Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, mən burada kredit sazişləri imzalayan sahibkarları təbrik etmək, onlara uğurlar arzulamaq istəyirəm.

Bilirsiniz ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafın təməlində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış ictimai-siyasi sabitlik durur. Əgər Azərbaycanda bu sabitlik olmasaydı, əlbəttə, hər hansı iqtisadi inkişafdan söhbət gedə bilməzdi.

Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində çox böyük templərlə inkişaf edir. Bunu biz də bilirik, bütün beynəlxalq maliyyə qurumları da bilir. Əlbəttə ki, bu, bizi çox sevindirir. Ölkəmiz hər cəhətdən inkişaf edir. Aparılmış iqtisadi islahatların nəticəsində, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi sayəsində ölkəmizə böyük həcmdə maliyyə resursu daxil olmuşdur. Bilirsiniz ki, Azərbaycanda yaradılmış Neft Fondunda böyük həcmdə vəsait toplanmışdır. Ölkəmizin valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu bizə imkan verir ki, öz iqtisadi siyasətimizi sərbəst, müstəqil şəkildə aparaq. Azərbaycanın milli maraqlarını, iqtisadi təhlükəsizliyini yüksək səviyyədə qoruyaq. Əgər belə bir imkanlar yaradılmasaydı, əlbəttə, sahibkarlara kreditlərin verilməsi də çətinləşərdi.

Bildiyiniz kimi, Azərbaycanın büdcəsi ildən-ilə artır. Bu il də keçən ilə nisbətən xeyli artmışdır. Bu artım gələn il də gözlənilir. Azərbaycanda iqtisadi sahədə əldə edilmiş bütün uğurlarla yanaşı, sosial məsələlər də öz həllini tapır. İqtisadi və sosial məsələləri bir-birindən ayırmaq da düzgün olmazdı. Çünki bunlar daim bir-biri ilə bağlıdır, bir-birindən asılıdır. Ölkədə iqtisadi vəziyyət yaxşı olarsa, əlbəttə, əhalinin sosial problemləri də yüksək səviyyədə öz həllini tapa bilər.

Biz ölkəmizi bazar iqtisadiyyatı əsasında inkişaf etdiririk və buna baxmayaraq, əgər büdcəyə nəzər salsanız, görərsiniz ki, büdcənin tam əksəriyyəti sosial məsələlərin həllinə yönəlmişdir. Bu yaxınlarda minimum əmək haqqının qaldırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarının artırılması məhz bu məqsədi daşıyır. Azərbaycan xalqının rifah halının qaldırılması, insanlar, vətəndaşlar üçün daha da yaxşı şəraitin yaradılması - biz bu siyasətə sadiqik. Bu siyasət Azərbaycanda 1993-cü ildən aparılır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu siyasət Azərbaycanda aparılmışdır və bundan sonra da aparılacaqdır.

Özəl sektorun inkişafı bizim üçün prioritet məsələdir. Mən bunu seçkilərdən əvvəl də demişdim. Seçkilərdən sonra da bəyan etdiyim təkliflər, proqramlar öz həllini tapır. Qəbul edilmiş regional inkişaf proqramı uğurla icra edilir və mənim də regionlara səfərlərimin məqsədi budur ki, yerlərdəki vəziyyətlə, mövcud problemlərlə şəxsən özüm tanış olum və lazımi qərarları verim.

Bilirsiniz ki, yeni iş yerlərinin açılması mənim seçkiqabağı proqramımın əsas istiqamətlərindən biri idi. Mən bu məsələ ilə əlaqədar öz fikirlərimi açıq şəkildə demişdim və çox şadam ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Seçkilərdən sonra keçən dövr ərzində Azərbaycanda 40 minə qədər yeni iş yerləri yaradılıbdır. Çox sevindirici haldır ki, onların böyük hissəsi məhz bölgələrdə açılıbdır. Bölgələrin inkişafı, Azərbaycanın bütün regionlarının inkişafı çox vacib məsələdir.

Burada Fərhad Əliyev qeyd etdi ki, belə bir tədbirin keçirilməsi üçün Quba Olimpiya İdman Kompleksi seçilmişdir. Yəni Qubada bundan böyük salon yoxdur, bundan gözəl şərait yoxdur. Bundan əvvəl Şəkidəki yarmarka da yenə Şəki Olimpiya İdman Kompleksində keçirilmişdir. Yəni mən onu demək istəyirəm ki, bölgələrə olan diqqət, münasibət mənim keçmiş fəaliyyətimdə də mühüm yeri tuturdu. Bölgələrdə yeni idman komplekslərinin tikilməsi Milli Olimpiya Komitəsinin Prezidenti kimi mənim üçün prioritet məsələ idi. İstəyirdim və bu gün də istəyirəm ki, bölgələrdə, rayonlarda istedadlı uşaqlarımız, yeniyetmələrimiz, gənclərimiz idmanla məşğul olsunlar, həm ölkəmizi dünyada təbliğ etsinlər, Azərbaycanın şöhrətini yüksəklərə qaldırsınlar, eyni zamanda, Azərbaycanda sağlam nəsil yetişsin. Mənəvi, fiziki cəhətdən sağlam gənc nəsil yetişsin. Çox sevinirəm, çox şadam ki, biz buna nail oluruq.

Mən şübhə etmirəm ki, Azərbaycanda özəl sektor bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. Bu gün ümumi daxili məhsulumuzda özəl sektorun çəkisi 70 faizdən yuxarıdır. Nəzərə alsaq ki, Azərbaycanda iqtisadiyyatın ən qabaqcıl sahəsi neft sənayesidir və bilirsiniz ki, neft sənayesi dövlət inhisarındadır, görərik ki, iqtisadiyyatın qeyri-neft bölməsi, demək olar, tam mənada özəl sektorun əsasında formalaşır.

Mən seçkilərdən sonra sahibkarlarla görüşəndə də onlara öz dəstəyimi bildirdim. Mən çox istəyirəm ki, Azərbaycanda tezliklə orta təbəqə yaransın, yerli istehsal güclənsin. İdxalı əvəz edən istehsal genişlənsin. Əlbəttə, bu, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, eyni zamanda, Azərbaycanda istehsal edilən malların satışından sonra büdcəyə vergi şəklində vəsait daxil olacaqdır.

Mən çox şadam ki, bu yarmarkalarda sazişlər imzalanır, kreditlər ayrılır. Nəzərdə tutulan kreditlərin həcmi gələcəkdə qaldırılacaqdır. Bu məsələ ilə əlaqədar artıq biz məsləhətləşmələr aparırıq. Bilirik ki, böyük istehsalın yaradılması üçün böyük məbləğdə kreditlərin verilməsi lazımdır. Bu sahədə işlər gedir. Bu il üçün nəzərdə tutulmuş 100 milyard manat, şübhə etmirəm ki, gələn ilin büdcəsində daha böyük səviyyəyə çatacaqdır.

Bir sözlə, mən Azərbaycanın iqtisadi inkişafı qarşısında heç bir problem görmürəm. Mən keçmişdə iqtisadi məsələlərlə şəxsən yaxından məşğul olmuşam və Azərbaycan iqtisadiyyatını çox yaxşı bilirəm. Görürəm ki, potensial haradadır, nədədir. Biz bu potensialı necə canlandırmalıyıq, necə daha da inkişaf etdirməliyik. Mən əminəm ki, yaxın illərdə Azərbaycan iqtisadi cəhətdən çox qüdrətli dövlətə çevriləcəkdir. Özü də təkcə neft amilinə görə deyil, həm də qeyri-neft sektorunun inkişafı nəticəsində. Qeyri-neft sektorunun inkişafı hamımız üçün ən başlıca məsələ olmalıdır. Neft sənayesində hər şey yolundadır. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizə milyardlarla dollar sərmayə qoyulubdur, böyük layihələr həyata keçirilir. Təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox önəmli irimiqyaslı layihələr reallaşdırılır, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft kəməri tikilir. Bu yaxınlarda Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikiləcəkdir. Yəni neft sahəsində qarşımızda duran bütün məsələləri artıq həll edirik. Əminəm ki, yaxın illərdə Azərbaycan xalqı onun əyani nəticələrini daha da böyük həcmdə görəcəkdir.

Qeyri-neft sektorunun inkişafı sizdən, bizdən, dövlətdən və sahibkarlardan asılıdır. Dövlətin borcu sahibkarları müdafiə etmək, onları qorumaq, onları dəstəkləmək, güzəştli kreditlər vermək, infrastruktur yaratmaqdır. Biz bunların hamısını edirik və bundan sonra da edəcəyik. Sahibkarların borcu isə yaranmış vəziyyətdən bəhrələnmək, ayrılmış kreditlərdən səmərəli istifadə etmək, yeni iş yerləri, istehsal sahələri açmaq və əlbəttə, kreditləri vaxtında dövlətə qaytarmaq və vergiləri ödəməkdir. Yəni bu qarşılıqlı fəaliyyət nəticəsində Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edəcəkdir. Mən buna şübhə etmirəm.

İstəyirəm sizə bir daha bildirəm ki, mən sahibkarları dəstəkləyirəm və bütün vəzifəli şəxslərdən, yerli icra orqanlarından tələb edirəm ki, sahibkarlara qayğı, diqqət göstərilsin. Çox müsbət haldır ki, yerlərdə yeni iş yerlərinin açılması haqqında mənə məruzələr gəlir. Mən yerlərdə icra hakimiyyətinin başçılarından soruşanda ki, vəziyyət necədir, ilk növbədə deyirlər ki, filan qədər yeni iş yeri açılıbdır. Yəni bu, ümummilli bir məsələyə çevrilibdir. Əminəm ki, biz qarşımızda duran bütün böyük məqsədlərə çatacağıq. Azərbaycan dövlətinin buna imkanı var, siyasi iradəsi var, xalqın dəstəyi var və əlbəttə, sahibkarların həvəsi, marağı, istəyi var. Mən bu yolda hamınıza uğurlar arzulayıram. Əminəm ki, siz ayrılmış kreditlərdən səmərəli istifadə edəcək, öz həyat səviyyənizi yaxşılaşdıracaq, yeni iş yerlərinin açılması üçün çalışacaqsınız ki, biz hamımız birlikdə ölkəmizi daha da gücləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.
Sağ olun.

X X X

Dövlətimizin başçısı idman kompleksinin qarşısında respublikamızın qadın voleybolçuları ilə görüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev sonra Qubada yeni istifadəyə verilmiş “Əli” Ticarət Mərkəzi ilə tanış oldu, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mitinqdə nitq söylədi.

Prezident İlham Əliyevin məşhur Quba xalçalarının toxunduğu sexlə tanışlığı da yaddaqalan oldu. Dövlətimizin başçısına nəfis toxunmuş xalça hədiyyə edildi.

Azərbaycan Prezidenti səfərinin ilk gününün sonunda dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədə də oldu, sakinlərlə görüşdü, onların qarşısında çıxış etdi.

(Bunlar barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadda yasa gedərkən qəzaya düşən şəxslərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir