Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının ən əziz bayramlarından biri - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Azərbaycan xalqı bu bayramı əsrlər boyu yaşatmışdır. Novruz bayramı Azərbaycan xalqının qəlbində bütün dövrlərdə yaşamışdır. Ancaq təbii ki, Azərbaycan yalnız öz dövlət müstəqilliyini bərpa edəndən sonra bu bayram rəsmi bayram kimi qeyd olunur. Artıq 15 ildir ki, müstəqil Azərbaycan bu bayramı rəsmi bayram kimi qeyd edir.

Müstəqillik ən böyük sərvətdir, bizim üçün ən böyük xoşbəxtlikdir. Çünki Azərbaycan xalqı əsrlər boyu bu müstəqillikdən məhrum idi. Biz başqa dövlətlərin tərkibində yaşayırdıq və təbii ki, öz taleyimizi müəyyən edə bilmirdik. Bu gün Azərbaycan dünya birliyinin üzvüdür, öz dövlət müstəqilliyini möhkəmləndirir və ölkəmiz hərtərəfli inkişaf edir. Azərbaycan yalnız müstəqillik şəraitində öz potensialını tam şəkildə işə sala bildi. Bu 15 il ərzindəki fəaliyyətimiz əyani şəkildə göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bizim uğurlarımız, ölkəmizin hərtərəfli inkişafı, bölgədəki mövqelərimiz, Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi inkişaf, sosial məsələlərin həlli bir daha onu göstərir ki, Azərbaycan xalqı müstəqillik şəraitində öz qüdrətini dünyaya nümayiş etdiribdir.

Dövlətçiliyimiz daha da möhkəmlənməli, Azərbaycan öz mövqelərini daha da gücləndirməlidir. Bunu etmək üçün bütün imkanlar var. Cəmiyyətdə bu barədə fikir ayrılığı yoxdur. Cəmiyyətimiz bu məsələlərlə bağlı öz fikrini ortaya qoyubdur. Azərbaycanın iqtisadi inkişafı çox sürətlə gedir. Keçən il iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf etmiş, artım 26 faizdən çox olmuşdur. Bu ilin ilk aylarında Azərbaycanda iqtisadi artım təxminən 50 faizdir. Dünyanın heç bir yerində, heç bir ölkədə bu göstəricilərə rast gəlinmir. İnkişaf etmiş ölkələrdə iqtisadiyyat təxminən bir-iki faiz artır. Bizimlə qonşu olan ölkələrdə, keçmiş sovet respublikalarında təxminən 5-10 faizdir. Azərbaycanda 50 faizdir. Bu onu göstərir ki, iqtisadi islahatlar öz bəhrəsini verir.

Heydər Əliyevin neft strategiyası Azərbaycan xalqına xidmət edir. Belə olan halda, Azərbaycanda iqtisadi inkişaf daha da yüksək sürətlə gedəcək, insanlarımız daha yaxşı yaşayacaqlar. Bizim də məqsədimiz budur. Bütün səylərimiz, bütün proqramlarımız bir məqsədi güdür ki, ölkəmiz daha da zənginləşsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, işsiz olmasın, yoxsul olmasın, sosial ədalət hökm sürsün və beləliklə, cəmiyyətimiz, ölkəmiz, xalqımız daha da yüksək səviyyəyə qalxsın. Bu proses də gedir. Biz bunu görürük.

Bu il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasından sonra ölkəmizin iqtisadi imkanları daha da artacaqdır. Biz buna nail olacağıq. Çünki bu vaxta qədər qəbul olunmuş bütün proqramlar həyatda öz əksini tapmışdır.

Ölkəmiz - bölgələrimiz, rayonlarımız, kəndlərimiz, bizim Bakımız hərtərəfli inkişaf edir. Bakının inkişafına da böyük diqqət göstərilir. Bu yaxınlarda qəbul edilmiş proqramlar Bakının bütün infrastrukturunun yeniləşməsinə imkan yaradacaqdır. Yol təsərrüfatının inkişafına dair qəbul edilmiş proqram artıq icra olunur. Yeni yollar, körpülər, nəqliyyat qovşaqları tikilir. Bununla yanaşı, şəhərətrafı qəsəbələrin də problemlərinə dair xüsusi proqram qəbul edilibdir. Bu proqram da icra olunmağa başlanmışdır.

Azərbaycanda xəstəxanalar, məktəblər, elektrik stansiyaları tikilir, qaz kəmərləri, su kəmərləri, yollar çəkilir. Bu inkişaf hər sahəni əhatə edir, cəmiyyətimizin bütün istiqamətlərində özünü büruzə verir. Mən istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin, qısa bir müddət ərzində biz daha da ciddi irəliləyişə nail ola bilək və buna da əminəm. Biz buna nail olacağıq.

Azərbaycan xalqı öz milli ənənələrinə daim sadiq olmuşdur. Bizim milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadiqik. Eyni zamanda, biz dünyaya da açığıq. Çünki hər bir mütərəqqi təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Əlbəttə ki, bizim şəraitimizi nəzərə almaq şərti ilə. Azərbaycan yeniləşir, müasirləşir. Dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Bu, bir daha onu göstərir ki, biz dünyada gedən proseslərə çox açığıq. Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ona görə neft-qaz sahəsindəki uğurlar, o sahədən əldə olunan gəlirlər Azərbaycanın hərtərəfli inkişafına xidmət etməlidir. İnfrastruktur layihələrinin həyata keçirilməsinə, iqtisadi inkişafın güclənməsinə, sosial proqramların həllinə, maaşların, pensiyaların artırılmasına xidmət etməlidir. Bu yaxınlarda minimum əməkhaqqı yenidən qaldırılacaqdır. Pensiyalar yenidən qaldırılacaqdır. Sosial cəhətdən ən az müdafiə olunan insanlar - bizim qaçqın-köçkünlər də yeni şəraitlə təmin edilirlər. Amma bütün bunlarla yanaşı, ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik. Azərbaycanda ən yüksək texnologiyalar tətbiq edilməlidir və biz buna nail olacağıq.

Azərbaycanın qarşısında çox gözəl perspektivlər var. Ölkəmiz iqtisadi cəhətdən möhkəmlənir və bu iqtisadi artım indi heç kimdə şübhə doğurmur. Bununla yanaşı, biz gələcək imkanlarımızı da gözəl bilirik. Gələcəkdə daha da çox artım olacaqdır. Çünki neft kəməri, qaz kəməri işə düşəndən sonra Azərbaycana milyardlarla dollar sərmayə gələcək, ölkəmizin hər bir sahəsi yeniləşəcəkdir.

Ölkəmiz dünya miqyasında öz rolunu möhkəmləndirir. Bölgədə mövqelərimiz möhkəmdir. Azərbaycan lider dövlətə çevrilibdir. Biz bütün beynəlxalq regional layihələrdə iştirak edirik, fəal iştirak edirik. Şübhə etmirəm ki, gələcək illərdə Azərbaycanda hərtərəfli inkişaf təmin olunacaqdır.

Bildiyiniz kimi, bu yaxınlarda Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu, çox tarixi hadisədir. Birinci qurultay 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. O vaxtdan indiyədək, son beş il ərzində Azərbaycan diasporu demək olar ki, bütün ölkələrdə təşkilatlanmış və güclənmişdir. Bu qurultay da çox böyük əhəmiyyət daşıyırdı. Dünyanın hər bir yerindən, bütün qitələrdən azərbaycanlılar qurultayda iştirak etmək üçün öz Vətəninə gəlmişdilər.

Qurultayda aparılan müzakirələr, qəbul edilmiş sənədlər bizim birliyimizin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir. 50 milyonluq Azərbaycan xalqı öz gücünü göstərdi. Biz böyük xalqıq, böyük gücük. Əlbəttə ki, qurultayda ölkəmizi narahat edən, eyni zamanda, diaspor təşkilatlarını narahat edən bir sıra problemlər müzakirə olundu. Deyə bilərəm ki, qurultayın əsas mövzusu həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu məsələdə də heç bir fikir ayrılığı yoxdur. Azərbaycan dövlətinin, xalqının, vətəndaşlarının, öz torpağından kənarda yaşayan azərbaycanlıların fikri birdir. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Təcavüzdən əziyyət çəkən qaçqınlar-köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır.

Beynəlxalq hüquq normaları ona görə mövcuddur ki, hər bir ölkə bunlara riayət etsin. Hər bir ölkə dünyada mövcud olan əsas prinsiplərə, tənzimləyici mexanizmlərə gərək hörmətlə yanaşsın. Gərək dünyada mövcud olan beynəlxalq davranış qaydalarına hörmətlə yanaşsın. Azərbaycanın mövqeyi dünyada mövcud olan bütün əsas hüquqi prinsiplərə əsaslanır və biz bu çərçivədə də fəaliyyət göstərəcəyik. Ona görə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Biz istəyirik ki, bunu qarşı tərəf də tezliklə anlasın, başa düşsün və dünyada gedən proseslərə daha da sürətlə qovuşsun. Dünyada qloballaşma gedir, sərhədlər açılır. Dünyada və regionda ölkələr bir-biri ilə əməkdaşlıq edir. Özünü bu əməkdaşlıqdan təcrid etmiş Ermənistanın gələcək perspektivləri də çox dumanlıdır.

Azərbaycan isə öz işini davam etdirəcəkdir. Bizim işimiz haqq işidir. Biz bu münaqişəni Azərbaycanın milli maraqları əsasında, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edəcəyik.

Eyni zamanda, Azərbaycanda iqtisadi potensial daha da möhkəmlənəcək, ordu potensialı möhkəmlənəcək, sosial məsələlər öz həllini tapacaq və Azərbaycan bir neçə ildən sonra dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməlidir. Mən bu vəzifəni qoymuşam. Bunu etmək üçün hər cür imkanlar var. Gözəl coğrafi vəziyyət, təbii sərvətlər, xalqımızın iradəsi, Azərbaycanda ümumi inkişaf səviyyəsi, təhsil, bilik səviyyəsi – bütün bunlar var. Bütün bunlar ölkəmizi zəngin dövlətə çevirəcəkdir.

Mən əminəm ki, biz gələcək illərdə də bu gözəl günləri qeyd edəcəyik. Gözəl Novruz bayramı Azərbaycana xoşbəxtlik, yenilik gətirəcək, müasirlik gətirəcəkdir.

Əziz dostlar, bu gözəl bayram günündə sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə xoşbəxtlik, uğurlar, cansağlığı arzulayıram.

Bayramınız mübarək olsun!

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub