Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz qusarlılar, bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizə dərin hörmət və məhəbbətimi bildirirəm, hamınızı qucaqlayıb bağrıma basıram. Mən seçkilərdən əvvəl Qusara gələ bilməmişdim. Burada qeyd olunduğu kimi, qusarlılarla Qubada görüşmüşdüm. Ona görə də çox istəyirdim ki, seçkilərdən sonra Qusara səfər edim və bu gün mən sizinlə birlikdəyəm.

Qusar Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada yaşayan insanlar Azərbaycan dövlətçiliyinə, onun qurulmasında, müstəqilliyimizin möhkəmləndirilməsində böyük xidmətlər göstərmişlər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlər vermişlər. Buna görə də bütün Azərbaycan xalqı qusarlılara minnətdardır və mən burada bu hissləri sizə çatdırıram.

Azərbaycanın hər bir bölgəsi inkişaf edir. Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmış iqtisadi islahatlar siyasəti ölkəmizə böyük uğurlar gətirmişdir. İqtisadiyyatımız sürətlə inkişaf edir, böyük həcmdə xarici sərmayələr gətirilir, torpaq kəndlilərə paylanmışdır. Bütün bu addımlar Azərbaycanın gələcəyi üçün möhkəm zəmin yaratmışdır. Seçkilərdən sonra bu siyasət davam etdirilir. Mən seçkilərdən əvvəl bildirmişdim ki, Heydər Əliyev siyasətinə sadiq qalacağam və onu bundan sonra da həyata keçirəcəyəm. Son doqquz ay ərzində görülən işlər bu istiqamətdə böyük addımlar atıldığını deməyə əsas verir. Regional inkişaf proqramının qəbul edilməsi, bölgələrdə yeni iş yerlərinin açılması, yerli istehsalın güclənməsi – bütün bu faktlar göz qabağındadır. Prezident seçkilərindən sonra Azərbaycan iqtisadi cəhətdən daha da güclənmişdir. Ölkədə 40 minə yaxın yeni iş yeri açılmışdır.

Dünən mənim Qubada sahibkarlarla görüşüm olmuşdur. Mən orada Qusardan olan sahibkarlarla da görüşdüm və onların istehsal etdiyi məhsullarla tanış oldum. Onlara böyük kreditlər verilibdir və bu, gələcəkdə də davam edəcəkdir. Azərbaycanın maliyyə imkanları yaxşılaşır, xəzinəmiz böyüyür. Heydər Əliyevin neft strategiyasının nəticəsi olaraq, Azərbaycana böyük həcmdə vəsait gətirilibdir. Əlbəttə, dövlətin və hökumətin başlıca vəzifəsi xalqa xidmət etməkdir. Bu baxımdan iqtisadiyyatımızı hərtərəfli inkişaf etdirmək üçün növbəti illərdə kreditlər ayrılması daha geniş vüsət alacaqdır. Bu il sahibkarlar üçün 100 milyard manat kredit nəzərdə tutulmuşdur. Gələn il bu məbləğ daha da böyük olacaqdır. Bütün bunlar ölkəmizin daha da inkişaf etməsinə, yeni iş yerlərinin açılmasına, yerli istehsal sahələrinin, fabriklərin, zavodların açılmasına imkan verəcəkdir. Beləliklə, xalqımız daha yaxşı yaşayacaqdır. Şübhə etmirəm ki, bu müsbət meyllər Qusarda da öz əksini tapacaqdır.

Burada qeyd olundu ki, mən bu yaxınlarda Qusara yeni icra hakimiyyəti başçısı təyin etmişəm. İki aydır o, burada işləyir və mən çox ümid edirəm ki, siz onun fəaliyyətini bəyənəcəksiniz. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Bu, Prezidentə də, icra hakimiyyəti başçısına da, digər vəzifəli şəxslərə də aiddir. Mən vəzifəli şəxslərə onların gördükləri işlərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm. Əgər siz ondan razı olacaqsınızsa, mən onu tərifləyəcəyəm. Əgər razı olmayacaqsınızsa, mən onu işdən çıxaracağam. Mən onu Qusara icra hakimiyyəti başçısı təyin edəndə tapşırıq verdim ki, yaxşı işləməlisən, elə etməlisən ki, camaat səndən razı olsun. Çünki yerlərdə icra orqanları yaxşı işləyəndə insanların güzəranı da, əhval-ruhiyyəsi də yaxşı olur. İctimai-siyasi durum da, ab-hava da yaxşılaşır. Şübhə etmirəm ki, mənim təyin etdiyim icra hakimiyyəti başçıları öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər və siz onlardan razı olacaqsınız.

Biz də öz növbəmizdə, Qusara daim kömək edəcəyik. Artıq burada müəyyən işlər görülməyə başlanıbdır. Mən Qusardan gələn bütün təkliflərə baxacağam. Düzdür, regional inkişaf proqramında rayonda mühüm tədbirlər nəzərdə tutulmuşdur. Amma bu, inkişafın parametrlərini tam mənada əks etdirmir. Buraya daha böyük həcmdə vəsait qoyulacaq, yeni iş yerləri açılacaq, fabriklər və zavodlar tikiləcəkdir. Siz əmin ola bilərsiniz ki, mən Qusara xüsusi diqqət göstərəcəyəm və çalışacağam ki, növbəti beş ildə bu gözəl rayon daha da gözəlləşsin, abadlaşsın.

Bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, Milli Olimpiya Komitəsi tərəfindən ölkəmizin müxtəlif yerlərində yeni idman obyektləri tikilib istifadəyə verilir. Bu barədə müxtəlif rayonlardan müraciətlər olubdur və onlar müsbət həll edilibdir. Qubada, Şəkidə, Naxçıvanda, Gəncədə, Lənkəranda və digər yerlərdə bu cür komplekslər tikilibdir. Buraya gələrkən mən düşündüm ki, Qusarda idmanla məşğul olmaq istəyənlərin sayı həmişə çox olubdur. Rayonda çox yaxşı idmançılar olubdur və onlar ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda dəfələrlə qorumuş, Azərbaycanın idman şöhrətini ucaltmışlar. Mən soruşdum ki, burada idmanla məşğul olmaq üçün bir yer varmı? Cavab verdilər ki, balaca bir yer vardır. Düşünürəm ki, bu kiçik də olsa, bir nöqsandır. Sizə bəyan etmək istəyirəm ki, Milli Olimpiya Komitəsi Qusarda yeni və gözəl olimpiya kompleksi tikəcəkdir. Xahiş edirəm ki, icra hakimiyyəti başçısı, ağsaqqallar, veteranlar, şəhər ictimaiyyəti birgə fikirləşsinlər və bu kompleks üçün yaxşı bir yer tapsınlar. Bu yer yaxşı görünən və münasib bir ərazidə olmalıdır. Ümidvaram ki, qısa bir zamanda biz burada dünyanın ən yüksək standartlarına cavab verən olimpiya kompleksini tikəcəyik və onun açılışını bir yerdə edəcəyik. Bu, Milli Olimpiya Komitəsi tərəfindən Qusara bir hədiyyə olacaqdır. Amma Prezident kimi mən Qusar camaatı üçün daha böyük işlər görmək istəyirəm. Burada həyat səviyyəsi yüksəlməli, insanlar daha yaxşı yaşamalıdırlar. Ona görə də bir daha demək istəyirəm ki, Qusardan gələn bütün təkliflərə diqqətlə baxılacaq və əminəm ki, qısa zaman ərzində rayon daha da inkişaf edəcək və güclənəcəkdir.

Burada yaşayan insanlar Azərbaycanın çox dəyərli vətəndaşlarıdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmizdə milli siyasətə əhəmiyyət yetirilmirdi, ya da ki, bu sahədə böyük nöqsanlara, hətta deyə bilərəm ki, cinayətlərə yol verilmişdir. Xüsusilə 1991-93-cü illərdə Azərbaycanın keçmiş rəhbərliyi tərəfindən milli zəmində aparılmış ayrı-seçkilik, ögey münasibət ölkəni çox böyük fəlakətə sürükləyirdi. Azərbaycanda müxtəlif millətlərə mənsub insanların əsrlər boyu bir ailə kimi yaşaması bizim sərvətimiz olmuşdur. Bu siyasət 1970-80-ci illərdə çox gücləndirilmişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu məsələlərə daim diqqət yetirirdi və çalışırdı ki, Azərbaycanda yaşayan bütün millətlər bütün idarəçilik orqanlarında təmsil olunsunlar, onların yığcam şəkildə yaşadığı rayonlar daha da inkişaf etsin. Əfsuslar olsun ki, ölkəmizi böyük bəlalara düçar edən keçmiş hakimiyyət bu sahədə böyük səhvlər, cinayətlər etmişdir. Xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahədə də böyük irəliləyiş əldə olundu. Azərbaycanda yaşayan bütün insanlar, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin dəyərli vətəndaşlarıdır. Mən bu siyasətə sadiqəm və mənim vaxtımda bu zəmində heç vaxt ölkədə heç bir problem olmayacaqdır. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayacaq və ölkəmizi inkişaf etdirəcəklər.

Əziz bacılar və qardaşlar! Mən bir daha sizi salamlayıram. Bu görüşə gəldiyinizə və mənə göstərdiyiniz hörmətə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin edirəm ki, mən daim qusarlılarla olacağam, Qusara tez-tez gələcəyəm və biz birlikdə böyük işlər görəcəyik.

Sizin hamınızı qucaqlayıram, bağrıma basıram. Sağ olun və xoşbəxt olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz