ancaq o nə vaxt olacaq, olacaqmı, olmayacaqmı, biz bunu hələ bilə bilmərik. Daha doğrusu, bu, bizim işimiz deyildir. Əgər tərəfdaşlarımız Xəzər dənizinin şərqindən öz enerji resurslarını bizim ərazimizlə Qərb istiqamətinə göndərmək istəsələr, əlbəttə ki, razılaşdırılmış şərtlər əsasında biz buna baxa bilərik və bu məsələ həll oluna bilər. Ancaq biz bu işin təşəbbüskarı deyilik, olmayacağıq da. Bir də demək istəyirəm ki, biz öz neft-qaz layihələrimizin böyük əksəriyyətini artıq icra etmişik.

Ancaq başqa ölkələrin əməkdaşlığı üçün biz öz tranzit imkanlarımızdan istifadə edə bilərik. Azərbaycanın coğrafi vəziyyəti belədir ki, bizim iştirakımız olmadan bu bölgədə böyük layihələr həyata keçirilə bilməz. Bunu artıq tarix göstəribdir. Gələcəkdə Şərq-Qərb enerji və nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsi üçün Azərbaycanın iştirakı, razılığı burada başlıca şərtdir.

Bizim coğrafi vəziyyətimiz, bölgədə mövcud olan geosiyasi durum, Azərbaycanın uğurlu xarici siyasəti, daxili sabitlik, enerji layihələrinin uğurla icra olunması - bütün bu amillər birlikdə bu yeni vəziyyəti yaradıbdır. Daha doğrusu, biz bunu yaratmışıq. Bütün bu işlərin təşəbbüskarı Azərbaycandır və gələcəkdə geniş mənada Şərq-Qərb əməkdaşlığının mümkünlüyü üçün, əlbəttə ki, Azərbaycan öz aparıcı rolunu oynamaqda davam edəcəkdir. Bir sözlə, indi qarşımızda yeni imkanlar açılır və bu bizə həm iqtisadi, həm də siyasi dividentlər gətirəcəkdir. Biz buna hazırıq və bu işlərdə fəal iştirak edirik.

Bununla bərabər, Azərbaycanda daxildə energetika sektorunun inkişafı üçün çox böyük işlər görülür, böyük nəhəng layihələr icra olunur. Son illər ərzində Azərbaycanda istismara verilmiş və veriləcək enerji gücü, bəlkə də, bütün keçmiş dövrlərdə yaradılan güc ilə müqayisə oluna bilər. Biz indi bir neçə yeni elektrik stansiyasının tikintisi ilə məşğuluq və bir neçəsi artıq tikilibdir. Bir neçə stansiyanın da tikintisi nəzərdə tutulur. Bu, bizə artan daxili tələbatı ödəmək üçün əlavə imkanlar verəcəkdir. Çünki tələbat da ildən-ilə artır. Ölkəmiz dünyada analoqu olmayan sürətlə inkişaf edir və yeni müəssisələr yaradılır. Yeni iş yerləri, fabriklər, zavodlar, yaşayış yerləri - bütün bunlar enerji tələb edir. Həm də əminəm ki, yaxın gələcəkdə biz elektrik enerjisinin ixracı ilə də məşğul ola bilərik. Bu barədə indi söhbətlər aparılır və Azərbaycan bu imkanlardan istifadə etməlidir.

Elektrik stansiyalarının yaradılması, elektrik xətlərinin təmiri, qaz xətlərinin təmiri və tikilməsi - bütün bu proqramlar ölkəmizin elektrik enerjisi ilə dayanıqlı təmin olunması üçün lazımdır. Deyə bilərəm ki, bu günə qədər bütün görülən işlər bizi qane edir. Ancaq problemlər, çatışmayan cəhətlər də var və biz bu məsələləri müzakirə etməliyik.

Qışa hazırlıq məsələləri də indi geniş müzakirə olunacaq və əməli tədbirlər görüləcəkdir. Düzdür, biz bu məsələlərlə mütəmadi qaydada məşğuluq. Deyə bilərəm ki, son iki-üç ay ərzində qışa hazırlıqla bağlı müxtəlif tədbirlər görülübdür. Vəsait ayrılıb, layihələrə baxılıb, göstərişlər verilibdir. Amma hesab edirəm ki, indi bu müşavirədə bütün görülən işləri təhlil etməliyik, məruzələri dinləməliyik və çatışmayan məsələlərin aradan qaldırılması üçün addımlar atmalıyıq.

İndi isə söz Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə verilir.

X  X  X

Dövlət Neft Şirkətinin prezidenti RÖVNƏQ ABDULLAYEV dedi ki, başçılıq etdiyi qurum istehsalat fəaliyyətinin təşkilində, cari və perspektiv iş proqramlarının hazırlanmasında və həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutur. Prezident İlham Əliyev ötən dörd ildə ümummilli liderin möhkəm bünövrə üzərində qurduğu Azərbaycan dövlətini inkişafa və tərəqqiyə aparmışdır. Heydər Əliyev dühasının məhsulu olan neft strategiyası Prezident İlham Əliyevin rəhəbərliyi ilə inkişaf etdirilir. Nüfuzlu xarici şirkətlərlə həyata keçirilən layihələr öz bəhrəsini verir. “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində artıq 100 milyon tondan çox neft hasil edilmişdir. Bu bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilir.

Hazırda Azərbaycanda sutkada 125 min tondan çox neft və kondensat hasil edilir ki, bu da gündəlik neft hasilatının səviyyəsi baxımından tariximizdə rekord göstəricidir. Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəmərinin işə salınmasından bu günə qədər Ceyhan terminalından 31 milyon tondan çox Azərbaycan nefti dünya bazarlarına çıxarılmışdır. Neft strategiyasının növbəti qələbəsi isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə qaz nəqlinə başlanması olmuşdur. Hazırda “Şahdəniz” yatağında qazılmış dörd quyudan üçü uğurla istismar olunur, dördüncü quyu isə istismara hazırlanır. Bu üç quyudan gündə 15 milyon kubmetrdən çox qaz, 4 min ton kondensat hasil edilir. Artıq “Şahdəniz” yatağından 2 milyard 100 milyon kubmetr qaz təhvil verilmişdir ki, bunun da 1 milyard 200 milyon kubmetri Azərbaycanın payına düşür.

Möhtərəm cənab Prezident!

Bu il “Şahdəniz” yatağının cənub-qərb qanadında qazılmış STX-4 kəşfiyyat quyusunda aparılan sınaq və tədqiqat işləri bir daha təsdiq etmişdir ki, yatağın qaz ehtiyatları Sizin qeyd etdiyiniz kimi, 1,2 trilyon kubmetrdən artıqdır. Perspektivdə Azərbaycanın qaz ehtiyatlarının artırılması üçün “Ümid”, “Babək” və “Naxçıvan” strukturlarında işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Cənab Prezident, Sizin qarşınızda hesabat verərək bildirirəm ki, 2007-ci ilin ötən dövrü ərzində Dövlət Neft Şirkəti tərəfindən birbaşa həyata keçirilən istehsalat, təsərrüfat fəaliyyətinin nəticələri də xeyli uğurlu olmuşdur. Cari ilin 10 ayı ərzində Dövlət Neft Şirkəti üzrə neft hasilatı tapşırığı 100,4 faiz yerinə yetirilmişdir ki, bu da nəzərdə tutulduğundan 30 min ton artıqdır. Neft təhvili proqnozları da 100 faiz yerinə yetirilmişdir.

Ümummilli liderimizin köhnə yataqların daim diqqətdə saxlanılması zəruriliyi barədə tövsiyələrini yerinə yetirərək, son illər neft hasilatını sabit saxlamağa nail oluruq. Neft hasilatı və təhvili proqnozlarının artıqlaması ilə yerinə yetirilməsi üçün bir çox geoloji-texniki tədbirlər həyata keçirilmişdir. Qazma işləri genişləndirilmiş, mövcud texniki, texnoloji sistemlərdə təmir və yenidənqurma işləri aparılmış, yeni obyekt və qurğular tikilib istismara verilmişdir.

Dövlət Neft Şirkəti qaz hasilatı sahəsində görülən işlərə xüsusi diqqət yetirir. 2007-ci ildə ölkənin təbii qazla təminatı məsələsinə baxılarkən idxal qazından imtina edilməsi Azərbaycan rəhbərliyinin tamamilə düzgün, iqtisadi və siyasi cəhətdən uzaqgörən qərarı idi.

Möhtərəm cənab Prezident!

Siz o zaman Dövlət Neft Şirkətinin qarşısında qısa müddət ərzində qaz hasilatının artırılması vəzifəsini qoymuşdunuz. Dövlət Neft Şirkəti bu vəzifənin icrası üçün mövcud geoloji ehtiyatları araşdırmaq və texniki imkanları səfərbərliyə almaqla konkret tədbirlər proqramları işləyib həyata keçirməyə başladı. Belə ki, “Günəşli” yatağında ümumi uzunluğu 70 kilometrdən çox olan qaz kəmərlərinin, xətlərin çəkilməsi, 12 quyunun qazılıb istismara verilməsi, mövcud quyularda səmərəli geoloji-texniki tədbirlərin aparılması, texnoloji qurğu və kommunikasiyaların yenidən qurulması hesabına keçən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla gündəlik qaz hasilatı 2,2 dəfəyə qədər artırılmışdır. Gündəlik hasilat 6,5 milyon kubmetrdən 14 milyon kubmetrə çatdırılmışdır. Hazırda Dövlət Neft Şirkəti gündə 16,5 milyon kubmetr qaz təhvil verir.

Bu ilin 10 ayı ərzində Dövlət Neft Şirkəti dövlətə 4,2 milyard kubmetr qaz təhvil vermişdir. Bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 55 faiz çoxdur. “Azəri” və “Şahdəniz” yataqlarından qəbul edilən qaz həcmlərini də nəzərə alsaq, cari ilin 10 ayı ərzində qaz təhvili 7,4 milyard kubmetr təşkil etmişdir. 2007-ci ilin sonuna qədər Dövlət Neft Şirkəti üzrə qaz hasilatı 5,9 milyard kubmetr olacaqdır. 2008-ci ildə qaz hasilatını 8 milyard kubmetrə, qaz təhvilini isə 7 milyard kubmetrə çatdırmağı nəzərdə tuturuq. Bu da 2005-ci illə müqayisədə 2,1 dəfə çox təbii qaz deməkdir.

2008-ci ildə nəzərdə tutulmuş qaz hasilatını və təhvilini təmin etmək üçün Dövlət Neft Şirkəti üzrə çox mühüm işlər həyata keçirilməkdədir. “Günəşli” yatağında hasil edilən qazın nəqli üçün 68 kilometr uzunluğunda Neft daşları-“Bahar” qaz kəmərinin çəkilməsi nəzərdə tutulmuşdur. Genişləndirilmiş 11 saylı özüldə 6 yeni qaz quyusu qazılacaqdır. 4 saylı platformada aşağı təzyiqli qazın nəqli üçün məhsuldarlığı sutkada 4 milyon kubmetr olan kompressor stansiyası tikiləcəkdir. Neft daşlarında 2 saylı kompressor stansiyasının məhsuldarlığının sutkada əlavə olaraq 3,6 milyon kubmetrə çatdırılması, yeni quyuların qazılması, işlənilməkdə olan qaz-kondensat yataqlarının yenidən bərpa olunması nəzərdə tutulur.

Rövnəq Abdullayev məlumat verdi ki, şirkətin balansında olmayan 47 kilometrlik Səngəçal baş qurğularının, Qalmaz-Qazıməmməd kompressor stansiyasının, qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Kəmərin 23 kilometrlik hissəsi isə artıq istismardadır. 23 kilometrlik Səngəçal baş qurğusunun, Qaradağ yeraltı qaz anbarının, Qaradağ qazpaylayıcı stansiyasının tikintisi də başa çatmışdır. Payız-qış mövsümünə hazırlıq məqsədi ilə şirkət üzrə 490 tədbirin həyata keçirilməsi planlaşdırılır.

X  X  X

“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti ETİBAR PİRVERDİYEV vurğuladı ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində elektrik enerjisi ilə təminatda da yüksək göstəricilərə nail olunmuşdur. Regionların təminatını yaxşılaşdırmaq məqsədi ilə qısa müddətdə bir sıra mühüm işlər görülmüşdür. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın energetika sistemi dinamik inkişaf edərək, regionun ən güclü və inkişaf etmiş sisteminə çevrilməkdədir. O dedi:

-Cənab Prezident, hazırda respublikanın elektrik enerjisi sisteminin

tərkibinə 10 istilik elektrik stansiyası və 6 su elektrik stansiyası daxildir. Onların ümumilikdə real gücü 4 min meqavatdan artıqdır. Bunun 450 meqavatı, yəni 11 faizdən çoxu Sizin təşəbbüsünüzlə regionlarda tikilmiş 5 elektrik stansiyasının payına düşür. Azərbaycanda elektrik enerjisinin 90 faizə yaxını istilik elektrik stansiyalarında, qalan 10 faizi isə su elektrik stansiyalarında istehsal olunur. Şəmkir su elektrik stansiyası yenidən qurulduqdan sonra ikinci rəqəm müəyyən qədər artacaqdır.

Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüzlə yeni texnologiyaların tətbiqi ilə inşa edilmiş elektrik stansiyalarının sayəsində ölkənin energetika sisteminin faydalılıq əmsalı ildən-ilə artır. Bunun nəticəsi olaraq, 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı azalır. 2001-ci ildə bu göstərici 415 qram olmuşdusa, 2007-ci ilin on aylıq nəticələrinə görə təqribən 355 qrama enmişdir. Cari ilin on ayı ərzində 17 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal 9,8 faiz azalmışdır. İstehsalın azalması sayğaclaşdırma nəticəsində, əsasən, əhali sektorunda istehlakın həcminin aşağı düşməsi ilə əlaqədardır. İstehsalın təxminən 10 faiz və idxal olunan elektrik enerjisinin 70 faiz azalması nəticəsində ümumi istehlak 14 faiz aşağı düşmüşdür. 2006-cı ilə nisbətən 840 min ton yanacağa qənaət edilmişdir. Bu, ötən on ayda natural olaraq, 700 milyon kubmetrə yaxın qaz və 140 min ton mazut yanacağı deməkdir. Ümumiyyətlə, hər gün biz keçən ilə nisbətən təxminən 2,5, 3 min ton az mazut yandırırıq.

Möhtərəm cənab Prezident, Sizin tövsiyə və tapşırıqlarınıza əsasən, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının enerji təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilmişdir. 87 və 50 meqavat gücündə iki elektrik stansiyanın istifadəyə verilməsi daxili istehsalın səviyyəsini 160 meqavata çatdırmışdır. Bundan əlavə, təbii qazın verilməsi nəticəsində, demək olar ki, Naxçıvan Muxtar Respublikasının İran və Türkiyədən elektrik enerjisi idxal etmək məcburiyyətinə son qoyulmuşdur. İran İslam Respublikası ilə muxtar respublika arasında qarşılıqlı enerji mübadiləsi aparılır və eyni zamanda İrandan Naxçıvana keçən il verilmiş elektrik enerjisi “Azərenerji” tərəfindən qaytarılır.

Respublika çayları üzərində SES tikintisi üzrə layihələrdən iqtisadi cəhətdən bu gün ən səmərəlisi Ordubad su elektrik stansiyasının tikintisidir. Bundan başqa, muxtar respublikanın digər çayları üzərində kiçik su elektrik stansiyalarının tikintisi imkanları mütəxəssislərimiz tərəfindən araşdırılır.

Möhtərəm cənab Prezident, “Azərenerji”nin bütün müəssisə və təşkilatlarında 2007-2008-ci il payız-qış mövsümünə hazırlıqla bağlı elektrik stansiyalarının etibarlı işinin təmin edilməsi, şəbəkələrdə elektrik enerjisinin ötürülməsi və paylanmasında, yanacaq-enerji resurslarının istifadəsində texnoloji itkilərin və sərfin azaldılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Qeyd etmək istərdim ki, bu il may ayının 16-dan başlayaraq, stansiyalara mazut yanacağı qəbul edilmir. Buna baxmayaraq, mazut anbarlarında 300 min tondan artıq qış ehtiyatımız vardır. Ümummilli liderimiz Heydər Əliyevin əməyi nəticəsində 1981-ci ildə istismara verilmiş Azərbaycan İstilik Elektrik Stansiyası ölkə üzrə istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxunu verir. Stansiyada aparılmış işlər nəticəsində indi onun gücü 2000 meqavatdan yuxarıdır.

Möhtərəm cənab Prezident, Sizin göstərişinizə əsasən, Azərbaycan İstilik Elektrik Stansiyasının 7 enerji blokunun yenidənqurma işlərinin aparılması layihəsini maliyyələşdirmək üçün bu günlərdə Avropa Yenidənqurma və İnkşaf Bankı ilə maliyyə sazişi imzalanmışdır. Layihə üzrə müsabiqənin qalibi müəyyən edilmiş və müqavilə imzalanmışdır. Blokların tamamilə yenidən qurulması nəticəsində energetika sistemi 600 meqavat əlavə güc əldə edəcəkdir, stansiyanın ümumi gücü 2640 meqavata çatdırılacaqdır. Layihənin həyata keçirilməsi ildə 800 min ton yanacağa qənaət etməyə imkan verəcəkdir.

1962-ci ildən istismarda olan 750 meqavat gücə malik Əli Bayramlı İstilik Elektrik Stansiyası hazırda respublikada elektrik enerjisinin 20 faizə qədərini verir. İstismar müddəti çoxdan başa çatdığından avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Enerji blokları olduqca etibarsız işləyir.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla Əli Bayramlı şəhərində 780 meqavat gücündə yeni “Cənub” elektrik stansiyasının tikintisi üçün avadanlıqların alınması üzrə Amerika Birləşmiş Ştatlarının “General Elektrik” şirkəti ilə birinci satınalma müqaviləsi imzalanmışdır. Hazırda tikinti sahəsində stansiyanın özülünün qoyulması üçün hazırlıq işləri görülür. Qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq, bu tipli elektrik stansiyanın tikintisi tam təhvil şərtilə yerli mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir. Layihə 2010-cu ilin birinci yarısında başa çatdırıldıqdan sonra bu stansiya ildə ən azı 1 milyon ton yanacağa qənaət etməyə imkan verəcəkdir.

Ulu öndərin təşəbbüsü və birbaşa rəhbərliyi altında 2002-ci ildə istismara verilmiş 400 meqavat gücündə “Şimal” elektrik stansiyasında ilk dəfə olaraq, buxar qaz qurğusunun əsaslı təmiri 2 ay müddətində öz mütəxəssislərimiz tərəfindən həyata keçirilmiş və stansiya 2007-ci il oktyabrın 30-da sistemə qoşulmuşdur.

Möhtərəm cənab Prezident, elektrik stansiyalarında həyata keçirilmiş və hazırda davam etdirilən təmir işləri onu deməyə əsas verir ki, payız-qış mövsümündə istehlakçıların tələbatına uyğun elektrik enerjisi istehsal ediləcəkdir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli barədə Sizin tapşırığınıza uyğun olaraq, bu payız-qış mövsümündə onların elektrik enerjisi ilə təchizatının dayanıqlığı və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında işlənib hazırlanmış Dövlət proqramında nəzərdə tutulmuş Sumqayıt, Səngəçal, Quba, “Şimal-2” elektrik stansiyaları, Azərbaycan İES-in 7 enerji blokunun yenidən qurulması, “Cənub” elektrik stansiyasının tikilməsi, Şəmkir SES-in, Mingəçevir SES-in yenidən qurulması layihələri çərçivəsində 2-3 il ərzində 3000 meqavata yaxın yeni güclər işə salınacaqdır.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən, bazis generasiya gücləri sahəsində problemlər demək olar ki, aradan qaldırılmışdır. Lakin pik gücləri ümumi gücün 15 faizini təşkil edir. Sistemin rejimlərinin səmərəli idarə olunmasını təmin etmək üçün bu göstərici Azərbaycanın energetika sistemi üzrə 30 faizdən az olmamalıdır. Bununla əlaqədar ölkənin energetika sisteminə maraq göstərən investorların istilik elektrik stansiyalarının tikintisinə deyil, zənnimizcə, bərpa olunan enerji mənbələri ilə bağlı, xüsusilə su elektrik stansiyalarının tikintisinə yönəldilməsi yaxşı olardı. Araşdırmalarımız göstərir ki, respublikanın çayları üzərində 300-dən artıq kiçik su elektrik stansiyası tikmək mümkündür.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri ƏLİXAN MƏLİKOV qeyd etdi ki, bu sahənin inkişafı dövlət strategiyasının prioritet istiqamətlərindəndir. Qaz təsərrüfatı şəbəkəsinə ölkə başçısının diqqəti sayəsində bu sahədə əldə olunan göstəricilər ildən-ilə yaxşılaşır.

2007-ci ilin 10 ayında cəmi qəbul edilmiş 7 milyard 405 milyon kubmetr qazdan 3 milyard 568 milyon kubmetri “Azərenerji” Səhmdar Cəmiyyətinə verilmiş, 3 milyard 268 milyon kubmetri “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən paylanmışdır. O cümlədən Gürcüstana 238 milyon kubmetr, Naxçıvan Muxtar Respublikasına 159 milyon kubmetr qaz təhvil verilmişdir. Qeyd etməliyik ki, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 2007-ci ilin 10 ayında “Azəriqaz” Səhmdar Cəmiyyətinə təhvil verilən yerli qazın həcmi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2006-cı ilin 10 ayında 4 milyard 833 milyon kubmetr qaz qəbul edilmişdirsə, 2007-ci ilin 10 ayında bu rəqəm 7 milyard 405 milyon kubmetr təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, 2000-ci ildən başlayaraq ölkənin tələbatının bir hissəsi idxal qazının hesabına ödənilirdi. Belə ki, 2000-2006-cı illər ərzində 25,7 milyard kubmetr idxal qazı qəbul olunmuşdur. 2007-ci ilin yanvar ayından idxal qazının dayandırılmasına baxmayaraq, bu, ölkənin yanacaq-enerji balansına heç bir təsir göstərməmişdir. 2007-ci ilin qazvurma mövsümündə yeraltı anbarlara 860 milyon kubmetr qaz vurulmuşdur. Keçən ilin qış mövsümünün sonuna anbarlarda qalıq qazının 350 milyon kubmetr olmasını nəzərə alsaq, qeyd etmək lazımdır ki, hazırda yeraltı anbarlarda 1 milyard 210 milyon kubmetr qaz vardır. Ötən payız-qış mövsümündə yeraltı qaz anbarlarından 880 milyon kubmetr qaz götürmüşdük. Deməli, tədarük edilmiş 1 milyard 210 milyon kubmetr qaz həcmi qarşıdan gələn payız-qış mövsümündə tələbatın tam ödənilməsinə imkan verəcəkdir.

2007-ci ilin 10 ayında ümumi əmtəəlik qazdan qrup istehlakçılar üzrə əhaliyə 1 milyard 985 milyon kubmetr, digər istehlakçılara isə 1 milyard 283 milyon kubmetr təbii qaz satılmış və ümumilikdə 143 milyon manat vəsait toplanmışdır. 2007-ci ilin 10 ayında ümumi satılmış qazın dəyəri 68,4 faiz, əhaliyə satılmış qazın dəyəri isə 60,2 faiz ödənilmişdir. Qeyd etmək lazımdır ki, əhaliyə satılan təbii qazın yığım səviyyəsi bizi qane etmir və bu səviyyənin kəskin şəkildə artırılması üçün və nəticə etibarilə satılan qazın dəyərinin tam məbləğdə yığılması davamlı olaraq bizim qarşımızda durmaqdadır və bu sahədə ciddi tədbirlər görülür.

Cari ilin hesabat dövründə tikinti sahəsində 32,4 milyon manatlıq iş görülərək 152 kilometr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmişdir. Hesabat dövründə əsas fondların əsaslı təmiri üzrə 1 milyon 863 min manatlıq iş görülərək 3,6 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri təmir olunmuşdur.

2007-ci ilin 10 ayında rayonlarda qaz təsərrüfatının bərpası işləri davam etdirilmiş, 12 kəndə təbii qaz verilməsi bərpa edilmiş və nəticədə əlavə olaraq ölkə üzrə 47 min 800 abonent təbii qazla təmin olunmuşdur. 2007-2008-ci ilin payız-qış mövsümündə əlavə olaraq 18 rayon və şəhərə, başqa sözlə, 18 min 300 abonentə təbii qazın verilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident!

Qaz təsərrüfatının qarşısında duran əsas vəzifələrdən biri də ölkə iqtisadiyyatının və birinci növbədə, əhalinin qaz təminatının yaxşılaşdırılması, genişləndirilməsi və qaz almayan bölgələrin qazlaşdırılmasıdır ki, bu da Sizin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi haqqında” 2004-cü il 11 fevral tarixli Sərəncamınızla müəyyən olunmuşdur. Eyni zamanda, Sizin bir çox bölgələrə etdiyiniz səfər zamanı bu bölgələrin inkişafı ilə bağlı imzaladığınız sərəncamlarda “Azəriqaz” Səhmdar Cəmiyyətinə qaz təminatı və qazlaşdırılma ilə bağlı tapşırıqlar verilmişdir ki, onların icrası sayəsində yüksək nəticələr əldə edilmişdir.

Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpası, hətta sovet dövründə qaz almayan, çətin iqlim şəraiti olan Lerik və Yardımlı rayonlarının qazlaşdırılması, İmişli rayonunun qaz təminatının bərpası kimi bütün tapşırıqlar uğurla və qısa müddət ərzində həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpası layihəsinin həyata keçirilməsi üç mərhələyə bölünmüşdür ki, artıq iki mərhələ icra edilmiş və nəticədə 57 min abonent artıq qazla təmin olunmuşdur. Cari ilin sonuna qədər Ağcabədi şəhərinə qazın verilməsi ilə bağlı bir sıra obyektlərin tikintisinə başlanılmışdır. Belə ki, diametri 530 millimetr, uzunluğu 51 kilometr olan Bərdə-Ağcabədi qaz kəmərinin 42 kilometrlik hissəsi quraşdırılmış, Bərdədə qaz tənzimləyici məntəqənin tikintisi, Ağcabədi şəhərində qaz şəbəkəsinin yenidən qurulması işləri aparılır. Bu işlərin nəticəsində birinci mərhələdə ilin sonuna qədər təxminən min abonent təbii qazla təmin olunacaqdır. Həmçinin Beyləqan şəhərinə 2008-ci ildə qazın verilməsi üçün 46 kilometr Ağcabədi-Beyləqan qaz kəmərinin tikintisi, Beyləqan qazpaylayıcı stansiyasının təmir-bərpası və Beyləqan şəhərinin qaz kommunikasiya sisteminin inşası üçün hazırlıq işlərinə başlanılmışdır.

Əlixan Məlikov onu da dedi ki, abonentlərin artıq 96 faizi qaz sayğacları ilə təmin olunmuşdur. Dövlətimizin başçısının tapşırığına əsasən Gəncədə ilkin olaraq pilot layihə kimi əvvəlcədən ödəniş sistemi ilə çalışan “Smartkart” tipli sayğaclar tətbiq edilmişdir. Bu təcrübə gələcəkdə Bakı və Sumqayıtda da tətbiq olunacaqdır. “Azəriqaz”ın sədri onu da əlavə etdi ki, 2007-ci ilin 10 ayında qaz təsərrüfatının inkişafı sayəsində əlavə 531 iş yeri açılmışdır.

X X X

“Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin sədri YAŞAR HƏSƏNOV əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatların kommunal xidmətin də səviyyəsinin yaxşılaşdırılmasında müstəsna rol oynadığını vurğulayaraq dedi:

-Cənab Prezident, Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sizin Sərəncamınız bu sahədə dönüşün əsasını qoymuş, onun bərpa və inkişaf etdirilməsinə böyük təkan vermişdir. Təkcə onu demək kifayətdir ki, 2004-2005-ci illərin qış mövsümündə Bakı şəhərində istilik təsərrüfatlarına xidmət zonasına daxil olan cəmi 88 qazanxana vasitəsilə 988 yaşayış binası, 102 məktəb, 75 bağça, 21 səhiyyə obyekti istiliklə təmin edilirdisə, “Azəristiliktəchizat” yarandıqdan sonra şəxsən Sizin dəstəyiniz, diqqət və qayğınız nəticəsində artıq 2006-2007-ci illər mövsümündə 124 qazanxananın, o cümlədən 20-dək yeni tikilən və ya modernləşdirilən qazanxananın istismarı təmin edilmişdi. Bunun nəticəsində istiliklə təchiz edilən yaşayış binalarının sayı 77 faiz artaraq 1750-yə, məktəblərin sayı 38 faiz artaraq 141-ə, bağça və səhiyyə obyektlərinin sayı 158-ə çatdırılmışdır.

Verilən istiliyin keyfiyyət parametrlərində də ciddi dəyişiklik olmuşdur. 2007-2008-ci illər mövsümünə hazırlıq işləri öz intensivliyi və əhatəsinə görə əvvəlki illərdən daha fərqli olmuşdur. Şəxsən Sizin tapşırığınızla, tabeçiliyindən asılı olmayaraq, Bakı şəhərində bütün məktəb, bağça və səhiyyə obyektlərinin istilik təchizatının təmin edilməsi ön plana çəkilmişdir. Təhsil və səhiyyə nazirlikləri ilə birlikdə bütün obyektlərdə texniki inventarizasiya aparılaraq real vəziyyət aydınlaşdırılmış, birinci və ikinci mərhələ proqram hazırlanaraq, icra edilməyə başlanmışdır.

Əvvəlcədən qeyd etmək istəyirəm ki, 2007-2008-ci illər mövsümündə istismar ediləcək istilik təchizatı obyektlərində planlaşdırılan bütün texniki tədbirlər görülmüş, zəruri təmir, bərpa və sazlama işləri aparılaraq, tam işçi vəziyyətə gətirilmiş və xüsusi yaradılmış komissiya tərəfindən bütün bu obyektlər istismara qəbul edilmişdir. Ümumilikdə 2007-ci ildə investisiya planına əsasən, “Azəristiliktəchizat” 238 obyektdə işlər aparır və bunlar da 107 təhsil, 53 uşaq bağçası, 44 səhiyyə obyektindən ibarətdir. Bu obyektlərin təchizatı 4 qazanxananın modernləşdirilməsini, 10 istilik məntəqəsinin yenidən qurularaq müasir tipli qazanxanaya çevrilməsini, 3 yeni qazanxananın tikintisini, 16 istilik təchizatı mənbəyinin qazlaşdırılmasını, 1 istilik məntəqəsinin tam yenidən qurulmasını nəzərdə tutur. Bu işlər, demək olar ki, tamamilə yerinə yetirilmişdir. Proqramın icrası Bakı şəhərində 333 məktəb, 316 uşaq bağçası və 193 səhiyyə obyektinin istilik təchizatının təmin edilməsinə imkan verəcəkdir.

Yaşayış binalarının istilik təchizatı ilə bağlı bildirmək istərdim ki, ümumilikdə “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin istilik mənbələrinə qoşulmuş 3180 yaşayış binası vardır. 2006-2007-ci illər mövsümündə onların 1750-si istiliklə təmin edilmiş, 300-ə yaxın yaşayış binasının 2007-ci ildə həyata keçiriləcək tədbirlər nəticəsində istilik təchizatı təmin ediləcəkdir. Əlavə olaraq biz 300-ə qədər binaya istilik verilməsini planlaşdırırıq. Yaşayış binalarının istilik təchizatında əsas problem “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin istilik mənbələrinə qoşulmuş, lakin istilik xətlərinin müxtəlif səbəblərdən, o cümlədən uzunmüddətli istismar nəticəsində sıradan çıxması, bir çox hallarda isə sakinlər tərəfindən kəsilib atılması ilə əlaqədardır. Sayı 675-ə yaxın olan bu binaların istilik təchizatının təmin edilməsi üçün ilk növbədə binaların aşağı paylama və daxili istilik sistemləri tam bərpa olunmalıdır. İstilik mənbələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, məhəlli istilik xətlərinin təmiri “Azəristiliktəchizat” tərəfindən təmin ediləcəkdir.

Möhtərəm cənab Prezident, artıq regionlarda da istilik təchizatı problemlərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Rayon icra hakimiyyətləri ilə birlikdə ilk növbədə təhsil və səhiyyə obyektlərində istilik sistemlərinin bərpası üzrə işlər görülməkdədir. Bildirmək istərdim ki, “Azəristiliktəchizat” yarandıqdan sonra regionlarda istiliklə təmin edilən məktəblərin sayı 75 faiz, uşaq bağçaları və səhiyyə obyektlərinin sayı 45 faiz artmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində 1 istilik məntəqəsi yenidən qurularaq müasir tipli qazanxanaya çevrilmiş, 5 yeni qazanxana quraşdırılmışdır. Builki mövsümdə Sumqayıt şəhərində 17 məktəbin, 6 uşaq bağçası və 17 səhiyyə obyektinin istilik təchizatı təmin ediləcəkdir.

Bundan başqa, Sumqayıt şəhərində son 15 ildə ilk dəfə olaraq, 12 yaşayış binasının istilik təchizatının bərpa edilməsi mümkün olacaqdır. Şamaxı, Göyçay, Şəki, Gəncə, Qax, Qusar, Oğuz, Yevlax, Tərtər rayonlarında da təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı layihələri işlənib hazırlanır və bunlar proqrama daxil edilərək iş aparılır və bəzilərində də işlər başa çatmışdır.

Hazırda növbəti il üçün regionlarda istilik təchizatı sistemlərinin bərpası proqramı hazırlanmaqdadır. Bu proqram ilk növbədə məktəbləri, uşaq bağçalarını, səhiyyə obyektlərini və ictimai binaları əhatə edəcəkdir.

Təbii ki, problemlər də az deyildir. Xüsusilə regionlarda qazanxana və istilik şəbəkəsi avadanlıqlarının həddən artıq köhnəlməsi, uzun müddət istilik almayan binalarda daxili istilik sistemlərinin tam yararsız halda olması və istilik təchizatı sistemlərinin xüsusiyyətləri ilə bağlı digər problemlər mövcuddur. Lakin bu problemləri biz görürük və cənab Prezident, şəxsən Sizin köməyiniz, gündəlik diqqət və qayğınız sayəsində bunların aradan qaldırılması təmin ediləcəkdir.

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin sədri BABA RZAYEV bu sahədə görülən işlərdən və perspektiv planlardan danışdı. Dedi ki, iqtisadi göstəricilərin inkişaf sürətinə görə dünya ölkələri sırasında birincilərdən olan respublikamızda qazanılan uğurlar ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm cənab Prezident, Sizin tərəfinizdən davam və inkişaf etdirilən düzgün siyasi xəttin və vaxtında aparılan islahatların nəticəsidir. Belə islahatlardan biri də, möhtərəm Prezident, Sizin 2006-cı il 10 avqust tarixli Sərəncamınızla “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin bərpasıdır.

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa edildikdən sonra mütəxəssislərimiz tərəfindən “Barmek”dən istifadəyə yararsız halda təhvil alınan şəbəkənin təhlili aparılmışdır. Araşdırmalar əsasında təmir, yenidən qurulması, yeni paylayıcı qurğuların tikintisini, uçotun bərpasını, avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasını və kadr hazırlığını özündə əks etdirən İnkişaf İnvestisiya Proqramı hazırlanmışdır. Proqram səhmdar cəmiyyətimizin müşahidə şurasında baxılmış, 2007-2009-cu illəri əhatə edən birinci fazası təsdiq edilmişdir.

Möhtərəm Prezident, bu proqramın icrasına Sizin “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinə göstərdiyiniz diqqət, verdiyiniz tapşırıqlar və ehtiyat fondunuzdan ayırdığınız vəsait ilə başlamışıq. Məlumat üçün deyim ki, artıq ötən on ay ərzində xeyli iş görülmüşdür. Məsələn, yüksəkgərginlikli şəbəkə üzrə 110 kilovoltluq “Müşfiq”, “Sallaqxana-1”, “Sallaqxana-2” xətləri tamamilə yenidən qurularaq yükötürmə qabiliyyəti 70 faiz artırılmışdır. 110 kilovoltluq “Sallaqxana-1” və 35 kilovoltluq 120 nömrəli yardımçı stansiyaların yenidən qurulması ilə 52 meqavolt/amper əlavə güc qəbul edib paylamaq imkanı əldə etmişik ki, bu da Yasamal və Səbail rayonlarının enerji təchizatını yaxşılaşdırmağa imkan verir.

Nərimanov və Binəqədi rayonlarının elektrik xətt təchizatını yaxşılaşdırmaq və artan yük tələbatını ödəmək üçün 110 kilovoltluq “Xırdalan-3-4” xətlərinin tam yenidən qurulmasını təmin etmişik. Bu da xəttin yükötürmə qabiliyyətini 100 faiz artırmışdır. İlin sonadək 110 kilovoltluq VTK və 215 nömrəli yardımçı stansiyaların tikintisi ilə bu rayonlarda 100 meqavolt/amper əlavə güc qəbul edib paylamaq imkanı əldə edəcəyik.

Bu işlər Səbail rayonu üzrə də gedir. Bu rayonun Şıx yaşayış sahəsində 110 kilovoltluq Müşfiq-Şıx hava xəttinin, 110 kilovoltluq, gücü 80 meqavolt/amper olan Şıx yardımçı stansiyasının tikintisi artıq başa çatmaq üzrədir. Bununla Səbail rayonunun Şıx və Badamdar yaşayış sahələrinin bu günə qədər olmayan elektrik şəbəkəsini yaratmış oluruq.

Əzizbəyov və Sabunçu rayonları üzrə on bir yardımçı stansiyası və 110 kilovoltluq xətti tikməklə bu rayonlarda əlavə 250 meqavolt/amper yükpaylama imkanı əldə etmişik. Bu da bizə deməyə əsas verir ki, “Bakıelektrikşəbəkə”nin fəaliyyətinin 11 ayı ərzində “Azərenerji” Səhmdar Cəmiyyətindən əlavə 490 meqavolt/amper yükqəbuletmə qabiliyyətinə malik şəbəkənin yaradılmasına nail olmuşuq.

Müqayisə üçün deyim ki, fəaliyyətə başladığımız dövrdən əvvəlki beş il müddətində 110 kilovolt gərginlikli şəbəkə üzrə heç bir yardımçı stansiya, kabel və hava xətti tikilməmiş, yalnız qəza vəziyyətində olan bir ədəd 110 kilovoltluq transformator bərpa edilmişdir. 35 kilovoltluq şəbəkə üzrə isə həmin dövrdə cəmi 2 yardımçı stansiya istifadəyə verilmişdir. Bütövlükdə 20 kilometrə yaxın kabel və hava xətti quraşdırılmışdır ki, bu da “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin aktivləri fonunda çox kiçik bir göstəricidir.

Möhtərəm Prezident, bir daha qeyd etmək istəyirəm ki, gördüyümüz bu işlər Sizin Bakıətrafı qəsəbələrin əhalisinə və Azərbaycan energetiklərinə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Fürsətdən istifadə edib, qeyd olunan obyektlərin ikisinin - Bilgəh və Buzovna yardımçı stansiyalarının istifadəyə verilməsi mərasimində iştirak etdiyinizə görə “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin kollektivi adından Sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Möhtərəm Prezident, qeyd edim ki, qış mövsümündə alınan enerjinin keyfiyyətli, dayanıqlı və az itki ilə istehlakçılara çatdırılması üçün orta və aşağı gərginlikli şəbəkə üzrə xeyli iş görülmüşdür. Belə ki, 420-dən artıq transformator məntəqəsinin yararsız dam örtüyü təmir edilmiş, istismar müddəti keçmiş və işlək vəziyyətdə olmayan avadanlıq yenisi ilə əvəz olunmuşdur. 10 kilovoltluq 75 yeni transformator məntəqəsi tikilmiş, 186 transformator məntəqəsi isə əsaslı təmir edilmişdir.

Bu gün biz əsasən əsaslı təmirə fikir veririk. Çünki Bakı şəhərində yer ayrılması çətin və problem olduğu üçün köhnələrin sökülüb yerində yenisinin tikilməsi məqsədəuyğundur. Hazırda yüksəkmərtəbəli binaları qidalandıran 200 kilometrdən artıq kabel yenisi ilə əvəzlənmişdir. Bakı şəhəri üzrə 70 kilometrdən artıq hava xətti yeraltı kabellərlə əvəz edilmişdir.

Bakıətrafı qəsəbələrdəki 250-dən artıq transformator dəsti quraşdırılmışdır. Ümumilikdə şəbəkə üzrə 700 kilometrə yaxın 35-16-04 kilovoltluq elektrik xətləri çəkilmiş və yeniləşdirilmişdir.

Keçən müddət ərzində 135 mindən artıq İngiltərə istehsalı olan MP markalı elektron sayğac quraşdırılmışdır və bu iş bu gün sürətlə davam etməkdədir. Məlumat üçün qeyd edim ki, “Azərenerji” Səhmdar Cəmiyyəti ilə “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin alış nöqtələrində uzaqdan oxunan sistem tipli, Fransa istehsalı olan müasir markalı 150 sayğac quraşdırılmışdır ki, bu da alınan enerjinin miqdarı və keyfiyyətini hər an təyin etməyə imkan verir.

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin bir ilə yaxın fəaliyyəti dövründə yuxarıda qeyd etdiyim görülən işlər və aparılan tədbirlər nəticəsində ötən illə müqayisədə xeyli miqdarda elektrik enerjisi israfının və itkisinin qarşısının alınması ilə yanaşı, enerji haqlarının yığımında da ciddi irəliləyişə nail olunmuşdur. Bu ilin birinci rübündə elektrik enerjisinin haqqının yığım faizi şəbəkə üzrə 56,9 faiz olmuşdursa, ikinci rübündə bu rəqəm 79 faiz, üçüncü rübdə 84,3 faiz, oktyabr ayında isə 89,1 faiz olmuşdur. Əhali üzrə yığım faizi birinci rübdə 44,7 faiz, ikinci rübdə 65,2 faiz, üçüncü rübdə 82 faiz, oktyabr ayında isə 82,7 faiz təşkil etmişdir. Müvafiq olaraq “Azərenerji” Səhmdar Cəmiyyətinə enerji haqqının ödəniş faizi birinci rüb üzrə 51,2 faiz, ikinci rüb üzrə 73,1 faiz, üçüncü rüb üzrə isə 82 faiz təşkil etmişdir.

Möhtərəm Prezident, müqayisə üçün qeyd edim ki, bizdən əvvəlki şirkətin fəaliyyəti dövründə bu rəqəmlər aşağıdakı kimi olmuşdur: 2002-ci ildə yığım 49 faiz, əhalidən 14 faiz, “Azərenerji”yə ödəniş 44,1 faiz. Vaxtınızı çox almaq istəmirəm, ən yüksək səviyyə 2005-ci ildə nəzərə çarpmışdır ki, bu da ümumi yığım üzrə 67 faiz, əhali qrupu üzrə 28 faiz, “Azərenerji”yə ödəniş isə 57,2 faiz olmuşdur.

X X X

Sənaye və energetika naziri NATİQ ƏLİYEV qeyd etdi ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkənin yanacaq-energetika səhəsində böyük nailiyyətlər əldə edilmişdir.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında, daimi diqqətiniz sayəsində son zamanlar bu sahədə bir çox müsbət dəyişikliklər baş vermişdir. Verilən məlumatlar da təsdiqləyir ki, mövsümlə bağlı xeyli iş görülübdür. Mən deyərdim, ötən illərə nisbətən daha çox hazırlıq işləri gedibdir. Bu gün bizim qaz anbarlarına 1 milyard 110 milyon kubmetr qaz vurulubdur. 300 min ton mazut ehtiyatı yaradılıb. Ümumiyyətlə, çox işlər görülübdür.

Respublikamızda 12 kəndə yenidən qaz verilibdir. Şəbəkəyə təxminən 60 mindən artıq yeni abonent daxil olubdur.

Burada deyildi, enerji sahəsində Bakıda və ətraf kəndlərdə böyük işlər görülüb, yardımçı stansiyalar istifadəyə verilibdir. Qeyd edildiyi kimi, “Buzovna”, “Amburan” yardımçı stansiyaları şəbəkəyə qoşulubdur. Bütün bunlar payız-qış mövsümündə çətinlikləri xeyli azaldacaqdır.

Eyni zamanda, hesab edirəm ki, hələ çoxlu nöqsanlar da var, onların da üzərində işləmək lazımdır. Əsas vəzifə neft-qaz təsərrüfatında ehtiyatlardan səmərəli istifadə etmək, itkiləri azaltmaqdır. Eyni zamanda, burada deyildi, yığım səviyyəsini də yüksəltmək vacibdir.

Mən hesab edirəm ki, biz hamımız qarşıya qoyulmuş məqsədlər üzərində bir yerdə işləyib, çalışıb daha böyük uğurlar qazanacağıq.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb