Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Əhməd Necdət Sezər!

Hörmətli Səmra xanım!

Xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram, sizə “Xoş

gəlmisiniz!” deyirəm.

Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Çünki bu səfər ikitərəfli əlaqələrimizin inkişafına güclü təkan verəcəkdir. Türkiyə ilə Azərbaycan arasında əlaqələr dostluq, qardaşlıq zəminində qurulubdur. Bizim xalqlarımız bir-birinə daim çox bağlı olmuşlar. Ancaq dövlətlərarası münasibətlər Azərbaycan müstəqilliyə qovuşduqdan sonra başladı və o gündən bu günə qədər bu münasibətlər çox sürətlə inkişaf etmişdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur və biz Türkiyədən daim dəstək və kömək hiss edirik. Bu dəstəyə və köməyə görə sizə çox minnətdarıq.

Bizim münasibətlərimizi müəyyən edən təməl prinsipləri vardır. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!” prinsipləri bizim bugünkü münasibətlərimizi müəyyən edir və əminəm ki, gələcəkdə bu münasibətlər daha da möhkəmlənəcəkdir.

Azərbaycan ilə Türkiyə arasında olan işbirliyi, əlaqələr təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə indiki zamanda Türkiyə və Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirirlər. Bizi birləşdirən nəhəng enerji layihələrinin həm bölgənin inkişafı üçün, bölgədə sülhün, təhlükəsizliyin möhkəmlənməsi üçün, eyni zamanda, dünya üçün çox böyük əhəmiyyəti vardır. Bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşməlidir, eyni zamanda, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilməlidir. Bunlar dünyamiqyaslı layihələrdir və ilk növbədə, dövlətlərimizi möhkəmləndirəcək, eyni zamanda, bizim önəmimizi də artıracaqdır. Azərbaycan və Türkiyə Xəzər dənizinin təbii ehtiyatlarını dünya və Avropa bazarlarına çıxarılması üçün çox önəmli ölkələrə çevrilir.

Bununla yanaşı, dəmir yolunun birləşməsi məsələsi də çox böyük əhəmiyyət daşıyır və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də artıq gündəlikdədir. Bu gün bu barədə də söhbət açılmış, fikir mübadiləsi aparılmışdır. Əminəm ki, bu layihə də həyata keçiriləcək və beləliklə, Orta Asiyanı, Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu da istismara veriləcəkdir. Bir vaxtlar bəziləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinə də əfsanə kimi yanaşırdılar. Ancaq bizim birgə səylərimiz, uğurlu fəaliyyətimiz, regional əməkdaşlıq bu əfsanəni gerçəkliyə çevirdi. Şübhə etmirəm ki, gələcəkdə həyata keçiriləcək layihələr də uğurlu olacaqdır.

Bu gün eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilmişdir. Bildiyiniz kimi, Türkiyə bu məsələ ilə bağlı daim Azərbaycanın yanındadır. Biz daim bu dəstəyi hiss edirik və bu, bizim üçün çox önəmlidir, Azərbaycanın mövqelərini möhkəmləndirən bir amildir. Azərbaycan bu münaqişəni yalnız beynəlxalq hüquq əsasında həll etmək əzmindədir. Beynəlxalq hüquq normaları hər yerdə tətbiq olunmalıdır. Beynəlxalq normalara riayət edilməlidir və davranış qaydaları da hamı üçün eyni olmalıdır. Biz bu dünyada yaşayırıq, dünyanın bir hissəsiyik və dünyada, beynəlxalq təşkilatlarda qəbul edilmiş normalar bütün ölkələr üçün əsas olmalıdır. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir ki, ölkəmizin dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın suverenliyi bərpa edilməli, zəbt olunmuş torpaqlar işğalçı qüvvələrdən təmizlənməlidir və Ermənistanın azərbaycanlılara qarşı etdiyi etnik təmizləmə siyasətinin nəticələri aradan qaldırılmalıdır. Bizim bu mövqeyimiz dəyişməz olaraq qalır və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapa bilər. Türkiyənin Azərbaycana dəstəyi, bu məsələ ilə bağlı bəyanatları, təklifləri bizim üçün çox önəmlidir və münaqişənin həlli üçün böyük rol oynayır.

Bizim iqtisadi əlaqələrimiz də sürətlə inkişaf edir. Son il ərzində ticarət dövriyyəsi çox böyük sürətlə artıbdır. Bu, onu göstərir ki, iqtisadi əlaqələrimiz də yeni mərhələyə qədəm qoyubdur. Bu, bizi çox sevindirir, çünki iqtisadi əlaqələrimiz nə qədər güclü olsa, bu, bütün başqa sahələrə də təsir göstərəcəkdir. İndi Türkiyənin və Azərbaycanın iqtisadi uğurları göz qabağındadır. Türkiyənin iqtisadiyyatı artır və sürətlə inkişaf edir. Keçən il Azərbaycanda iqtisadi artım 26,4 faiz təşkil etmişdir. Bu il isə həmin rəqəm daha da böyük olacaqdır. Yeni imkanlar açılır, yeni layihələr həyata keçiriləcəkdir. Biz Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarını da bu əməkdaşlığa dəvət edirik. Artıq Azərbaycanda Türkiyədən gəlmiş və burada yaşayan minlərlə iş adamı fəaliyyət göstərir. Biz də çalışırıq ki, onlara daim diqqət, kömək göstərək. İnvestisiya mühitini sağlamlaşdırmaq üçün müvafiq tədbirlər də görülür. İqtisadi əlaqələr nə qədər güclü olsa, təbii ki, bütün başqa əlaqələr də güclənəcəkdir.

Yenə də demək istəyirəm ki, bizi birləşdirən tarixi köklər, müştərək tariximiz, ənənələrimiz, dinimiz, dilimiz, mədəniyyətimizdir. İki qardaş ölkə - Türkiyə və Azərbaycan bu gözəl və möhkəm təməl üzərində öz münasibətlərini möhkəmləndirir, yeni layihələr üzərində işləyirlər. Ölkələrimiz üçün, bölgə üçün, dünya üçün önəmli olan məsələlər indi Ankarada və Bakıda həll olunur və bu da həqiqətdir. Mən şübhə etmirəm ki, gələcəkdə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir. Türkiyə-Azərbaycan birliyi bizim uğurlu inkişafımız üçün başlıca şərtdir.

Əziz qardaşım, hörmətli Cümhurbaşqanı, Sizi Bakıda bir daha salamlayıram. Bu badəni Türkiyənin Cümhurbaşqanı, əziz qardaşım Əhməd Necdət Sezərin şərəfinə, Səmra xanımın şərəfinə, bütün qardaş türk xalqının şərəfinə, Türkiyə Cümhuriyyətinin şərəfinə qaldırıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər