Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz naxçıvanlılar!

Əziz dostlar, idmançılar!

Bu gün Naxçıvanda yeni idman qurğusu istifadəyə verilir. Yeni üzgüçülük kompleksi tikilib Naxçıvan idmançılarının, bütün naxçıvanlıların sərəncamına verilir. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm. Əminəm ki, naxçıvanlılar bu kompleksdən səmərəli istifadə edəcəklər. Burada həm idmançılar öz məşqlərini keçirəcək, eyni zamanda, sadə insanlar, bəlkə də, idmana o qədər yaxın olmayanlar da buraya gəlib öz sağlamlıqlarını bərpa edəcək, möhkəmlədəcəklər. Çünki üzgüçülük insanın sağlamlığı üçün ən faydalı idman növlərindən biridir. Mən ümid edirəm ki, bu kompleks çox səmərəli işləyəcək və naxçıvanlılar da ondan səmərəli istifadə edəcəklər.

İdman Azərbaycanda artıq böyük ictimai amilə çevrilmişdir. İdman hər bir ölkənin potensialını, gücünü, səviyyəsini göstərir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə idmana böyük diqqət və qayğı göstərilir. Bu da təbiidir. Çünki inkişaf etmiş ölkələrdə iqtisadiyyat güclüdür, maddi imkanlar var, idmana, onun inkişafına vəsait ayrılması daha asandır. Azərbaycan isə 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətə düşmüşdü. Ölkəmiz iqtisadi cəhətdən zəif idi, tənəzzülə uğrayırdı və demək olar ki, iflic vəziyyətində idi. Bütün sahələr kimi, idman da yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda rəhbərliyə qayıdışından sonra inkişaf etməyə başladı. Çətin iqtisadi vəziyyətə baxmayaraq, xalqımızın lideri tərəfindən idmana daim diqqət və qayğı göstərilirdi və beləliklə, Azərbaycanda idmanın inkişafının təməli qoyulmuş oldu.

Ondan sonrakı illərdə bu inkişaf daha sürətlə getməyə başladı. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idmançılarımız müxtəlif yarışlarda uğurla çıxış edirlər, ölkəmizə qələbələr qazandırırlar. Beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında Azərbaycanın bayrağı qaldırılır, dövlət himni səslənir. Bu yaxınlarda keçirilmiş Afina Yay Olimpiya oyunlarında da idmançılarımız, bizim olimpiya komandamız çox uğurla çıxış etmiş, 5 medal – 1 qızıl, 4 bürünc medal qazanmış və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışdır.

Azərbaycanda idmanın əksər növləri inkişaf edir. Müxtəlif idman növləri üzrə bizim həm olimpiya, həm də dünya çempionlarımız vardır. Çox sevindirici haldır ki, uşaqlar, yeniyetmələr idmana böyük maraq göstərirlər. İdman bölmələrinə olan axın, uşaq və yeniyetmələr tərəfindən olan maraq onu göstərir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Təbii ki, bizə Olimpiya oyunlarında və dünya çempionatlarında qələbələr lazımdır.

Çünki bu, ölkənin səviyyəsini və potensialını göstərir, Azərbaycanı dünyada daha da yaxşı tanıdır və xalqımıza böyük sevinc gətirir. Xalqımız bundan qürur hissi duyur.

Amma bununla yanaşı, bizə idmanın kütləviliyi lazımdır. Hər bir gəncin, yeniyetmənin, uşağın idmanla məşğul olması və öz sağlamlığını möhkəmləndirməsi lazımdır. Çünki idman sağlamlıq deməkdir, həyat deməkdir. Mən bütün gənclərə, bütün insanlara idmanla məşğul olmağı məsləhət görürəm. Bunu etmək üçün Azərbaycanda gözəl şərait yaradılmışdır. Ölkəmizin müxtəlif yerlərində yeni idman kompleksləri tikilib istifadəyə verilir. Beləliklə, təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində bu şərait yaradılır və bundan sonra da yaradılacaqdır. Növbəti beş idman kompleksinin tikilməsi nəzərdə tutulur və onlar tikiləndən sonra müxtəlif bölgələrdə, o cümlədən Naxçıvanda da idmanla məşğul olmaq üçün daha yaxşı şərait yaradılacaqdır.

Bildiyiniz kimi, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində Bakıdan sonra ilk olimpiya idman kompleksi iki il bundan əvvəl Naxçıvanda tikilmişdir. Bu gözəl binanın açılışında xalqımızın ümummilli lideri Heydər Əliyev iştirak edirdi və öz ürək sözlərini demişdir. Yadımdadır ki, bu kompleksin açılışından sonra o, bədii proqrama tamaşa edərkən dedi ki, mən nə qədər sevinirəm ki, mənim doğma yurdumda, vətənimdə - Naxçıvanda belə bir gözəl kompleks tikilibdir və sən də bunun təşəbbüskarı olmusan. Ona görə mən sənə minnətdaram. Bu sözlər mənim üçün çox əzizdir. Bu gün də eşidəndə ki, bu kompleks çox səmərəli fəaliyyət göstərir, insanlar idmanla məşğul olmaq üçün ondan səmərəli istifadə edirlər – mən çox sevinirəm. Əminəm ki, Heydər Əliyev də çox sevinərdi ki, bu kompleks insanlara xidmət edir.

Üzgüçülük Kompleksi də məhz bu məqsədi daşıyır, yəni buraya gələn hər bir vətəndaş ondan səmərəli istifadə etsin, dincəlsin, məşq eləsin. Bu, həm də inkişaf deməkdir, yeni infrastrukturun yaradılması deməkdir. Azərbaycanda bütün sahələrdə - iqtisadiyyatda, nəqliyyatda yeni infrastruktur yaradılır. Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Naxçıvan hava limanının açılışı da Azərbaycan üçün böyük bir hadisə olmuşdur. İndi bu hava limanı dünya standartlarına cavab verir.

Bildiyiniz kimi, bu yaxınlarda mən Almaniyada rəsmi səfərdə olarkən orada “Aerobus” şirkəti ilə Azərbaycan arasında saziş imzalanmışdır. Dörd aerobus tipli yeni təyyarənin alınması nəzərdə tutulur. Bu barədə saziş imzalandı və hesab edirəm ki, bir ildən sonra, bəlkə daha tez, aerobuslar Azərbaycana gətiriləcək və Naxçıvandan Bakıya, Bakıdan Naxçıvana uçan sərnişinlər dünyanın bir nömrəli təyyarələrindən istifadə edəcəklər.

Azərbaycanda böyük işlər görülür. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi inkişaf sürətlə davam edir, yeni müəssisələr, iş yerləri açılır, yeni idman qurğuları istifadəyə verilir. Yeni yaradılan hər bir müəssisə dünya standartlarına cavab verir. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan vətəndaşları gərək ən yüksək səviyyədə olan idman qurğularından istifadə etsinlər, ən yüksək tələblərə cavab verən hava limanına daxil olsunlar və təhlükəsizlik baxımından ən etibarlı təyyarələrdən istifadə etsinlər. Biz bütün bunları xalq üçün, onun daha yaxşı, xoşbəxt yaşaması üçün edirik. Çalışırıq ki, insanlarımızın rifah halı günü-gündən, ildən-ilə yaxşılaşsın.

Bu Üzgüçülük Kompleksi memarlıq baxımından da gözəl binadır. Biz buna xüsusi diqqət yetirmişik və istəyirdik ki, bu bina Naxçıvana əlavə bir yaraşıq versin. Çox şadam ki, kompleks memarlıq baxımından da çox yaraşıqlıdır və buradan keçən hər bir insan binanın görkəmindən zövq alacaqdır.

Əziz dostlar! Bu kompleksin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizi əmin etmək istəyirəm ki, həm Milli Olimpiya Komitəsinin prezidenti kimi, həm də Azərbaycan Respublikasının Prezidenti kimi bundan sonra da Azərbaycanın daha da inkişafı üçün və güclənməsi naminə, dünya birliyində mövqeyinin daha da möhkəmlənməsi üçün, Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün, uşaqların daha firavan böyüməsi və yaxşı tərbiyə alması, yaxşı məktəblərdə oxuması üçün, bir sözlə, ölkəmizin tərəqqisi və güclənməsi, onun zəngin və qüdrətli dövlətə çevrilməsi naminə əlimdən gələni əsirgəməyəcəyəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Üzgüçülük Mərkəzinin açılışını bildirən lenti kəsdi, üzgüçülük hovuzuna, yardımçı otaqlara baxdı.

X X X

Dövlətimizin başçısı Üzgüçülük Mərkəzi ilə tanışlıqdan sonra jurnalistlərə müsahibə verdi.

SUAL: Cənab Prezident, Naxçıvana Sizin ilk səfəriniz çox maraqla qarşılanmışdı. Bu isə qısa müddət ərzində buraya ikinci səfərinizdir...

CAVAB: Yadınızdadırsa, may ayında burada olarkən, məktəbə baş çəkdik, inşaat işləri ilə tanış olduq və qərara gəldik ki, məktəb hazır olanda mən onun açılışına gələcəyəm. Mən də, bilirsiniz ki, öz sözümə həmişə sadiqəm və indi də məktəbin açılışına gəlmişəm. Əlbəttə, bu fürsətdən istifadə edərək, Naxçıvanda digər obyektlərə, o cümlədən üzgüçülük kompleksinə, Mülki Müdafiə Mərkəzinə də baş çəkdim.

Bu günün ikinci yarısında Ali Məclisdə müşavirə keçiriləcəkdir. Bir daha gördüm ki, ötən müddət ərzində Naxçıvan daha da gözəlləşmiş, daha da abadlaşmışdır. Burada gedən abadlıq, quruculuq işləri məni çox sevindirdi. İstərdim ki, Azərbaycanın hər bir yerində səliqə ilə, məhəbbətlə, böyük istəklə bu səviyyədə işlər görülsün.

Naxçıvan Azərbaycanın qədim torpağıdır, Azərbaycanın strateji yeridir və hamımız çalışmalıyıq ki, Naxçıvanı hərtərəfli - həm iqtisadi, həm hərbi cəhətdən, həm də digər cəhətlərdən gücləndirək ki, insanlar burada daha da yaxşı, rahat yaşasınlar.

SUAL: Cənab Prezident, yaxın günlərdə Sizin Parisə səfəriniz gözlənilir. Bu səfərin tarixini öyrənmək olarmı və səfər zamanı ikitərəfli görüşlər keçirəcəksinizmi?

CAVAB: Bu səfər işgüzar xarakter daşıyır. İkitərəfli görüşlərin isə sentyabrın birinci ongünlüyündə keçirilməsi gözlənilir.

SUAL: Cənab Prezident, Rusiyanı, Moskvanı son həftə ərzində terror dalğası bürümüşdür. Bu haqda nə deyə bilərsiniz?

CAVAB: Mən Rusiyanın dövlət başçısı cənab Putinə başsağlığı verdim. Bu, böyük bəladır, böyük təhlükədir. Azərbaycan terrorizmdən əziyyət çəkmiş ölkədir. Biz yaxşı bilirik ki, bu nədir. Terrorizmlə mübarizə aparmaq çox çətindir. Bütün qüvvələr birləşməli, bütün ölkələr birləşməlidir və bütün dünyada terror aktlarına qarşı mübarizə aparılmalıdır.

Biz Rusiyada son günlər ərzində törədilmiş terror aktlarını qətiyyətlə pisləyirik. Bu, vəhşilik aktlarıdır. Xüsusilə də məktəbin zəbt edilməsi, orada adamların ölməsi hər bir normal insanı hiddətləndirir. Biz ümid edirik ki, bu böhran tezliklə öz həllini tapacaq, girov saxlanılan insanlar azadlığa buraxılacaqlar.

SUAL: Ermənistan Prezidenti ilə görüşünüz olacaqdır. Son zamanlar Ermənistan tərəfindən hərbi təlimlər keçirilir. Cəmiyyətimizdə belə bir fikir var ki, bu danışıqlar faydasızdır. Siz bu danışıqların perspektivini necə görürsünüz?

SUAL: Cənab Prezident, bu günlərdə Siz dörd ölkəyə səfir təyin olunması ilə əlaqədar qərar qəbul etdiniz. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Bu mənim səlahiyyətimdir və bilirsiniz ki, Prezident kimi bir neçə ölkədə səfirliklərin açılması ilə bağlı qərar qəbul etmişəm. Hesab edirəm ki, bu vacib qərardır, Azərbaycan dünyada daha fəal olmalı, öz mövqeyini müdafiə etməlidir. Bizim xaricdə nümayəndəliklərimizin sayı azdır, buna görə də ondan çox yeni səfirliyin açılması nəzərdə tutulmuşdur. O ki qaldı Həsən Həsənovun və Tamerlan Qarayevin səfir təyin edilməsinə, onların hər ikisi diplomatik fəaliyyətdə olublar. Həsən Həsənov uzun illər Azərbaycanın BMT-dəki nümayəndəsi olub, xarici işlər naziri vəzifəsində çalışıbdır. Onun böyük diplomatik təcrübəsi var və mən hesab edirəm ki, hər bir təcrübədən istifadə etmək lazımdır. Eyni zamanda, Tamerlan Qarayev də uzun illər Çində səfir işləyib və Azərbaycanı ləyaqətlə təmsil edibdir.

Mən seçkilərdən əvvəl və sonra demişdim ki, hər bir vətəndaş mənim üçün əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olubdur. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Yox, mən öz fikrimdə qalıram və Avropa Şurasının nümayəndələrinə də demişdim ki, əfv etdiyim insanların bəziləri siyasi məhbus deyillər. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Ona görə bu mənim təklifimdir ki, keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir. Əgər qarşı tərəf bunu eşidirsə, mən şadam, əgər eşitmirsə, günah qarşı tərəfdədir.

SUAL: Cənab Prezident, yaxın zamanlarda əfv fərmanı gözləmək olarmı?

CAVAB: Olar.

SUAL: Cənab Prezident, MDB dövlət başçılarının Astanada keçiriləcək sammitində Rusiya ATƏT-də olan ikili standartlarla əlaqədar məsələ qaldırmağı planlaşdırır. Bununla əlaqədar Sizin fikrinizi bilmək olarmı?

CAVAB: Əgər mən hələ də bu danışıqlardan imtina etməmişəmsə, deməli mən bunların nəticəsinə də ümid edirəm. Yadınızdadırsa, mən dəfələrlə bəyan etmişdim ki, mən sadəcə olaraq, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyiləm. Əgər nə vaxtsa görsəm ki, danışıqların səmərəsi yoxdur və onların gələcəyinə inanmıram, o vaxt Azərbaycan birinci olaraq danışıqlardan imtina edəcəkdir. İndi isə deyə bilərəm ki, danışıqların davam etdirilməsinə zərurət vardır. Danışıqlar gedir, xarici işlər nazirləri görüşürlər. Əlbəttə, siz onlara sual verəndə bəzən narazı qalırsınız ki, cavab vermirlər və verə də bilməzlər. Çünki, danışıqlar məxfi xarakter daşıyır. Biz hələlik bir nəticəyə gələ bilməmişik. Ancaq danışıqlar konkret mövzular ətrafında aparılır. Ümid etmək istəyirəm ki, danışıqların nəticəsi olacaqdır. Azərbaycanın torpaqları azad olunacaq və ərazi bütövlüyü bərpa ediləcəkdir.

SUAL: Yəni lazımi formada desək, danışıqlarda müəyyən irəliləyişlər varmı?

CAVAB: Lazımi formada Məmmədyarov deyib və məruzə edib. Mən onun məruzəsini dinlədim. Ona görə də bu fikirdəyəm ki, danışıqlar davam etdirilməlidir.

SUAL: Cənab Prezident, Qarabağ Azadlıq Təşkilatının üzvlərinə hakim cəza kəsdi. Siz Prezident İlham Əliyev kimi deyil, vətəndaş İlham Əliyev kimi bu qərarla razısınızmı?

CAVAB: Yaxşı sual verdiniz. Prezident kimi, əlbəttə, mən məhkəmənin qərarına qarışa bilmərəm və qarışmaq da istəmirəm. Amma bir vətəndaş kimi hesab edirəm ki, verilən bu cəza onların etdiyi hərəkətlərə adekvat deyildir. Həddindən artıq böyük cəzadır və mən bir vətəndaş kimi bu qərarı dəstəkləyə bilmərəm. Hesab edirəm ki, növbəti məhkəmə instansiyasında bu qərara yenidən baxılmalıdır. Mən tövsiyə edərdim ki, Apellyasiya Məhkəməsinə müraciət edilsin və ümid etmək istəyirəm ki, burada bu məsələ öz həllini tapar.

Eyni zamanda, qanun hamı üçün bir olmalıdır. Hansısa təşkilatı və yaxud insanı ideallaşdırmaq da lazım deyildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanda səlahiyyətli qurumlar və şəxslər iş aparırlar. Prezident, xarici işlər naziri, müdafiə naziri və bütün digər müvafiq qurumlar bu işi necə aparmağı bilirlər. Onlar nə vaxt hansı addımı atmaq lazım olduğunu yaxşı bilirlər. Ona görə də cəmiyyətdə də bu cür təşkilatlara adekvat münasibət olmalıdır. Biz heç kimin ətrafında qəhrəman obrazı yaratmamalıyıq, heç kimin fəaliyyətini şişirtməməliyik. Əlbəttə, ictimai təşkilatın öz mövqeyi var. Amma hər şey qanun çərçivəsində olmalıdır. Biz hüquqi dövlət qururuq və qanunun aliliyinin tərəfdarıyıq. Ona görə də hər bir vətəndaş qanuna hörmətlə yanaşmalıdır. Amma, yenə də deyirəm, çıxarılan bu hökm həddindən artıq ağırdır və bir vətəndaş kimi mən hökmlə razı deyiləm. Ümid edirəm ki, bu məsələ öz ədalətli həllini tapacaqdır.

CAVAB: Biz mövqeyimizi iyulda keçirilmiş görüşdə bildirmişik və Azərbaycan o vaxt bəyanatı imzalamamışdı. Bunun da səbəbləri var idi. Biz ölkə olaraq tam müstəqil siyasət yürüdürük. Burada yenə Prezident Heydər Əliyevin siyasətinə qayıtmaq istərdim. O, elə bir dövlət yaratmışdır ki, bu dövlət tam müstəqil siyasəti yeritməyə qadirdir. Əgər siz başqa keçmiş sovet respublikalarına nəzər salsanız görərsiniz ki, onların bir çoxunda müstəqil siyasət aparmaq imkanları məhduddur. Bunun müxtəlif amilləri – siyasi, coğrafi, iqtisadi və digər amilləri var. Amma Azərbaycan tam müstəqil dövlət kimi yaşayır və bu müstəqillik bizim üçün hər şeydən vacibdir. Ona görə də ATƏT-in Azərbaycanla olan münasibətləri ancaq bizim özümüzə aiddir. Bizim də ATƏT-in fəaliyyətinə iradlarımız ola bilər və bu iradları ifadə etmişik. Şəxsən mən seçkilərdən sonra öz iradlarımı çox kəskin formada onlara çatdırmışam. Onlara həm şifahi qaydada bildirilib, həm də rəsmi şəkildə sənəd göndərilibdir. Ancaq bunlar bizim aramızda olan məsələlərdir. Siz dediyiniz məsələ siyasi xarakter daşıyır və Azərbaycan bu məsələyə qoşulmaq niyyətində deyildir. Biz öz siyasətimizi müstəqil şəkildə aparırıq, təsadüfi deyil ki, iyul ayında mən o bəyanata imza atmadım və yenə qol çəkməyəcəyəm.

SUAL: Cənab Prezident, Avropa Şurasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaqmı?

CAVAB: Ümid edirəm ki, bu müzakirələr konstruktiv şəkildə aparılacaqdır. Avropa Şurası ilə Azərbaycan arasında heç bir problem yoxdur. Əslində, bu keçmişdə də olmayıbdır. Mən bu məsələ ilə bilavasitə məşğul olan insan kimi bilirdim ki, bizim aramızda əlbəttə ki, fikir ayrılığı, müxtəlif məsələlərə fərqli baxışlar vardı. Amma hər hansı bir ziddiyyətdən, qarşıdurmadan söhbət getmirdi. Əlbəttə, bəzi müxalifət mətbuatı bunu şişirdirdi. Amma mən bilirdim ki, bu belə deyil. İndiki mərhələdə bizim Avropa Şurası ilə münasibətlərimiz daha da inkişaf edir, Azərbaycanda aparılan siyasi, iqtisadi islahatlar bəyənilir. Bu, məni çox sevindirir. Mən gözləyirəm ki, öhdəliklərin yerinə yetirilməsi məsələsi işçi qaydada müzakirə ediləcək, bu zaman tövsiyələr və müəyyən tənqidlər də olacaq və mən buna təbii baxıram.

SUAL: Cənab Prezident, Naxçıvan 12 ildir ki, blokada şəraitdə yaşayır. Bununla belə, burada böyük uğurlar əldə olunmuşdur. Sizcə, Naxçıvana qəhrəman şəhər adı verməyin vaxtı gəlib çatmayıbmı?

CAVAB: Bilirsiniz, bu, köhnə praktikadır. Biz gərək Sovet İttifaqının təcrübəsindən əl çəkək. Bu adlar heç nəyi təcəssüm etdirmirdi. Qəhrəmanlıq insanın ürəyində, həyatında olmalıdır. Öz doğma şəhərinə və ölkəsinə münasibətində olmalıdır. Naxçıvan hər bir azərbaycanlı üçün əziz diyardır. Azərbaycanın qədim torpağıdır. Bu diyar blokada şəraitində, Azərbaycandan ayrı düşmüş vəziyyətdə yaşayır. Buna baxmayaraq, naxçıvanlılar bütün dövrlərdə olduğu kimi, indi də Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edirlər. Buradakı inkişaf bizi çox sevindirir. Həm iqlim, həm də coğrafi baxımdan ən çətin vəziyyətdə yaşayan Azərbaycanın bu bölgəsi çox sürətlə inkişaf edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev də Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, o, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü. Həmin siyasət bu gün də həyata keçirilir. Mən çox şadam ki, Naxçıvanda yerli orqanlar tərəfindən görülən gözəl işlər, eyni zamanda, dövlət tərəfindən göstərilən diqqət öz bəhrəsini verir. Naxçıvan daha da gözəlləşəcək, daha da güclənəcəkdir.

SUAL: Cənab Prezident, Siz Prezident Xatəmi ilə görüşdən sonra Şimal-Cənub dəhlizi ilə bağlı tam məlumat açıqlamadınız. Ümumiyyətlə, bu barədə müzakirə oldumu?

CAVAB: Əlbəttə, müzakirə olundu. Bu məsələdə bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz də maraqlıyıq, İranda da maraqlıdır ki, o dəhliz işləsin, Azərbaycan da buna qoşulsun və bu istiqamətdə müəyyən addımlar atılıb, danışıqlar aparılıbdır. Bu, bizim üçün çox vacibdir. Azərbaycandan nə qədər çox yollar keçərsə, bir o qədər bizim xeyrimizədir. Bu məsələ, ola bilər ki, hansısa sənəddə öz əksini tapmayıbdır. Amma çox ciddi müzakirə olunubdur.

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, səfər çərçivəsində Naxçıvana aid vacib məsələlər müzakirə edilmişdir. İmişli-Parsabad yeni elektrik xəttinin çəkilişi İranla Azərbaycan arasında olan enerji mübadiləsinin həcmini təxminən üç dəfə artıracaqdır. Bilirsiniz ki, indi Azərbaycandan İrana verilən enerjinin əvəzinə İran Naxçıvana enerji verir. Amma bu, kifayət deyildir. Yeni xəttin çəkilişi o həcmi təxminən 4-5 meqavat artıracaqdır. Bu da faktiki olaraq, Azərbaycanda yeni bir elektrik stansiyasının tikilməsinə bərabərdir. Həmin layihənin reallaşdırılması iki ildən sonra başa çatmalıdır. Ondan sonra Naxçıvan elektrik enerjisindən korluq çəkməyəcəkdir.

Naxçıvana təbii qaz verilməsi məsələsi də müzakirə olunmuşdur. Biz belə qərara gəldik ki, İrandan Naxçıvana qaz verilməsi gələn ilin sonundan başlanacaqdır. Yenə də mübadilə yolu ilə, bunun əvəzində Azərbaycan Astaradan İrana qaz verəcəkdir. Bu məsələ burada da müzakirə olunacaqdır. Beləliklə, əgər bütün bu razılaşmalar həyatda öz əksini taparsa, Naxçıvanın qazla, işıqla təminatı iki ildən sonra tam həll olunacaqdır.

Sağ olun.

X X X

Üzgüçülük Mərkəzinin qarşısında gənc idmançılar və heydərçilər Prezident İlham Əliyevə öz ürək sözlərini söylədilər. Gənc heydərçilərin nümayəndəsi FƏRƏH TAĞIYEVA dövlətimizin başçısına müraciətlə dedi:

- Möhtərəm cənab Prezident!

Qədim Naxçıvan diyarına xoş gəlmisiniz. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməyinizlə ölkə idmanının tarixində uğurlu səhifələrin başlanğıcı qoyuldu. Siz bu illər ərzində Azərbaycan idmanının yüksəlişi naminə çox böyük işlər görmüsünüz. Respublikanın müxtəlif şəhər və rayonlarında yeni idman qurğularının, olimpiya komplekslərinin tikilməsi idmanın inkişafına güclü təkan verdi. Sizin idmana, idmançılara göstərdiyiniz qayğı beynəlxalq yarışlarda uğurlu nəticələr qazanılmasının əsasını qoydu. Azərbaycan idmançılarının 2000-ci il Sidney və bu günlərdə başa çatmış Afina olimpiadalarında uğurlu çıxışları Sizin gördüyünüz işlərin bəhrəsidir.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Siz gəncliyə qayğını həmişə diqqət mərkəzində saxlayırsınız. Bu gün qarşısına toplaşdığımız Üzgüçülük Mərkəzi, iki il əvvəl istifadəyə verilmiş Naxçıvan Olimpiya Kompleksi də Sizin əməyinizin məhsuludur. Cənab Prezident, Naxçıvan gəncləri adından Sizə bir daha xoş gəlmisiniz deyirik və söz veririk ki, yaxşı oxuyacaq, Vətənimizin şərəfini həmişə uca tutacaq, Sizin hədiyyə etdiyiniz bu idman qurğularından səmərəli istifadə edərək, idmanda uğurlar qazanacağıq.

Gənc idmançı ELVİN ƏSGƏROV isə ürək sözlərini belə ifadə etdi:

- Cənab Prezident, Afina Yay Olimpiya oyunlarında idmançılarımızın 1 qızıl və 4 bürünc medal qazanaraq 202 dövlət arasında 50-ci yeri tutmaları Sizin idmançılara göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı kimi Sizin qayğınız sayəsində Azərbaycan idmançıları dünya miqyasında yüksək nəticələr göstərməyə nail olmuşdular. Cənab Prezident, Siz təkcə paytaxtda deyil, regionlarda da idmanın inkişafına qayğı göstərirsiniz. Muxtar respublika Sizin bu diqqətinizi həmişə hiss edir. Sizin təşəbbüsünüzlə iki böyük idman kompleksi yaradılmışdır. Mən idmanın güləş növü ilə məşğul oluram və biz bu komplekslərdən səmərəli istifadə edirik. Naxçıvan gəncləri adından Sizə xoş gəlmisiniz deyirəm və bizə göstərdiyiniz qayğıya görə təşəkkürümü bildirirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev onlarla səmimi görüşdü və dərin təşəkkürünü bildirdi.

X X X

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində geniş müşavirə keçirildi.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

X X X

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Bakıya qayıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb