Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
 -Hörmətli xanımlar və cənablar!

Mən indi burada, birinci mərtəbədə Azərbaycanda istehsal olunan və sərgidə nümayiş etdirilən məhsullarla tanış olurdum. Demək olar ki, hər il biz bu tədbiri keçirəndə, bununla bərabər, sərgi də keçirilir və hər il yeniliklər göstərilir. Bu, məni çox sevindirir. Mən çox şadam ki, Azəbaycanda istehsal edilən mallar artıq yüksək keyfiyyətə malikdir, ixrac olunur, o cümlədən Avropa Birliyi bazarına ixrac edilir. Həm ölkə tələbatını ödəyir, həm də Azərbaycanda çox güclü ixrac potensialı yaranır ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox mühüm əhəmiyyət daşıyır.

Düz dörd il bundan əvvəl, 2004-cü il fevralın 11-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı” qəbul edilmişdir. Bu proqamın ilkin konturları hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim tərəfimdən təqdim edilmişdi. Bu, demək olar ki, mənim iqtisadi proqramımın vacib tərkib hissəsi idi. Prezident seçkilərindən 3-4 ay sonra proqram tərtib edilmiş və təsdiq olunmuşdu. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çox böyük rol oynamışdı. Bu dörd il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatı çox yüksək sürətlə inkişaf etmişdir. Deyə bilərəm ki, bu sürət, bəlkə də, keçmişdə tarixdə də müşahidə olunmayıbdır. Dörd il ərzində Azərbaycan iqtisadiyyatı 96 faiz artmışdır. Demək olar ki, biz dörd ildə ümumi daxili məhsulumuzu 2 dəfə artıra bilmişik. 2008-ci ildə də iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi gözlənilir. 2007-ci ilin yekunlarına görə, Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 3700 dollar təşkil edir və gözlənilir ki, 2008-ci ildə 4500 dollara çatacaqdır. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir və bu inkişaf, əlbəttə ki, həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərir.

Azərbaycan iqtisadiyyatının inkişafı, əlbəttə ki, xalqın rifah halının yaxşılaşmasına gətirib çıxarır. Azərbaycanda valyuta ehtiyatları artır. Bu gün bizim valyuta ehtiyatlarımızın həcmi 7,3 milyard dollar səviyyəsindədir. Çox güman ki, 2008-ci ildə bu məbləğ ən azı 2 dəfə artacaqdır. İldən-ilə artan büdcə xərcləri bizə imkan verir ki, ölkənin qarşısında duran bütün vacib məsələlər öz həllini tapsın. Dörd il ərzində Azərbaycanın büdcəsi 10 dəfə artmışdır. Bu da yəqin ki, analoqu olmayan bir göstəricidir. Bizim icmal büdcəmiz bu il 12 milyard dollar təşkil edir. İstisna olunmur ki, müəyyən mərhələdə büdcəyə yeni əlavələr edilə bilsin.

Yəni Azərbaycan iqtisadiyyatı bütün istiqamətlərdə uğurla inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın və infrastruktur da inkişaf etsin.

Eyni zamanda, sirr deyil ki, proqramın əsas məqsədlərindən biri də yoxsulluğun və işsizliyin azaldılmasına yönəldilmişdir. Deyə bilərəm ki, bu istiqamətdə də uğurlar çox müsbətdir.

2003-cü ildə biz bəyan etmişdik ki, Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yeri açılmalıdır. Artıq dörd il ərzində 650 min yeni iş yeri açılmışdır ki, onlardan 480 mini daimi iş yerləridir. Bu o deməkdir ki, insanlar işlə təmin olunur, yerli istehsal güclənir. Yerli istehsalın güclənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edir. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində baş verir. Azərbaycan bu istiqamətdə siyasəti çox düzgün aparmışdır və yeni iş yerlərinin açılması, əlbəttə, ölkəmizin güclənməsinə gətirib çıxarmışdır. Mən əminəm ki, bu meyil davam edəcəkdir. Baxmayaraq ki, biz 5 ilə nəzərdə tutmuşduq, lakin dörd il ərzində buna nail olduq və əminəm ki, gələcəkdə Azərbaycanda işsizlik problemi tamamilə aradan qaldırılacaqdır.

Eyni zamanda, yoxsulluğun azaldılmasına da regional inkişaf proqramının çox böyük təsiri olmuşdur. Azərbaycan iqtisadiyyatı böyük dərəcədə neft-qaz amilindən asılıdır və bu da təbiidir. Ona görə ki, Azərbaycanda son illər ərzində neft-qaz hasilatı çox böyük dərəcədə artıbdır. Dünyada neftin qiyməti qalxır. Beləliklə, iqtisadiyyatımızın bu seqmenti, istər-istəməz, daha da böyük çəkiyə malik olur. Ancaq bu sahədə yeni iş yerlərinin yaradılması o qədər də böyük dərəcədə mümkün deyildir. İş yerlərinin yaradılması məhz regionlarda, bölgələrdə, qeyri-neft sektorunda mümkündür. Yoxsulluğun azaldılması bilavasitə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası ilə bağlı olmuşdur. Bu proqramı biz Dünya Bankı ilə birlikdə icra edirik və bu istiqamətdə də böyük uğurlar əldə etmişik. Son dörd il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 16 faizə düşmüşdür. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycanda iqtisadi siyasət çox düzgün aparılır. Böyük iqtisadi imkanlar, birinci növbədə neft gəlirləri Azərbaycanda ədalətli şəkildə bölünür. Neftlə zəngin olan bəzi ölkələrə xas olan təbəqələşmə prosesi Azərbaycanda getmir. Halbuki, bazar iqtisadiyyatı şəraitində yaşayan cəmiyyətlərdə bu, istər-istəməz, bu və ya digər formada özünü büruzə verir. Digər tərəfdən, yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı və dövlətin siyasəti məhz ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir. Sözün düzü, mənim üçün yoxsulluğun azaldılması daha böyük əhəmiyyət daşıyır, nəinki iqtisadi göstəricilər. Çünki iqtisadi göstəricilərin səbəbləri bəllidir. Burada həm neft amili var, həm də, əlbəttə, bizim uğurla apardığımız iqtisadi islahatlar. Ancaq, ilk növbədə, biz xalq haqqında düşünməliyik, biz xalq üçün yaşayırıq. Elə etməliyik ki, Azərbaycan xalqı yaxşı yaşasın, Azərbaycanda kasıblar təbəqəsi olmasın, işsizlər olmasın, işləmək istəyənlər mütləq işlə təmin edilsinlər. Bu proses artıq gedir.

Onu da görürük ki, Azərbaycandan miqrasiya edənlərin sayı böyük dərəcədə azalıbdır. Daha doğrusu, vaxtilə Vətəni tərk etmiş insanlar indi qayıdırlar. Çünki Azərbaycanda imkanlar artır, yaşayış səviyyəsi yaxşılaşır və beləliklə, bizim gələcək inkişaf perspektivlərimiz çox aydın görünür.

Biz iqtisadi siyasətin aparılması ilə ölkəmizdə çox böyük və güclü iqtisadi zəmin yaradırıq. Azərbaycan çətin, böhranlı illərini arxada qoyubdur. Biz bundan sonra yalnız və yalnız inkişaf edəcəyik. Bu inkişafı hərtərəfli və çoxşaxəli etmək üçün mütləq və mütləq regionların sosial-iqtisadi inkişafı proqramı davam etdirilməlidir.

Bir ildən sonra proqramın müddəti başa çatır. Deyə bilərəm ki, aparılan təhlil göstərir ki, proqramda təsbit olunan bütün maddələrin 98 faizi ya tamamilə, ya da qismən icra olunubdur. Yəni dörd il ərzində proqram, demək olar ki, icra olunubdur. Nəzərə alsaq ki, bu illər ərzində proqrama böyük əlavələr edilmişdir, proqrama əlavələr etmək üçün təkcə mənim tərəfimdən 13 sərəncam imzalanmışdır. Əlbəttə, biz görürük ki, 2004-cü ildə qəbul edilmiş proqramla reallıq böyük dərəcədə fərqlənir. Əgər bu əlavə tədbirləri də nəzərə alsaq, görərik ki, proqramın həcmi daha da böyükdür, daha da böyük vəsait tələb edir və şübhəsiz ki, bu, proqramı daha da gücləndirir.

Mən hesab edirəm ki, proqramın başa çatmasından sonra biz bununla kifayətlənməməliyik. Həm hökumətə, həm də bütün yerli icra orqanlarına artıq müvafiq göstərişlər verilibdir ki, növbəti 5 illik proqram hazırlansın və təqdim olunsun. Mən artıq bu barədə bir neçə dəfə demişəm, o proqramda bütün məsələlər öz həllini tapmalıdır, hər bir kəndin məsələsi öz həllini tapmalıdır. Elə etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapsın.

Bildiyiniz kimi, biz işimizi müxtəlif istiqamətlərdə aparırıq. Əlbəttə, ilk növbədə, dövlət siyasəti, dövlət investisiya proqramları. O proqramlar indi icra olunur. Təkcə bu ilin dövlət investisiya xərcləri təxminən 3,5 milyard dollar təşkil edəcəkdir. Bu, demək olar ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrinin həlli üçün bizə kifayət edəcəkdir. Nəzərə alsaq ki, Azərbaycanın maliyyə vəziyyəti ildən-ilə yaxşılaşacaq, biz növbəti illərdə də dövlət investisiya xərclərimizi artıracağıq. Eyni zamanda, bu, sahibkarlığın inkişafına böyük təkan verir. Hər bir infrastruktur layihəsi sahibkarlığın inkişafına gətirib çıxarır. Sahibkarlara dövlət tərəfindən dəstək verilir - mənim tərəfimdən həm siyasi dəstək, həm də iqtisadi dəstək. Bildiyiniz kimi, Sahibkarlığa Kömək Milli Fondundan hər il böyük məbləğdə vəsait ayrılır. Bu il 95 milyon manat həcmində kreditlər veriləcəkdir.

Bu kreditlərin işlənməsini biz regionların inkişafında görürük və bu gün burada nümayiş etdirilən sərgidə görürük. Sərgidə təmsil edilən istehsal sahələrinin böyük bir hissəsi məhz o kreditlərin hesabına mümkün olmuşdur. Çünki başqa cür mümkün deyildir. Sahibkarlıqla məşğul olmaq üçün ilkin kapital olmalıdır. Əgər ilkin kapital yoxdursa, sahibkarlıqla məşğul olmaq mümkün deyildir. Ona görə dövlət bu funksiyanı öz üzərinə götürür. İlk növbədə, sahibkarlara siyasi dəstək verilməlidir. Cəmiyyətdə və icra strukturlarında onlara müsbət münasibət göstərilməlidir. Dövlət xətti ilə icra olunan investisiya layihələri, - elektrik enerjisi, su, qaz təchizatı, yolların çəkilməsi, - sahibkarlıq üçün yaxşı şərait yaradır. Bununla bərabər, sahibkarlara dövlət güzəştli şərtlərlə kreditlər verir. Eyni zamanda, bu yaxınlarda yaradılmış Dövlət İnvestisiya Şirkəti də həmin işlərdə fəal iştirak edəcək və Azərbaycanın iqtisadi inkişafı bu istiqamətdə davam etdiriləcəkdir.

Mən bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm ki, biz öz iqtisadi potensialımızı qeyri-neft sektorunun əsasında qurmalıyıq, bu sahəni gücləndirməliyik.

Bizim bütün qlobal layihələrimiz uğurla icra edilir, bütün neft-qaz layihələrimiz vaxtlı-vaxtında icra olunur. Son dörd il ərzində bu istiqamətdə, deyə bilərəm ki, tarixi nailiyyətlər əldə edilibdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşüb, böyük “Şahdəniz” qaz yatağından ilk qaz hasil edilməyə başlanmışdır. Biz, demək olar ki, bütün neft-qaz sektoruna aid qarşıya qoyduğumuz məsələləri həll etdik. Deyə bilərəm ki, 100 faiz səviyyəsində həll etdik. Bundan sonra onilliklər ərzində Azərbaycanın uğurlu və gözəl inkişafını təmin etdik. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əməli-praktik tədbirlər gördük. Onu da deyə bilərəm ki, son dörd il ərzində maaşlar da bir neçə dəfə artırılıbdır. Minimum əmək haqqı bu illər ərzində 6,7 dəfə artırılıbdır. Düzdür, hələ ki, bu, bizi tam qane edə bilməz. Amma dinamika çox müsbətdir. Əlbəttə ki, biz bu gözəl və güclü enerji potensialımızdan gələcəkdə də səmərəli şəkildə istifadə edəcəyik. Biz indiyə qədər bundan çox səmərəli şəkildə istifadə etdik. Biz gəlirlərin şəffaflığını təmin etdik. Azərbaycanın Şəffaflıq Təşəbbüsünə qoşulması çox düzgün addım idi və biz bu addımın real nəticələrini görürük. Azərbaycanda neftdən əldə olunan bütün gəlirlər çox şəffaf şəkildə Neft Fondunda cəmləşir, beynəlxalq audit keçirilir və ondan sonra vəsaitin xərclənməsi də çox şəffaf şəkildə baş verir. Büdcə təsdiq olunanda, büdcə paketi ilə bərabər, Neft Fondundan büdcəyə transfertlər də parlament tərəfindən təsdiq edilir. Yəni ki, bütün Azərbaycan xalqı Milli Məclisdəki öz nümayəndələri vasitəsilə gəlirlərin bölünməsində iştirak edir. Bu, belə də olmalıdır. Bu sərvət, təbii sərvətlər xalqa məxsusdur və Azərbaycan xalqı qərar verməlidir ki, o vəsait hansı istiqamətə yönəldilsin.

Əminəm ki, biz gələcək illərdə də bu yüksək dinamikanı saxlayacağıq. Azərbaycanın inkişafını təmin edəcəyik, qlobal layihələrin uğurlu davam etdirilməsi üçün səylərimizi göstərəcəyik. Bölgədə proseslər çox müsbət istiqamətdə gedir. Həm energetika, həm nəqliyyat sahəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər həm öz ölkəmizə və xalqımıza xeyir gətirir, həm də ki, bizim üçün dost, qonşu ölkələrin inkişafına böyük töhfə verir.

Bildiyiniz kimi, nəqliyyat sektorunda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə yeni bir mərhələ başlayır. Azərbaycan tranzit ölkəyə çevriləcəkdir. Bu layihənin çox böyük həm siyasi, həm iqtisadi, həm də regional mənası var. Deyə bilərəm ki, bu dövr ərzində qarşıya qoyduğumuz bütün qlobal layihələr həyatda öz həllini tapıbdır. Baxmayaraq ki, bunu etmək bəzi hallarda o qədər də asan deyildi, bəzi hallarda biz müəyyən əngəllərlə də üzləşirdik. Ancaq Azərbaycan dövlətinin və xalqının iradəsi və qətiyyətli siyasəti, Azərbaycan xalqının bizim bütün təşəbbüslərimizə dəstək olması bu işləri reallığa çevirir.

Qlobal məsələlər, əlbəttə ki, Azərbaycanın dünyadakı mövqelərini də böyük dərəcədə möhkəmləndirir. Azərbaycanın təsir imkanlarını artırır və ölkəni hərtərəfli şəkildə gücləndirir. Ancaq bununla bərabər, biz, - bugünkü toplantının əsas məqsədi bundadır, - qeyri-neft sektorunda baş verən hadisələri təhlil etməliyik, qərarlar verməliyik və gələcək planlar haqqında danışmalıyıq.

Biz böyük təbii sərvətlərə malikik və bu təbii sərvətləri biz artıq ixrac etməyə başlamışıq. Ancaq bununla bərabər, biz mütləq qeyri-neft sektorunu inkişaf etdirməliyik:

yerli istehsal, idxalı əvəzləyən məhsulların istehsal olunması, yeni zavodların, fabriklərin işə düşməsi, iş yerlərinin açılması, regionların abadlaşması, infrastruktur layihələrinin davam etdirilməsi. Eyni zamanda, sosial məsələlərin həlli. Deyə bilərəm ki, dörd il ərzində 1200 məktəb tikilmişdir. Azərbaycanda cəmi 4500 məktəb var, 1200 məktəb 4 il ərzində tikilmişdir və növbəti illərdə bu iş davam etdiriləcəkdir. Onlarca yeni xəstəxana, tibb mərkəzi tikilib və 2008-ci ilin Dövlət İnvestisiya Proqramında yeni xəstəxanaların tikintisi nəzərdə tutulur.

Yenə deyirəm, sosial məsələlərə böyük diqqət göstərilir. Düzdür, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Ancaq onu da bilirik ki, keçid dövrünü yaşayan, bir sistemdən digərinə keçən ölkələrdə bəzən islahatlar da çox çətin gedir və insanlara əziyyət verir. Bazar iqtisadiyyatına keçmək üçün atılan addımlar bəzi hallarda insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bütün bunların qarşısını almaq və başqa ölkələrin mənfi təcrübəsini təkrarlamamaq üçün biz güclü sosial siyasət aparırıq. Bizim büdcəmiz həm investisiyayönümlü, həm də sosialyönümlüdür. İldən-ilə, ildə bir neçə dəfə maaşlar, pensiyalar artırılır, sosial obyektlər tikilir. Nəhəng infrastruktur layihələri ilə bərabər, sosial infrastrukturun yaranması Dövlət İnvestisiya Proqramında böyük yer tutur. Bu, bizi xoşbəxt gələcəyə aparan yoldur. Deyə bilərəm ki, artıq Azərbaycan öz imkanlarını tam şəkildə işə salıbdır. Həm energetika, həm də qeyri-neft sektorunda qəbul edilmiş proqramlar uğurla icra edilir. Bu illər ərzində həyatımızın, demək olar ki, bütün sahələrini əhatə edən çoxsaylı dövlət proqramları qəbul edilib və bu proqramların əsasında, təməlində real imkanlar dayanır. Heç bir proqram, sadəcə olaraq, şüar naminə qəbul edilmir. Hər birinin arxasında icra mexanizmləri, maliyyə resursları və güclü dövlət siyasəti dayanır. Məhz bu təqdirdə biz uğura nail ola bilərik. Onu da deyə bilərəm ki, bu günə qədər başladığımız bütün layihələr öz həllini tapıb, verdiyimiz bütün vədlər həyatda öz əksini tapıbdır. Elə bir məsələ olmayıb ki, biz onu etmək istəmişik, edə bilməmişik. Elə bir məsələ olmayıb ki, söz verilib, icra olunmayıbdır. Bütün verilən vədlər vaxtlı-vaxtında yerinə yetirilir və bu, əlbəttə ki, cəmiyyətdə çox gözəl ab-hava yaradır.

Bizim cəmiyyətimiz vahid cəmiyyətdir. Azərbaycanın qarşısında duran bütün məsələlərdə, - istər daxili siyasət, xarici siyasət, istərsə də iqtisadi, sosial siyasət sahəsində, - cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz bilirik haraya gedirik. Biz ölkəmizi müasirləşdiririk, güclü dövlət yaradırıq. Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. Bütün bunlar bir yerdə olanda, əlbəttə ki, ölkə dinamik şəkildə inkişaf edəcəkdir.

Mən böyük qürur hissi ilə deyə bilərəm ki, dörd il ərzində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Heç bir başqa ölkədə dörd il ərzində ümumi daxili məhsul iki dəfə artmayıbdır. Heç bir başqa ölkədə büdcə 10 dəfə artmayıbdır. Heç bir başqa ölkədə cəmi 4 il ərzində yoxsulluq 3 dəfə azalmayıbdır. Təsadüfi deyil ki, ciddi beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi inkişaf imkanlarını çox düzgün dəyərləndirirlər. Bir müddət bundan əvvəl Davos Dünya İqtisadi Forumunun hesabatında rəqabətqabiliyyətlilik sahəsində Azərbaycan 66-cı yeri tutubdur. “Qoldman Saks” kimi çox mötəbər qurumun reytinqində isə elə bu göstəriciyə görə Azərbaycan 61-ci yerdə idi və bütün başqa MDB ölkələrindən qabaqda idi. Bu, ciddi beynəlxalq təşkilatların hesabatlarıdır və sadəcə olaraq, reallığı əks etdirir. Bu hesabatlar ədalətlidir. Hesabatlar ədalətli olanda, orada reallıq əks olunur. Bu, əlbəttə ki, bizi çox sevindirir. Ancaq məni ən çox sevindirən odur ki, bizim apardığımız siyasət real işlərdə özünü göstərir. İnsanların həyat səviyyəsinin yaxşılaşmasında, şəhərlərimizin gözəlləşməsində, ölkəmizin güclənməsində və Azərbaycanın iqtisadi inkişafının artmasında özünü göstərir.

Bu gün bu toplantıda bütün yerli icra orqanlarının nümayəndələri, rəhbərləri, nazirlər, iş adamları, xarici nümayəndələr iştirak edirlər. Deyə bilərəm ki, Azərbaycanda keçirilən tədbirlər içərisində bu, ən böyük tədbirdir. Hər il bu tədbirdə ötən il ərzində görülən işlər və ən əsası, gələcək planlar müzakirə edilir. 2008-ci ildə biz hansı işləri görməliyik, necə görməliyik, bunun nəticəsi nə olacaqdır. Bütün orqanların işinin əlaqələndirilməsi çox vacibdir. Həm nazirliklər, dövlət şirkətləri, yerli icra orqanları, həm də iş adamları, fəallar və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının nümayəndəlikləri - biz hamımız birlikdə bu işləri görməliyik. Bu baxımdan bu konfrans çox nadir xarakter daşıyır.

Mən bir daha demək istəyirəm ki, görülən bütün işlər məni qane edir. Bu gün burada problemlərdən də danışılacaqdır. Əlbəttə ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da problemlər var və biz regional proqramla, başqa proqramlarla məhz bu problemlərin aradan qaldırılması üçün çalışırıq ki, Azərbaycanda ədalətli cəmiyyət, hüquqi dövlət tam şəkildə bərqərar olsun. Azərbaycanda sosial ədalət geniş şəkildə tətbiq edilsin, iqtisadi azadlıqlar, siyasi azadlıqlar, demokratiyanın inkişafı, müasirlik və gələcək inkişaf. Budur, bizim qarşımızda duran əsas vəzifələr və bu vəzifələrin icrası üçün bugünkü konfransda biz danışacağıq və əməli-praktik qərarlar qəbul edəcəyik.

İndi isə söz iqtisadi inkişaf naziri Heydər Babayevə verilir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib