Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli Vladimir Vladimiroviç!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Bu gün biz Azərbaycanda Rusiya İlini açırıq. Mən bu əlamətdar hadisə münasibətilə hamımızı səmimi qəlbdən təbrik etmək istəyirəm. Əminəm ki, Azərbaycanda Rusiya İli uğurla keçəcəkdir. Bu il ərzində ölkələrimiz və xalqlarımız daha da yaxınlaşacaq, bir-birimizi daha yaxşı tanıyacaq, müxtəlif istiqamətlərdə daha fəal əməkdaşlıq edəcəyik. Beləliklə, çalışacağıq ki, həm Rusiya, həm də Azərbaycan gələcəkdə də yaxşı qonşular, xeyirxah dostlar və tərəfdaşlar olaraq qalsınlar. Bu, bizim mənafelərimizə uyğundur.

Ölkələrimizi və xalqlarımızı ümumi tarix birləşdirir və ənənəvi dostluq, mehriban qonşuluq və qardaşlıq münasibətləri indi davam edir, inkişaf edir və dərinləşir.

Siyasi səpkidə ölkələrimiz arasında həm regional əməkdaşlıq məsələlərində, həm də beynəlxalq məsələlərdə çox aktiv qarşılıqlı fəaliyyət mövcuddur. Biz müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Əlbəttə, ikitərəfli əsasda da əməkdaşlığın çox möhkəm bazası var.

Biz bu fəal siyasi dialoqun davam etdirilməsini istəyirik. Bu birgə səylərin nəticəsidir ki, indi biz Rusiya ilə Azərbaycan arasında münasibətlərdən strateji tərəfdaşlıq münasibətləri kimi danışırıq. Bax, siyasi münasibətlərin belə möhkəm bazası bütün digər sahələrdə də əlaqələrin inkişafına təkan verir.

Bu gün bu salona gəlməzdən əvvəl biz Vladimir Vladimiroviçlə birlikdə Rusiya istehsalçılarının Azərbaycanda açılmış sərgisinə getdik. Səmərəli iqtisadi əməkdaşlığın potensialının nə qədər böyük olduğunu bir daha yəqin etdik. Sərgidə nümayiş etdirilən mallar və xidmətlər Rusiya istehsalçılarının potensialının səviyyəsini göstərir. Eyni zamanda göstərir ki, bu mallar və xidmətlərdən istifadə etmək üçün Azərbaycanda artıq möhkəm iqtisadi baza mövcuddur. Təsadüfi deyil ki, indi ölkələrimiz arasında əmtəə dövriyyəsi çox yüksək sürətlə inkişaf edir. Hamımızın yadındadı, iki il əvvəl Rusiyaya rəsmi səfərim zamanı biz Vladimir Vladimiroviçlə əmtəə dövriyyəsinin iki dəfə artırılması proqramını müəyyənləşdirdik. Lakin o vaxt biz yəqin güman etməzdik ki, bu, belə tez baş verəcəkdir. Cəmi iki ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi iki dəfə artmış və indi bir milyard dolları keçmişdir. Bu gün ölkələrimizin iqtisadi imkanlarını, iqtisadiyyatın artım, sənayenin inkişaf sürətini qiymətləndirərkən inamla demək olar ki, bu, son hədd deyildir. Ona görə də iqtisadi münasibətlərin daha da artmasına çalışacağıq.

Bütün bunlar əməkdaşlıq üçün gözəl şərait yaradır. Vladimir Vladimirovçin bir az öncə dediyi humanitar sahədə əməkdaşlıq bizim üçün həmişə çox mühüm və yaxın olmuşdur. Bu əməkdaşlıq səmimi tələbatdan irəli gəlmişdir, yuxarıdan göndərilməmişdir, bu, yerinə yetirilməli olan direktiv deyil, cəmiyyətin normal vəziyyətidir.

Azərbaycanda rus mədəniyyətinə və dilinə böyük məhəbbət və hörmətlə yanaşırlar. Demək istəyirəm ki, Azərbaycanda rus dilində təhsil elə Sovet İttifaqı dövründəki həcmdə həyata keçirilir. Burada bir məktəb də belə bağlanmamış, ölkəmizin, əslində, bütün dövlət ali təhsil müəssisələrində rus dilində tədris mövcuddur. Başqa sözlə, bu, Azərbaycan dövlətinin prinsipial və ardıcıl siyasəti olmaqla yanaşı, həm də sosial və ictimai sifarişdir. Ona görə də ölkəmizdə bu siyasəti həyata keçirmək çox asandır.

Azərbaycan həmişə dözümlülüyü ilə fərqlənmişdir. Rusiya kimi, Azərbaycan da çoxmillətli ölkədir. Burada bir çox xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, dini etiqad azadlığı baxımından da belədir. Azərbaycan bir çox dinlərin nümayəndələrinin sülh, qardaşlıq və həmrəylik şəraitində yaşamasına yaxşı nümunədir. Hazırda dünyada təhlükəli meyilləri gördüyümüz bir zamanda bu, xüsusilə vacibdir. Bir tərəfdən, sivilizasiyalararası dialoqdan danışılır, digər tərəfdən, dini zəmində yaradılan ziddiyyətlər bəzən süni surətdə qızışdırılır. Biz qəti mübarizəmizi, habelə fəaliyyətimizi buna qarşı qoymalıyıq. Öz nümunəmizlə göstərməliyik ki, dünya tamamilə başqa istiqamətdə inkişaf etməlidir.

Azərbaycanda çoxlu rus, Rusiyada isə olduqca çox azərbaycanlı yaşayır. Bu da dövlətlərimiz arasındakı münasibətlərdə mühüm amillərdəndir. Əminəm ki, Azərbaycanda Rusiya İli ilə başladığımız bu il çox uğurlu olacaq, bizə daha fəal əməkdaşlıq imkanı verəcək və biz daha da yaxınlaşacağıq. Biz qonşularıq və Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri çox möhkəmdir. Onlar məhz mehriban qonşuluğun fundamental prinsiplərinə - səmimiliyə, etibarlılığa və dostluğa əsaslanır. Zənnimcə, razılaşarsınız ki, bütün bu amillər ölkələrimiz arasındakı münasibətləri şərtləndirir.

Bu imkandan istifadə edib, ölkəmizə gəldiyi və Azərbaycanda Rusiya İlinin açılışında şəxsən iştirak etdiyi üçün Rusiya Prezidentinə təşəkkür etmək istəyirəm. Bu kürsüdən iqtisadi sahədə çox fəal əməkdaşlıq etdiyimiz Rusiya regionları rəhbərlərini salamlamaq istəyirəm. Rusiya regionlarının nümayəndə heyətləri ölkəmizə tez-tez səfər edirlər və bu gün də onlarla görüşdük.

Rusiyadan gəlmiş bütün qonaqları salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz, Azərbaycanda Rusiya İlinə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra Rusiya Federasiyası incəsənət ustalarının böyük konserti oldu. Azərbaycan tamaşaçıları Rusiyanın əməkdar incəsənət xadimi, professor Aleksandra Permyakovanın rəhbərliyi ilə Pyatnitski adına Dövlət Akademik Rus Xalq Xorunun, P.İ.Çaykovski adına XI Beynəlxalq müsabiqənin qalibi pianoçu Denis Matsuyevin, “Terem-Kvartet”in və Sergey Jilinin rəhbərliyi ilə “Fonoqraf-Caz-Bənd” musiqi kollektivlərinin, estrada müğənnisi Nikolay Noskovun çıxışlarını alqışlarla qarşıladılar.

X X X

Heydər Əliyev adına Sarayın foyesində “Azərbaycan: 100 il İTAR-TASS-in obyektivində” fotosərgisi təşkil edilmişdi. Sərgiyə Rusiyanın qocaman informasiya agentliyinin ən yaxşı fotoustalarının 100-dək işi təqdim olunmuşdu. Fotoşəkillər XX əsrin əvvəllərində neft sahəsində ilk böyük canlanmadan başlayaraq, Azərbaycanın indiki reallıqlarınadək ölkəmizin tarixinin bir əsrdən artıq dövrünü əks etdirir.

Şəkillərdə həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan-Rusiya münasibətlərinin mühüm mərhələləri öz əksini tapmışdır.

Ekspozisiyada Rusiyada başa çatmış Azərbaycan İlinə, hər iki ölkənin faşist Almaniyası üzərində Qələbəyə töhfəsinə həsr olunmuş fotoşəkillər də geniş yer tutur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İTAR-TASS agentliyinin Baş direktoru Vitali İqnatenkonun müşayiəti ilə sərginin ekspozisiyasına baxmışdır.

X X X

Azərbaycanda Rusiya İlinin açılış mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin, konsernlərinin başçıları, Rusiya nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH