Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının ən əziz bayramlarından biri - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Azərbaycan xalqı bu bayramı əsrlər boyu yaşatmışdır. Novruz bayramı Azərbaycan xalqının qəlbində bütün dövrlərdə yaşamışdır. Ancaq təbii ki, Azərbaycan yalnız öz dövlət müstəqilliyini bərpa edəndən sonra bu bayram rəsmi bayram kimi qeyd olunur. Artıq 15 ildir ki, müstəqil Azərbaycan bu bayramı rəsmi bayram kimi qeyd edir.

Müstəqillik ən böyük sərvətdir, bizim üçün ən böyük xoşbəxtlikdir. Çünki Azərbaycan xalqı əsrlər boyu bu müstəqillikdən məhrum idi. Biz başqa dövlətlərin tərkibində yaşayırdıq və təbii ki, öz taleyimizi müəyyən edə bilmirdik. Bu gün Azərbaycan dünya birliyinin üzvüdür, öz dövlət müstəqilliyini möhkəmləndirir və ölkəmiz hərtərəfli inkişaf edir. Azərbaycan yalnız müstəqillik şəraitində öz potensialını tam şəkildə işə sala bildi. Bu 15 il ərzindəki fəaliyyətimiz əyani şəkildə göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bizim uğurlarımız, ölkəmizin hərtərəfli inkişafı, bölgədəki mövqelərimiz, Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi inkişaf, sosial məsələlərin həlli bir daha onu göstərir ki, Azərbaycan xalqı müstəqillik şəraitində öz qüdrətini dünyaya nümayiş etdiribdir.

Dövlətçiliyimiz daha da möhkəmlənməli, Azərbaycan öz mövqelərini daha da gücləndirməlidir. Bunu etmək üçün bütün imkanlar var. Cəmiyyətdə bu barədə fikir ayrılığı yoxdur. Cəmiyyətimiz bu məsələlərlə bağlı öz fikrini ortaya qoyubdur. Azərbaycanın iqtisadi inkişafı çox sürətlə gedir. Keçən il iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf etmiş, artım 26 faizdən çox olmuşdur. Bu ilin ilk aylarında Azərbaycanda iqtisadi artım təxminən 50 faizdir. Dünyanın heç bir yerində, heç bir ölkədə bu göstəricilərə rast gəlinmir. İnkişaf etmiş ölkələrdə iqtisadiyyat təxminən bir-iki faiz artır. Bizimlə qonşu olan ölkələrdə, keçmiş sovet respublikalarında təxminən 5-10 faizdir. Azərbaycanda 50 faizdir. Bu onu göstərir ki, iqtisadi islahatlar öz bəhrəsini verir.

Heydər Əliyevin neft strategiyası Azərbaycan xalqına xidmət edir. Belə olan halda, Azərbaycanda iqtisadi inkişaf daha da yüksək sürətlə gedəcək, insanlarımız daha yaxşı yaşayacaqlar. Bizim də məqsədimiz budur. Bütün səylərimiz, bütün proqramlarımız bir məqsədi güdür ki, ölkəmiz daha da zənginləşsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, işsiz olmasın, yoxsul olmasın, sosial ədalət hökm sürsün və beləliklə, cəmiyyətimiz, ölkəmiz, xalqımız daha da yüksək səviyyəyə qalxsın. Bu proses də gedir. Biz bunu görürük.

Bu il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasından sonra ölkəmizin iqtisadi imkanları daha da artacaqdır. Biz buna nail olacağıq. Çünki bu vaxta qədər qəbul olunmuş bütün proqramlar həyatda öz əksini tapmışdır.

Ölkəmiz - bölgələrimiz, rayonlarımız, kəndlərimiz, bizim Bakımız hərtərəfli inkişaf edir. Bakının inkişafına da böyük diqqət göstərilir. Bu yaxınlarda qəbul edilmiş proqramlar Bakının bütün infrastrukturunun yeniləşməsinə imkan yaradacaqdır. Yol təsərrüfatının inkişafına dair qəbul edilmiş proqram artıq icra olunur. Yeni yollar, körpülər, nəqliyyat qovşaqları tikilir. Bununla yanaşı, şəhərətrafı qəsəbələrin də problemlərinə dair xüsusi proqram qəbul edilibdir. Bu proqram da icra olunmağa başlanmışdır.

Azərbaycanda xəstəxanalar, məktəblər, elektrik stansiyaları tikilir, qaz kəmərləri, su kəmərləri, yollar çəkilir. Bu inkişaf hər sahəni əhatə edir, cəmiyyətimizin bütün istiqamətlərində özünü biruzə verir. Mən istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin, qısa bir müddət ərzində biz daha da ciddi irəliləyişə nail ola bilək və buna da əminəm. Biz buna nail olacağıq.

Azərbaycan xalqı öz milli ənənələrinə daim sadiq olmuşdur. Bizim milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadiqik. Eyni zamanda, biz dünyaya da açığıq. Çünki hər bir mütərəqqi təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Əlbəttə ki, bizim şəraitimizi nəzərə almaq şərti ilə. Azərbaycan yeniləşir, müasirləşir. Dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Bu, bir daha onu göstərir ki, biz dünyada gedən proseslərə çox açığıq. Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ona görə neft-qaz sahəsindəki uğurlar, o sahədən əldə olunan gəlirlər Azərbaycanın hərtərəfli inkişafına xidmət etməlidir. İnfrastruktur layihələrinin həyata keçirilməsinə, iqtisadi inkişafın güclənməsinə, sosial proqramların həllinə, maaşların, pensiyaların artırılmasına. Bu yaxınlarda minimum əmək haqqı yenidən qaldırılacaqdır. Pensiyalar yenidən qaldırılacaqdır. Sosial cəhətdən ən az müdafiə olunan insanlar - bizim qaçqın-köçkünlər də yeni şəraitlə təmin edilirlər. Amma bütün bunlarla yanaşı, ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik. Azərbaycanda ən yüksək texnologiyalar tətbiq edilməlidir və biz buna nail olacağıq.

Azərbaycanın qarşısında çox gözəl perspektivlər var. Ölkəmiz iqtisadi cəhətdən möhkəmlənir və bu iqtisadi artım indi heç kimdə şübhə doğurmur. Bununla yanaşı, biz gələcək imkanlarımızı da gözəl bilirik. Gələcəkdə daha da çox artım olacaqdır. Çünki neft kəməri, qaz kəməri işə düşəndən sonra Azərbaycana milyardlarla dollar sərmayə gələcək ki, ölkəmizin hər bir sahəsi yeniləşəcəkdir.

Ölkəmiz dünya miqyasında öz rolunu möhkəmləndirir. Bölgədə mövqelərimiz möhkəmdir. Azərbaycan lider dövlətə çevrilibdir. Biz bütün beynəlxalq regional layihələrdə iştirak edirik, fəal iştirak edirik. Şübhə etmirəm ki, gələcək illərdə Azərbaycanda hərtərəfli inkişaf təmin olunacaqdır.

Bildiyiniz kimi, bu yaxınlarda Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu, çox tarixi hadisədir. Birinci qurultay 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. O vaxtdan indiyədək, son beş il ərzində Azərbaycan diasporu demək olar ki, bütün ölkələrdə təşkilatlanmış və güclənmişdir. Bu qurultay da çox böyük əhəmiyyət daşıyırdı. Dünyanın hər bir yerindən, bütün qitələrdən azərbaycanlılar qurultayda iştirak etmək üçün öz Vətəninə gəlmişdilər.

Qurultayda aparılan müzakirələr, qəbul edilmiş sənədlər bizim birliyimizin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir. 50 milyonluq Azərbaycan xalqı öz gücünü göstərdi. Biz böyük xalqıq, böyük gücük. Əlbəttə ki, qurultayda ölkəmizi narahat edən, eyni zamanda, diaspor təşkilatlarını narahat edən bir sıra problemlər müzakirə olundu. Deyə bilərəm ki, qurultayın əsas mövzusu, əsas vaxtı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə sərf olunmuşdur. Bu məsələdə də heç bir fikir ayrılığı yoxdur. Azərbaycan dövlətinin, xalqının, vətəndaşlarının, öz torpağından kənarda yaşayan azərbaycanlıların fikri birdir. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Təcavüzdən əziyyət çəkən qaçqınlar-köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır.

Beynəlxalq hüquq normaları ona görə mövcuddur ki, hər bir ölkə bunlara riayət etsin. Hər bir ölkə dünyada mövcud olan əsas prinsiplərə, tənzimləyici mexanizmlərə gərək hörmətlə yanaşsın. Gərək dünyada mövcud olan beynəlxalq davranış qaydalarına hörmətlə yanaşsın. Azərbaycanın mövqeyi dünyada mövcud olan bütün əsas hüquqi prinsiplərə əsaslanır və biz bu çərçivədə də fəaliyyət göstərəcəyik. Ona görə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Biz istəyirik ki, bunu qarşı tərəf də tezliklə anlasın, başa düşsün və dünyada gedən proseslərə daha da sürətlə qovuşsun. Dünyada qloballaşma gedir, sərhədlər açılır. Dünyada və regionda ölkələr bir-biri ilə əməkdaşlıq edir. Özünü bu əməkdaşlıqdan təcrid etmiş Ermənistanın gələcək perspektivləri də çox dumanlıdır.

Azərbaycan isə öz işini davam etdirəcəkdir. Bizim işimiz haqq işidir. Biz bu münaqişəni Azərbaycanın milli maraqları əsasında, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edəcəyik.

Eyni zamanda, Azərbaycanda iqtisadi potensial daha da möhkəmlənəcək, ordu potensialı möhkəmlənəcək, sosial məsələlər öz həllini tapacaq və Azərbaycan bir neçə ildən sonra dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməlidir. Mən bu vəzifəni qoymuşam. Bunu etmək üçün hər cür imkanlar var. Gözəl coğrafi vəziyyət, təbii sərvətlər, xalqımızın iradəsi, Azərbaycanda ümumi inkişaf səviyyəsi, təhsil, bilik səviyyəsi - bütün bunlar var. Bütün bunlar ölkəmizi zəngin dövlətə çevirəcəkdir.

Mən əminəm ki, biz gələcək illərdə də bu gözəl günləri qeyd edəcəyik. Gözəl Novruz bayramı Azərbaycana xoşbəxtlik, yenilik gətirəcək, müasirlik gətirəcəkdir.

Əziz dostlar, bu gözəl bayram günündə sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə xoşbəxtlik, uğurlar, cansağlığı arzulayıram.

Bayramınız mübarək olsun!

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır