Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən ilk növbədə sizin hamınızı salamlamaq istəyirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu biznes forumu gələcəkdə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox faydalı olacaqdır. Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə olduqca böyük diqqət yetiririk. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı əlaqələr çox uğurla inkişaf etmişdir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik, çox güclü siyasi münasibətlərimiz var. Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq münasibətlərimizin rəvan inkişafında mühüm rol oynayır.

Azərbaycan böyük tarixə, zəngin adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Lakin Azərbaycan müstəqil ölkə kimi, inkişafa 15 il bundan əvvəl qədəm qoymuşdur. Müstəqilliyimizin ilk illərində biz böyük çətinliklərlə üzləşmişdik. İqtisadi böhran, sənaye istehsalının aşağı düşməsi ölkədə gərgin vəziyyət yaratmışdı. Aparılan siyasi və iqtisadi islahatlar nəticəsində hazırda Azərbaycanda iqtisadi baxımdan sürətli inkişaf üçün əsas yaranmışdır. Azərbaycanın iqtisadiyyatı ötən il dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bütün bunlar bizim üçün yeni imkanlar açır və daha faydalı ikitərəfli əməkdaşlıq edə bilərik.

Yaponiya ilə əməkdaşlığımızın ilk sahəsi əlbəttə ki, enerji sahəsidir. Neft və qaz hasilatı sahəsidir və Yaponiya şirkətləri Azərbaycanın enerji sektoruna yüz milyonlarla dollar sərmayə qoymuşlar. Bu əməkdaşlıq çox səmərəlidir və qarşılıqlı fayda gətirir. Yaponiya şirkətləri Xəzərin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəql olunmasında iştirak edirlər.

Lakin mən hesab edirəm ki, münasibətlərimizin inkişafının indiki mərhələsində və Azərbaycanın hazırkı iqtisadi vəziyyətində iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün böyük imkanlar vardır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi vəziyyətinə nəzər salsaq, göstəricilər çox uğurludur. Ötən il iqtisadi artım 26 faizdən çox olmuşdur. Sənaye istehsalı 33 faizdən çox artmışdır. Hazırda biz diqqətimizi əsasən infrastruktur sahəsinə, regional inkişaf proqramlarına və yeni iş yerlərinin açılmasına yönəldirik. Bütün bunlar Yaponiya şirkətləri üçün yeni imkanlar açır və onlar iqtisadiyyatın qeyri-neft sektorunda iştirak edə bilərlər. Hazırda bu, bizim üçün prioritet xarakter daşıyır. Çünki Azərbaycanda enerji sektorunda əsas məsələ artıq həll olunmuşdur. Yəni bu sahə milyardlarla dollar həcmində birbaşa xarici sərmayələri cəlb edə bilmişdir. Hazırda Azərbaycanda adambaşına düşən xarici sərmayələrin həcmi regionda ən böyük göstəricidir.

Biz çox mühüm nəqliyyat infrastrukturunun yaradılmasına nail olduq. Bu il neft və qaz boru kəmərləri istismara veriləcəkdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edərək, təbii sərvətlərdən, önəmli coğrafi mövqeyimizdən istifadə edərək, karbohidrogen ehtiyatlarımızı dünya bazarlarına çıxara biləcəyik. Əminəm ki, gələn illər ərzində bu sahələr sərmayələr üçün çox cəlbedici olacaqdır.

Bütün bu sahələrlə yanaşı, biz diqqətimizi digər sahələrə də yönəldə bilərik. Həmin sahələrdə imkanları qiymətləndirmək, öyrənmək məqsədi ilə hökumət rəsmiləri ilə işgüzar dairələr arasındakı birbaşa əlaqələr çox faydalıdır. Mən əminəm ki, bu gün iştirak etdiyimiz Yaponiya-Azərbaycan biznes forumu bu imkanların araşdırılması üçün əhəmiyyətli olacaqdır. Əlbəttə ki, gələn illər ərzində potensial sərmayələr üçün yeni sahələr açılacaq və bu, əməkdaşlıq üçün əlavə imkanlar yaradacaqdır. Bu, gələcəkdə hər iki tərəfin iqtisadi inkişafı üçün yaxşı perspektivlər açır.

İlk növbədə, Azərbaycana birbaşa xarici sərmayələr yüksək dəyərləndirilir. Bizdə çox yaxşı sərmayə mühiti var. Mən artıq bildirdim ki, Azərbaycana birbaşa xarici sərmayə formasında milyardlarla dollar vəsait qoyulmuşdur. Bütün bunlar onu göstərir ki, potensial sərmayədarlar ölkəmizin iqtisadiyyatına sərmayə qoyduqda özlərini rahat hiss edə bilərlər. Beləliklə, əlverişli biznes mühiti çox yaxşı imkanlar açır. Eyni zamanda, indi iqtisadi inkişaf üçün yeni sahələr çox cəlbedici olacaqdır və yapon şirkətləri burada həmçinin podratçılar qismində, xidmət göstərən şirkətlər kimi işləyə bilərlər. Çünki artıq öz sərvətlərindən istifadə edən ölkədə bir çox işlər görülə bilər.

Azərbaycanın xarici sərmayələrdən asılı olduğu dövr artıq başa çatır. İndi bizim özümüzün sərmayə proqramlarımız artır və onlar həyata keçirilir. Bu il büdcə ötən illə müqayisədə 70 faiz artmışdır. İqtisadi islahatlar, maliyyə əsaslarının gücləndirilməsi və yeni imkanların araşdırılması ölkədə yeni vəziyyət yaradır. Başqa sözlə desək, gələn illər ərzində regional iqtisadi inkişaf proqramları, sosial inkişaf proqramları, enerji proqramları, yolların tikintisi proqramları bizimlə birgə işləyən şirkətlər üçün yeni imkanlar açacaqdır. Əlbəttə ki, biz Yaponiya şirkətlərinin bu sahələrdə iştirakını yüksək dəyərləndirəcəyik. Çünki bir-birimizi artıq uzun illərdir tanıyırıq. Keçmişdə çox yaxşı əməkdaşlıq etmişik. Yaponiya şirkətləri ilə əməkdaşlğımız bütün sahələrdə qarşılıqlı etimad prinsiplərinə və yaxşı iradəyə, qarşılıqlı hörmətə, dostluğa əsaslanır. Biz artıq 10 il ərzində birgə işləmək sahəsində kifayət qədər təcrübə toplamışıq. Sizin şirkətlər ən yüksək texnologiyalara malikdir və bu, bizə lazımdır. Biz ölkəmizi müasirləşdirməliyik. Ölkəmizə yeni texnologiyaları gətirməliyik. Bunu edə bilsək, müxtəlif sahələrimüasirləşdirə biləcəyik: infrastruktur, yolların çəkilməsi, kommunikasiyalar, sosial infrastruktur, məktəblərin tikilməsi, səhiyyə sahəsi, əlbəttə ki, nəqliyyat sahəsi. Azərbaycan çox mühüm coğrafi mövqedə yerləşir. Azərbaycanın dəniz, hava limanları var, şoseləri var. Mən əminəm ki, Yaponiya şirkətləri bütün sahələrdə öz yerlərini tutacaqlar.

Biz bilirik ki, gələcəkdə nə baş verəcəkdir. İqtisadi siyasətimizi konkret inkişaf proqramlarına əsaslanmaqla həyata keçiririk. Həmin proqramlar bu yaxınlarda qəbul edilmişdir və uğurla həyata keçirilir. Kənd təsərrüfatı, regional inkişaf, yolların tikintisi, enerji sahəsi, təhsil, səhiyyə sahəsi - bütün bunlar inkişafın əsas elementləridir. Bütün sektorlar, bütün layihələrimiz və planlarımız konkret proqramlara əsaslanır. Əlbəttə ki, bu proqramlar, əsasən, öz potensialımıza, özümüzün maliyyə resurslarına arxalanır. Lakin eyni zamanda, biz xarici şirkətlərin və sərmayədarların iştirakını da yüksək dəyərləndirərdik.

Mən artıq dedim ki, bu ildən başlayaraq biz maliyyə vəsaitlərimizdən istifadə edərək, birgə sərmayə proqramlarına başlamışıq. Biz bu işi xarici maliyyə təsisatları və yaxud şirkətlərlə birgə aparırıq. Öz sərmayə proqramlarımız var, bu da büdcədə nəzərdə tutulub və rəqəmlər ildən-ilə artır. 2006-cı ildə müxtəlif sahələrə yatırmaq üçün milyonlarla dollar ayrılmışdır. Hesab edirik ki, özümüzün vəsaitlərindən istifadə edilməsi potensial sərmayədarlar üçün də etimad yaradır. Ona görə də Azərbaycan hökuməti ölkənin inkişafı üçün layihələrdə potensial sərmayədarlarla birgə sərmayədar kimi iştirak etməyə hazırdır.

Mən hesab edirəm ki, bu, Yaponiya şirkətlərinin özləri üçün də maraqlı olardı. Çünki əgər layihədə hökumətin özü iştirak edirsə və ya müəyyən bir struktur hökumət adından iştirak edirsə, şübhəsiz ki, potensial sərmayədar tam əmin ola bilər ki, bu layihə uğurla həyata keçiriləcəkdir.

Biz hazırda çox ciddi sənaye inkişafı proqramları üzərində işləyirik. Çünki biz neçə illər gələcəyi görməliyik. Neft, qaz - bu sərvətlər bir gün tükənəcək və ona görə də biz həmin o vaxt çərçivəsinə uyğun işləməliyik. Yəni iqtisadiyyatımız gələcəkdə nəyə əsaslanacaq? Ona görə də qarşıdakı on il ərzində ölkədə güclü sənaye potensialı yaradılmalıdır ki, Azərbaycan gələcəkdə yalnız neft və qazdan, onların qiymətlərindən asılı olmasın. Ona görə biz bu istiqamətdə də iş aparırıq. Hesab edirəm ki, bu sahələrdə də birgə əməkdaşlıq üçün imkanlar olacaqdır.

Başqa sözlə desək, gələcəkdə Azərbaycana nəyin lazım olacağını, yəni hansı proqramların həyata keçiriləcəyini, onların necə olacağını bilirik. Büdcəmizin artımı onu göstərir ki, bütün planlarımız və proqramlarımız çox uğurla həyata keçiriləcəkdir. Son üç il ərzində büdcənin həcmini üç dəfə artıra bildik və bu, yalnız başlanğıcdır. Böyük iqtisadi inkişafın yalnız başlanğıcıdır və bu, insanların həyatını daha da yaxşılaşdıracaq, daha yaxşı infrastruktur yaradacaq, yüzlərlə yeni iş yeri açılacaq və Azərbaycan daha güclü iqtisadiyyata malik olacaqdır.

Mən eyni zamanda bildirmək istəyirəm ki, hazırda həyata keçirdiyimiz regional inkişaf proqramları iki il yarım müddət ərzində 340 mindən artıq yeni iş yerinin açılmasına imkan yaratmışdır. Bu, bir daha aydın şəkildə göstərir ki, ölkəmiz əməli nəticələri hiss edir, həmin nəticələr ümumi daxili məhsulun artımına, yoxsulluğun azaldılmasına dair rəqəmlərdə əks olunubdur. Misal üçün, son iki il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə düşmüşdür. Əlbəttə ki, bu irəliləyiş yeni iş yerlərinin açılmasında da özünü büruzə verir.

Bir sözlə, biz Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığa ürəkdən sadiqik. Bu, bütün iqtisadi sektorlara aiddir. Bizim çox yaxşı birgə əməkdaşlıq tariximiz var, aramızda yaxşı anlaşma var. Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik. Bir çox beynəlxalq hadisələrə eyni baxışlarımız var və Azərbaycanla Yaponiya arasında olan siyasi münasibətlər yaxşı səviyyədədir. Siyasi münasibərlərimizin inkişafı baxımından götürsək, mənim Yaponiyaya rəsmi səfərim bu münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də mən hesab edirəm ki, bütün sahələrdə əməkdaşlıq etməyimiz üçün heç bir maneə yoxdur.

Mən eyni zamanda Azərbaycanın işgüzar adamlarının burada olmasından çox şadam. Onlar biznes mühitinin yaradılmasına olduqca böyük diqqət yetirirlər. Azərbaycanda kiçik və orta müəssisələr çox yüksək sürətlə inkişaf edir. Biznes əlaqələrimiz konkret layihələrə və daha yaxşı anlaşmaya imkan yaradacaqdır. Ümumiyyətlə götürsək, bu anlaşma çox yüksək səviyyədədir. Lakin əlaqələrimiz nə qədər geniş olsa, bir-birimizi daha çox tanıyacağıq.

Artıq dediyim kimi, hazırda Azərbaycan böyük iqtisadi inkişafın ərəfəsindədir və bu inkişaf hər bir sektorda lazımdır. Biz səhiyyə, təhsil, infrastruktur sahələrini, elektrik stansiyalarını, su təchizatı və kommunikasiya sahələrini, qaz qurğularını, kənd təsərrüfatı sahəsini yaxşılaşdırmalıyıq. Çünki biz müasir ölkə qurmalıyıq, müasir və səmərəli iqtisadiyyat qurmalıyıq. Bu məqsədlə bizə yaxşı məsləhət, yaxşı biliklər lazımdır. Bizim yaxşı tanınmış şirkətlərə, tərəfdaşlara ehtiyacımız var.

Bildiyiniz kimi, biz uzun illər ərzində Yaponiya hökumətindən müxtəlif təşkilatlar vasitəsilə, Yaponiyanın qurumları vasitəsilə texniki, maliyyə yardımı almışıq. Bunlar da iqtisadiyyatımızın müxtəlif sektorlarının inkişafına əsas yaradır. İndi isə artıq fəal əməkdaşlıq vaxtı yetişibdir. Biz böyük istəklə bu əməkdaşlığı bütün iqtisadi sektorlarda genişləndirmək əzmindəyik. Bu bizim əsas prioritetimizdir. Biz iqtisadiyyatımızı şaxələndirməliyik və güclü qeyri-neft sektoru yaratmalıyıq.

Ümidvaram ki, məqsədlərimizə nail olacağıq. Çünki qəbul etdiyimiz proqramların hamısı uğurla həyata keçirilir və xarici tərəfdaşlarımızla bütün əməkdaşlığımız çox yaxşı nəticələr verir. Xüsusən də Yaponiya şirkətləri ilə müxtəlif sahələrdə əməkdaşlıq yaxşı nəticələr verir və ümidvaram ki, mənim səfərim, keçirilən bu biznes forumu birgə işin aparılması üçün yeni imkanlar açacaqdır.

Mən hamınızı bir daha salamlamaq istərdim və sizə gələcəkdə uğurlar arzulayıram. Bütün yapon dostlarımızı Azərbaycana dəvət edirəm və gələcəkdə bizimlə işləməyi arzulayıram.

Çox sağ olun.

(Dövlətimizin başçısının nıtqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Sonra forumda Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev, Azərbaycanı və Yaponiyanı təmsil edən şirkətlərin nümayəndələri çıxış etdilər, öz fikir və təkliflərini bildirdilər. Forumun nəticəsi olaraq, hər iki ölkəni təmsil edən bəzi şirkətlər arasında bir neçə milyon dollarlıq müqavilələr imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH