Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Bugünkü iclas 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuşdur. 2008-ci il dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan üçün isə 2008-ci il növbəti uğurlu il olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirmiş və ölkədə infrastruktur və digər layihələr vaxtlı-vaxtında icra olunmuşdur. Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmişdir. Bizim iqtisadiyyatımız təxminən 11 faiz artmışdır.

Bildiyiniz kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə 2008-ci ildə daha da güclənmişdir. Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək səviyyədə - 20 faizdən çox olmasıdır. Ancaq bununla bərabər, əhalinin pul gəlirləri ondan qat-qat çoxdur, daha böyük rəqəmlərlə ölçülür. Əhalinin pul gəlirləri 2008-ci ildə 36 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Nəzərə alsaq ki, son illər ərzində bu rəqəm təxminən bu həddədir, demək olar ki, insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz gözəl nəticələrini verir. Bunun əyani təzahürü ondan ibarətdir ki, 2008-ci ilin yekunlarına görə Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşübdür. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz təşkil edir. Bu, çox böyük nailiyyətdir. Nəzərə alsaq ki, 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idi, bu, 13,2 faiz böyük nailiyyətdir. Bu, bir daha onu göstərir ki, ölkədə aparılan əsaslı, köklü iqtisadi islahatlar həm ölkənin iqtisadi potensialının möhkəmlənməsinə yönəldilib, eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşmasında özünü göstərir.

Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta əmək haqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir. Bütövlükdə 2009-cu ilin vəzifələri haqqında biz hələ danışacağıq. Amma bütövlükdə demək istəyirəm ki, 2009-cu ildə bütün sosial proqramlar yüksək səviyyədə icra edilməlidir və əminəm ki, belə də olacaqdır.

Kənd təsərrüfatı, sənaye istehsalı sahəsində böyük nailiyyətlər var. Azərbaycanda yeni, böyük müəssisələr açılır. 2008-ci ildə Bakıda və bütün bölgələrdə yeni müəssisələrin açılışında iştirak etmişdik. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələ əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıbdır. Son beş ildə 766 min yeni iş yeri açılıb ki, bunların 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır.

Bir daha demək istəyirəm, bilirsiniz ki, indi bizim bölgədə, postsovet məkanında və bütövlükdə dünyada işsizlik və yoxsulluq ən böyük problemə çevrilir. İnkişaf etmiş ölkələrdə işsizlərin sayı yüz minlərlə, bizim bölgədə isə on minlərlə, Azərbaycanda isə keçən il iş yerlərinin açılması istiqamətində çox vacib addımlar atılıbdır.

Bütün bunlar bizim uğurlu iqtisadi siyasətimizin nəticəsidir. Azərbaycanda aparılan iqtisadi islahatların, sosial məsələlərin həllinin nəticəsidir. Bizim uğurlarımızı bəzi bədxahlar, yaxud da ki, bizdə olan vəziyyəti yaxından bilməyən, ya da ki, hansısa paxıllıq hissləri ilə yaşayan insanlar bəzi hallarda neft amilinə bağlamaq istəyirlər. Əlbəttə ki, Azərbaycanın uğurlu neft strategiyası ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynamışdır. Bu rol davam edir və gələcəkdə də davam edəcəkdir. Bizim enerji siyasətimiz ölkəmizə çox böyük fayda gətiribdir. Bütün uğurlarımızı ancaq neft amili ilə bağlamaq tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə - Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandakından bir neçə dəfə böyükdür və hasilat da bir neçə dəfə çoxdur. Ona görə bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, ölkənin milli maraqlarının qorunması dayanır, siyasi islahatlar, demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyildir. Əgər dünyanın ən birinci, ən qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanıyırsa və bunu bəyan edirsə, bu, özü-özlüyündə göstərir ki, uğurlarımızın təməlində bizim siyasətimiz, düzgün xəttimiz və Azərbaycanda gedən müsbət proseslər dayanır.

Ölkədə hökm sürən siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik, iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla icra olunması, sosial məsələlərin həlli, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, çoxsaylı sosial obyektlərin tikilməsi, infrastruktur layihələri - bu siyahını davam etdirmək mümkündür - bütün bu amillər bir-biri ilə bağlıdır. Budur bizim uğurlarımızın əsas səbəbi və növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik.

2009-cu ilin dövlət büdcəsi təsdiq edilibdir. Dünyada mövcud olan maliyyə və iqtisadi böhrana, neftin qiymətinin 4-5 dəfə aşağı düşməsinə baxmayaraq, 2009-cu ilin dövlət büdcəsi 2008-ci ilə nisbətən həcm baxımından daha da böyükdür. Dövlət büdcəsinin xərcləri 15,4 milyard dollar, icmal büdcə isə 18,4 milyard dollar təşkil edir. Bu büdcə bizə imkan verəcək ki, 2009-cu ildə bütün sosial məsələlər öz həllini tapsın, infrastruktur layihələri uğurla davam etdirilsin və ölkə üçün lazım olan bütün tədbirlər görülsün.

Bizim uğurlu neft strategiyamız sayəsində Azərbaycanın

valyuta ehtiyatları çox yüksək səviyyədədir. Azərbaycanın 18 milyard

dollardan çox valyuta ehtiyatları vardır, dövlət borcu isə 2 milyard dollardan bir az çoxdur. Yəni, bu, çox yüksək göstəricidir və bizə tamamilə imkan verir ki, iqtisadi islahatlarımızı bundan sonra da davam etdirək, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək.

Enerji sahəsində əldə edilmiş uğurlar Azərbaycanı həm siyasi, həm iqtisadi cəhətdən daha da gücləndirir. Bu günlərdə yaşanan enerji böhranı və enerji qarşıdurması bir daha onu göstərir ki, enerji təhlükəsizliyini təmin edə bilməmiş ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll edibdir. Neft-qaz hasilatı, ixracı artır, Azərbaycanda həm hasilatda, həm nəqldə, həm də tranzit məsələlərinin həllində heç bir problem yoxdur. Azərbaycan etibarlı tərəfdaşdır, bir dəfə də olmayıb ki, öz öhdəliklərini yerinə yetirməsin. Bütün tərəfdaşlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtlı-vaxtında, yüksək səviyyədə icra edirik. Həm neft hasilatçısı, həm qaz hasilatçısı, həm neft-qaz ixrac edən, həm də tranzit ölkə kimi bizim heç bir problemimiz yoxdur və etibarlı tərəfdaş kimi, dost ölkə kimi Azərbaycan dünya miqyasında öz müsbət imicini daha da gücləndirir.

Hər şey müqayisədə ölçülür. Hər şey yaxşı olanda bəzi hallarda heç bəlli olmur ki, kimin siyasəti nədən ibarətdir. Ölkələrin mövqeyi böhranlı, çətin vəziyyətdə bilinir və özünü göstərir. Biz bundan sonra da özümüz üçün dost ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllinə köməyimizi, töhfəmizi verəcəyik. Azərbaycanın milli maraqları tam şəkildə müdafiə olunur, Azərbaycan çox önəmli ölkəyə çevrilibdir, bu bölgədə enerji siyasəti baxımından Azərbaycanın əvəzolunmaz rolu vardır. İki ay bundan əvvəl Bakıda keçirilmiş eneji sammiti bunu bir daha təsdiqlədi. Aparılan müzakirələr sammitin nəticələri, qəbul edilmiş qərarlar bir daha onu göstərdi ki, bu bölgədə enerji məsələlərinin hansı istiqamətə yönəldilməsinə Azərbaycanın çox böyük təsiri vardır.

Azərbaycanın mövqeyi birmənalıdır - bizim üçün ilk növbədə milli maraqlarımız, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması əsasdır. Biz indi deyə bilərik ki, buna uğurla nail olmuşuq və növbəti illlərdə enerji siyasətimiz həmişə olduğu kimi, əgər belə demək mümkündürsə, sülhməramlı olacaqdır. Biz enerji siyasətimizdən məharətlə istifadə edib daha da çox dostlar qazanırıq. Azərbaycanın enerji siyasəti əməkdaşlığa, dostluğa yönəldilibdir, bölgədə regional əməkdaşlığın güclənməsinə yönəldilibdir. Budur bizim yanaşmamız, bizim siyasətimiz və geniş mənada enerji fəlsəfəmiz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki uğurlu təcrübəsindən istifadə başqa yerlərdə də yaranmış böhranlı vəziyyətdən çıxış yolu tapmaq üçün yaxşı fürsət ola bilər.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli layihələr ölkəmizin siyasi və iqtisadi mövqelərini böyük dərəcədə möhkəmləndirmişdir. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi istiqamətində biz qarşıda duran bütün vəzifələri uğurla icra etdik və bu gün Azərbaycan neftini və qazını dünya bazarlarına çıxaran 7 kəmər mövcuddur və onların hamısı da işlək vəziyyətdədir, Azərbaycan neftini və qazını müxtəlif istiqamətlərə nəql edir. Əlbəttə ki, enerji məsələləri bu gün dünyanın gündəliyində birinci yerdədir və Azərbaycan başda olmaqla, enerji təhlükəsizliyini təmin edə bilən ölkələr növbəti illərdə özlərini rahat hiss edəcək və çox inamla irəliyə gedəcəkdir.

Nəqliyyat sektorunda, qeyd etdiyim kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir, biz çox şadıq ki, bu layihə icra olunmağa başlamışdır. Bildiyiniz kimi, uzun illər müzakirələrdən sonra məsələ həll olunmağa başlamışdır və bu dəmir yolunun iqtisadi, siyasi və geostrateji əhəmiyyəti hamıya bəllidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan tərəfindən irəli sürülmüş bütün təşəbbüslər həyatda öz əksini tapır. Əgər biz hansısa təşəbbüsü irəli sürürüksə, əminik ki, onu icra edəcəyik. Çünki bunun arxasında düşünülmüş siyasət, ölçülüb-biçilmiş addımlar, hesablamalar dayanır. Bizim güclü iradəmiz, o cümlədən bizim fəal iştirakımızla bölgədə yaranmış gözəl əməkdaşlıq şəraiti - bütün bunlar bu regional məsələlərin həllində müsbət rol oynayır. Əlbəttə ki, burada təşəbbüs göstərmək də çox böyük əhəmiyyət daşıyır. Təşəbbüs bir ideya, bir fikir kimi irəli sürüləndə, bəzi hallarda ona yanaşma müxtəlif olur. Ancaq biz təşəbbüsləri gerçəkliyə çeviririk. Biz öz əməlimizlə, öz işimizlə nəhəng transmilli, dünya üçün böyük əhəmiyyət kəsb edən enerji, nəqliyyat layihələrini icra edirik. Vəsait qoymaqla, investisiya qoymaqla, bütün təşkilati məsələlərin həllinə öz töhfəmizi verməklə və bütün başqa yollarla bu layihələri icra edirik.

Sosial sahədə, qeyd etdiyim kimi, 2009-cu ildə də öz siyasətimizi davam etdirəcəyik. Son beş il ərzində bu sahədə çox böyük nailiyyətlər əldə edilibdir. Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət, idman sahəsindəki nailiyyətlər haqqında qürurla danışa bilərik. Bu sahədə, sözün əsl mənasında, böyük dönüş yarandı və artıq əldə edilmiş nailiyyətlər əsasında biz növbəti illərdə də bu siyasəti davam etdirməliyik. Yəni son beş il ərzindəki uğurlar, nailiyyətlər növbəti beş il üçün də həm əsasdır, həm də örnəkdir. Son beş il ərzində müxtəlif məqamlarda bizim siyasətimizə mane olmaq istəyənlər, yaxud da, daxili işlərimizə qarışmaq istəyənlər və ya hansısa formadasa siyasətimizi bəyənməyən dairələr vaxtaşırı öz səslərini qaldırmağa çalışmışlar. Bizə bəzi hallarda daha çox 4-5 il bundan əvvəl məsləhət vermək və ya yol göstərmək, ya da ki, tövsiyə etmək, yaxud göstəriş vermək cəhdləri olmuşdur. Biz bütün bunları yaxşı xatırlayırıq. Əgər biz o vaxt bu sözlərə baxsaydıq və öz yolumuzdan dönsəydik, iradə göstərməsəydik, bu gün Azərbaycanın vəziyyəti sözə baxanların vəziyyətinə yaxın ola bilərdi.

Bütün təzyiqlərə, bütün əsassız ittihamlara baxmayaraq, bəzi hallarda çirkin böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönmədik. Ona görə ki, Azərbaycan xalqı bizi dəstəklədi, Azərbaycan xalqı bizə bu inamı, bu qüvvəni verdi və son beş ilin tarixi göstərir ki, kim haqlı olub, kim isə əbəs yerə səylər göstəribdir.

Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil siyasəti var. Bu siyasət Azərbaycanı son beş ildə böyük dərəcədə gücləndirmişdir. Bugünkü və beş il bundan əvvəlki Azərbaycan başqa-başqa ölkələrdir demək olar. Həm iqtisadi, həm siyasi baxımdan bölgədəki rolumuzun artması - bütün bunlar Azərbaycanı çox yüksək pilləyə qaldırıb və bundan sonra da Azərbaycan xalqının iradəsi, milli maraqları, Azərbaycan dövlətinin milli maraqları, dövlətçilik prinsipləri bizim üçün əsas olacaqdır.

Biz bütün sahələrdə əməkdaşlığa hazırıq, bütün ölkələrlə qarşılıqlı əsaslar üzərində, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında bundan sonra da münasibətləri davam etdirmək fikrindəyik. Ancaq bu münasibətlər bu gün olduğu kimi, gələcəkdə də dünyada qəbul olunmuş və demokratik prinsipləri əks etdirən əsaslar üzərində qurulacaqdır. Bizim planlarımız çoxdur. Ölkəmizi bundan sonra da uğurla inkişaf etdirməliyik. 2009-cu ildə və ondan sonrakı illərdə nəzərdə tutulmuş bütün proqramlar icra olunacaqdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla icra olunması bunun əyani sübutudur. Növbəti beş il üçün yeni geniş proqram hazırlanır və yəqin ki, yaxın vaxtlarda biz onu qəbul edəcəyik.

2008-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əməli-praktik nəticələr olmasa da, bizim mövqeyimiz daha da möhkəmlənmişdir. Mart ayında BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi həm bizim gücümüzü göstərdi, həm də haqq-ədaləti göstərdi. Yəni, onu göstərdi ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, bir daha vurğulamaq istəyirəm, Minsk qrupunun həmsədr ölkələri, vasitəçilik missiyası ilə birbaşa məşğul olan ölkələr - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa bizə məlum olmayan səbəblər üzündən bu qətnamənin əleyhinə çıxmışdı və bəzi hallarda başqa ölkələri də buna təhrik etmək istəmişdilər, ancaq Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, növbəti sənəddir, ciddi sənəddir.

Bildiyiniz kimi, 15 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilmişdir. Bu qətnamə bizim növbəti siyasi uğurumuzdur. Bunun əsasında münaqişə öz həllini tapa bilər. Ermənistan və Azərbaycan prezidentlərinin birgə imzaladıqları bəyannamə BMT Baş Məclisində qəbul edilmiş bəyannamənin məntiqi nəticəsidir. Baxmayaraq ki, Ermənistan təbii olaraq, BMT-də qətnamənin qəbul olunmasına etiraz etməyə çalışırdı. Buna baxmayaraq, Ermənistan rəhbəri o əsasda müştərək bəyannaməyə qol çəkmişdir. Orada nə göstərilir? Orada, ilk növbədə, göstərilir ki, münaqişə beynəlxalq hüquq prinsipləri əsasında, beynəlxalq təşkilatların qərarları və sənədləri əsasında öz həllini tapmalıdır. Hansı qərarlar və sənədlər?! Bu, tamamilə aydın məsələdir. Qeyd etdiyim BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi, ATƏT-in sənədləri, Lissabon sammitinin sənədləri - bütün bunlardır sənədlər. Yəni, məsələ bunların əsasında öz həllini tapmalıdır və Ermənistan rəhbərinin buna qol çəkməsi hesab edirəm ki, çox müsbət bir haldır.

Digər tərəfdən, birgə bəyannamə Ermənistan-Azərbaycan prezidentləri tərəfindən imzalanmışdır. Yəni, onu göstərir ki, bu ölkələr münaqişənin tərəfləridir, münaqişənin heç bir başqa tərəfi yoxdur. Halbuki, uzun illər ərzində Ermənistan tərəfi həmişə çalışırdı ki, qondarma Dağlıq Qarabağ qurumunun nümayəndələrini də bu prosesə daxil etsin. Biz haqlı olaraq, buna həmişə etiraz edirdik. Əminəm ki, Ermənistan rəhbərinin münaqişənin tərəfi kimi birgə bəyannaməyə qol çəkməsi artıq növbəti illərdə Dağlıq Qarabağın prosesə qoşulması cəhdlərinə son qoyacaqdır.

Bununla bərabər, birgə bəyannamədə göstərilir ki, məsələnin həllinin bütün mərhələləri beynəlxalq zəmanətlə təmin olunmalıdır. Bu da açıq-aydın onu göstərir ki, məsələ yalnız mərhələli şəkildə öz həllini tapa bilər. Bütün dövrlərdə Azərbaycanın mövqeyi ondan ibarət olmuşdur ki, məsələ ancaq addım-addım öz həllini tapa bilər. İlk növbədə, Ermənistan işğalçı qüvvələri bütün işğal olunmuş torpaqlardan çıxarılmalı, beynəlxalq zəmanət əsasında təhlükəsizlik məsələləri həll olunmalıdır. Ondan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparıla bilər, bir şərtlə ki, o status ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu, Azərbaycanın prinsipial və dəyişməz mövqeyidir. Mərhələli həllin üstün olması onu göstərir ki, Azərbaycanın uzun illər ərzində dediyi sözlər və təklif etdiyi yanaşmalar bu gün Ermənistan tərəfindən də qəbul edilir. Əks halda, Ermənistan tərəfi mərhələli həlli nəzərdə tutan bəyannaməyə heç vaxt qol çəkməzdi. Bildiyiniz kimi, onların mövqeyi paket variantından ibarət olmuşdur. Yəni mən onu ona görə bir az daha geniş işıqlandırıram ki, heç kimdə heç bir şübhə olmasın - bu bəyannamə Azərbaycanın milli maraqlarına xidmət göstərir. Əslində, Azərbaycanın mövqeyini əks etdirir və ümid etmək istəyirəm ki, bu siyasi niyyət 2009-cu ildə real nəticələrə çevriləcəkdir. Hər halda, biz öz mövqeyimizi dəfələrlə bəyan etmişik və bu gün mən bir daha bunu açıqlayıram. Biz çalışırıq ki, məsələ danışıqlar yolu ilə öz həllini tapsın.

Ancaq bununla bərabər, o da heç kimə sirr deyil ki, biz ordu gücümüzü də artırırıq və böyük dərəcədə artırmışıq. Son beş il ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar Azərbaycanı çox gücləndirmişdir. Növbəti illərdə orduya ayrılan xərclər daha da artacaqdır. Mən bunu bir daha demək istəyirəm ki, biz bu sahəyə prioritet diqqət göstəririk və 2009-cu ildə bütün hərbi xərclərimiz 2,3 milyard dollar təşkil etməlidir. Bu, böyük rəqəmdir. Ancaq bizim qarşımızda böyük vəzifələr dayanır. Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq, hazırıq, ancaq özümüzü daha da gücləndirməliyik.

Mən bir daha demək istəyirəm ki, 2008-ci ilin yekunları bir daha Azərbaycanda aparılan siyasətin təntənəsini göstərir. 2008-ci ilin yekunları, eyni zamanda, son beş il ərzində görülən işlərə vurulan yekundur. Azərbaycan xalqı bu işlərə mənim üçün ən vacib olan münasibətini keçən ilin oktyabr ayında prezident seçkilərində bildirmişdir. Bu, bizim üçün ən böyük göstəricidir. Bizim işlərimizin düzgün aparılmasına ən böyük işarədir, ən böyük sübutdur. Elə etməliyik ki, növbəti illərdə xalqın etimadını doğruldaq, Azərbaycanın qarşısında duran bütün məsələləri uğurla həll edək, Azərbaycanı daha da gücləndirək, bölgədə və dünyada mövqelərimizi möhkəmləndirək, iqtisadi sahədə daha ciddi nailiyyətlərə çataq, bütün sosial məsələləri həll edək və beləliklə, ölkəmizi uğurla irəliyə aparaq.

İndi isə keçək müzakirələrə və söz verilir maliyyə naziri Samir Şərifova.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib