Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Biz Nazirlər Kabinetinin bugünkü iclasında ilin yekunlarını müzakirə edəcəyik və 2008-ci ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparacağıq.

Deyə bilərəm ki bütövlükdə, 2007-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu ildə Azərbaycanda iqtisadi sahədə bütün müsbət meyillər daha da inkişaf etmiş və beləliklə, Azərbaycan öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıra bilmişdir. Ümumi daxili məhsul təxminən 25 faiz artmışdır. Beləliklə, son dörd il ərzində ölkədə aparılan əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın həcmi 96 faiz, təxminən iki dəfə artmışdır ki, bu, dünyada analoqu olmayan bir göstəricidir.

Çox müsbət hal ondan ibarətdir ki, bununla yanaşı, sənaye istehsalı da təxminən eyni sürətlə artır. Bu il sənaye istehsalının artımı 24 faiz olmuşdur. Azərbaycanda sənaye potensialının möhkəmlənməsi sahəsində böyük işlər görülür, tədbirlər həyata keçirilir və biz növbəti illərdə də bu sahəyə böyük diqqət göstərməliyik.

İnvestisiyaların həcmi yenə də çox yüksək səviyyədədir. Azərbaycanda enerji layihələrinin böyük əksəriyyəti başa çatdırılmışdır, neft-qaz yataqlarına böyük sərmayə qoyuluşu artıq demək olar ki, başa çatmışdır və azalmağa başlamışdır. Buna baxmayaraq, 2007-ci ildə investisiyaların həcmi 6 milyard dollardan çox olmuşdur və çox sevindirici haldır ki, bunların böyük əksəriyyəti daxili investisiyalardır. Bu onu göstərir ki, həm Azərbaycanın daxıli imkanları artır, həm dövlət xətti ilə qoyulan sərmayənin həcmi xeyli dərəcədə artır, həm də özəl sektor tərəfindən qoyulan vəsait artır. Bu, həm də onu göstərir ki, Azərbaycanın iqtisadi potensialına xarici və daxili investorlar tərəfindən böyük inam var və investisiyalar üçün cəlbedici ölkə kimi Azərbaycan öz mövqelərini saxlaya bilir.

Büdcə xərcləri əhəmiyyətli dərəcədə artırılır. Deyə bilərəm ki, bu sahədə də, büdcə xərclərinin artım dinamikasına görə də Azərbaycan dünyada birinci ölkələr sırasındadır. Son dörd il ərzində büdcə xərcləri on dəfə artıb və 2008-ci ilin icmal büdcəsi 12 milyard dollara bərabərdir. Bu, bizə imkan verir ki, ölkə qarşısında duran əsas vəzifələri həll edək. İnfrastruktur məsələlərini, sosial məsələləri həll edək, böyük iqtisadi, nəqliyyat, enerji layihələrini öz gücümüz hesabına həyata keçirək. Bu, ölkəyə iqtisadi müstəqillik verir, əlavə imkanlar yaradır və beləliklə, Azərbaycan bölgədə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bunda həm siyasi, həm diplomatik, həm də, əlbəttə ki, enerji və iqtisadi amillər böyük rol oynayır.

Deyə bilərəm ki, 2007-ci ildə sosial məsələlərin həllinə də böyük diqqət göstərilmişdir. Maaşlar və pensiyalar artırılmışdır və bu meyil davam etdirilir. Bildiyiniz kimi, 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 faiz artırılmış və 60 manata çatdırılmışdır. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl bu rəqəm haradasa, 9 manat səviyyəsində idi, bu, böyük irəliləyişdir. Hazırda 60 manatdır və şübhə yoxdur ki, 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi yenə də artırılmalıdır. Azərbaycan vətəndaşları öz rifah halını yaxşılaşdırırlar və Azərbaycan dövləti xüsusilə aztəminatlı təbəqəyə yardımını bundan sonra da əsirgəməməlidir.

Bununla yanaşı, ünvanlı sosial yadım proqramı uğurla icra edilir. 78 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə dövlət tərəfindən verilən yardım təxminən 100 dollar səviyyəsindədir. Beləliklə, biz öz iqtisadi imkanlarımızı səfərbər edib, ehtiyac içində yaşayan vətəndaşlarımız üçün əlavə imkanlar yaradırıq, onları dəstəkləyirik və bu proses bundan sonra da davam etdiriləcəkdir. Əlbəttə, biz istərdik ki, Azərbaycanda bütövlükdə yoxsul təbəqə olmasın və bu istiqamətdə işlər görülür. Amma hələ ki, ağır şəraitdə yaşayanlar var və dövlət öz tərəfindən onlara yardım əlini uzadır. Baxmayaraq ki, bu, böyük məbləğ tələb edir, buna böyük vəsait ayrılır, amma biz bunu edirik və edəcəyik. Bu, bir daha onu göstərir ki, Azərbaycanın iqtisadi potensialının güclənməsi, iqtisadiyyatın həcminin artması, sənaye proqramlarının icra olunması birbaşa insanların həyat səviyyəsinə, xüsusilə aztəminatlı təbəqəyə öz müsbət təsirini göstərir.

Yoxsulluğa gəldikdə, bu sahədə də böyük uğurlarımız var və böyük qürur hissi ilə deyə bilərik ki, 2007-ci ildə də yoxsulluğun azaldılması, aradan qaldırılması sahəsində böyük tədbirlər görülmüşdür. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49 faiz idisə, 2008-ci ilin yanvarın 1-nə bu göstərici 16 faizə düşübdür. Bu, böyük nailiyyətdir, böyük göstəricidir.

Onu da deyə bilərəm ki, hətta iqtisadi baxımdan və bütün başqa cəhətlərdən inkişaf etmiş ölkələrdə də yoxsulların sayı kifayət qədərdir. Əlbəttə, inkişaf etmiş ölkələrdə minimum istehlak səbətinin meyarları başqadır. Amma hər şey müqayisədə bilinir və ölçülür. Azərbaycanın indiki iqtisadi şəraitində, iqtisadi durumunda yoxsulluğun 16 faizə düşməsi, hesab edirəm, bizim böyük uğurumuzdur və mən əminəm ki, 2008-ci ildə görüləcək tədbirlər nəticəsində bu rəqəm daha da aşağı düşəcəkdir. Beləliklə, Azərbaycanda yoxsul təbəqə olmayacaqdır. Mən buna inanıram və əlimdən gələni edəcəyəm ki, biz buna tam şəkildə nail ola bilək.

2007-ci ildə daha bir mühüm hadisə baş vermişdir - sonuncu çadır şəhərciyi ləğv edilmiş və orada yaşayan soydaşlarımız normal evlərə köçürülmüşlər. Bildiyiniz kimi, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən belə bəyanatla çıxış etmişdim ki, əgər xalq mənə inansa və məni dəstəkləsə, növbəti beş il ərzində Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Mən çox şadam ki, biz bunu beş ildə yox, dörd ildə həll etdik və indiyədək ağır çadır şəraitində yaşayan insanlar bundan sonra yaxşı evlərdə yaşayacaqlar.

Bildiyiniz kimi, biz keçən il qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün yeni proqram qəbul etdik. Bu proqramın icrası təxminən yarım milyard dollar vəsait tələb edəcəkdir. O proqramda yeni qəsəbələrin tikintisi nəzərdə tutulur. Məcburi köçkünlərin, fin qəsəbələrində, hərbi hissələrdə, məktəblərdə ağır şəraitdə yaşayan soydaşlarımızın problemləri həll olunacaqdır. Beləliklə, biz ölkəmiz üçün bu ağır, çətin problemin aradan qaldırılmasına çalışırıq, öz soydaşlarımızı müvəqqəti olaraq normal şəraitlə təmin edirik. Əlbəttə ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz işğaldan azad edilmiş torpaqlarda yeni şəhərlər tikəcəyik, qəsəbələr, məktəblər tikəcəyik.

Bütövlükdə, biz sosial məsələlərə 2008-ci ildə də diqqət göstərməliyik. Həm əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların məbləğinin artırılması, həm bütün sosial infrastrukturun yeniləşməsi, təzələnməsi. Bildiyiniz kimi, həm təhsil, həm səhiyyə sahələrinə, həm də mədəniyyət sahəsinə böyük investisiyalar qoyulur. Bütün bu işləri sadalamaq üçün bu gün bizim vaxtımız yoxdur. Biz bu işlərlə gündəlik rejimdə məşğuluq. 2008-ci ilin dövlət büdcəsində məktəb tikintisinə, xəstəxanalara, mədəniyyət ocaqlarına kifayət qədər vəsait nəzərdə tutulubdur.

Bu ilin axırında 2004-cü ilin fevralında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının müddəti başa çatır. Beş il üçün nəzərdə tutulmuş proqramın, demək olar ki, böyük əksəriyyəti artıq dörd il ərzində öz həllini tapmışdır. Nəinki həllini tapmışdır, hətta 2004-cü ildə proqramda öz əksini tapmayan məsələlər də əlavə olunubdur. Əlbəttə ki, 2004-cü ildə biz hər şeyi nəzərdə tuta bilməzdik. Proqramda əsas istiqamətlər, əsas məsələlər öz əksini tapmışdı. Ancaq işlər getdikcə, vaxt keçdikcə və iqtisadi imkanlarımız artdığı bir zamanda, əlbəttə, biz bu proqrama böyük əlavələr etdik. Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla başa çatması heç kimdə şübhə doğurmur.

Bir daha 2003-cü ilə qayıtmaq istəyirəm. Prezident seçkiləri ərəfəsində verdiyim bəyanatlardan biri də ondan ibarət idi ki, biz Azərbaycanda regionların inkişafına diqqət göstərməliyik. Orada ilk növbədə, iş yerləri açmalıyıq ki, işsizlik aradan qaldırılsın və insanlar yaşadıqları rayonlarda, kəndlərdə, qəsəbələrdə qalsınlar və orada gözəl infrastruktur yaradılmalıdır. Demək olar ki, beş ilə nəzərdə tutulmuş proqramı biz dörd il ərzində yerinə yetirmişik. Bu gün verilən son məlumata görə, Azərbaycanda son dörd il ərzində 640 min iş yeri açılmışdır ki, onlardan 460 mini daimi iş yerləridir. Təkcə 2007-ci ildə 145 min yeni iş yeri açılmışdır və onlardan 105 mini daimi iş yerləridir. Biz bu nəticələri təkcə statistik rəqəmlərdə görmürük. Bunu həyatda görürük, bölgələrin inkişafında görürük, rayonların abadlaşmasında görürük, bölgələrdə yaradılan müasir iqtisadi, sənaye, nəqliyyat, səhiyyə, təhsil infrastrukturunda görürük. Biz dörd ildə 1200 məktəb tikmişik, yüzlərlə məktəb əsaslı təmir olunub, əlavə korpuslar tikilib və çox gözəl görkəm alıbdır. Bu yaxınlarda Təhsil Nazirliyi məlumat vermişdir ki, əgər 3-4 il bundan əvvəl 1000 şagirdə bir kompyuter düşürdüsə, indi 29 şagirdə bir kompyuter düşür. Yəni kompyuterləşmə proqramını da biz uğurla icra edirik. Bu proqram 2004-cü ildə qəbul olunmuşdu və biz bunu həll etmişik. Yəni görülən bütün bu işlər Azərbaycanın hərtərəfli inkişafına yönəldilir. Biz buna nail ola bilmişik. Biz iqtisadiyyatımızı şaxələndiririk və bunu etmək üçün, əlbəttə ki, böyük səylər qoyulmalıdır. Nəzərə almalıyıq ki, bizim əsas iqtisadi gücümüz, iqtisadiyyatın əsas mənbəyi energetikadır, neft-qaz sektorudur və o da sürətlə inkişaf edir. Qeyri-neft sektorunun inkişafı bizi çox sevindirir. Qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Bölgələrin inkişafı deməkdir və ümumiyyətlə, Azərbaycanın hərtərəfli inkişafı deməkdir. Beləliklə, bir daha demək istəyirəm, regionlarda gedən proseslər göstərir ki, bu günə qədər qəbul edilmiş bütün proqramlar icra edilir və əminəm ki, bu baxımdan 2008-ci il də istisna olmayacaqdır.

2007-ci ildə Azərbaycan neft-qaz sahəsində öz maraqlarını tam şəkildə qoruya bilmişdir. Bu il bölgədə yeni vəziyyət yaranmışdır. Bizim 1990-cı illərin ortalarında, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başladığımız Azərbaycanın neft strategiyasının nəticələrini 2007-ci ildə də əyani şəkildə gördük. 2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başlamışdır. 2007-ci ildə Azərbaycanda 42 milyon ton neft hasil edilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artmışdır və bu proses davam edir. Həm “Şahdəniz” yatağından, həm də ki, Dövlət Neft Şirkətinin köhnə yataqlarından çıxarılan qazın həcmi böyük dərəcədə artırılır, yeni bölgələrə, yeni qəsəbələrə qaz xətləri çəkilir.

Bu proses 2008-ci ildə də davam etdirilməlidir və biz, ilk növbədə, öz tələbatımızı tam şəkildə ödəməliyik. Əlbəttə ki, qaz ixrac edən ölkə kimi Azərbaycanın beynəlxalq nüfuzu, mövqeləri və çəkisi artır. Bütövlükdə, bu sahədə, neft-qaz sahəsində, energetika sahəsində böyük işlər görülübdür. Biz bu barədə hələ danışacağıq. Sadəcə, demək istəyirəm ki, Azərbaycan üçün, bizim iqtisadiyyatımız üçün əsas olan sahədə də böyük uğurlar var. Əlbəttə ki, neft-qaz sektorunda əldə edilmiş nəticələr bütün başqa sektorlara da öz müsbət təsirini göstərir. Həm xidmət, həm sənaye sektorlarına və həm də bütün başqa sektorlara.

2007-ci ildə biz bütün başqa sahələrdə böyük işlər görmüşük. Biz nəqliyyat sektoruna böyük vəsait ayırırıq və ayıracağıq. Çəkilən yolları, körpüləri, magistral yolları, şəhər yollarını - bunların hamısını gündəlik şəraitdə görürük, buna böyük vəsait qoyulur və gələcəkdə də qoyulacaqdır.

Bir sözlə, iqtisadiyyatın əsas istiqamətlərində müsbət nəticələr var və biz bunu görürük. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə də bu yüksək dinamikanı saxlayaq, iqtisadi artım sürətinə görə dünya miqyasında lider dövlət kimi Azərbaycanın bu mövqelərini saxlayaq. Elə edək ki, Azərbaycan vətəndaşları, Azərbaycan xalqı ildən-ilə, aydan-aya daha da yaxşı yaşasın. Bunu etməyə bizim imkanlarımız var, siyasi iradə var, xalqla iqtidar arasında birlik var. Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə, onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik. Azərbaycanın müasir tarixi, digər ölkələrin tarixi, bizimlə eyni taleyi yaşayan ölkələrin müasir tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var. Harada bu yoxdursa, orada heç bir iş görülə bilməz və ölkələr davamlı böhran şəraitində yaşayır və əlbəttə ki, bu böhran həm insanlara, həm də ölkənin imkanlarına yalnız və yalnız mənfi təsir göstərir. Azərbaycanda da biz 1990-cı illərin əvvəllərində böhranlar yaşamışdıq. Biz bunları yaxşı bilirik, xatırlayırıq və artıq o illərə dönüş yoxdur. Azərbaycanın yolu açıqdır. Biz yalnız qabağa gedəcəyik, ölkəmizi gücləndirəcəyik və Azərbaycanı güclü dövlətə çevirəcəyik.

Bir neçə söz xarici siyasət haqqında demək istəyirəm. Biz 2007-ci ildə bu sahədə də öz səylərimizi göstərmişik, Azərbaycan özünün beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Qonşu, dost ölkələrlə ikitərəfli formatda münasibətlərimiz inkişaf etmişdir. Deyə bilərəm ki, 2007-ci ildə biz daha çox müttəfiq qazandıq. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Azərbaycan həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz rolunu möhkəmləndirir.

Bizim ölkəmiz dünyada çox böyük şöhrətə malikdir. Mənim bütün dövlət və hökumət başçıları ilə, beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyim görüşlərdə bu, açıq-aydın görünür. Azərbaycan, əlbəttə, öz prinsipiallığı ilə, öz mövqeyi ilə, müstəqil siyasəti ilə və etibarlılığı ilə 2007-ci ildə böyük beynəlxalq şöhrət qazanmışdır. Bir sözlə, mən bu sahədəki vəziyyəti qənaətbəxş hesab edirəm. Bu da çox vacibdir. Həm daxili, həm də xarici siyasət bir məqsədə yönəldilibdir ki, ölkəmiz daha da güclənsin.

Bizim üçün ən ağrılı, ən çətin məsələ Dağlıq Qarabağ problemidir. Bunun həll olunmaması, əlbəttə, bizi çox narahat edir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma görürük ki, buna nail olmaq hələ ki, mümkün deyildir. Səbəb nədir?! Ermənistanın qeyri-konstruktiv mövqeyi və dünya ictimaiyyətinin bu məsələyə biganə yanaşması. Biz hər şeyi açıq deməliyik. Bütün dünya etiraf edir, bəyan edir və bütün ikitərəfli və beynəlxalq görüşlərdə, rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, tanınır və müdafiə olunur. Biz hər yerdə eşidirik ki, siz haqlısınız, sizin torpağınız işğal olunubdur və ədalət sizin tərəfinizdədir. Ancaq bu, deyə bilərəm, belə şifahi, yaxud da sənədləşdirilmiş beynəlxalq dəstək real nəticələrə çevrilmir. Real nəticə yoxdur. Biz, tutaq ki, hansısa diplomatik uğurlardan haqlı olaraq məmnun ola bilərik. Çünki hər bir beynəlxalq sənəd bizim mövqeyimizi gücləndirir və Azərbaycan üçün bütün yolları daha da açıq edir. Artıq bütün dünya etiraf edib ki, bizim torpaqlarımız işğalçı Ermənistan tərəfindən zəbt edilib, azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb və Ermənistan vandalizm siyasəti aparmışdır. Bizim bütün tarixi abidələrimizi yerlə-yeksan etmişdir. Yəni bütün bu beynəlxalq etiraf həm danışıqlar prosesində, həm də danışıqlardan kənarda məsələnin həlli üçün yolların açılmasında bizə lazımdır. Ancaq yenə də deyirəm ki, hələlik biz nəticə görmürük. Deyə bilərəm ki, 2008-ci il bu baxımdan həlledici il olmalıdır. Artıq 2008-ci ildə açıq görəcəyik ki, biz haradayıq, məsələnin həlli sülh yolu ilə mümkündür, yoxsa yox. Əlbəttə ki, ondan sonra öz qərarlarımızı verəcəyik.

Danışıqlar zamanı müzakirə olunan məsələlər ictimaiyyətə artıq bəllidir. Azərbaycan ictimaiyyəti bunu bilir. Mən çox şadam ki, bizim prinsipial mövqeyimiz xalq tərəfindən dəstəklənir. Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcəkdir. Dağlıq Qarabağın müstəqilliyi, ya hansısa formada gələcək müstəqilliyi, 10 ildən, 15 ildən, 100 ildən sonra müstəqilliyi müzakirə predmeti deyil və olmayıbdır. Bəzi hallarda Ermənistan rəhbərliyi tərəfindən daxili auditoriyaya ünvanlanmış qeyri-ciddi və yalan məlumatlar verilir. Onların heç bir əsası yoxdur. Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının boşaldılmasıdır, o cümlədən Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının qayıtmasıdır. Danışıqların mahiyyəti budur. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının boşaldılmasıdır.

Mən bunu, bütün rayonların adlarını xüsusilə sadaladım ki, sabah Ermənistanda öz siyasi məqsədləri üçün hesablanmış yanlış bəyanatlar verməsinlər. Bütün bu rayonlardan erməni işğalçı qüvvələrinin çıxarılması, o cümlədən Dağlıq Qarabağa, Şuşaya azərbaycanlı köçkünlərin qayıtması danışıqların əsas mahiyyətidir. Bu, reallıqdır. Əlbəttə, bu bizə ümidlər verir. Belə formatda danışıqların aparılması bizə ümidlər verir. Ümidlər bizə hələ ki, danışıqlara sadiq olmaq üçün bir dəstək verir. Ancaq bu ümidlər bir vaxt tükənə bilər. Əgər biz bundan sonra da görəcəyiksə ki, Ermənistan tərəfi qeyri-səmimidir, - halbuki biz bunu bu vaxta qədər də dəfələrlə görmüşük, - öz sözünə əməl etmir, əvvəlcə razılaşdırılmış prinsiplərdən geri çəkilir, beynəlxalq vasitəçiləri aldatmaq istəyir, ictimai rəyi çaşdırmaq istəyir, danışıqlar masasında bir söz, rəsmi bəyanatlarda başqa söz deyir, onda qeyri-ciddi tərəflə danışıqların aparılmasına heç bir ehtiyac qalmır.

Biz reallığa və beynəlxalq hüquqa əsaslanmalıyıq. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün dünya Dağlıq Qarabağ daxil olmaq şərtilə, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Birləşmiş Millətlər Təşkilatı, Ermənistan istisna olmaq şərtilə, bütün ölkələr, Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edir.

İqtisadi üstünlük bizim tərəfimizdədir. Bunu heç şərh etməyə də dəyməz. Sadəcə olaraq, biz gərək Azərbaycan və Ermənistan iqtisadiyyatının həcminə baxaq və müqayisə edək. Bizim iqtisadiyyatımız 2007-ci ilin nəticələrinə görə, təxminən 30 milyard dollardır. Ermənistanın iqtisadiyyatı, - mən dəqiq bilmirəm, - haradasa 6-7 milyarddır. Gələcəkdə bu böyük uçurum daha da genişlənəcəkdir.

İndi biz bilirik ki, gələn il neftin satışından, təbii qazın satışından, iqtisadi inkişafdan, sənayenin inkişafından hansı maliyyə resurslarını alacağıq. Biz bütün yolları açırıq, tranzit ölkəyə çevrilirik. Biz enerji baxımından dünya üçün, Avropa üçün əvəzolunmaz ölkəyə çevrilirik. Ermənistan dünya birliyinə nə töhfə verə bilər? Heç nə! Nə siyasi baxımdan, nə iqtisadi baxımdan, nə nəqliyyat baxımından. Bütün başqa millətləri oradan qovub qapalı bir hərbiləşdirilmiş rejim, antidemokratik rejim şəraitində yaşayan monodövlətdir. Dağlıq Qarabağda kriminal quldur dəstəsi bölgəni zəbt edib və orada hərbi kriminal rejim, qeyri-qanuni rejim hökm sürür. Ora heç bir beynəlxalq monitorinqə məruz qalmayan bölgədir və heç kim bilmir ki, orada nə baş verir, hansı silahlar saxlanılır, hansı terrorist qüvvələr saxlanılır, narkotiklər necə yetişdirilir. Heç kim bilmir. Bu, Avropanın içində bir qara ləkədir.

İqtisadi-siyasi baxımdan bizim üstünlüyümüz göz qabağındadır. Biz bu üstünlükdən istifadə edirik və bundan sonra da edəcəyik. Ermənistanı bütün regional layihələrdən təcrid etmişik. Biz bunu etmişik. Baxmayaraq ki, kimsə bizi tənqid edir, kimsə tənqid etmir. Mən buna əhəmiyyət vermirəm.

Açıq deyirəm, biz onları bütün layihələrdən - enerji, nəqliyyat layihələrindən, bütün başqa layihələrdən bundan sonra da təcrid edəcəyik. O vaxt ki, onlar bizim torpağımızdan könüllü şəkildə çıxacaqlar, ondan sonra vəziyyət dəyişə bilər. Gələcəkdə yollar da açıla bilər və Ermənistan Azərbaycanın imkanlarından nə vaxtsa faydalana bilər. O vaxt ki, bizim torpaqlarımız işğalçılardan azad olunacaq, Azərbaycan qaçqınları, köçkünləri öz torpaqlarına qayıdacaqlar.

Mən bu məsələyə xüsusi toxundum. Çünki bu, bizim üçün ən başlıca vəzifədir. Azərbaycanın qarşısında bütün yollar, bütün imkanlar açıqdır. Biz bilirik haraya gedirik. Biz uğurla inkişaf edirik. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə inkişaf edir. Bu məsələ bir nömrəli məsələdir. Bizim bütün səylərimiz bu məsələyə yönəldilməlidir. Bütün qurumların - dövlət, hökumət qurumlarının, ictimai, özəl qurumların, bütün Azərbaycan vətəndaşlarının səyləri birləşməlidir, bütün dünya azərbaycanlılarının səyləri birləşməlidir və biz işğalçı dövlətə qarşı bundan sonra da mübarizəni aparacağıq.

Bir sözlə, mən bir daha demək istəyirəm ki, 2007-ci il Azərbaycanın hərtərəfli inkişafı üçün uğurlu il olubdur. Mən ümid edirəm və şübhə etmirəm ki, 2008-ci il də bizim üçün uğurlu olacaqdır.

İndi isə keçək müzakirələrə. Söz verilir maliyyə naziri Samir Şərifova.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Ordubadda mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir