Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab Baş nazir!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Türkiyə Cümhuriyyətinin Baş naziri, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatır. Deyə bilərəm ki, səfər çox uğurlu idi. Apardığımız danışıqlar, keçirdiyimiz görüşlər bizi bir daha əmin etdi ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr ən yüksək səviyyədədir, bizim dostluğumuz, qardaşlığımız xalqlarımız üçün, gələcəyimiz üçün çox önəmli bir amildir. Biz bütün zamanlarda bir yerdə olmuşuq. Bütün zamanlarda bir-birimizə dayaq-dəstək olmuşuq.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra biz Türkiyənin dəstəyini, köməyini daim hiss edirik və bu dəstəyə görə qardaş kimi minnətdaram. Azərbaycanın ən ağır anlarında Türkiyə daim bizim yanımızda idi, bizi dəstəkləyirdi. Azərbaycanın haqq işinin dünya birliyində müdafiə olunmasında Türkiyə dövlətinin, hökumətinin rolu müstəsna əhəmiyyət daşıyırdı. Bizi ən çox narahat edən, Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Türkiyənin dəstəyini, yardımını hər an hiss edirik, onu duyuruq və bu bizə çox böyük dəstəkdir.

Azərbaycan bu münaqişəni dinc yolla, danışıqlar yolu ilə həll etməyə çalışır. Ancaq onu da bilməliyik ki, bu məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Etnik təmizləmə siyasətindən əziyyət çəkən bir milyon azərbaycanlı qaçqın və köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Artıq beynəlxalq təşkilatlar bu məsələyə daha böyük diqqətlə yanaşırlar. Yenə də xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyənin bu işdə fəaliyyəti, dünyadakı nüfuzu, beynəlxalq təşkilatlardakı rolu bu məsələnin ədalətli həlli işində çox mühüm rol oynayır.

Bizi birləşdirən müştərək tariximizdir, etnik köklərimizdir, dinimiz, dilimiz, mədəniyyətimizdir. Azərbaycan xalqı və Türkiyə xalqı əsrlər boyu milli mənliklərini qoruyub saxlamışlar və bu gün də müstəqil dövlətlər kimi dünya birliyində öz layiqli yerlərini tutublar. Bizim gücümüz birliyimizdədir. Biz bunu hiss edirik, bunun müsbət nəticələrini görürük. Bu gün mən dünyada Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq ölkələr tanımıram. Bu müttəfiqlik tarixi köklərə əsaslanır, bizim birgə maraqlarımıza, Azərbaycan və türk xalqlarının iradəsinə, arzusuna əsaslanır. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu dostluğu, qardaşlığı daha da möhkəmləndirək, onu əbədi edək.

Böyük öndər Mustafa Kamal Atatürkün sözləri yadıma düşür: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur ifadəsi yada düşür: “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”. Bu, həqiqətən, bizim gələcəyimizi müəyyən edəcək amillərdir. Azərbaycan və Türkiyə birliyi, qardaşlığı möhkəm zəmində qurulubdur. Mən şübhə etmirəm ki, gələcəkdə bizim birgə fəaliyyətimiz bölgədə gedən proseslərə müsbət təsir edəcək və bölgədəki çəkimizi artıracaqdır.

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq bütün bölgə üçün, bütün region üçün bir örnəkdir. Bizim birgə səylərimiz nəticəsində bölgədə ən böyük enerji layihəsi - Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi həyata keçirilir. Bildiyiniz kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilərək, bu kəmərə Heydər Əliyevin adı verildi. Eyni zamanda, böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, Türkiyənin Ceyhan limanına da Heydər Əliyevin adı verilibdir. Bu qərar Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu, Heydər Əliyevin xatirəsinə olan böyük hörmətdir.

Bu fürsətdən istifadə edib bildirmək istəyirəm ki, son vaxtlar Türkiyənin müxtəlif yerlərində Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan xalqında böyük minnətdarlıq hissi oyadır və mən Azərbaycan xalqının Prezidenti kimi türk xalqına bu diqqətə, bu qayğıya, bu məhəbbətə, bu münasibətə görə Türkiyə dövlətinə, hökumətinə öz minnətdarlığımı bildirirəm.

Bizi gələcəkdə daha böyük layihələr gözləyir. Bu gün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi haqqında fikir mübadiləsi aparıldı. Məmnunluq hissi ilə bildirildi ki, bu layihə uğurla icra edilir və gələn ilin sonuna qədər biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsini qeyd edəcəyik. Eyni zamanda, bölgədə işbirliyinin inkişafı üçün mühüm əhəmiyyət daşıyan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi də müzakirə olundu və ümid edirəm ki, bu istiqamətdə də lazımi addımlar atılacaqdır. Bizim beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz də çox uğurludur.

Türkiyə-Azərbaycan əlaqələri haqqında saatlarla məhəbbətlə, sevgi ilə danışmaq olar. Mən sizin vaxtınızı çox almaq istəmirəm. Bu gün çoxlu görüşlər oldu, çoxlu nitqlər söylənildi. Ancaq onu demək istəyirəm ki, biz Azərbaycanda bu ikitərəfli münasibətlərə xüsusi yer ayırırıq. Bu münasibətlər müstəsna xarakter daşıyır. Bunlar Azərbaycan və Türkiyə üçün lazımdır. Bizim ölkələrimizin inkişafı üçün lazımdır. Gələcək nəsillərin rahat, firavan yaşaması üçün lazımdır. Amma eyni zamanda, bu münasibətlər bizim ürəyimizdə yaşayır. Biz qardaşıq, bizi heç nə ayıra bilməz. Türk və Azərbaycan xalqlarının xoşbəxt gələcəyi bizim birliyimizdədir.

Hörmətli Baş nazir, mən Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Sizə və bütün türk xalqına xoşbəxtlik, səadət, firavanlıq arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir