Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz bacılar və qardaşlar! Əziz dostlar!

Sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, qucaqlayıram, bağrıma basıram.

Burada qeyd olundu ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, davam edir və bundan sonra da davam edəcəkdir. Bu siyasət bütün sahələrdə öz davamını tapıbdır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirir. Azərbaycanda sosial məsələlərin həlli istiqamətində böyük addımlar atılır. Əmək haqları artırılır. Azərbaycanda böyük abadlıq işləri aparılır. Yeni iş yerlərinin açılması istiqamətində böyük tədbirlər görülübdür. Yeni müəssisələr açılır. Yeni istehsal müəssisələri yaradılır, sənaye sahələri yenidən qurulur, yaxud bərpa olunur.

Seçkilərdən keçən dövr ərzində Azərbaycanda 40 minə qədər yeni iş yeri açılıbdır. Bu da çox böyük göstəricidir. Mən seçkilərdən əvvəl Qubada olmuşam, insanlarla görüşmüşəm. Qubada Azərbaycanın ən möhtəşəm idman kompleksinin açılışında biz bir yerdə iştirak etmişdik. Sizə öz sözlərimi o vaxt demişdim, öz proqramımı açıq, aydın şəkildə bəyan etmişdim. Bu gün iftixar hissi ilə deyə bilərəm ki, dediyim bütün sözlərə, verdiyim vədlərə sadiqəm. Verdiyim bütün vədlər yerinə yetiriləcəkdir.

Mən qeyd etdim ki, Azərbaycanda Heydər Əliyev siyasəti bütün sahələrdə davam edir. O cümlədən millətlərarası münasibətlər sahəsində. Azərbaycanın müstəqilliyinin ilk illərində, əfsuslar olsun ki, bu sahədə keçmiş rəhbərlik tərəfindən böyük səhvlərə, deyə bilərəm, cinayətlərə yol verilmişdi. Ölkədə Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə xas olmayan, milli zəmində ayrı-seçkilik siyasəti açıq formada aparılırdı. Bu siyasət Azərbaycanı uçuruma aparırdı.

Təsadüfi deyil ki, 1991-1992-ci illərdə Azərbaycanda səriştəsiz, bacarıqsız rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz böhrana düşmüşdü. İqtisadi, siyasi böhran yaşanırdı. Ölkəmiz parçalanma ərəfəsində idi. O zaman Azərbaycan xalqı bir daha müdriklik göstərərək, öz liderinə üz tutdu, Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqımızın ümummilli lideri rəhbərliyə gəldi, bütün xoşagəlməz meyllərə son qoydu və dedi ki, biz hamımız azərbaycanlıyıq, bizim hamımızın bir vətəni var. O da Azərbaycandır!

Azərbaycanda yaşayan dağ yəhudiləri bizim qardaşlarımızdır, mənim qardaşlarımdır. Bu siyasət Azərbaycanda əbədi aparılacaqdır. Bizim hamımızın məqsədi, amalı ölkəmizi inkişaf etdirmək, onun hər bir bölgəsini, rayonunu, qəsəbəsini, kəndini abadlaşdırmaqdır. Mən çox şadam ki, Qırmızı qəsəbədə də abadlıq, quruculuq işləri gedir, inkişaf göz qabağındadır.Mən bu gün Qubanın digər yerlərində də insanlarla görüşlər keçirmişəm. Çox şadam ki, mənim seçdiyim, təyin etdiyim icra hakimiyyətinin başçısı burada yaxşı işləyir. Ona göstərişlər vermişəm ki, dağ yəhudilərinin yaşadığı yerlərə xüsusi diqqət göstərsin. Mən özüm də vaxtaşırı gəlib bütün məsələlərə şəxsən nəzarət edəcəyəm.Seçkilərdən əvvəl mən təbii ki, Azərbaycanın bir çox bölgəsində, o cümlədən Qubada da olmuşdum.

Amma istəyirəm biləsiniz ki, bu, sadəcə, seçki kampaniyası naminə atılmış addım deyildi. Mən mütəmadi qaydada bu məsələlərlə maraqlanıram. Azərbaycanın hər bir bölgəsi, hər bir rayonu mənim üçün əzizdir, doğmadır. Çox istəyirəm ki, bu beş ili də çox uğurla, şərəflə başa vuraq.

Azərbaycanı daha da gücləndirək, hərtərəfli inkişaf etdirək, ölkəmizi yeni bir pilləyə qaldıraq. Buna nail olmaq üçün xalq gərək bir olsun. Xalqımızda birlik vardır. Xalqımızın məqsədi birdir. Bu gün Azərbaycan xalqı Heydər Əliyev siyasətinə başqa alternativ görmür. Çünki bu siyasətə alternativ ola bilməz. Təsadüfi deyil ki, ötən il keçirilmiş seçkilərdə Azərbaycanda, o cümlədən Qubada seçicilərin tam əksəriyyəti Heydər Əliyev siyasətinə səs vermişlər. Mən buna görə sizin hamınıza minnətdaram və bu böyük etimadı doğruldacağam.

Azərbaycana vaxtaşırı xaricdən, müxtəlif ölkələrdən yəhudilər gəlirlər. Həmişə onlara deyirəm ki, Qubaya gedin, baxın. Azərbaycanın başqa bölgələrinə gedin. Qırmızı qəsəbəyə gedin, görün, Azərbaycanda yəhudilər necə yaşayırlar.

Biz özümüzü bir-birimizdən heç vaxt ayırmamışıq, heç vaxt da ayırmayacağıq. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni var. Bu Vətən uğrunda hamımız ölümə də getməyə hazırıq.

Dağ yəhudiləri Azərbaycanın müstəqilliyində böyük xidmətlər göstərmiş, şəhidlər vermişlər. Görkəmli yəhudi döyüşçülər, əsgərlər Azərbaycan ordusunda müstəqillik, torpaq uğrunda şəhid olmuşlar. Onların xatirəsi bizim hamımız üçün müqəddəsdir.

Əziz dostlar!Əziz bacılar və qardaşlar!

Mən çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Çox şadam ki, biz bu görüşü keçiririk. Mən belə əyani şəkildə sizə öz dərin minnətdarlığımı, hörmətimi, ehtiramımı, məhəbbətimi bildirirəm. Sizə cansağlığı arzulayıram. İstəyirəm ki, daha da yaxşı yaşayasınız, daha da yaxşı şərait olsun. Heç bir şübhə etmirəm ki, biz hamımız buna nail olacağıq. Sizə bir daha cansağlığı, ailə səadəti, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Qəsəbə sakinləri ilə daha səmimi şəraitdə söhbətini davam etdirən Prezident İlham Əliyev onların həyat şəraiti, problemləri ilə maraqlandı. Sosial-iqtisadi sahədə qarşıda duran vəzifələrin öhdəsindən birlikdə gəldiklərini vurğulayan sakinlər Azərbaycan vətəndaşları kimi, beynəlxalq yəhudi təşkilatlarının nümayəndələri ilə görüşlərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı problemini daim diqqət mərkəzində saxladıqlarını söylədilər. Sakinlər dedilər ki, cənab Prezident, biz lobbiçiliyin yaradılmasında çox mühüm rol oynayırıq. Buraya senatorlar, Avropa Şurasından nümayəndələr, iş adamları gəlirlər. Birinci növbədə, Qarabağ məsələsini, ikinci növbədə, 907-ci maddənin tam aradan qaldırılması məsələsini diqqətə çatdırırıq.

İLHAM ƏLİYEV: Bilirəm, mən Amerikada dəfələrlə olmuşam. Hər dəfə orada olarkən yəhudi lobbisinin nümayəndələri ilə görüşmüşəm. Ümumiyyətlə, təkcə Amerikada deyil, başqa ölkələrdə də, məsələn, son dəfə Bratislavada da görüşmüşdüm. Onların Azərbaycana dəstəyi böyükdür, sağ olsunlar. Bilirəm, bu istiqamətdə sizin də fəaliyyətiniz çox müsbətdir. Bir var ki, biz deyək, bir də var ki, burada yaşayan yəhudilər desinlər. Gəlib görsünlər ki, hansı ölkədə belə bir şərait var. Gəlirlər, baxırlar, sonra mənimlə görüşürlər. Hər dəfə böyük ruh yüksəkliyi ilə ayrılırıq. Həqiqətən, Azərbaycanın böyük sərvətidir ki, burada bütün millətlər bir ailə kimi yaşayırlar.

YEVDA ABRAMOV: Azərbaycan, xüsusilə Quba Qafqazın İsveçrəsidir.

İLHAM ƏLİYEV: Quba İsveçrəni də keçibdir. Mən İsveçrədə olmuşam. İsveçrədə belə gözəl mənzərə yoxdur.

YEVDA ABRAMOV: Cənab Prezident, hamımız əlbir olub Qubanı turizm mərkəzinə çevirməliyik ki, xaricilər gəlsinlər.

İLHAM ƏLİYEV: Bəli, bəli. Biz ən böyük olimpiya kompleksini burada yaratdıq. Adı olimpiya kompleksi olsa da, əslində, bu, turizm mərkəzidir.

YEVDA ABRAMOV: Tədbirlərdə iştirak etmək üçün oraya gedirik. Xaricilər gəlirlər. Bu yaxınlarda Ərəb Əmirliklərindən gəlmişdilər.

İLHAM ƏLİYEV: İndi orada boş yer yoxdur. Mən orada idim, boş yer yox idi. Sizə uğurlar arzulayıram. Sağ olun.

YEVDA ABRAMOV: Cənab Prezident, Siz çox sağ olun ki, bu şərəfi bizə bəxş etdiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb