Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Parlament seçkilərinə iki həftədən az vaxt qalır. Demək olar ki, indi seçki kampaniyasının son mərhələsi yaşanır. Elə etməliyik ki, bu kampaniyanın son mərhələsi də uğurlu, qanunauyğun şəkildə keçsin. Bütövlükdə deyə bilərəm ki, seçki kampaniyası uğurlu keçir. İlk növbədə, qeydiyyat məsələlərində heç bir problem olmamışdır. İki mindən artıq namizədin qeydə alınması özlüyündə onu göstərir ki, əhalidə seçkilərə inam çox yüksək səviyyədədir. Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi bizim hamımızın marağındadır. Çox sevindirici haldır ki, iki mindən artıq insan öz gücünü sınamaq üçün bu seçkilərə qatılıbdır. Ondan sonrakı mərhələ də hesab edirəm ki, bütövlükdə uğurlu olmuşdur. Təbliğat-təşviqat kampaniyasında da heç bir problem müşahidə edilmirdi. Bütün namizədlərə eyni, bərabər şərait yaradılmışdır. Televiziya vasitəsilə hər bir namizəd öz seçicilərinə müraciət etmişdir. Heç bir ayrı-seçkiliyə yol verilməmişdir. Siyasi əqidəsindən, partiya mənsubiyyətindən asılı olmayaraq, bütün namizədlər həm pulsuz, həm də pullu efir vaxtından istifadə edə bilirlər. Bu günə qədər davam edən kampaniya onu göstərir ki, hər bir namizəd sərbəst, açıq şəkildə öz seçicilərinə müraciət edir. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Biz hamımız görürük ki, Azərbaycan dövlət televiziyasında, İctimai Televiziyada və özəl kanallarda kampaniya çox açıq və şəffaf şəkildə keçirilir. Eyni zamanda, hər bir namizəd üçün yerlərdə görüşlərin keçirilməsi üçün də lazımi şərait yaradılmışdır. Bildiyimə görə, Azərbaycanın bütün bölgələrində bu görüşlər keçirilir və buna heç bir maneçilik törədilmir.

Mən bu məsələyə dair yerli icra orqanlarına dəfələrlə öz göstərişlərimi vermişəm və demişəm ki, bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Heç bir ayrı-seçkilik qoyulmadan bütün namizədlər açıq havada, qapalı şəraitdə görüşlər keçirmək üçün eyni şəraitlə təmin olunmalıdırlar. Bütövlükdə deyə bilərəm ki, bu sahədə də çox müsbət mənzərə müşahidə olunur. Ayrı-ayrı şikayətlər istisna olmaq şərtilə, tam əksər hallarda bütün görüşlər azad, sərbəst şəkildə keçirilibdir. Bu, kampaniyanın bütövlükdə ədalətli keçməsinə dəlalət edir, bizim niyyətimizi bir daha ifadə edir. Bir də onu göstərir ki, bəyan edilmiş prinsiplər və niyyətlərimiz həyatda öz əksini tapır.

Mənim də məqsədim məhz budur.

Parlament seçkiləri Azərbaycanın demokratik inkişafında çox mühüm rol oynayır. Ümid edirəm ki, yeni formalaşacaq parlament Azərbaycanda qanunvericilik funksiyasını uğurla davam etdirəcək, yeni mütərəqqi qanunlar qəbul olunacaqdır. Azərbaycan artıq bir sıra beynəlxalq konvensiyalara qoşulubdur. Bu proses bundan sonra daha da sürətlə getməlidir.

Bildiyiniz kimi, Azərbaycan bir neçə ildir Avropa Şurasının üzvüdür və üzv qəbul edilərkən öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Beləliklə, Azərbaycanda demokratik proseslər daha da sürətlə gedir. Biz istəyirik ki, ölkəmiz daha da demokratik olsun, cəmiyyətimiz daha da azad olsun və dünyada mövcud olan ən mütərəqqi təcrübə Azərbaycanda öz əksini tapsın. Bu baxımdan parlament seçkilərinin ədalətli, şəffaf və azad şəkildə keçirilməsi bizim maraqlarımıza uyğun gəlir. Bu, bir tərəfdən bizim cəmiyyətimizin inkişafında mühüm rol oynayacaqdır. Digər tərəfdən, ümid edirəm ki, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası prosesinə də güclü təkan verəcəkdir.

Bildiyiniz kimi, artıq bir neçə aydır seçkilərlə bağlı müxtəlif fərziyyələr irəli sürülür, fikirlər səslənir. Cəmiyyətimizdə seçkilərə böyük maraq var. Bu da çox müsbət haldır. Eyni zamanda, ölkəmizin xaricində də seçkilərə böyük maraq var. Təsadüfi deyil ki, parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana 1500-ə yaxın xarici müşahidəçi gələcəkdir. Bu, analoqu olmayan bir rəqəmdir və 8 milyon əhalisi olan ölkədə 1500 xarici müşahidəçinin olması çox yüksək göstəricidir. Nəzərə alsaq ki, Azərbaycanda 4500-dən çox seçki məntəqəsi var, deyə bilərik ki, istənilən halda məntəqələrin böyük əksəriyyətində seçkilər müşahidə olunacaqdır. Eyni zamanda, minlərlə yerli müşahidəçi də bu seçkiləri izləyəcək və bildiyiniz kimi, bu müşahidəçilər müxtəlif siyasi partiyaları təmsil edirlər.

Mən bir daha demək istəyirəm ki, bütövlükdə, kampaniyanın gedişatından məmnunam. Hesab edirəm, qalan günlər ərzində də çalışmalıyıq ki, qarşıda duran bütün vəzifələr öz həllini tapsın.

Mayın 11-də mənim tərəfimdən Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncam imzalanmışdır. Sərəncam cəmiyyətdə çox müsbət qarşılandı və o, normal, ədalətli seçkilərin keçirilməsinə şərait yaradır. Seçki Məcəlləsi ilə birlikdə Sərəncamın mövcudluğu bizim niyyətimizi daha da açıq şəkildə ortaya qoyur. Rayonlara etdiyim müxtəlif səfərlərdə yerli icra hakimiyyəti orqanları ilə görüşlərimdə, eyni zamanda əhali ilə bütün görüşlərimdə bu seçkilərin vacib olduğunu xüsusilə vurğulayır və tələb edirdim ki, yerli icra hakimiyyəti orqanları Sərəncamdan irəli gələn vəzifələrini yerinə yetirsinlər. Seçki prosesinə müdaxilə etməsinlər, heç bir namizədin tərəfini tutmasınlar, seçki kampaniyasında iştirak etməsinlər. Sadəcə olaraq, seçkilərin normal şəkildə keçirilməsi üçün öz vəzifə borclarını yerinə yetirsinlər.

Deyə bilərəm ki, bütövlükdə, həm Seçki Məcəlləsinin müddəaları, həm də Sərəncamda əks olunan məsələlər həyatda öz əksini tapır və yerinə yetirilir. Bununla yanaşı, əlbəttə, müxtəlif problemlər də var. Biz dərhal həmin problemlərin aradan qaldırılması üçün tədbirlər görürük və görməliyik. Bu da təbiidir. Çünki Azərbaycan keçid dövrünü yaşayır. Azərbaycanda demokratik cəmiyyətin formalaşması prosesi sürətlə gedir. Bu, çox müsbət istiqamətdə inkişaf edən meyildir. Ancaq şübhəsiz ki, bir gündə, yaxud da bir neçə ayda bu sahədə köklü dəyişikliklərə nail olmaq üçün çox ciddi işlər görülməlidir və görülür. Bu seçki kampaniyası keçmiş seçki kampaniyalarından fərqlənir və hesab edirəm ki, indiki seçkilərin nəticələri də Azərbaycan xalqının iradəsini əks etdirəcəkdir.

Eyni zamanda, müəyyən problemlər də var. Seçki kampaniyası ərzində müəyyən məsələlər ortaya çıxır. Biz gərək hər bir məsələyə operativ reaksiya verək və onun həlli üçün yollar axtaraq. Biz heç bir məsələyə ehkam kimi yanaşmamalıyıq. Fikirləşməliyik ki, seçkilərin ədalətli keçirilməsi üçün əlavə nə edilməlidir. Mən hesab edirəm ki, Seçki Məcəlləsinin mövcudluğu, mənim Sərəncamım artıq bu sahədə kifayət qədər normal şərait yaradır. Bildiyiniz kimi, seçkiləri müşahidə edən ATƏT-in missiyası da təxminən eyni mövqedən çıxış edir. Onların bəyanatı olmuşdur ki, əgər mövcud Seçki Məcəlləsi və Prezidentin Sərəncamı icra olunarsa, Azərbaycanda demokratik seçkilərin keçirilməsi mümkündür. Eyni zamanda, mövcud olan problemləri biz gərək həll edək. Onların aradan qaldırılması üçün müvafiq göstərişlər veriləcək və qərarlar qəbul ediləcəkdir.

İlk növbədə, seçici vəsiqələrinin seçicilərə paylanılması prosesi bizi qane edə bilməz. Çünki məndə olan məlumata görə, - yəqin ki, sizdə də bu məlumat var, - bir neçə hallarda vətəndaşlara seçici vəsiqəsi paylanılmayıb, yaxud da elə hallar var ki, bir seçiciyə bir neçə vəsiqə göndərilibdir. Elə hallar var ki, ümumiyyətlə, seçici vəsiqəsi göndərilməyibdir. Ümumiyyətlə, seçici vəsiqəsinin tətbiq olunması beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş bir təklif idi, tövsiyə idi. Bu, seçki prosesinin şəffaflığını təmin etməli idi və bütövlükdə, çox müsbət, təqdirəlayiq bir addımdır. Ancaq əfsuslar olsun ki, praktikada biz bunu tam şəkildə təmin edə bilmədik. Ona görə seçkilər günü bu, müəyyən problemlər yarada bilər. Biz gərək imkan verməyək ki, bu problemlər yaransın.

Belə olan halda, hesab edirəm ki, müxtəlif başqa variantlara da biz fikir verməliyik və bu məsələdə yarana biləcək problemin aradan qaldırılması üçün konkret addımlar atmalıyıq. Hesab edirəm ki, müvəqqəti bir hal kimi və istisna hal kimi, səsvermə günü seçki bülleteni aldıqları zaman barmaqlarının gözəgörünməyən mürəkkəblə işarələnməsinin mümkünlüyü məsələsinə baxmalıyıq.

Bu təklif müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də irəli sürülmüşdür. Düzdür, biz hesab edirdik ki, buna böyük ehtiyac yoxdur. Çünki seçici vəsiqələrinin mövcudluğu artıq bu məsələni aradan qaldırırdı. Amma bir halda ki, seçici vəsiqələrinin paylanmasında biz problemlərlə üzləşdik, mən hesab edirəm, bu məsələyə baxmaq olar ki, seçkilərin şəffaf keçirilməsi heç bir şübhə doğurmasın. Onsuz da biz bilirik ki, Azərbaycanın siyasi spektrinin bir hissəsi seçkilərin nəticələrini tanımaq fikrində deyildir. Biz bunu mətbuatdan da eşidirik, müşahidə edirik və görürük ki, istənilən halda daim seçkiləri uduzan qüvvələr bu dəfə də yəqin seçkilərin nəticələrini tanımayacaqlar və müxtəlif bəhanələrlə bizi ittiham etməyə çalışacaqlar. Bu hallar keçmişdə də olub və hadisələrin inkişafı onu göstərir ki, indiki seçkilərdə də bu, istisna olunmur. Ümid edirəm ki, bizim üçün yeni olan bu praktika, yəni barmaqların mürəkkəblə işarələnməsi əsassız ittihamları aradan götürəcəkdir. Ona görə hesab edirəm ki, bu məsələ gərək müzakirə olunsun, buna baxılsın.

Eyni zamanda, şəxsiyyət vəsiqələrinin paylanılmasında da müəyyən problemlər var. Biz bu məsələ ilə ciddi məşğul olmuşuq və həmişə bizə söz verilmişdi ki, şəxsiyyət vəsiqələri vaxtında paylanılacaqdır. Ədalət naminə deməliyəm ki, doğrudan da son aylar ərzində bu istiqamətdə çox gərgin iş gedirdi. Demək olar ki, şəxsiyyət vəsiqələrinin tam əksəriyyəti paylanılıbdır. Amma eyni zamanda onu da bilirik ki, elə vətəndaşlar var, onların şəxsiyyət vəsiqələri yoxdur. Belə olan halda biz gərək bu vəziyyətdən çıxış yolu arayaq, baxaq. İndi bəlkə Mərkəzi Seçki Komissiyası bu məsələyə baxmalıdır. Bəlkə biz seçki günü köhnə pasportlarla səsverməyə icazə verək. Amma əlbəttə, hələ vaxta var və son bir neçə gün ərzində əgər şəxsiyyət vəsiqələri 100 faiz paylanmazsa, onda bu alternativ varianta da baxmaq olar.

Yerli icra hakimiyyəti orqanları seçki komissiyalarının yerləşdiyi binaların və otaqların səsverməyə hazır olub-olmadığını yerlərdə yoxlamalıdırlar. Eyni zamanda, səsvermə günü seçki bülletenlərinin, dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların mühafizəsi gücləndirilməlidir. Dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların rabitə və elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün zəruri tədbirlər görülməlidir. Bu, “Azərenerji” Səhmdar Cəmiyyətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid olan məsələlərdir. Elə etməliyik ki, nə rabitə ilə, nə də elektrik enerjisi ilə bağlı heç bir problem olmasın.

Bir daha demək istəyirəm ki, bəzi hallarda yerli icra hakimiyyəti orqanları tərəfindən yersiz və lazımsız müdaxilələr olmuşdur. Deyə bilərəm ki, onlar istisna hal kimi müşahidə edilmişdir və tam əksəriyyət hallarda belə olmayıbdır. Amma yenə də mənim yerlərdəki nümayəndələrimdən tələb edirəm ki, son günlər ərzində heç bir qanunsuz müdaxilə olmasın.

Bəzi məlumatlar gəlir ki, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri hansısa namizədlərə daha da məhrəm münasibət göstərirlər. Məlumatlar var ki, bəzi icra hakimiyyəti başçıları namizədlərlə birlikdə gedib tədbirlərdə iştirak edirlər. Bunlar yolverilməz hallardır. Mən bütün icra hakimiyyəti başçılarına, belə hallara rəvac verənlərə xəbərdarlıq edirəm, bunları yığışdırın. Birincisi, mənim Sərəncamım var, ikincisi, bir neçə ay bundan əvvəl seçki kampaniyası başlanan gün mən sizi yığmışdım, öz göstərişlərimi vermişdim və demişdim ki, kənarda durun, qarışmayın.

Azərbaycan xalqı müdrik xalqdır. Özü bilir, kimi seçmək lazımdır. Kimi istəyir, onu da seçsin. Bəzi hallarda bilirəm ki, yerli icra hakimiyyəti başçılarının sevimli namizədləri var. İstəyirlər ki, özlərinə yaxın adamlara kömək etsinlər. Bu, keçmişdə də olubdur. Bilirəm, siz də bilirsiniz, keçmişdə də həmişə yerli icra hakimiyyəti başçıları çalışırdılar ki, öz rayonlarından seçilən deputatlar onlara yaxın olsunlar, onların sözü ilə oturub-dursunlar və onların işinə qarışmasınlar. Bəzi hallarda yerlərdə seçilmiş deputatla icra hakimiyyətinin başçısı arasında ixtilaflar da, münaqişələr də yaranırdı. Ola bilər ki, kimsə xoşuna gəlir. Xoşuna gəlirsə, işdən sonra o adamlarla gedib görüşə bilərsiniz. Amma bir daha deyirəm, heç kimə icazə verməyəcəyəm ki, seçkidə öz adamlarını keçirsin, hansısa səbəblərə görə burada bizim işimizi pozsun. Heç kimə bu icazə verilməyəcəkdir. Kim bunu edəcəksə, ciddi şəkildə cəzalandırılacaqdır.

Mən artıq qeyd etdim ki, seçkilərin Azərbaycanın normal inkişafı üçün çox böyük əhəmiyyəti var. Hansısa namizədə görə nə üçün biz özümüzü pis vəziyyətə salmalıyıq? Nə üçün? Ona görə bu məsələyə ciddi yanaşın. İndi hərə öz payını götürsün. Əgər kimsə bu işlərlə məşğuldursa, bu əməlləri yığışdırsın.

Yenə də deyirəm, bu hallar istisna xarakteri daşıyır. Amma tamamilə aradan qaldırılmalıdır. Seçki hüquqlarının pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasından Baş Prokurorluğa daxil olan, cinayət tərkibli olması ehtimal edilən məlumatlar prokurorluq orqanları tərəfindən hərtərəfli araşdırılmalıdır. Lazım olarsa, cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul olunmalıdır.

Eyni zamanda, bu seçkilərdə daha bir yenilik var, o da exit-poldur. Bu da bizim üçün yeni bir üsuldur. Mənim Sərəncamımda exit-polun keçirilməsi haqqında açıq-aydın göstərilibdir. Siz də çalışmalısınız ki, əgər lazım olarsa, exit-polu keçirən qurumlara kömək edəsiniz. Əgər lazım olmazsa, ümumiyyətlə, bu məsələyə qarışmamalısınız. Əgər sizdən xahiş olunarsa ki, kömək edin, onu edin. Olmayacaqsa, qarışmayın. Bu, bizim üçün yeni bir üsuldur. İnkişaf etmiş ölkələrdə bu üsuldan çox geniş istifadə olunur. Azərbaycanda belə bir üsul ilk dəfə tətbiq ediləcəkdir.

Düzdür, prezident seçkiləri günü bəzi yerli təşkilatlar buna bənzər bir rəy sorğusu keçirmişlər. Ancaq bu dəfə exit-polu xarici, beynəlxalq təşkilatlar keçirəcək, yəqin yerli təşkilatlar da keçirmək istəyəcəkdir. Ona görə, heç bir maneçilik törədilməməlidir.

Nəhayət, hesab edirəm, Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir ki, qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında Azərbaycan Respublikası Qanunundan nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının seçkiləri müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin. Bu məsələ də bəzi beynəlxalq təşkilatlar tərəfindən qaldırılıbdır. Hesab edirəm ki, Milli Məclis bu məsələyə də baxa bilər. Yəni, bir sözlə, biz hər şeyi etməliyik ki, heç kim zərrə qədər şübhə etməsin ki, bu seçkilər ədalətli və şəffaf keçiriləcək və Azərbaycan dövlətinin, hökumətinin, Prezidentinin niyyəti məhz bundan ibarətdir. Ona görə nə lazımdırsa onu da etməliyik. Ancaq eyni zamanda, hər şey qanun çərçivəsində olmalıdır. Heç kimə imkan verilməməlidir ki, qanunu pozsun, heç kimə hansısa xüsusi imtiyazlar yaradılmamalıdır. Bütün namizədlər, siyasi partiyalar və bloklar qanun çərçivəsində hərəkət etməlidirlər.

Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanın

bütün bölgələrində, rayonlarında bu baxımdan heç bir problem yaradılmır və sərbəst toplaşmaq azadlığı təmin edilibdir. Ancaq Bakıda son müddət ərzində müxalifət tərəfindən süni problemlər yaradılıbdır. Onların da qarşısı alınıbdır. O hərəkətlərin də mənşəyi bəllidir. Çünki seçki kampaniyası başlanan gündən bütün siyasi qüvvələr, partiyalar Qələbə meydanında öz mitinqlərini keçirirdilər. Həm müxalifət partiyaları, həm də Yeni Azərbaycan Partiyası. Yeni Azərbaycan Partiyasının sədri kimi mən şəxsən Qələbə meydanında partiyamızın mitinqində iştirak etmişdim.

Xatırlayırsınızsa, 2003-cü ilin prezident seçkiləri ərəfəsində bütün seçki təbliğatı Qələbə meydanında keçirilirdi. O vaxt heç kimdə sual doğmurdu ki, bu meydan yararsızdır, yaxud başqa meydan lazımdır. 2005-ci ilin seçki kampaniyası başlanan gündən müxalifət də, iqtidar da və başqa partiyalar Qələbə meydanında çox sərbəst, azad şəkildə, asayiş qorunmaq şərtilə öz mitinqlərini keçirirdilər və heç bir sual da yaranmırdı. Nə üçün birdən-birə onların fikri dəyişdi? Biz bunun səbəbini bilirik. Səbəb ondan ibarətdir ki, bəri başdan bilirdilər, şəhər rəhbərliyi Cəfər Cabbarlı meydanında mitinqin keçirilməsinə imkan verməyəcəkdir. Beləliklə, süni şəkildə qarşıdurma yaranacaqdır. Müxalifət də hesab edirdi ki, bu qarşıdurma nəticəsində onlar hansısa üstünlük əldə edəcəklər, yaxud da zorakılıqla qanunu poza biləcəklər. Süni şəkildə bu qarşıdurmaya gedirdilər.

Ancaq Azərbaycanda qanun hamı üçün eynidir. Bütün qanunsuz hərəkətlərin qarşısı çox ciddi şəkildə alınıbdır və gələcəkdə də alınacaqdır. Kim sərbəst toplaşmaq istəyirsə, mitinq keçirmək istəyirsə, buyursun, getsin müəyyən yerlərdə, meydanlarda o mitinqləri keçirsin.

Onu da qeyd etməliyəm ki, şəhər rəhbərliyi xoş niyyət addımı kimi, müxalifətə beş meydan təklif edibdir. Onların hamısı ərazi baxımından Cəfər Cabbarlı meydanından qat-qat böyükdür. Ona görə qanunsuz hərəkətlərə heç kim imkan verməyəcəkdir. Hesab edirəm ki, artıq müxalifət də bunu başa düşübdür. Bu gün mənə dedilər ki, onlar növbəti qanunsuz mitinqə getməyəcəklər. Hesab edirəm, müsbət haldır ki, müxalifət də təkamül yolu ilə inkişaf edir. Artıq başa düşüb ki, bizimlə bu dildə danışmaq olmaz. Biz heç bir qanunsuz hərəkətə yol verməyəcəyik.

Bir daha demək istəyirəm ki, seçkilərin normal keçirilməsi üçün hər cür şərait var. Biz əlimizdən gələni etməyə çalışmışıq ki, hər bir namizəd sərbəst fəaliyyət göstərsin, kampaniyasını aparsın və Azərbaycanda seçki praktikası təkmilləşdirilsin. Ümid edirəm, görülən tədbirlər imkan verəcək ki, noyabrın 6-da Azərbaycanda ədalətli seçkilər keçirilsin. Bu seçkilər keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi bu seçkilərdə əks olunacaqdır. Beləliklə, Azərbaycanın hərtərəfli, demokratik inkişafı üçün yeni imkanlar yaranacaqdır.

Sizə bir daha göstəriş verirəm ki, mənim bütün tövsiyələrimi yerlərdə icra edəsiniz, heç bir qanun pozuntularına yol verməyəsiniz. Harada narahatedici hallar varsa, harada qanun pozulursa, dərhal operativ qaydada ya özünüz tədbirlər görün, ya da ki, bizi məlumatlandırın. Bu qədər. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir