Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli Gürcüstan Prezidenti Mixail Saakaşvili!

Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər!

Hörmətli dostlar, xanımlar və cənablar!

Mən yenidən qardaş Gürcüstan torpağında olmağımdan çox məmnunam və bu fürsətdən istifadə edərək, bütün qardaş gürcü xalqına öz dərin hörmət və məhəbbətimi ifadə etmək istəyirəm.

Bu gün çox əlamətdar bir gündür. Bu gün Gürcüstan torpağında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyatında çox mühüm hadisə baş verir. Azərbaycan nefti artıq Gürcüstanın ərazisinə daxil olubdur və bundan sonra Türkiyənin Ceyhan limanına nəql ediləcəkdir. Bir neçə ay bundan əvvəl buna oxşar mərasim Bakıda keçirilmişdi və mənim əziz dostlarım - Türkiyə və Gürcüstan prezidentləri həmin mərasimdə iştirak etmişdilər. Ümid edirəm ki, yaxın zamanlarda buna bənzər mərasim Türkiyənin Ceyhan limanında keçiriləcək və beləliklə, uzun illər əfsanə sayılan kəmər işə düşəcəkdir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində iştirak etmiş, bu layihəni gerçəkləşdirmiş bütün insanlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu layihənin həyata keçirilməsində çoxlu insan iştirak edibdir. Biz hamımız - çoxlu şirkətlər, dövlətlər, beynəlxalq maliyyə qurumları, adi fəhlələr bunu birlikdə etmişik. Ancaq hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində “Əsrin müqaviləsi” imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu. Azərbaycana çoxlu təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bildi və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır.

Mən bu fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Bu layihə transmilli bir layihədir. Dünyanın ən böyük enerji layihəsidir. Şübhəsiz ki, əgər burada çox geniş əməkdaşlıq olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik.

Layihənin aparıcı şirkəti olan bp şirkəti, beynəlxalq maliyyə qurumları, konsorsiumun digər üzvləri və əlbəttə ki, Gürcüstan, Türkiyə və Azərbaycan rəhbərliyinin siyasi iradəsi, qətiyyəti, cəsarəti bu layihəni əfsanədən gerçəkliyə çevirdi. Bu gün bu gözəl mərasimi keçirərək, yenidən ötən illərə nəzər salırıq və çox böyük fərəh hissi ilə deyə bilərik ki, biz bunu bacardıq. Bütün çətinliklərə, bütün əngəllərə baxmayaraq, biz bunu bacardıq və beləliklə, biz tarixi yazdıq. Bu tarix yeni tarix olacaqdır. Bu, bizim xalqlarımızn inkişafına, ölkələrimizin müstəqil şəkildə yaşamasına çox güclü şərait yaradacaqdır.

Sirr deyil ki, Sovet İttifaqı dağılandan sonra həm Gürcüstan, həm də Azərbaycan çox çətin vəziyyətə düşmüşdü. Ölkədə gedən proseslər, sabitliyin pozulması, torpaqlarımızın işğal altına düşməsi bizi çox sarsıtdı. Bu əməkdaşlıq, bu işbirliyi bizə yeni üfüqlər açır. Mən şübhə etmirəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə ediləcək gəlirlər bizim xalqlarımızın rifah halının yaxşılaşmasına sərf olunacaq, ölkələrimizin hər bir vətəndaşı bundan fayda götürəcəkdir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin digər əhəmiyyəti ondadır ki, bu, bölgədə təhlükəsizlik sisteminin möhkəmlənməsinə güclü xidmət edəcəkdir. Bildiyiniz kimi, bu bölgədə təhlükəsizlik sisteminin möhkəmlənməsinə böyük ehtiyac var və hər üç ölkə öz tərəfindən bu işə töhfəsini verir və verəcəkdir. Əminəm ki, kəmərin istismara verilməsindən sonra təhlükəsizlik sistemi daha da möhkəmlənəcəkdir. Digər tərəfdən, bu, regional əməkdaşlığın çox parlaq bir təzahürüdür. Həm də onu göstərir ki, regionda əməkdaşlıq uğurla gedə bilər. Üç ölkə dünyanın ən böyük enerji layihəsinin həyata keçirilməsinə nail oldu. Bu, gələcəkdə imkan verəcək ki, digər beynəlxalq iqtisadi və nəqliyyat layihələrimizi də birlikdə icra edək. “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar Cənubi Qafqaz qaz kəmərinin tikintisi layihəsi çox böyük önəm daşıyır. Bu Azərbaycan qazının Gürcüstana, Türkiyəyə və ondan sonra digər ölkələrə daşınmasını təmin edəcəkdir.

Bölgədə növbəti regional əməkdaşlıq layihəsi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsidir. Biz bu layihəyə də çox böyük əhəmiyyət veririk və ümid edirəm ki, yaxın zamanlarda bu əfsanə də gerçəkliyə çevriləcəkdir. Yəni gələcəkdə görüləcək işlər çoxdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranması bütün dünyaya sübut etdi ki, burada gözəl əməkdaşlıq var, gözəl ab-hava hökm sürür, ölkələr arasında əsil qardaşlıq əlaqələri mövcuddur.

Bu fürsətdən istifadə edərək, mən bizim aramızda olan əlaqələrin inkişafına yenidən diqqət yetirmək istəyirəm. Gürcüstanla Azərbaycanı çox dərin tarixi tellər bağlayır. Bizim xalqlarımız qonşudur. Həmişə, bütün zamanlarda biz mehribanlıq şəraitində, dostluq, qardaşlıq şəraitində yaşamışıq. Yaxşı qonşu olmuşuq, yaxşı dost, yaxşı qardaş olmuşuq. Çox sevindirici haldır ki, ölkələrimizin indiki rəhbərləri bu gözəl ənənələri davam etdirir. Bu əlaqələr çox böyük və güclü zəmin üzərində qurulubdur.

Əminəm ki, Mixail Saakaşvili ilə bizim şəxsi dostluğumuz, qardaşlığımız ölkələrimizin çox uğurlu inkişafına da böyük təkan verir. Bizim xalqlarımız, ölkələrimiz bir-birinə çox sıx bağlıdır. Gürcüstanın uğuru bizim uğurumuzdur, Azərbaycanın uğuru Gürcüstanın uğurudur. Biz bir-birimizə o qədər sıx bağlıyıq ki, bir ölkə, o biri ölkənin inkişafında iştirak edir və əksinə. Eyni zamanda, bizi bağlayan dostluq, qardaşlıq münasibətləridir. Biz bu münasibətlərə çox böyük əhəmiyyət verir, onu çox yüksək dəyərləndiririk. Biz Gürcüstanda gedən prosesləri dəstəkləyirik. Rəhbərliyin qətiyyətli siyasətini bəyənirik. Azərbaycanda buna çox böyük rəğbət var. Sizin uğurlarınıza sevinirik. Görəndə ki, Gürcüstanın büdcəsi artır, sosial vəziyyət yaxşılaşır, ölkənizdə güclü infrastruktur yaradılır, qayda-qanun yaradılır – bu, bizi də çox sevindirir. Çünki dost kimi, qardaş kimi, bizim mövqeyimiz başqa cür ola da bilməz. Ümid edirəm ki, gələcəkdə bizim uğurlarımız daha da böyük olacaqdır. Həm Gürcüstanın, həm də Azərbaycanın gələcəkdə böyük perspektivləri vardır. Bu perspektivləri reallaşdırmaq üçün bütün səviyyələrdə birlik olmalıdır, dostluq, qardaşlıq olmalıdır.

Mən bu gün dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezəri də görməyimdən çox məmnunam. Bildiyiniz kimi, Türkiyə və Azərbaycan qardaş ölkədir. Bizim aramızda münasibətlər ən yüksək səviyyədədir. Bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olubdur. Bütün beynəlxalq tədbirlərdə, bütün məsələlərdə həmişə biz bu dəstəyi hiss etmişik və buna arxalanırıq.

Bu gün üç ölkənin prezidentləri bu gözəl mərasimə toplaşaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yeni bir hissəsinin işə salınmasını qeyd edirlər. Bu, çox əlamətdar hadisədir. Bu lokal hadisə deyil, çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri transmilli layihədir. Dünyanın ən böyük enerji layihəsidir və onun uğurla başa çatması bütün bölgəyə yeni nəfəs gətirəcək, burada yeni imkanlar yaradacaqdır. İnsanlarımız daha da yaxşı yaşayacaqlar. Çünki bundan əldə olunan gəlir, şübhə etmirəm ki, bölgəmizin iqtisadi potensialına, rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.

Əziz dostlar, bu gözəl bayram münasibətilə bir daha sizin hamınızı ürəkdən təbrik edirəm, qardaş Gürcüstan xalqına uğurlar, xoşbəxtlik, tərəqqi arzulayıram. Sağ olun.

X X X

Sonra Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb