Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün çox əlamətdar bir gündür. Sumqayıtda yeni elektrik stansiyasının təməlqoyma mərasimi keçirilir. Bu, çox böyük hadisədir. Azərbaycanın müasir tarixində çox əlamətdar bir hadisədir. Stansiyanın tikintisi təxminən iki, iki il yarım çəkəcəkdir və ondan sonra Azərbaycanın vahid energetika sisteminə gücü 500 meqavatdan çox olan stansiya daxil olacaqdır.

Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir. Görülən işlərin əyani nəticəsi kimi yüz minlərlə yeni iş yeri açılıbdır. Regionların sosial-iqtisadi inkişafı sürətlə gedir və əlbəttə ki, hər yeni yaranan müəssisə, yeni tikilən ev, bina elektrik enerjisi tələb edir. Bunu təmin etmək üçün isə yeni stansiyalar tikilməlidir.

Azərbaycanın zəngin neft və qaz ehtiyatları vardır. Bu baxımdan Azərbaycanın enerji təhlükəsizliyi təmin olunur və gələcəkdə də təmin olunacaqdır. Ancaq bildiyiniz kimi, xüsusilə qış aylarında bəzi yerlərdə enerji qıtlığı yaranır və bunu aradan qaldırmaq üçün yeni stansiyalar tikilməlidir. Bu istiqamətdə məqsədyönlü işlər aparılır və yeni, müasir stansiyalar tikiləcəkdir. Bakıda “Şimal-2” elektrik stansiyasının, Əli Bayramlıda stansiyanın tikintisi nəzərdə tutulubdur. 2006-cı ilin sonuna qədər kiçik həcmli modul elektrik stansiyaları da tikilib istifadəyə veriləcəkdir ki, bu da təxminən 400-500 meqavat əlavə gücü təmin edəcəkdir.

Bu gün Sumqayıtda 506 meqavat gücündə olan stansiyanın təməlini qoyuruq. Mən əminəm ki, stansiya ən yüksək dünya standartlarına cavab verəcək, burada ən müasir texnologiyalar tətbiq olunacaqdır. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda yaradılan hər yeni müəssisə, infrastruktur obyekti dünyanın ən yüksək standartlarına cavab versin. Təsadüfi deyil ki, stansiyanın inşasında dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens” şirkəti iştirak edəcək və şübhə etmirəm ki, burada bütün işlər ən yüksək səviyyədə görüləcəkdir.

Bu fürsətdən istifadə edib, stansiyanın tikintisinin maliyyə məsələlərinin həllində iştirak etmiş banklar sindikatının nümayəndələrinə də öz təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycana, Azərbaycanın gələcəyinə böyük inam var. Əgər bu inam olmasaydı, banklar Azərbaycana və burada yaranan müəssisələrə bu həcmdə kreditlər ayırmazdı. Vaxt var idi ki, kreditlərin alınması bizim üçün problem idi, Azərbaycan çox riskli bir ölkə kimi dünyada tanınırdı. Azərbaycanın iqtisadiyyatı inkişaf etmirdi və bizim üçün alınan hər kredit böyük hadisəyə çevrilirdi. Bu gün bizim qarşımızda belə problem durmur. Amma, eyni zamanda çox sevindirici haldır ki, Azərbaycana kreditləri beynəlxalq aləmdə tanınan banklar verirlər və bu vəsaitin hesabına stansiya tikiləcəkdir.

Azərbaycan iqtisadi və sosial baxımdan çox sürətlə inkişaf edir. Bölgələrdə aparılan işlər, yeni iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması, işsizliyin aradan qaldırılması, yoxsulluqla mübarizə - bütün bu istiqamətlərdə müsbət nəticələr var. Biz istəyirik ki, bu nəticələr daha da böyük olsun və buna nail olacağıq. Bunu etmək üçün iqtisadi potensial güclənməlidir. Energetika isə iqtisadiyyatın inkişafında ən mühüm rol oynayan sahədir. Əgər elektrik enerjisi olmasa, heç bir müəssisə işləməyəcək, binalar tikilməyəcək və ümumiyyətlə inkişaf getməyəcəkdir.

Azərbaycanın üstünlüyü ondadır ki, biz ölkəmizin enerji təhlükəsizliyini təmin edirik. Bunun təməli 1970-ci illərdə qoyulmuşdu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində, görülən tədbirlər nəticəsində 1970-ci illərdə Azərbaycanda çox güclü energetika potensialı yaranmışdı. Baxmayaraq ki, 1970-ci illərdə Azərbaycan müstəqil ölkə deyildi, ancaq energetika sahəsində müstəqilliyə nail olmuşdu. 1990-cı illərdə Azərbaycan çox çətin, ağır problemlərlə üzləşəndə xalqımızın lideri Heydər Əliyevin səyləri ilk növbədə energetika sisteminin bərpasına, inkişafına yönəldilmiş və çox böyük işlər görülmüşdü. Yeni elektrik stansiyaları tikildi və Azərbaycanda elektrik enerjisi qıtlığı yavaş-yavaş aradan qaldırıldı.

İndi isə yeni mərhələ başlanmışdır. Bu mərhələ də ondan ibarət olacaq ki, Azərbaycanda çox böyük həcmdə enerji gücü yaranacaqdır. Mən şübhə etmirəm ki, bizim elektrik enerjisinə olan bütün tələbatımız ödəniləcəkdir. Bir neçə ildən sonra isə biz hətta elektrik enerjisini ixrac etməyə də qadir olacağıq. Beləliklə, Azərbaycanın iqtisadiyyatı hərtərəfli inkişaf edəcək, yeni iş yerləri yaranacaq, yeni müəssisələr, fabriklər, zavodlar işə düşəcəkdir. Bu, bizim məqsədimizdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, iqtisadi potensial daha da möhkəmlənsin və nəticə etibarilə Azərbaycan xalqı daha da yaxşı yaşasın.

İldən-ilə sosial məsələlərin həllinə böyük diqqət göstərilir. Son ilyarım ərzində minimum əmək haqqı 60 min manatdan 125 min manata qaldırılmışdır. Bir neçə aydan sonra isə minimum əmək haqqı 150 min manat olacaqdır. Pensiyalar, tələbələrin təqaüdləri qaldırılacaq, bütün başqa sosial məsələlər öz həllini tapacaqdır. Amma sirr deyil ki, buna nail olmaq üçün ilk növbədə iqtisadiyyat güclənməlidir. İqtisadiyyatın güclənməsi üçün həm islahatlar aparılmalıdır, həm də regional inkişaf proqramı həyata keçirilməlidir və ilk növbədə, bizim energetika potensialımız güclənməlidir.

Mən çox şadam ki, biz buna nail oluruq. Yadımdadır, prezident seçkiləri ərəfəsində mənim iqtisadi proqramımın bir hissəsi də məhz energetika problemlərinə həsr olunmuşdu və enerji təhlükəsizliyi məsələləri orada öz əksini tapmışdı. Yadımdadır, bəyan etmişdim ki, Azərbaycanda, Sumqayıtda 500 meqavat gücündə yeni stansiya tikiləcəkdir. Bütün bu müddət ərzində həm banklarla, həm də şirkətlərlə çox gərgin iş gedirdi, danışıqlar gedirdi və nəticədə, biz bu gün stansiyanın tikintisinə başlayırıq.

Azərbaycan elə bir ölkədir ki, burada iqtisadi inkişaf çox sürətlə gedir və gedəcəkdir. 1994-cü ildə və sonralar ulu öndər Heydər Əliyev tərəfindən atılan cəsarətli və müdrik addım - neft müqavilələrinin imzalanması bu gün Azərbaycanı iqtisadi cəhətdən müstəqil ölkəyə çeviribdir. Biz çox xoşbəxtik ki, sözün əsil mənasında, müstəqil siyasət aparmaq iqtidarındayıq, heç kimdən asılı deyilik. İqtisadi cəhətdən heç kimdən asılı deyilik və əlbəttə ki, siyasi cəhətdən də müstəqil siyasət aparmaq iqtidarındayıq. Bu, böyük xoşbəxtlikdir, böyük nemətdir. Sizə deyə bilərəm, dünyada bir çox ölkə var ki, bu imkanla öyünə bilmir.

İqtisadi potensialın güclənməsi bizim mövqelərimizi möhkəmləndirəcək, bölgədəki nüfuzumuzu artıracaq, dünyada gedən proseslərə təsirimizi gücləndirəcəkdir. Ona görə, biz bu stansiyanın tikintisinə sadəcə bir iqtisadi layihə, yaxud da infrastruktur layihəsi kimi baxmırıq. Bu, bizim ümumi siyasi konsepsiyamızın tərkib hissəsidir və şübhə etmirəm ki, xalqın dəstəyi ilə biz öz proqramımızı axıra qədər icra edəcəyik, Azərbaycanı, Azərbaycan xalqını narahat edən problemlərin hamısını aradan qaldıracağıq. İşsizlik aradan qaldırılmalıdır, yoxsulluq azadılmalıdır və aradan qaldırılmalıdır. Azərbaycanın iqtisadiyyatı ildən-ilə inkişaf etməlidir və Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır.

Stansiyanın tikintisi eyni zamanda beynəlxalq əməkdaşlığın təzahürüdür. Qeyd etdim ki, bu stansiyanı Almaniyanın “Siemens” şirkəti tikəcəkdir. Fürsət düşmüşkən, demək istəyirəm ki, biz Azərbaycan-Almaniya əlaqələrinə çox böyük önəm veririk. Keçən ilin avqust ayında mən Almaniya Federativ Respublikasına rəsmi səfər etmişdim. Həm Prezident, həm də kanslerlə və başqa vəzifəli şəxslərlə çox səmərəli danışıqlar aparılmışdır və bizim aramızda çox işgüzar münasibətlər mövcuddur. Həm siyasi müstəvidə, həm də iqtisadi və mədəni sahələrdə Almaniya-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir.

Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biridir və bildiyiniz kimi, bizim siyasətimizin önəmli istiqaməti Avropa məkanına inteqrasiyadan ibarətdir. Biz indi Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinin çərçivələrini müəyyən edirik. Azərbaycan bu proqrama daxil olunubdur. Bizim ikitərəfli münasibətlərimizdə, eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələrində Almaniyanın dəstəyini həmişə hiss edirik.

Eyni zamanda, Fransanı təmsil edən maliyyə qurumları da bu stansiyanın tikintisində, onun maliyyə məsələlərinin həllində iştirak edəcəkdir. Onu da demək istəyirəm ki, Fransa ilə Azərbaycanın çox gözəl əlaqələri var. Mənim Fransaya həm rəsmi səfərlərim, eyni zamanda işgüzar səfərlərim, aparılan danışıqlar onu göstərir ki, iki ölkə arasında doğrudan da çox səmərəli, işgüzar əlaqələr mövcuddur. Çoxlu birgə layihələrimiz var.

Bu stansiyanın tikintisi eyni zamanda beynəlxalq əməkdaşlığın təzahürüdür, beynəlxalq əməkdaşlığın möhkəmlənməsidir. Azərbaycan regionda öz mövqelərini gücləndirir və bizim imkanlarımız artdıqca, iqtisadi sahədə Avropanın aparıcı şirkətləri ilə daha da çox işlər görəcəyik.

Azərbaycanın büdcəsi ildən-ilə artır. Gələn il bu, çox kəskin şəkildə artacaqdır. Azərbaycanın qarşısında həllini tələb edən çox böyük layihələri var. Biz Azərbaycanın mövcud olan bütün infrastrukturunu yeniləşdirməliyik. Yeni elektrik stansiyalarının tikintisinə, su xətlərinin çəkilməsinə, Bakının içməli su ilə təmin olunmasına, yeni avtomobil yollarının salınmasına, dəmir yollarının bərpasına, yeni hava limanlarının tikintisinə, nəqliyyat infrastrukturunun bərpasına, sosial məsələlərə çox böyük diqqət göstəriləcəkdir.

Fürsətdən istifadə edib demək istəyirəm ki, “Siemens” şirkəti səhiyyə sahəsində də böyük təcrübəyə malikdir. Azərbaycanda yeni xəstəxanalar, yeni məktəblər, digər sosial obyektlər tikiləcəkdir. Yəni onu demək istəyirəm ki, Azərbaycanda görüləsi işlər çoxdur. Bizim iqtisadi imkanlarımız gücləndikcə, maliyyə durumumuz yaxşılaşdıqca, əlbəttə, istəyəcəyik ki, dünyanın aparıcı şirkətləri ilə, Avropa şirkətləri ilə daha da səmərəli işbirliyi quraq, əməkdaşlıq edək. Ümid edirəm ki, gələcək illərdə Azərbaycanda belə böyük layihələrin həyata keçirilməsi ənənəyə çevriləcək və biz dostlarımızla, xarici şirkətlərlə bundan sonra da səmərəli işləyəcəyik.

Əziz dostlar!

Sizin hamınızı bir daha ürəkdən salamlayıram. Mən çox şadam ki, bu stansiya məhz Sumqayıtda tikilir. Vaxtilə burada, bu ərazidə stansiya var idi. Ancaq o, artıq köhnəlmişdi və qərar qəbul olundu ki, məhz bu yerdə Sumqayıt üçün, sumqayıtlılar üçün lazım olan, onlara xidmət edəcək yeni stansiya tikilsin və istifadəyə verilsin.

Mən sizin hamınızı bu münasibətlə bir daha təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Prezident İlham Əliyev buxar-qaz qurğusunun tikildiyi yerə gəldi. Tikintidə çalışanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Respublikamızın rəhbəri tikintinin layihəsi ilə tanış oldu. “Siemens” şirkətinin vitse-prezidenti Norbert König burada görüləcək işlər barədə konkret məlumat verdi.

Sonra Prezident İlham Əliyev Sumqayıt buxar-qaz qurğusunun təməlinə xatirə gilizini qoydu və ilk beton qarışığını tökdü, inşaatçılara uğurlar arzuladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub