Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Əziz dostlar!

Beş il bundan əvvəl “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. 2004-cü ilin fevral ayında proqramın icrası başlanmışdır. Bu gün böyük məmnunluq hissi ilə deyə bilərəm ki, proqram vaxtından əvvəl və daha da böyük həcmdə icra olundu. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı məsələləri diqqət mərkəzində dayanırdı. Bu gün də belədir. Ancaq beş il ərzində keçdiyimiz yol bu gün deməyə əsas verir ki, bölgələrin bir sıra problemləri öz həllini tapmışdır. 2004-cü ildə qeyri-neft sektorunun inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Yəni, bölgələrdə müasir güclü infrastruktur, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Hər bir ölkənin inkişafı üçün bu, çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, təbii resurslarla zəngin olan ölkələrdə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət kəsb edir. Çünki əks təqdirdə, iqtisadiyyat dayanıqlı olmayacaq və biz bu uğurları ancaq qısa müddət ərzində yaşaya bilərik. Bizim isə məqsədimiz ondan ibarətdir ki, növbəti illərdə, uzun müddət ərzində Azərbaycan çox sürətlə inkişaf etsin, iqtisadiyyatımız neft-qaz amilindən asılı olmasın və ilk növbədə, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılsın. Demək olar ki, proqramın əsas məqsədləri bunlardan ibarət olmuşdur və bütün bu işlər bir-biri ilə sıx bağlıdır. Regionların inkişafı bir tərəfdən güclü infrastrukturun yaradılmasına, iş yerlərinin açılmasına xidmət göstərir, bir növ miqrasiya meyillərinin qarşısını alır. Digər tərəfdən, müasir, yeni infrastrukturun yaradılması yeni müəssisələrin yaradılmasına xidmət göstərir. Nəzərə alsaq ki, Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər, özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər, güzəştli şərtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək. Yəni bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol bunun əyani sübutudur.

Təkcə bir neçə statistik rəqəmə fikir vermək kifayətdir ki, biz proqramın nə dərəcədə böyük əhəmiyyəti olduğunu görək. Son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır, adambaşına düşən gəlir 5500 dollara çatmışdır. Azərbaycanda sənaye istehsalı 2,5 dəfə artmışdır və sənayeləşmə prosesi çox geniş vüsət almışdır. Bunun nəticəsində 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yeridir. Bunun nəticəsində yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmış, 49 faizdən 13,2 faizə düşmüşdür. Azərbaycanda aparılan uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində büdcə xərclərimiz 12 dəfədən çox artmışdır. İndi valyuta ehtiyatlarımız 18 milyard dollardan çoxdur və bu, əlbəttə, bizə əlavə əminlik verir və imkan verir ki, gələcəyə də çox böyük nikbinliklə baxaq. Yəni bu statistik göstəricilər özlüyündə göstərir ki, son beş il ərzində biz, həqiqətən, böyük və uğurlu yol keçmişik. Bunun nəticələrini təkcə rəqəmlərdə yox, eyni zamanda, şəhərlərimizin dəyişən simasında görürük, abadlaşan şəhərlərdə, kəndlərdə, çəkilən yollarda, tikilən infrastruktur obyektlərində görürük. Bu, indi bizə imkan verir və gələcəkdə də verəcək ki, biz öz ciddi siyasi və iqtisadi islahatları daha da sürətlə aparaq, Azərbaycanın müasirləşməsi istiqamətində daha da ciddi addımlar atılsın. Nəticə etibarilə bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir ki, Azərbaycanda bütün meyarlar dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələrinin səviyyəsinə çatsın. Bu istiqamətdə hələ çox iş görmək lazımdır. Ancaq beş il ərzində həm regionların sosial-iqtisadi inkişaf proqramının, həm də digər proqramların icrası deməyə əsas verir ki, biz bu məqsədə çatacağıq.

2004-cü ildə proqram qəbul olunanda ona hər şeyi daxil etmək mümkün deyildi. Həyat bizim planlarımıza öz dəyişikliklərini etdi və son beş il ərzində 2004-cü ildə proqramda nəzərdə tutulmayan bir sıra məsələləri həll etdik. Özü də qısa müddət ərzində və istənilən sahədə. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Onlar sadəcə olaraq, niyyətin ifadəsi deyil, yaxud da ki, şüar, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var. Son beş il ərzində biz öz texniki imkanlarımızı əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişik. Bu gün Azərbaycanda istənilən tikinti layihəsi daxili resurslar hesabına icra oluna bilər. Əgər əvvəlki illərdə Azərbaycanda çox böyük tikinti-quraşdırma layihələrinin icrası üçün daha çox xarici firmalara üz tuturduqsa, bu gün yerli şirkətlər öz peşəkarlığını nümayiş etdirirlər. Bu da imkan verir ki, işlərin tam əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən icra olunsun, büdcədən xərclənən vəsait Azərbaycanda qalsın və Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları bundan bəhrələnsinlər.

Yəni əgər dövlət xətti ilə böyük investisiyalar, milyardlarla ölçülən investisiyalar olmasaydı, heç şübhəsiz ki, indi Azərbaycan şirkətlərinin bu qədər imkanları olmazdı. Onlar bu imkanları daha çox dövlət tərəfindən verilən sifarişlər hesabına əldə ediblər. Eyni zamanda, bu, onların maliyyə imkanlarını genişləndirib və bu da öz növbəsində həmin şirkətlərin artıq Azərbaycan iqtisadiyyatının real sektoruna investisiyalar qoymasına gətirib çıxarıbdır.

Yəni bir daha demək istəyirəm ki, bütün bu işlər bir-biri ilə bağlıdır. İlk növbədə, siyasi iradə ortaya qoyulubdur. Digər tərəfdən, konkret proqramlar icra olunmağa başlanmışdır, maliyyə sektorunda nizam-intizam möhkəmləndirilmişdir. Əlbəttə ki, neft-qaz sahəsində görülən işlər maddi imkanlarımızı genişləndiribdir və biz bu imkanlardan çox səmərəli istifadə etdik. Həm investisiyalar qoyuldu, həm də özəl sektorun inkişafına çox gözəl şərait yaradıldı, böyük həcmdə kreditlər verilməyə başlanmışdır. Beləliklə, bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır və dünyanı bürümüş maliyyə və iqtisadi böhran zamanı Azərbaycanda bu, çox az hiss olunur. Biz elə etməliyik ki, böhranın ola biləcək mənfi təsirini maksimum dərəcədə azaldaq və mən şübhə etmirəm ki, buna nail olacağıq.

İndi Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Azərbaycan iqtisadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir. Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, neft-qaz amilindən asılılıq daha da aşağı düşəcəkdir. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcəkdir və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan sonra da ildən-ilə daha da yaxşı yaşayacaqlar. Bu da 2004-cü ilin əvvəlində qarşıya qoyduğumuz ən vacib məqsədlərdən biri idi. Bizim bütün işlərimiz, proqramlarımız, tədbirlərimiz ilk növbədə, Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilməlidir və yoxsulluğun səviyyəsinin aşağı düşməsinin dinamikası bunu çox aydın göstərir.

O da həqiqətdir ki, - dünya tarixindən bunu yaxşı bilirik, - neft və qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir, varlılar daha da varlanır, kasıblar daha da müflisləşir. Eyni zamanda, o da reallıqdır ki, neft-qaz sənayesi çoxlu iş yerlərinin yaradılmasına xidmət etmir. Yəni bu sahədə iş yerlərinin açılması kütləvi xarakter daşımır. Bəzi ölkələrdə nə qədər çox neft-qaz hasil olunursa, insanlar bir o qədər çox kasıblaşırlar. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Bu da bizim üçün böyük bir sınaq, imtahan idi ki, bu böyük maliyyə imkanlarından necə istifadə edəcəyik, onları hansı istiqamətə yönəldəcəyik. Çünki müxtəlif fikirlər var idi və bəzi hallarda indi də biz bunu eşidirik ki, bu vəsaitdən belə istifadə edilməliydi, yaxud da ki, başqa cür istifadə olunmalıydı. Azərbaycanın təcrübəsi və apardığımız siyasət onu göstərir ki, biz öz maliyyə imkanlarımızdan ən düzgün, ən ağıllı şəkildə istifadə etdik. O maliyyə resursları investisiyalara qoyuldu, iqtisadiyyatın real sektoruna qoyuldu, energetika, qazlaşdırma, nəqliyyat, səhiyyə və təhsilə, humanitar sahəyə qoyuldu. Beləliklə, xidmət səviyyəsi qalxdı, imkanlar artdı, biznes üçün daha da yaxşı şərait yaradıldı.

Ən önəmlisi odur ki, neftdən əldə olunan gəlirlər ədalətli bölünür və xalqımız və bütün dünya bilir ki, Azərbaycanın nə qədər valyuta ehtiyatları var, Neft Fondunun gəlirləri nə qədərdir, xərcləri nə qədərdir, gəlirlər necə xərclənir, necə istifadə olunur. Yəni şəffaflıq tam şəkildə təmin olunubdur. Bu da, deyə bilərəm ki, neft-qazla zəngin olan ölkələrdə xüsusi diqqətə layiq olan bir məqamdır. Azərbaycan şəffaflıq təşəbbüsünə qoşulmuş ölkələrin öndə gedənlərindən biridir. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı şəffaflıq sahəsində əldə edilmiş uğurlarla əlaqədar Azərbaycan Dövlət Neft Fondunu xüsusi mükafatla təltif edibdir. Bu şəffaflıq ilk növbədə bizə lazımdır, Azərbaycan xalqına, Azərbaycan dövlətinə lazımdır. Bu şəffaflıq hər yerdə olmalıdır. Bütün maliyyə sahəsində, iqtisadi sektorda maksimum dərəcədə şəffaflıq olmalıdır ki, biz öz imkanlarımızdan maksimum dərəcədə səmərəli istifadə edək. Bu istiqamətdə müəyyən işlər görülüb, ancaq gələcəkdə daha da böyük işlər görülməlidir. Bizim çox böyük potensialımız var.

Böyük iqtisadi imkanlarımız var. Elə etməliyik ki, onlardan yüz faiz səmərəli şəkildə istifadə olunsun. Şəffaflıq tam şəkildə təmin olunsun və beynəlxalq praktikanın ən gözəl nümunələri Azərbaycanda tətbiq olunsun. Mən deyəndə ki, biz öz imkanlarımızdan istifadə edib Azərbaycanda bütün meyarları dünyanın ən qabaqcıl səviyyəsinə gətirib çıxarmalıyıq - o cümlədən bunu nəzərdə tuturam. Çünki biz bilirik ki, inkişaf etmiş ölkələr nəyin hesabına bu inkişafa nail olublar. Onlar heç də neft-qaz hesabına buna nail olmayıblar. İnkişaf etmiş ölkələr bu uğurlara, ilk növbədə, iqtisadiyyatın səmərəliliyi, şəffaflıq, demokratik əsaslar, köklü islahatlar, texnoloji tərəqqi və təhsil sayəsində nail olublar. Biz də onlardan yaxşı nümunələri götürüb, ölkəmizi daha da sürətlə inkişaf etdirməliyik.

Biz son beş il ərzində təkcə iqtisadi işlərlə məşğul olmurduq. Mən bir daha demək istəyirəm, hələ 5 il bundan əvvəl qarşıda duran vəzifələrdən biri də ondan ibarət idi ki, bazar iqtisadiyyatı şəraitində sosial məsələlərin həlli unudulmamalıdır, əksinə, onlar diqqət mərkəzində olmalıdır. Çünki bazar iqtisadiyyatı prinsipləri bizim üçün nisbətən yenidir. 17 il bundan əvvəl Azərbaycanda iqtisadiyyatda özəl sektorun payı sıfır səviyyəsində idi. İndi bu, 85 faizdir. Yəni biz elə sistemdə yaşamışdıq ki, Azərbaycanda heç vaxt bazar iqtisadiyyatı prinsipləri tətbiq edilmirdi. Bizim üçün bu, yenilik idi. Ancaq qısa müddət ərzində biz buna nail olduq. İqtisadiyyatımızın tam əksəriyyəti bazar münasibətləri əsaslarında qurulubdur və səmərəli də işləyir.

Ancaq eyni zamanda, o da reallıqdır ki, bəzi hallarda təkcə iqtisadiyyata verilən diqqət ölkənin hərtərəfli inkişafına xidmət göstərmir. Sosial məsələlərin həlli, sosial proqramlar, ünvanlı sosial yardım, sosial infrastrukturun yaradılması məsələləri bizim üçün ən prioritet məsələlər idi və bu istiqamətdə son beş il ərzində böyük nəticələr əldə edilmişdir. Son beş il ərzində Azərbaycanda minimum əmək haqqı 8,3 dəfə, minimum pensiya təxminən 4 dəfə artıbdır. Azərbaycanda sosial infrastrukturun yeniləşməsinə və yaradılmasına böyük vəsait qoyulubdur. Son beş il ərzində 1600 məktəb tikilib, hamısı da müasir səviyyədə, hamısı da kompyuterlə təmin edilibdir. Beş il ərzində ölkəmizin müxtəlif bölgələrində yüzlərlə tibb ocağı tikilibdir. Onlardan 8-i ən yüksək dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzləridir ki, onlar da ölkəmizin müxtəlif bölgələrində yerləşir. Növbəti 8 müalicə-diaqnostika mərkəzinin tikintisi bu gün davam edir.

İdman qurğuları, olimpiya-idman kompleksləri - son beş il ərzində 10-dan çox olimpiya-idman kompleksi tikilibdir. Yəni bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət göstərir. Azərbaycanın inkişafına xidmət göstərir. Biz artıq nail ola bilmişik ki, bölgələrdə də heç də ən qabaqcıl ölkələrdəkindən geri qalmayan müasir sosial infrastruktur yaradılıbdır. Nə qədər muzeylər, nə qədər teatrlar, mədəniyyət ocaqları təmir olunubdur. Bütün bunları sadalamaq üçün bəlkə bir gün danışmaq lazımdır.

Yəni bir daha demək istəyirəm ki, bizim gördüyümüz işlər hərtərəfli idi. Təkcə hansısa bir sahəyə yönəlməmişdi, ümumiyyətlə, ölkənin qarşısında duran hər bir vəzifə aşkar edilirdi, hər bir problem üzə çıxarılırdı və onun həlli üçün lazımi tədbirlər görülürdü.

Hesab edirəm ki, biz 5 il ərzində tarixi nailiyyətə çatdıq - çadır şəhərciklərinin ləğvinə nail olduq. Mən 2003-cü ildə demişdim ki, bir dənə də çadır şəhərciyi qalmayacaqdır. İndi biri də yoxdur. Bunun əvəzinə, yeni qəsəbələr, yeni infrastruktur yaradılıbdır.

Biz cəmi 5 il ərzində nəqliyyat sektorunda problemlərin böyük bir hissəsini həll etmişik. Dörd aeroport - Naxçıvan, Gəncə, Zaqatala və Lənkəran aeroportları tikilibdir. Bəlkə də, Lənkəran Bakıdan o qədər də uzaqda deyil və indi o qədər sərnişin axını da yoxdur. Nəzərə alsaq ki, indi gözəl yollar da tikilir. Eyni zamanda, Zaqatala aeroportu, bəlkə də, bəziləri deyə bilərdi ki, bu, prioritet deyildir. Ancaq mən hesab edirəm ki, bu, prioritetdir. Çünki bu, bizim strateji maraqlarımıza xidmət göstərir. Bu gün bunlar var və gələcəkdə Azərbaycana daha da böyük dərəcədə xidmət göstərəcəkdir.

Bu gün biz öz tanker donanmamızı, demək olar ki, maksimum dərəcədə təmin etmişik və Xəzərdə yükdaşımalar artır. Yükdaşımalar artdıqca, dəmir yolu daha da çox işləyir, daha da çox iş yerləri yaradılır. Avtomobil yollarının tikintisi geniş vüsət alıbdır, hər bir istiqamətə yollar çəkilir. Həm magistral, həm şəhərlərarası yollar, həm də, ən ucqar kəndlərə müasir yollar çəkilir. Yol çəkilən kimi, dərhal o bölgədə canlanma müşahidə olunur. Bəzi hallarda rayonlarda olarkən mənə müraciət edirdilər, deyirdilər ki, bəlkə bizim kənddə tibb mərkəzi lazım deyil, amma əgər yol çəkilərsə, onda rayon mərkəzinə rahatlıqla gedə, beləliklə, eyni zamanda, bütün problemlərimizi də asanlıqla həll edə biləcəyik.

Bu işlərdə biz bir məqsədi güdürdük ki, Azərbaycanın hərtərəfli infrastruktur potensialı yaradılsın və insanlara yaxşı xidmət göstərilsin. Bazar iqtisadiyyatı, sosial məsələlərin həlli, güclü infrastruktur layihələrinin icra olunması, sahibkarlıqla məşğul olanlara dövlət dəstəyi, kənd təsərrüfatının inkişafı - bu işlərə böyük həcmdə vəsaitlər qoyulubdur. Biz “Aqrolizinq” Səhmdar Cəmiyyətini yaradanda mən vəzifə qoymuşdum ki, qısa müddət ərzində dövlət vəsaiti hesabına gözəl texnikalar alınsın, fermerlərə icarəyə verilsin. Onlar da o texnikadan istifadə edib kənd təsərrüfatı ilə məşğul olsunlar, pul qazansınlar, ölkəyə məhsul versinlər. Amma sonra gördük ki, bu, bizim istəyimizə tam şəkildə gətirib çıxarmır. Nə etdik? Güzəştli şərtlərlə, qiymətin cəmi 25 faizi ilə fermerlərə gübrə verməyə başladıq. Ondan sonra yanacaq, toxumlar. Meliorasiya məsələlərinə böyük diqqət göstərildi və suvarılan torpaqların sahəsi artırıldı. Bunun nəticəsində bir il ərzində biz 300-400 min ton artıq taxıl istehsal etdik. Biz deyəndə, mən fermerləri nəzərdə tuturam, çünki Azərbaycanda kənd təsərrüfatı tamamilə özəl prinsiplər əsasında işləyir.

Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edirik. Çünki indi ərzaq təhlükəsizliyi məsələləri artıq müzakirə mövzusudur. Gələcəkdə buna daha da böyük diqqət göstəriləcəkdir.

O ölkələr ki, onların enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi təmin olunmayıb, bu gün böyük problemlərlə üzləşir və gələcəkdə də üzləşəcəkdir. Artıq görürük ki, bəzi ölkələr öz hesabına yaşaya bilmir. Ya kredit almaq üçün beynəlxalq maliyyə qurumlarına, yaxud da başqa-başqa dövlətlərə üz tuturlar. Bu da aydındır ki, kim pul verirsə, o da musiqini sifariş edir. Biz artıq bunun ilkin təzahürlərini görürük və istisna olunmur ki, bu, gələcəkdə daha da böyük dərəcədə baş versin.

Beləliklə, ola bilər ki, ölkələr istər-istəməz öz müstəqil siyasətinə müəyyən məhdudiyyətlər qoysun. Azərbaycan isə tam şəkildə özünü təmin edən ölkədir. Onu da deyə bilərəm ki, bizə də kreditlərin verilməsi üçün başqa ölkələrdən müraciətlər daxil olur.

Ona görə, təhlükəsizlik, eyni zamanda ərzaq təhlükəsizliyidir. Bu gün buraya gəlməmişdən əvvəl mən aşağıda - sərgidə Azərbaycanda son illər ərzində yaradılmış sənaye müəssisələrinin məhsulları ilə növbəti dəfə tanış oldum. Bir də gördüm ki, biz tam şəkildə özümüzü təmin edirik. Bu gün biz özümüzü ərzaq məhsulları ilə maksimum dərəcədə təmin etmişik. Azərbaycanda yaradılan çox gözəl, müasir emal müəssisələri həm bizim tələbatımızı ödəyir, həm də ki, onların gözəl ixrac potensialı vardır. Bu da çox müsbət haldır. Çünki ixrac potensialı onu göstərir ki, məhsul həqiqətən də keyfiyyətlidir.

Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik məsələsidir, həm iqtisadi məsələdir, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin, demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində yaşayır.

Bir də demək istəyirəm, son beş il ərzində o qədər çox işlər görülüb ki, onların hamısını sadalamaq üçün çox vaxt lazımdır. Ancaq mən bir neçə məqam üzərində dayanmaq istəyirəm. Elektroenergetika sahəsi - buna çox böyük diqqət verilmişdir. Çünki bu, iqtisadiyyatın əsasıdır. Son beş ildə Azərbaycanda 9 elektrik stansiyası tikilmişdir. Onların ümumi istehsal gücü 1000 meqavatdan çoxdur. Bu stansiyalar ölkəmizin müxtəlif bölgələrində tikilibdir. Beləliklə, bu sahəyə də biz öz prinsipimizi, yəni şaxələndirmə prinsipini gətirdik. Bu, həm itkilərin azalmasına kömək edir, həm də ki, hər bir bölgədə güclü energetika potensialı yaradılmalıdır. Bu il əlavə 2 stansiya istismara veriləcəkdir. Onların ümumi istehsal gücü təxminən 600 meqavat olacaqdır. Daha 2 stansiyanın tikintisi gedir və onların da istehsal gücü 1000 meqavata yaxın olacaqdır. Yəni görülən işlər nəticəsində Azərbaycanda energetika sistemində 3 min meqavata yaxın əlavə güc yaradılacaqdır. Onu da demək istəyirəm ki, bütün dövrlərdə Azərbaycanda yaradılmış elektrik stansiyalarının maksimum gücü 4500 meqavat olubdur. Yənu bu, indi üçün, gələcək üçün böyük nailiyyətdir. Növbəti illərdə artıq biz bərpa olunan enerji növlərinin inkişafı ilə məşğul olacağıq. Artıq göstəriş verilib ki, biz öz su mənbələrimizdən, çaylarımızdan maksimum dərəcədə istifadə etməliyik. Günəş, külək enerjisi ilə məşğul olacağıq. Ancaq daha rahat şəkildə, çünki bu işlərin böyük əksəriyyəti artıq görülübdür.

Eyni zamanda, beş il ərzində Azərbaycanda qazlaşdırma prosesi çox sürətlə getdi. Beş il bundan əvvəl Azərbaycanda qazlaşdırma 60-62 faiz idi. Bu gün 85 faizdir və vəzifə qoyulub ki, biz bunu 93-95 faizə qaldıraq. Ondan çox, bəlkə də, ehtiyac yoxdur, başqa vasitələrdən istifadə etmək olar. Son beş ildə 8 rayona qaz verilibdir. Naxçıvan Muxtar Respublikası 13 il fasilədən sonra təbii qazla təmin olunur və bu gün Naxçıvan tamamilə qazlaşdırılmışdır. Vaxtilə qazın verilməsi dayandırılmış rayonların qaz təchizatı bərpa edildi. Ağcabədi, İmişli, Beyləqan, Ağdam rayonunun Quzanlı qəsəbəsi, Füzuli rayonunun Horadiz şəhərinə qaz verildi. Tarixdə heç vaxt qaz almayan Yardımlı və Lerikə də qaz xətləri çəkilmişdir. Bunun nə demək olduğunu bu işlərdə təcrübəsi olan insanlar bilirlər. Çünki dağ rayonlarına qaz xətti çəkmək həm texniki cəhətdən çox böyük problemdir, həm də böyük vəsait tələb edir. Yəqin ki, məhz ona görə vaxtilə o rayonlara qaz xətti çəkilməmişdir. Çünki çox böyük pul tələb edirdi. Onu da biz etdik. Bu gün Azərbaycanda elə rayon yoxdur ki, ora təbii qaz verilməsin və biz bu işi davam etdirəcəyik. Bu həm insanlara rahatlıq verir, həm də yeni müəssisələrin yaradılmasına xidmət göstərir. Əgər elektrik enerjisi və qaz olmasa, heç bir yeni müəssisə yaradıla bilməz. Bu, heç kim üçün sirr deyildir.

Bir sözlə, mən sözümün sonunda bir daha demək istəyirəm ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbul edilməsi və uğurla icrası bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Deyə bilərəm ki, bu, tarixi bir nailiyyətdir. Növbəti beş il ərzində biz bu istiqamətdə siyasətimizi artıq bu gözəl əsas üzərində davam etdirəcəyik. Bütün iqtisadi, maliyyə böhranlarına baxmayaraq, biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycanın hərtərəfli inkişafı üçün, ölkəmizin zənginləşməsi üçün, insanların rahat yaşaması üçün öz səylərimizi davam etdirəcəyik.

İndi isə söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə, ondan sonra başqa yoldaşlar da çıxış edəcəklər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium