Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar, bacılar və qardaşlar!

Bu gün çox gözəl bir gündür. Bu gün Zabrat qəsəbəsində yeni məktəbin təməl daşı qoyulur. Eyni zamanda, bir qədər bundan əvvəl yeni Sağlamlıq Mərkəzinin təməl daşı qoyulmuşdur. Bunlar çox böyük hadisələrdir. Hesab edirəm ki, Zabratın gələcək inkişafına çox güclü təkan verəcək hadisələrdir.

Noyabrın 2-də Bakı Şəhəri İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir. Bakının kənd və qəsəbələrinin inkişaf proqramı müzakirə olunmuşdur. İndi artıq inkişaf proqramının ilkin addımları atılır. Baxmayaraq ki, bu proqram hələ rəsmən təsdiqlənməyib, biz bu gün bunun ilkin addımlarını atdıq.

Mən xatırlayıram, o müşavirədə Zabratdan olan ağsaqqal demişdi ki, Zabratda 4 məktəb var. Sonra öyrəndim ki, onların vəziyyəti o qədər də yaxşı deyildir. İndi o məktəblərə də baxmaq, təmir etmək lazımdır. Dedi ki, 4 məktəb var, onların hamısı yolun bir tərəfindədir. Ancaq, haradasa, 20 mindən çox insan yolun bu biri tərəfində yaşayır və uşaqlar məktəbə gedəndə gərək o magistral yolu keçsinlər. Bu da onların həyatı və sağlamlığı üçün təhlükəlidir. Mən dərhal göstəriş verdim, məsələyə baxdılar və bu gün burada yeni məktəbin tikintisi başlanır.

Biz insanları narahat edən məsələlərə operativ qaydada baxırıq. Haradan bir siqnal var, haradan bir müraciət var, harada ədalətsizlik var - dərhal bütün bu məsələlərə reaksiya verilir. Belə də olmalıdır. Əhalini narahat edən məsələlər öz həllini ilk növbədə tapmalıdır.

Biz indi yeni inkişaf dövrünü yaşayırıq. Azərbaycanda iqtisadi inkişaf, sosial inkişaf çox sürətlə gedir. Belə olan halda, ilk növbədə, biz diqqətimizi əhalini narahat edən problemlərə yönəltməliyik. Tibb məntəqələri, sağlamlıq mərkəzləri, yeni məktəblər, sosial infrastruktur, mədəniyyət ocaqları, yollar, elektrik stansiyaları, qaz təchizatı, elektik enerjisi təchizatı o məsələlərdir ki, insanlar gündəlik həyatda bunlarla üzləşirlər. Mən istəyirəm ki, Azərbaycanda bu sahədə heç bir problem olmasın. Bunu etmək üçün kifayət qədər imkanlar var. İlk növbədə, Azərbaycanda aparılmış iqtisadi islahatlar bizim maddi vəziyyətimizi xeyli yaxşılaşdırır.

Gələn il Azərbaycan büdcəsi təxminən 4 milyard dollara bərabər olacaqdır. Azərbaycanda minimum əmək haqqı ildə iki dəfə qaldırılır, orta aylıq əmək haqqı artıq müəyyən səviyyəyə çatıbdır. Əlbəttə, gərək biz çalışaq ki, bunu artıraq. Amma bütün sosial məsələlərin həllinin təməlində iqtisadi islahatlar və iqtisadi addımlar dayanır. Əgər imkan olmasa, əgər ölkəyə valyuta gəlməsə, bizim heç bir planımız həyata keçə bilməz.

Azərbaycanın gələcək inkişafında çox böyük rol oynayacaq, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən sonra ölkəmizə böyük həcmdə maliyyə vəsaiti gələcəkdir. Bu vəsaitdən məharətlə istifadə ediləcək, insanları narahat edən bütün məsələlər - yollar, məktəblər, xəstəxanalar, elektrik stansiyaları və başqa məsələlər öz həllini tapacaqdır.

Təsadüfi deyil ki, biz Bakı kəndlərinin inkişaf proqramını məhz Sağlamlıq Mərkəzinin və məktəbin təməl daşlarının qoyulması ilə başlayırıq. Məktəb savad, bilik deməkdir.

Mən çox istəyirəm ki, Azərbaycan gəncləri bilikli olsunlar, savadlı olsunlar. Çünki müasir dünyada bilik, savad, ümumi səviyyə hər şeyi həll edir. Həyatda yaxşı işlə təmin olunmaq üçün, öz yerini möhkəm tutmaq üçün ilk növbədə, bilik, savad olmalıdır. Ona görə Azərbaycanda indi geniş məktəb tikintisi proqramı başlanmışdır. Təkcə 2005-ci ildə Azərbaycanda 130 məktəb tikilmişdir. Gələn il də məktəblərin tikintisi nəzərdə tutulur. Çünki Azərbaycanda 4500-dən çox məktəb var. Onların bir çoxu artıq yararsız vəziyyətdədir. Harada təmirə ehtiyac var, təmir olunacaq, harada yeni məktəb tikilməlidir, yenisi tikiləcəkdir. Mənə verilən məlumata görə, bəzi məktəblərdə uşaqlar 3-4 növbə ilə təhsil alırlar. Bu, dözülməz bir haldır. Amma bu da təbii bir məsələdir. Çünki uzun illər ərzində Azərbaycanda məktəb tikintisi sürətlə getmirdi. Azərbaycanda əhalinin sayı artır və yeni məktəblərin tikintisinə böyük ehtiyac var.

Mən çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Çox şadam ki, bu gözəl mərasimdə iştirak edirik. Bu, bir daha onu göstərir ki, bizim bütün qərarlarımız, bütün planlarımız həyatda öz əksini tapır. Harada ki, məsələ qoyulur, proqram müəyyən edilir, o, mütləq və mütləq icra olunmalıdır. Bu, bizim işimizin başlıca şərtidir. Verilən hər bir söz, hər bir vəd, elan edilmiş hər bir proqram həyatda mütləq öz əksini tapmalıdır. Bu günə qədər qəbul edilmiş bütün proqramlar çox konkret məna daşıyır. O proqramlarda heç bir şüar yoxdur, heç bir populist vəd yoxdur, reallığı əks etdirməyən heç bir məqam yoxdur. Bu, həqiqətən, bizim iş prinsipimizdir. Harada ki, proqram nəzərdə tutulub, o, mütləq icra olunmalıdır, onun çox ciddi nəzarət mexanizmi var və vaxtında icra edilməlidir.

Bax, bu gün təməl daşını qoyduğum Sağlamlıq Mərkəzi, haradasa, may-iyun ayında hazır olacaqdır. Məktəb, - bu gün onun təməl daşını qoyuruq, - sentyabr ayında qapılarını açmalıdır və ümid edirəm ki, özüm şəxsən gəlib bu məktəbin açılışında iştirak edəcəyəm. Bu, onu göstərir ki, Azərbaycan inkişaf edir, Azərbaycan zənginləşir. Düzdür, problemlər çoxdur, işsizlik, yoxsulluq, digər problemlər. Amma onlar öz həllini tapır və tapmalıdır.

Mən ümid edirəm ki, 2006-cı il də Azərbaycan üçün uğurlu olacaqdır. 2006-cı ildə qarşımıza qoyduğumuz bütün məsələlər, proqramlar, planlar həyatda öz əksini tapacaqdır, Azərbaycan daha da inamla irəliyə gedəcəkdir.

Mən məktəbin təməl daşının qoyulması münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı)

X X X

Sakinlər, təhsil işçiləri Azərbaycan Prezidentinə yaxınlaşaraq, Bakının kənd və qəsəbələrinə dövlət səviyyəsində diqqətin artırılmasına razılıqlarını vurğuladılar, ulu öndər Heydər Əliyevin xidmətlərini məmnuniyyətlə xatırlayaraq, onun müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevi hər zaman dəstəkləyəcəklərini bildirdilər. Dövlətimizin başçısını xalqımızın həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb