Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Bugünkü iclasda biz ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bildiyiniz kimi, bir ilə yaxındır ki, dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyübdür. Keçən il altı ayın yekunlarını müzakirə edərkən biz gələn o böhranın ilkin görüntülərini, demək olar ki, qeyd etmişdik. Görülən tədbirlər nəticəsində və ümumiyyətlə, Azərbaycanda son illər aparılan islahatlar nəticəsində biz nail ola bilmişik ki, bu böhranın Azərbaycana təsiri minimum dərəcədə hiss olunur. Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir.

Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. Çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən işlər bizim iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür.

İlin birinci yarısında sosial məsələlərin həlli də uğurla davam edir, bütün sosial proqramlar həyata keçirilir. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir. Ünvanlı sosial yardımı alan insanların sayı 800 minə çatmışdır və orta hesabla hər bir ailəyə yüz manat yardım göstərilmişdir. Bu da çox böyük məbləğdir və çətin vəziyyətdə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən görülən konkret tədbirdir.

Bu il inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1 faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya insanların sosial vəziyyətinə təsir etməmişdir. Əgər nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri 19 faiz artmışdır, onda görərik ki, real gəlirlər təxminən 15-16 faiz təşkil edir. Orta əmək haqqı bu il təxminən 15 faiz artmışdır. Yəni bütün bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan iqtisadi islahatlar davam etdirilməlidir. Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün hər şeyi edir.

Regionların inkişafında ümidverici meyillər davam edir. Baxmayaraq ki, son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə də davam edir. Ötən altı ayda Azərbaycanda 35 min yeni iş yerləri açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır.

Bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da deməliyəm ki, birinci altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur. Yəni Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Bir daha demək istəyirəm, bu onu göstərir ki, Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. İndiki vəziyyət çox ürəkaçandır və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər davam edəcəkdir.

Biz enerji təhlükəsizliyi məsələlərinin həlli ilə mütəmadi qaydada məşğuluq və deyə bilərəm ki, bu sahədə qarşıda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycanda görülən tədbirlər nəticəsində neft-qaz hasilatı ilbəil artır. Azərbaycan nəinki neft, eyni zamanda qaz ixracı ilə çox ciddi məşğuldur. Biz, demək olar ki, bütün qonşu ölkələrə qaz ixrac edirik və gələn ildən bu proqram tam şəkildə təmin olunacaqdır. Eyni zamanda, ölkə əhalisini keyfiyyətli qazla təmin etmək üçün əlavə tədbirlər görülüb və əlavə investisiyalar hesabına bu sahədə də çox ciddi irəliləyiş olacaqdır. Biz, eyni zamanda, elektrik enerjisinin ixracı ilə məşğuluq. Baxmayaraq ki, bir neçə il bundan əvvəl Azərbaycan elektrik enerjisini xaricdən idxal edirdi.

Bu gün biz yenə də bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edirik. Bu il istifadəyə veriləcək Sumqayıt və Quba elektrik stansiyalarının fəaliyyəti nəticəsində bu ixrac daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Bu, həm Azərbaycanın bölgədə mövqelərini möhkəmləndirir, iqtisadi potensialını gücləndirir və həm də onu göstərir ki, biz milli sərvətimiz olan neft və qazdan səmərəli şəkildə istifadə edirik, onları emal edirik. Həm bütün dünyaya xam neft, həm də qonşu ölkələrə neft məhsulları ixrac edilir. Baxmayaraq ki, Azərbaycan bu bölgədə, demək olar, ən az neft-qaz hasil edən ölkədir, biz qonşu ölkələrə emal olunmuş məhsullar ixrac edirik. Eyni zamanda, deyə bilərəm ki, elektrik enerjisinin ixracı tarixi nailiyyətdir.

Nəqliyyat sektorunda birinci altı ayda bütün nəzərdə tutulmuş proqramlar icra edilmişdir. Azərbaycanın nəqliyyat infrastrukturu - istər avtomobil yolları, istərsə də hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu yeniləşir, müasirləşir və bütün dünya standartlarına cavab verir. Metro tikintisinə böyük vəsait qoyulur. Bütün bunları biz ona görə edirik ki, Azərbaycanın imkanlarını daha da artıraq, insanların rahat yaşaması üçün əlavə tədbirlər görək.

Bir sözlə, demək olar ki, birinci altı ayda bütün nəzərdə tutulmuş vəzifələr öz həllini tapıbdır. Baxmayaraq ki, bir daha demək istəyirəm, dünyada yaşanan böhran və eyni zamanda, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində təbii olaraq bizim gəlirlərimiz azalıbdır. 2009-cu ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdu. Ancaq reallıq onu göstərir ki, orta hesabla təxminən 40-50 dollar civarındadır. Buna baxmayaraq, bizim kifayət imkanlarımız var, resurslarımız var. Biz son illər ərzində özümüzü böyük dərəcədə gücləndirə bilmişik və belə olan halda, təbii ki, Azərbaycan bu böhrandan da üzüağ çıxacaqdır.

Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Keçən ay ordu günü ərəfəsində keçirilmiş genişmiqyaslı hərbi təlimlər bir daha bizim gücümüzü göstərdi. Keçən il biz hərbi parad keçirməklə öz hərbi texnikamızı nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Dağlıq Qarabağdakı insanlar və oraya qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar. Budur bizim prinsipial mövqeyimiz və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Ümid edirəm ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını, - həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını, - təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Biz, əlbəttə, çox istəyirik və çalışırıq ki, nə qədər mümkünsə, məsələ tez öz həllini tapsın ki, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər. Ancaq bu razılaşma birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir. Hesab edirəm ki, danışıqlar masasında mövcud olan təkliflər bu məsələni dediyim şəkildə həll edə bilər.

Biz növbəti altı ayda da səmərəli işimizi davam etdirməliyik. Azərbaycan həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməlidir. Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur və qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq və əminəm ki, bu, beynəlxalq əlaqələrdə yeganə mümkün olan prinsipdir. Azərbaycanın gələcək inkişaf perspektivləri çox müsbətdir. Bir daha demək istəyirəm ki, biz öz işimizi sistemli, planlı şəkildə aparırıq və belə olan halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.

İndi isə keçək müzakirələrə və söz verilir maliyyə naziri Samir Şərifova.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər