Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- 2005- ci il arxada qaldı. İlin yekunları çox uğurlu olmuşdur. Bu barədə mən öz fikirlərimi çıxışımda söylədim. Bütünlükdə, 2005-ci il Azərbaycanın dinamik inkişafında çox mühüm rol oynayan bir il olmuşdur. Həm ictimai-siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir, iqtisadiyyatımız çox sürətlə artmışdır, həm də Azərbaycanın dünyadakı, bölgədəki mövqeləri möhkəmlənmişdir və bütövlükdə, ölkəmiz çox uğurla inkişaf etmişdir.

2006-cı ilin ilk günlərində biz Təhlükəsizlik Şurasının iclasını keçiririk. Bu, çox vacibdir. Çünki bildiyiniz kimi, Təhlükəsizlik Şurasının iclasları mütəmadi qaydada keçirilir, bu iclaslarda ölkəmizin qlobal məsələləri, strateji əhəmiyyət daşıyan məsələlər müzakirə olunur, inkişaf strategiyamızın əsas məqamları, istiqamətləri müəyyən edilir. Hesab edirəm ki, bugünkü iclas da bu baxımdan çox vacibdir.

Mən şübhə etmirəm ki, Azərbaycanda möhkəmlənmiş müsbət meyillər 2006-cı ildə daha da sürətlə inkişaf edəcəkdir. Azərbaycan bölgədə gedən proseslərdə daha da fəal iştirak edəcək, öz iqtisadi potensialını möhkəmləndirəcəkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istismara veriləcəkdir. İlin sonunda Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara veriləcəkdir. Bunlar, əlbəttə ki, dünya əhəmiyyətli məsələlərdir və həm Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə öz töhfəsini verəcək, həm də bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

2006-cı ildə sosial-iqtisadi məsələlərin həlli daha da sürətlə getməlidir. Buna nail olmaq üçün bütün imkanlar var. Qəbul olunmuş sosial-iqtisadi proqramlar, regionların inkişafı proqramları uğurla icra edilir. Həm iqtisadi sahədə, həm də sosial sahədə böyük işlər görülməlidir. Sosial məsələlərin həlli bilavasitə iqtisadi potensialdan asılıdır. Əlbəttə ki, bizim potensialımız gücləndikcə, bu məsələlər daha da sürətlə öz həllini tapacaqdır. Azərbaycanda məktəb, xəstəxana tikintisi geniş vüsət alıbdır. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ən başlıca vəzifədir. Yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması – bütün bunlar bizim əsas məsələlərimizdir və gündəlik həyatda bu məsələlərlə məşğul oluruq.

2006-cı il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də müəyyən ümidlər verir. Bildiyiniz kimi, bu məsələ ilə məşğul olan Minsk qrupu və onun həmsədrləri son zamanlar öz fəaliyyətini daha da gücləndirmişlər və müəyyən təkliflər irəli sürülür. Biz bütün təklifləri nəzərdən keçiririk, müzakirə edirik. Eyni zamanda, bu məsələ ilə bağlı bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir.

Praqa prosesinin möhkəmlənməsi müsbət haldır, məsələ ilə məşğul olan tərəflər, qurumlar artıq bunu əsas istiqamət kimi təqdim edirlər. Praqa prosesi müsbət prosesdir, mərhələli həll işində mühüm bir addımdır.

Bütün bu məsələlər bizim qarşımızda dayanır. Azərbaycanda iqtisadi, sosial, siyasi proseslər müsbət istiqamətdə gedir. Bu baxımdan 2005-ci ildə keçirilmiş parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafına çox güclü təkan verdi. Demokratik proseslər seçkilər ərəfəsində çox sürətlə getmişdir və seçkilərdən sonra da bu cür davam edir. Azərbaycan bu baxımdan sürətlə inkişaf edən ölkədir. Demokratiyanın inkişafı 2006-cı ildə də bizim əsas vəzifələrimizdən biri olacaqdır. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi bizə imkan verir ki, ölkəmiz hərtərəfli - həm iqtisadi sahədə, həm də siyasi məsələlər baxımından inkişaf etsin. Əlbəttə ki, demokratik inkişaf da çox böyük əhəmiyyət kəsb edir.

Çalışmalıyıq ki, 2006-cı ildə Azərbaycanın müstəqilliyini daha da gücləndirək, enerji təhlükəsizliyini daha da möhkəmləndirək. Bildiyiniz kimi, indi regionda enerji daşıyıcıları ilə bağlı olan problemlər artıq özünü çox qabarıq şəkildə büruzə verir. Azərbaycanda bu problemlər yoxdur, biz öz tədbirlərimizi vaxtı-vaxtında gördük. Əlbəttə ki, biz öz daxili resurslarımıza arxalanırıq. Ona görə də Azərbaycanda neft, qaz hasilatı artır. Gələn il Azərbaycanda həm neft, həm də qaz hasilatı xeyli dərəcədə artacaq və əlbəttə ki, bu, ölkəyə əlavə valyuta resursları gətirəcəkdir. Eyni zamanda, öz tələbatımızı daha da böyük həcmdə ödəyəcəyik. Amma buna baxmayaraq, hələlik idxal qazına ehtiyac var. Ona görə də qərar verildi ki, bu məsələ də öz həllini tapsın. Biz buna vaxtında nail olduq və ümid edirəm ki, qış aylarında Azərbaycanda enerji problemi olmayacaqdır.

Bildiyiniz kimi, eyni zamanda, biz enerji infrastrukturumuzu da möhkəmləndiririk. Böyük elektrik stansiyaları tikilir, kiçikhəcmli elektrik stansiyaları tikilir. Qaz xətləri yeniləşdirilir, sayğaclar quraşdırılır. Yəni bu, demək olar ki, əhalini narahat edən əsas sosial problemlərdən biridir və biz bunu həll etməliyik.

Bir sözlə, 2006-cı ildə biz gərək çox fəal, çox səmərəli işləyək. Hərə öz yerində vəzifə borcunu yerinə yetirməlidir və biz Azərbaycan xalqı qarşısında mütəmadi qaydada hesabat verməliyik.

X X X

İclasda 2006-cı ildə qarşıda duran vəzifələr barədə müzakirələr aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər