Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz sabirabadlılar!

Əziz bacılar və qardaşlar!

Mən Sizin hamınızı ürəkdən salamlayıram və müqəddəs Ramazan ayının gəlməsi münasibətilə sizi təbrik edirəm.

Bu gün qeyd edildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Sabirabada çox xüsusi diqqət və qayğı göstərirdi. O, 1970-ci illərdə Azərbaycanda işlədiyi dövrdə hər il Sabirabada gəlirdi, burada vəziyyətlə tanış olurdu, böyük istehsal kompleksinin yaradılmasında fəal iştirak edirdi. O illərdə Sabirabad abadlaşdı, sabirabadlılar daha da yaxşı yaşamağa başladılar. Burada gedən abadlıq, quruculuq işləri, kənd təsərrüfatının kəskin şəkildə inkişaf etməsi həm Azərbaycan iqtisadiyyatına, həm də burada yaşayan insanların həyat səviyyəsinə çox müsbət təsir göstərmişdir.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri vardır. Ölkəmizi müttəfiq respublikalar arasında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaya çevirməsi də məhz onun xidməti idi. O vaxt Azərbaycan onun rəhbərliyi altında yeniləşdi, abadlaşdı, yeni müəssisələr, sənaye kompleksləri yarandı ki, onlar bu gün də müstəqil Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə gözəl töhfədir. Məhz o illərdə Azərbaycanda çox böyük sənaye potensialı yarandı, neft emalı sənayesi, neftçıxarma sənayesi inkişaf etdi və indi Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində onların əvəzsiz əhəmiyyəti vardır.

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı üzləşdiyi bəlaların aradan qaldırılması üçün yenə də öz liderinə üz tutdu, ona müraciət etdi. Ağır, çətin vəziyyətdə ölkəyə rəhbərlik edən ulu öndər bütün o mənfi nəticələri aradan qaldırdı və davamlı inkişaf üçün zəmin yaratdı, Azərbaycan sürətlə inkişaf etməyə başladı. Ölkədə abadlıq-quruculuq işləri, iqtisadi islahatlar, o cümlədən aqrar islahat aparıldı. Həmin siyasət bu gün də davam edir. Təsadüfi deyil ki, Sabirabadda xalqımızın ulu öndəri Heydər Əliyevin abidəsi ucaldılıb, onun muzeyi açılıbdır. Bu, sabirabadlıların Heydər Əliyevin xatirəsinə olan böyük məhəbbətinin əlamətidir.

Heydər Əliyevin oğlu, onun siyasətinin davamçısı kimi mən də, Sabirabada və sabirabadlılara eyni münasibəti bəsləyirəm. Bu diyar mənim üçün də doğmadır. Çünki mən də yeniyetmə yaşlarımda, 1970-ci illərdə bir çox hallarda Heydər Əliyevlə birlikdə buraya gəlirdim. Xatirimdədir ki, burada nə qədər səmimi görüşlər olurdu, nə qədər böyük işlər görülürdü, zona müşavirələri keçirilirdi. Burada kənd təsərrüfatı istehsalının, xüsusilə pambıqçılığın inkişafı istiqamətində böyük işlər görülürdü.

Mühüm olanı odur ki, ədalət öz yerini tutdu. Əsassız ittihamlardan, əsassız təqiblərdən sonra, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş riyakar, xəyanətkar rəhbərlərin çirkin kampaniyasından sonra Azərbaycan xalqı yenə də çətin anda öz liderinə üz tutdu və Heydər Əliyevi Azərbaycana dəvət etdi. Bu gün onun siyasəti davam edir. Mən bu siyasətə sadiqəm və onu davam etdirirəm. Hesab edirəm, bütün Azərbaycan xalqı görübdür ki prezident seçkilərindən keçən 2 il ərzində, Azərbaycanda bu siyasət yaşayır və möhkəmlənir.

Yadımdadır, 2003-cü ildə Sabirabadda olarkən, - bu gün muzeylə tanış olanda da mənə xatırlatdılar, - mənə müraciət edilmişdi ki, Sabirabadda Olimpiya kompleksi tikilsin. Mən də öz çıxışımda bu müraciətə müsbət cavab olaraq söz verdim ki, bu kompleks tikiləcəkdir. Çox şadam ki, bu gün kompleksin təməlini şəxsən özüm qoydum.

Bilirsiniz, verilən hər bir söz, deyilən hər bir fikir, - xüsusilə də, əgər o, rəhbərdən gəlirsə, - gərək həyatda öz əksini tapsın. Mənim verdiyim hər bir vəd, hər bir söz yerinə yetirilir. Bəziləri artıq həyata keçirilib, bəziləri isə icra prosesindədir. Bu, çox vacibdir. Çünki sözlə əməl arasında mütləq birlik, vəhdət olmalıdır. Biz heç vaxt populist çıxışlar etməmişik, heç vaxt yalançı vədlər verməmişik, heç vaxt qeyri-real təkliflər irəli sürməmişik. Nəyi demişəmsə, hamısının düşünülmüş əsası var, icra mexanizmləri var və ən əsası odur ki, onları yerinə yetirmək üçün iradə var, istək var.

Mən çox istəyirəm ki, Azərbaycan zənginləşsin, qüdrətli dövlətə çevrilsin, çox güclü iqtisadi potensialını daha da möhkəmləndirsin. Bunu etmək üçün bütün şərait var. Bizim gözəl iqlimimiz var, çox gözəl torpağımız var, əlverişli coğrafi vəziyyətimiz var, təbii ehtiyatlarımız var, gözəl, istedadlı insanlarımız var. Ən əsası isə bizim siyasətimizə Azərbaycan xalqının dəstəyi var. Biz bu dəstəyə arxalanaraq öz siyasətimizi yürüdürük.

İqtisadi baxımdan Azərbaycan da dünyada ən yüksək sürətlə inkişaf edir. Bu ilin 8 ayında ÜDM 20 faiz, sənaye potensialı 26 faiz, əhalinin pul gəlirləri 27 faiz, əhalinin banklara qoyduğu əmanətlər təxminən 50 faiz artıbdır. Minimum əmək haqqı son iki ildə 3 dəfə artıbdır. Tələbələrin təqaüdləri 3 dəfə artıbdır. Bu, son hədd deyildir. Təbii ki, bunlar bizi qane edə bilməz. Çünki Azərbaycan xalqının bir hissəsi hələ yoxsulluq şəraitində yaşayır. Biz bununla barışa bilmərik. Bunu aradan qaldırmaq üçün yeni iş yerlərinin açılması, yoxsulluqla mübarizə aparılması, ölkə iqtisadiyyatının güclənməsi başlıca şərtdir. Biz bunu edirik və bundan sonra da edəcəyik. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaqdır. Biz öz gücümüzü daha da inamla işə salacağıq.

Biz bölgədə ən qabaqcıl mövqeləri tuturuq. Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edən bir ölkədir. Biz bütün qonşularımızla çox səmərəli, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmışıq, bundan bəhrələnirik. Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla icra olunan neft strategiyamız Azərbaycana böyük imkanlar yaradır. Neft Fondunda külli miqdarda vəsait yığılıbdır. Bu, bizim iqtisadi gücümüzdür. Hamımız yaxşı bilirik ki, əgər iqtisadi potensialımız olmasa, heç bir sosial proqramdan, heç bir maaş artırılmasından söhbət gedə bilməz.

Gələn ildən etibarən, vaxtilə sovet dövründə əmanət kassalarında qalmış əmanətlərin də qaytarılmasına başlayacağıq. Biz artıq özümüzdə bu iqtisadi imkanı hiss edirik, büdcəmiz artır. Deyə bilərəm ki, gələn ilin büdcəsi təxminən 4 milyard dollar məbləğində olacaqdır. Amma 2003, 2004-cü illərin büdcəsi təxminən 1 milyard, 1,5 milyard dollar idi. Yəni belə bir güclü sıçrayış heç bir ölkədə müşahidə olunmur.

Bunu etmək üçün əlbəttə ki, gərək düşünülmüş konsepsiya olsun, iqtisadi siyasət olsun, sabitlik olsun, əmin-amanlıq olsun, sülh olsun. Yalnız bu şəraitdə biz bütün bu nailiyyətlərə çata bilərik. Heç kim - nə daxili, nə xarici sərmayəçi heç vaxt qeyri-sabit ölkəyə bir manat da sərmayə qoymaz. Bu, iqtisadiyyatın qanunudur.

Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərin arasında ictimai-siyasi sabitliyin bərpası və qorunub saxlanması çox mühüm yer tutur. Biz də bunu qorumalıyıq, davam etdirməliyik. Elə etməliyik ki, Azərbaycan, Azərbaycan xalqı həmişə yaxşı yaşasın. Mənim məqsədim budur, bundan başqa məqsədim yoxdur.

Bunu etmək üçün, əlbəttə ki, müxtəlif istiqamətlər var. O cümlədən kənd təsərrüfatının inkişafı məsələləri mənim diqqətimi cəlb edir və buna çox vaxt sərf edirəm. Çünki Azərbaycan xalqının, demək olar ki, yarısı kənd rayonlarında yaşayır. Aqrar islahatın aparılması çox mühümdür və onun birinci mərhələsi artıq başa çatıb, torpaq kəndlilərin daimi mülkiyyətinə verilib və kənd təsərrüfatı istehsalı artıbdır.

Eyni zamanda, bilirsiniz ki, vaxtilə Heydər Əliyevin göstərişi ilə

kəndlilər, demək olar, bütün vergilərdən azad olunublar. İndi kənd təsərrüfatında, aqrar sektorda islahatların ikinci mərhələsi başlanıbdır. Bu, nədən ibarətdir? Ondan ibarətdir ki, indi fermerlərə, kəndlilərə kreditlər ayrılır və gələn il sahibkarlığın inkişafı üçün, - bu da, əsasən, bölgələrdə baş verir, - 400 milyard manat güzəştli kredit ayrılacaqdır. Bununla yanaşı, - mənim göstərişim var, - onlara xaricdən gübrə də alınıb veriləcəkdir. “Aqrolizinq” səhmdar cəmiyyəti bu il 100 milyard manat, gələn il 150 milyard manat dəyərində kənd təsərrüfatı texnikası alıb gətirəcək və fermerlərə veriləcəkdir. Çünki əgər ilkin kapital, kredit yoxdursa, texnika, gübrə yoxdursa, kənd təsərrüfatı inkişaf edə bilməz. Bunu biz edirik və mən şübhə etmirəm ki, yaxın zamanlarda bunun gözəl nəticələrini görəcəyik.

Azərbaycanda sahibkarlıq inkişaf edir, güclü sahibkarlar sinfi yaranır.

Mən onları dəstəkləyirəm. Hər dəfə rayonlarda olarkən xüsusi maraqlanıram ki, özəl sektor necə inkişaf edir. Əlbəttə ki, iki il ərzində 300 min iş yerinin açılması analoqu olmayan bir hadisədir.

Bütün bunlar uğurlardır və biz haqlı olaraq bu uğurlardan danışırıq. Amma, eyni zamanda, ölkənin problemləri də az deyil və bu problemləri biz bilirik. Bu nəticələr, əldə edilmiş nailiyyətlər məhz həmin problemlərin həll olunması deməkdir. Uğurlar nə qədər çox olsa, problemlər bir o qədər az qalacaqdır.

Əsas problemlərdən biri, əlbəttə ki, yoxsulluq, işsizlik və qaçqın-köçkünlərimizin çətin vəziyyətdə yaşamasıdır. Bu istiqamətdə də işlər görülür. Dünya Bankının verdiyi məlumata görə, Azərbaycanda təxminən ilyarım ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 40 faizə düşübdür. Gələn il yenə də düşəcəkdir. Minimum əmək haqlarının qaldırılması nəticəsində yoxsulluğun səviyyəsi aşağı düşəcəkdir. İşsizlik haqqında artıq mən dedim - 300 min iş yeri cəmi iki il ərzində yaranmışdır.

Gələcəkdə bizim böyük işlərimiz var. Azərbaycan indi böyük neft inkişafının başlanğıcındadır. Biz böyük hadisələrin astanasındayıq. Hələ Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə düşməyib, hələ Azərbaycana böyük həcmdə neftdən gəlir gəlməyibdir. Amma baxın, 2006-2007-2008-ci illərdə və ondan sonrakı illərdə ölkəmizə neft gəlirləri şəklində milyardlarla dollar pul gələcək və bu pul Azərbaycan xalqı üçün işləyəcəkdir.

Neft Fondunun şəffaf olması çox vacib amildir. Hər bir vətəndaş bilir, yaxud maraqlanarsa, öyrənə bilər ki, Neft Fondunda nə qədər vəsait var. Çünki bütün sənədlər, hesabat şəffafdır, dərc olunur, hamı da bilir. Neft gəlirləri də ədalətli xərclənir. Büdcə müzakirə olunarkən parlament buna baxır, Neft Fondundan büdcəyə nə qədər transfer nəzərdə tutulması barədə qərar qəbul edir. Yəni bir sözlə, parlament vasitəsilə, millət vəkilləri vasitəsilə hər bir vətəndaş dolayı yolla bu prosesdə iştirak edir.

Qarşıdan parlament seçkiləri gəlir. Şübhə etmirəm ki, bütün başqa seçkilərdə olduğu kimi, Azərbaycan xalqının iradəsi bu dəfə də seçkilərin nəticələrində öz əksini tapacaqdır. Bu baxımdan 2003-cü ilin prezident seçkiləri də çox əhəmiyyətli idi. Çünki Azərbaycanda hakimiyyət quruluşu belədir ki, biz Prezident respublikasıyıq və hakimiyyət Prezidentin əlindədir. Ona görə ölkəmizin inkişafı üçün, siyasi xəttin müəyyən edilməsi üçün əlbəttə ki, prezident seçkiləri çox böyük əhəmiyyət daşıyır. Parlament seçkiləri o baxımdan önəmlidir ki, yeni seçiləcək deputatlar yeni layihələr, qanunlar üzərində işləyəcəklər və qanunvericilik bazasını təkmilləşdirəcəklər. Azərbaycanın qanunvericiliyini Avropanın qanunvericiliyinə daha da yaxınlaşdıracaqlar. Əlbəttə ki, parlamentin səlahiyyətinə aid olan bütün məsələləri həll edəcəklər. Amma parlament seçkiləri Azərbaycanda hakimiyyətə gəlmək üçün keçirilən seçki deyildir. Ona görə bu seçki kampaniyasında iştirak edən bəzi insanların bəyanatlarında belə bir fikir səslənəndə ki, parlament seçkiləri nəticəsində kimsə hakimiyyətə gələcəkdir - bu, təəccüblü görünür.

Birincisi, Azərbaycanda 1993-cü ildə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası ən güclü partiyadır. Azərbaycan xalqının tam əksəriyyəti bu partiyanı dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Biz öz siyasətimizi xalqın, millətin, Azərbaycanın milli maraqları üzərində qururuq. Hansısa başqa dairələrin yox, məhz Azərbaycan xalqının milli maraqlarının. Ona görə bəzi hallarda müəyyən dairələr çalışırlar ki, bəzi addımlarımızı, necə deyərlər, tənqid etsinlər. Biz müstəqil siyasət aparırıq. Bizim siyasətimiz ancaq və ancaq Azərbaycanın inkişafına, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəlibdir. Əlbəttə ki, xalq da bunu bilir, görür.

Mən belə hesab edirəm ki, parlament seçkiləri ona görə önəmlidir ki, hər bir namizədin öz platformasını bəyan etməsinə, seçicilərə müraciət etməsinə imkan verir. Bilirsiniz ki, indi bizdə demokratiya çox sürətlə inkişaf edir. Qeydə alınmış 2 mindən artıq deputatlığa namizəd var. Bu özü onu göstərir ki, bu namizədlərdə seçkilər ədalətli keçməsinə inam var. Başqa cür ola da bilməz. Azərbaycanda demokratik proseslərin inkişafı üçün, ölkəmizin hərtərəfli inkişafı üçün bu, çox vacibdir. Belə olan halda, 2 min adamın hər birinin televiziya vasitəsilə, qəzet vasitəsilə, yaxud da görüşlər keçirməklə öz platformasını, öz sözünü, öz fikrini xalqa çatdırmağa eyni imkanı var. Azərbaycan xalqı müdrik xalqdır, öz qərarını verəcəkdir. Əminəm ki, Azərbaycan xalqı ən layiqli namizədlərə səs verəcəkdir.

Ancaq bir daha demək istəyirəm ki, icra orqanları bu prosesdən gərək kənarda dursunlar, heç kimi dəstəkləməsinlər, seçki prosesinə müdaxilə etməsinlər, heç bir təzyiq olmasın. Biz demokratik cəmiyyətdə yaşayırıq, parlament seçkilərində Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmalıdır.

Mən şübhə etmirəm ki, Azərbaycan gələcəkdə daha böyük uğurlar qazanacaqdır. Bunu deməyə əsas verən odur ki, bizim iqtisadiyyatımız sürətlə inkişaf edir, sosial məsələlər öz həllini tapır. Sizə deyə bilərəm ki, buna dünyada çox nadir hallarda rast gəlinir. Biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipi əsasında qururuq. Ancaq eyni zamanda, əgər büdcəyə nəzər salsaq görərik ki, büdcəmiz sosialyönümlüdür. Yəni biz bu iki amili həmişə tarazlaşdırılmış vəziyyətdə saxlayırıq. Bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir.

Amma onun da fəsadları var, mənfi tərəfləri var. Bu da ondan ibarətdir ki, əgər sırf bazar iqtisadiyyatı tətbiq olunarsa, onda insanların sosial vəziyyəti pisləşə bilər, aparılan radikal iqtisadi islahatlar insanların həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Ona görə bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi ilə paralel olaraq, sosial məsələlərə də daim diqqət yetirilməlidir. Bu da var və pensiyaların, maaşların, təqaüdlərin, digər sosial müavinətlərin qaldırılmasında öz əksini tapır.

Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı bir daha salamlayıram. Bir daha demək istəyirəm ki, bu diyar mənim üçün çox əzizdir. Mənim atam, ulu öndər Heydər Əliyev 14 dəfə Sabirabada gəlibdir. Mən yaxşı xatırlayıram ki, səhər saat 8-dən axşam saat 10-a qədər tarlalarda, tarla düşərgələrində insanlarla, zəhmətkeşlərlə görüşübdür. Onun Azərbaycan xalqına və Azərbaycan xalqının ona olan məhəbbəti bizim ölkəmiz üçün o vaxt da çox vacib idi, bu gün də çox lazımlıdır. Bu, olmalıdır. Bu olmasa, heç bir ölkə uğurla inkişaf edə bilməz. Bu, qarşılıqlı olmalıdır, qarşılıqlı idi və bu gün də qarşılıqlıdır. Mən sizə öz dərin hörmət, ehtiram və məhəbbətimi bildirirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı.

X X X

Rayon İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya üzərində Sabirabadın simvolu olan nişanlar hədiyyə etdi.

Prezident İlham Əliyev Sosialist Əməyi qəhrəmanları, Prezident təqaüdçüləri Fatma Hüseynova, Zəminə Aslanova, habelə sabirabadlı akademik Böyükkişi Ağayevlə, SSRİ xalq artisti Lütfiyar İmanovla səmimi görüşdü. Lütfiyar İmanov dövlətimizin başçısına olan hörmət və ehtiramını mahnı ilə bildirdi.

Dövlətimizin başçısı ulu öndərin abidəsi önündə onlarla və rayon sakinləri ilə xatirə şəkli çəkdirdi.

X X X

Heydər Əliyev Abidə-Muzey Kompleksinin ətrafına toplaşan sakinlər dövlətimizin başçısına yaxınlaşaraq ürək sözlərini bildirdilər, qayğı və problemlərindən söhbət açdılar. Sabirabadlılar Prezidentin regionların sosial-iqtisadi inkişafına verdiyi böyük önəmi, əhalinin rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirdilər, respublikamızın rəhbərinə Allahdan uzun ömür, cansağlığı arzuladılar.

Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyat gücləndikcə əhalinin yaşayışının daha da yaxşılaşacağını və problemlərin aradan qaldırılması üçün bütün işlərin görüləcəyini bildirdi.

X X X

Oktyabrın 6-da Sabirabad Rayonu İcra Hakimiyyətinin binasında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Əli Bayramlı şəhərinin, Sabirabad, Kürdəmir, Hacıqabul və Saatlı rayonlarının sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş müşavirə keçirildi.

Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı. İcra hakimiyyətlərinin başçıları müşavirədə çıxış etdilər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Bakıya qayıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər