Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz tərtərlilər,

əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl bir gündür. Ulu öndər Heydər Əliyevin abidəsini bir yerdə açdıq. Ümummilli lider Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına xidmət edirdi. Çalışırdı ki, ölkəmiz daha da möhkəmlənsin, zənginləşsin. Bütün dövrlərdə - istər 1970-ci illərdə, istərsə də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra onun həyat və fəaliyyəti doğma xalqına xidmət etməkdən ibarət olmuşdur.

Bu gün mən buraya gəlməzdən əvvəl, səhər Ağdam rayonunda yeni salınmış şəhərciyin açılışında iştirak edirdim. Minlərlə yeni ev, məktəblər, tibb məntəqələri tikilibdir və bizim bacı-qardaşlarımız, qaçqın-köçkünlərimiz oraya köçürülüblər. Bu proqram davam etdiriləcəkdir. Müharibədən əziyyət çəkmiş, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində öz doğma torpaqlarından didərgin salınmış insanlar, əlbəttə ki, yeni, gözəl şəraitlə təmin olunmalıdırlar, onlar üçün yeni binalar, məktəblər tikilməldir.

Ondan sonra Dağlıq Qarabağ ərazisində olduq, Ağdərə rayonunda. Ağdərə rayonunun ərazisində səngərdə hərbçilərlə, əsgərlərlə birlikdə oldum. Orada görüş bir az çox vaxt apardı. Ona görə sizinlə görüşə bir az gecikdim. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Mən bu gün Dağlıq Qarabağa getməklə bunu bir daha sübut etdim. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Biz nəyin bahasına olursa-olsun, doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad etməliyik.

Bu gün əsgərlərlə birlikdə səngərdə təmas xəttini müşahidə edirdim, gətirilmiş yeni texnika ilə tanış olurdum. Bu gün Azərbaycan ordusu çox möhkəmlənir. Ordu quruculuğu prosesi çox sürətlə gedir. Bilirsiniz ki, bu sahəyə böyük diqqət göstərilir, vəsait ayrılır. Beləliklə, Azərbaycanda çox nizami və peşəkar ordu quruculuğu prosesi sürətlə gedir. Hamımız istəyirik ki, bu, daha da sürətlə getsin. Amma bunu etmək üçün, buna nail olmaq üçün ilk növbədə, gərək iqtisadi potensial möhkəm olsun, Azərbaycan daha da zənginləşsin və qüdrətli dövlətə çevrilsin.

Regionların inkişafı proqramı da məhz bu məqsədi daşıyır ki, Azərbaycanın hər bir rayonu, hər bir bölgəsi hərtərəfli inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar, yeni iş yerləri açılsın, yeni müəssisələr, fabriklər, zavodlar tikilsin, abadlıq işləri aparılsın. Ona görə regionların inkişafı proqramı, ümumiyyətlə, bizim iqtisadi siyasətimiz bu məqsədi daşıyır. Son illər ərzində Azərbaycanda bu yaşanan inkişaf, gedən abadlıq, quruculuq işləri deməyə əsas verir ki, biz fəaliyyətimizi düzgün istiqamətdə qurmuşuq.

Tərtər rayonu da bizim hamımız üçün, Azərbaycan üçün çox əziz, doğma rayondur. Siz demək olar ki, ön xətdəsiniz, düşmənlə üz-üzəsiniz. Müharibə illərində də tərtərlilər çox cəsarətlə vuruşmuşlar, öz doğma torpaqlarını müdafiə etmişlər. Buna görə mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

İndi isə Tərtərin yeni dövrü başlayır. Mən əminəm ki, burada görülmüş işlər və bundan sonra görüləcək işlər rayonun hərtərəfli inkişafına xidmət göstərəcəkdir. Həm rayonun iqtisadi potensialı möhkəmlənməlidir, yeni müəssisələr, iş yerləri açılmalıdır, eyni zamanda, sosial infrastruktur da - məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları yeniləşməlidir, ümumi abadlıq, quruculuq işləri getməlidir. Bu meydan da yox idi, yeni yaranıb, yeni salınıb və indi çox gözəl görünür. Mən istərdim ki, Tərtərin bütün yerləri, bütün küçələri abadlaşsın. Buna da kömək göstərəcəyəm. Əlavə vəsait də ayrılacaqdır. Təki işlər sürətlə getsin, insanlar daha da yaxşı yaşasınlar.

Bilirsiniz ki, bizi ən çox narahat edən problemlərdən biri də işsizlikdir. Bu, Tərtər üçün də aktual problemdir. Demək olar ki, Azərbaycanın hər bir rayonu üçün aktual problemdir. Bu istiqamətdə işlər görülür, sürətlə yeni iş yerləri açılır. İki il ərzində 340 min yeni iş yeri açılmışdır. Əlbəttə, böyük nəticədir. Ancaq potensial daha da böyükdür. Hələ ki, yoxsulluq səviyyəsində yaşayan insanların sayı kifayət qədər çoxdur. Biz gərək onların sosial problemlərini həll edək. İş yerlərinin açılmasında gərək daha da fəal iştirak edək. Yəni ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Buna imkanlar var. Azərbaycanın iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir. Bizim iqtisadi inkişaf dinamikamız dünyanın istənilən ölkəsindən daha da sürətlidir. Amma bu, o demək deyil ki, Azərbaycanda bütün problemlər öz həllini tapıbdır. O demək deyil ki, Azərbaycanda hər bir vətəndaş yaxşı yaşayır. Yox. Biz bunu bilirik, bu problemləri bilirik və çalışırıq ki, bunları həll edək, aradan qaldıraq. Hər bir istiqamətdə bu addımlar atılır.

Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycanın atdığı addımlar bizi öz məqsədimizə gətirəcək, istədiyimizə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bərpa ediləcəkdir. İstər sülh yolu ilə, istər hərb yolu ilə olsun - biz buna nail olacağıq. Çünki biz haqlıyıq. Bu, bizim torpağımızdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dünyanın ən böyük, ən mötəbər beynəlxalq təşkilatı - Birləmiş Millətlər Təşkilatı da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda, əlbəttə ki, öz siyasətimizi məhz bu istiqamətdə quracağıq.

Ermənistanla danışıqlar aparılır, bəlkə də, bundan sonra da aparılacaqdır. Bunu hadisələr göstərər. Əgər ehtiyac yaranarsa, danışıqlar davam etdirilə bilər. Amma eyni zamanda, biz ordu potensialımızı da möhkəmləndirməliyik və bu istiqamətdə də işlər aparılır.

Bu gün mən o bölgələrdə, təmas xəttində olarkən bir daha gördüm ki, bizim çox nizami, qüdrətli və peşəkar ordumuz var.

İqtisadi islahatlar sahəsində böyük işlər görülür. İş yerləri açılır, yeni elektrik stansiyaları tikilir, qaz xətləri, su kəmərləri çəkilir, Azərbaycanın neft strategiyası uğurla icra edilir. Qaçqın-köçkünlər üçün şəhərciklər məhz Dövlət Neft Fondunun vəsaiti hesabına tikilibdir. Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bunların heç biri mümkün olmayacaqdı. Bu istiqamətdə də işlər gedir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi gözlənilir, ondan sonra qaz kəməri istismara veriləcəkdir. Azərbaycanın xəzinəsi böyüyəcək, büdcəmiz artacaqdır. İndi də bu artım var. Bir ildə büdcəmiz 70 faiz artıbdır. Bu, imkan verir ki, maaşlar qaldırılsın, orta əməkhaqqı qaldırılsın, minimum əməkhaqqı qalxsın. Bu yaxınlarda minimum əməkhaqqının qaldırılması üçün yeni tədbirlər görüləcəkdir. Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdırlar. Bunu etmək üçün, əlbəttə ki, iqtisadi potensial möhkəmlənməlidir. Həm güclü, iqtisadi və sənaye əhəmiyyəti daşıyan müəssisələr işə salınmalıdır. Eyni zamanda, kiçik və orta sahibkarlıq inkişaf etməlidir. Regionların inkişafı bu məqsədi daşıyır. Əgər regionlarda bütün problemlər öz həllini taparsa, demək olar ki, Azərbaycanın bütün problemləri öz həllini tapar. Azərbaycan əhalisinin tam əksəriyyəti, demək olar ki, rayonlarda, kəndlərdə yaşayır. Ona görə bu insanların həyat səviyyəsi bizi, ilk növbədə düşündürməlidir.

Bilirsiniz ki, regionların inkişafı proqramı, 2004-cü ilin fevralında qəbul edilmiş proqram uğurla icra edilir. Şübhəsiz, daha da böyük işlər görülməlidir və görüləcəkdir. Amma bu, proqramı icra edən bütün qurumlardan, bütün orqanlardan asılıdır. Biz hər şeyi mərkəzdə nəzərdə tuta bilmərik, hər şeyi mərkəzdən idarə edə bilmərik. Yerlərdə olan insanlar - rəhbər işçilər, dövlət məmurları, ictimai xadimlər, ictimaiyyət gərək bu işlərdə fəal iştirak etsin.

Eyni zamanda, qeyd etdiyim kimi, sosial sahəyə də böyük diqqət göstərilməlidir. Təkcə 2005-ci ildə Azərbaycanda 300-dən çox yeni məktəb tikilibdir. Bu, misli görünməmiş bir nəticədir. Bu il də məktəb tikintisi sürətlə getməlidir. Bilirəm ki, Tərtər rayonunda da yeni məktəblər tikilir, iki məktəb tikilibdir, özü də yüksək səviyyədə. Bundan sonra da davam etdiriləcəkdir. Xəstəxanalar, insanların gündəlik təmasda olduğu bütün sosial infrastruktur yeniləşməlidir. Bizim iqtisadi siyasətimiz uğurludur. Gələn ilin büdcəsi kəskin şəkildə artmalıdır. Təsəvvür edin, iki il bundan əvvəl Azərbaycanın dövlət büdcəsi təxminən 1 milyard 300 min, 1 milyard 500 min dollar səviyyəsində idi. İndi bizim büdcəmiz 4 milyard dollardır, iki dəfədən çox artıbdır. Gələn il daha da artacaqdır. Bu, o deməkdir ki, əlavə vəsait əldə edilir və bu, ilk növbədə, insanların yaxşı şəraitdə yaşamasına yönəldilməlidir.

Yollar salınmalıdır, mən əlavə vəsait ayıracağam ki, Tərtər rayonunun bütün yolları - həm rayon mərkəzində, həm də kəndlərdə - yenidən qurulsun, təmir olunsun. Bu, inkişafdır, irəliləyişdir. O deməkdir ki, Azərbaycan artıq müasir şəraitə qədəm qoyur.

Biz öz tarixi köklərimizə çox bağlı olan insanlarıq. Milli və dini ənənələrimiz bizi, azərbaycanlıları bir millət kimi qorudu, saxladı. Baxmayaraq ki, əsrlər boyu biz əsarət altında yaşamışdıq. Amma mədəniyyətimiz, tariximiz, dilimiz, ədəbiyyatımız, ənənələrimiz bizi millət kimi saxladı və qorudu. Bu gün biz müstəqil dövlətin vətəndaşlarıyıq. Ona görə bu sahəyə böyük diqqət göstərilir.

Ancaq eyni zamanda, biz artıq müasir dövrdə yaşayırıq və ölkəmizi də müasirləşdirməliyik, hərtərəfli inkişaf etdirməliyik. Dünyada mövcud olan ən qabaqcıl texnologiyalar Azərbaycanda tətbiq olunmalıdır. Bilirsiniz ki, mənim də tələbim bundan ibarətdir. Əgər hansısa yeni bir bina, yaxud da xəstəxana, idman mərkəzi tikilirsə, gərək ən yüksək səviyyədə olsun. Dünyanın ən yüksək standartları gərək Azərbaycanda tətbiq edilsin. Çünki bizim ölkəmizin böyük iqtisadi potensialı var, təbii sərvətləri var. İndi böyük gəlirlər gözlənilir və belə olan halda biz insanlarımız üçün ən yüksək şəraiti yaratmalıyıq. Paytaxt da daxil olmaqla, istənilən yerdə, ən ucqar kənddə də. Yəni bu, məqsəddir, bu məramımızdır. Əlbəttə ki, hər bir dövlət məmurundan asılıdır ki, bu proqram uğurla icra edilsin. Mən ümid edirəm ki, Tərtərdə də işlər bundan sonra yaxşı gedəcəkdir. Bir müddət bundan əvvəl mən buraya yeni icra hakimiyyəti başçısı təyin etdim. İndi bilirəm ki, burada işlər görülür, abadlıq-quruculuq işləri aparılır. Biz də mərkəzdən köməyimizi edəcəyik. Harada mən görürəm ki, işlər yaxşı gedir, əlbəttə, kömək edəcəyəm, əlavə vəsait ayrılacaq və ondan sonra rayonun infrastrukturunun yeniləşməsi, sosial problemlərinin həlli üçün lazımi tədbirlər görüləcəkdir. Buna əmin ola bilərsiniz. Mən ümid edirəm ki, növbəti görüşümüzdə Tərtərdə daha da gözəl abadlıq işlərinin olduğunu görəcəyik.

Bu, mənim Tərtərə ilk səfərimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm, həmişə sizinlə birlikdə olacağam.

Əziz bacılar və qardaşlar, bir daha bu əziz gündə sizi ürəkdən salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə hərarətli alqışlarla qarşılandı).

X X X

Azərbaycan Prezidenti sonra Heydər Əliyev adına parkın fotoşəklinə, “Tərtər dünən - Tərtər bu gün” fotoguşəsinə baxdı. Fotoguşədə rayonun sosial-iqtisadi inkişafı, görülən quruculuq-abadlıq işləri öz əksini tapmışdır.

Prezident İlham Əliyev sakinlərə yaxınlaşaraq onların problemləri ilə də maraqlandı. Tərtərlilər ulu öndərin xəttinin layiqli davamçısına təşəkkür etdilər, istək və arzularını çatdırdılar.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Tərtər rayonundan ölkəmizin qədim şəhərlərindən biri olan Bərdəyə gəldi.

Dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, Heydər Əliyev muzeyi ilə tanış oldu.

Sonra Azərbaycan Prezidenti Bərdə rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onların qarşısında nitq söylədi. Daha sonra Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” hərbi hissəsinin yeni inzibati binasının tikintisi ilə tanış oldu.

Martın 1-də Bərdə Rayon İcra Hakimiyyətinin binasında Prezident İlham Əliyevin iştirakı ilə Bərdə, Ağdam və Tərtər rayonlarının sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirildi. Prezident İlham Əliyev müşavirəni giriş nitqi ilə açdı.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Elman Allahverdiyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müşavirədə çıxış etdilər.

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq