Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz naxçıvanlılar!

Əziz bacılar və qardaşlar!

Mən sizi bu yağışın altında çox saxlamaq istəmirəm. Amma eyni zamanda, öz ürək sözlərimi demək istəyirəm.

Mən bu gün səhərdən Naxçıvandayam. Naxçıvanda böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Naxçıvanda Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni hava limanı açıldı. Biz onun açılışında iştirak etdik. O, bütün yüksək standartlara cavab verən hava limanıdır və naxçıvanlılara gözəl xidmət edəcəkdir. Naxçıvanda yeni kompüter tomoqrafiyası kabineti yaradılmışdır. İndi naxçıvanlılar müayinədən keçmək üçün başqa şəhərlərə, Bakıya, yaxud da xaricə getməyəcəklər, burada pulsuz olaraq müayinədən keçəcəklər.

Bu gün yeni kitabxana ilə tanış olduq. Universitetin gözəl kitabxanası öz qapılarını açdı. Demək olar ki, Naxçıvanda bütün dünya standartlarına cavab verən kitabxana yaradılıbdır. Eyni zamanda, hərbi hissədə olmuşam. Deyə bilərəm ki, bu hərbi hissə Azərbaycanda bütün hərbi hissələr üçün nümunə, örnək ola bilər. Çünki orada görülən işlər belə şəraiti yaradıbdır. Əsgərlər, zabitlər orada gözəl xidmət edirlər.

Bu gün Təbii Ehtiyatlar İnstitutunun binasının açılışıdır, sabah digər tədbirlər də keçiriləcəkdir. Eyni zamanda, bilirsinz ki, Heydər Əliyevin təşəbbüsü ilə burada böyük məktəb binası tikilir. Əminəm ki, bu məktəb də Azərbaycanda bir nömrəli məktəb olacaqdır. Çünki o, Heydər Əliyevin adını daşıyacaq, çünki onun təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Bu gün yeni üzgüçülük kompleksi ilə tanış olduq. Bu da xalqımıza xidmət edəcəkdir. Naxçıvanda digər tədbirlər də həyata keçirilir. Bu, məni çox sevindirir. Naxçıvan bizim hamımız üçün doğma diyardır, əziz vətəndir. Mənim atamın vətənidir. Demək, mənim də vətənimdir. Hər bir azərbaycanlının vətənidir.

Mən çox xoşbəxtəm, çox sevinirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan yaşayır, inkişaf edir. Burada yeni mədəniyyət ocaqları, səhiyyə ocaqları, insanlara xidmət edəcək müəssisələr yaradılır. Bu, belə də olacaqdır. Naxçıvan daim, bütün zamanlarda ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində idi. Bu diqqət bundan sonra da göstəriləcəkdir.

Mən bu fürsətdən istifadə edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onun yorulmaz fəaliyyəti nəticəsində burada böyük işlər görülübdür. Ümummilli liderimiz Heydər Əliyev hər dəfə Naxçıvana gələndə buradan böyük ruh yüksəkliyi ilə qayıdırdı. İkinci tərəfdən, əlbəttə, bura onun doğma vətənidir. Əlbəttə ki, burada keçirdiyi günlər onun üçün çox əziz idi.

Eyni zamanda, Heydər Əliyev görəndə ki, blokada şəraitində, ağır vəziyyətdə yaşayan Naxçıvan, - demək olar ki, Naxçıvan Azərbaycanın yeganə diyarıdır ki, buraya təbii qazın verilməsi hələ mümkün deyil, qışda havalar soyuq keçir, bəzi hallarda elektrik enerjisi verilməsində problemlər yaranır, amma biz bütün bu məsələləri həll edəcəyik, görüləcək tədbirlər nəticəsində bu məsələlər öz əksini tapacaqdır, - Naxçıvan çiçəklənir, inkişaf edir, burada abadlıq işləri gedir, bu, onu çox sevindirirdi. Məni də çox sevindirir. Bu güclənən yağış da mənim sözümün qüvvətidir.

1990-1993-cü illərdə, Naxçıvanın ən çətin dövründə Heydər Əliyev naxçıvanlılarla birlikdə olubdur. O, Naxçıvana gəldi və naxçıvanlılar onu qorudular. Bundan sonra Heydər Əliyev Naxçıvanın rəhbərliyinə gəldi və o, naxçıvanlıları qorudu.

O dövrlərdə Heydər Əliyev xalqla bir idi. Heydər Əliyev – xalq birliyi imkan verir ki, Azərbaycan çox uğurla inkişaf etsin. Naxçıvan, blokada şəraitində yaşayan əziz diyarımız inkişaf edir, çiçəklənir, güclənir və bu ənənələr, bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Bu gün mən də sizinlə bərabər bu yağışın altındayam. Amma mən bu yağışı hiss etmirəm. Sizin göstərdiyiniz qonaqpərvərliyi, istiqanlılığı, məhəbbəti görəndə mənə elə gəlir ki, sanki səmada günəş çıxıbdır. Mən sizin hamınıza bir daha öz dərin hörmət və ehtiramımı, məhəbbətimi bildirirəm. Sizə öz təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Naxçıvan bundan sonra da yaşayacaq, güclənəcək, zənginləşəcəkdir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan əbədi yaşayacaqdır.

Sağ olun.

X X X

Sonra dövlətimizin başçısı İlham Əliyev bina ilə tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, bölmənin yeni korpusunda Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanasının mərkəzi aparatı və Əlyazmalar Fondu yerləşir. Burada elmi kitabxana, nəşriyyat, arxiv, seysmoloji mərkəz vardır, elmi tədqiqat işləri aparılacaq 8 laboratoriya fəaliyyət göstərir. Yeni korpusda 200 nəfər çalışacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadda mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub