Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, hamınızı salamlayır, bu gün burada olmağımdan və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş konfransda yenidən iştirak etməyimdən son dərəcə məmnunluğumu bildirmək istəyirəm. Artıq qeyd edildi ki, indi palata Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində çox mühüm rol oynamışdır. Həmin əlaqələr hazırda strateji tərəfdaşlıq münasibətləri hesab olunur. Palata yaradılanda və ilk konfrans keçiriləndə o, bəlkə də Azərbaycanın Vaşinqtondakı, ümumiyyətlə, Amerikadakı yeganə səsi idi. Bizim lobbimiz yox idi. Həmin vaxt böyük, güclü nümayəndəliyimiz yox idi. Palata bizim mesajımızı, fikirlərimizi və baxışlarımızı çatdırmaq, habelə problemlərimiz haqqında danışmaq və ölkələrimiz arasında güclü tərəfdaşlığın qurulması üçün bir vasitə oldu.

Müstəqilliyin ilk illərindən Birləşmiş Ştatlarla münasibətlər Azərbaycan üçün prioritet xarakter daşıyırdı və bu, indi də belə olaraq qalır. Əminəm ki, Vaşinqtona indiki səfərimdən sonra bu əlaqələr daha çox sahələri əhatə edəcəkdir. Mən palata tərəfindən təşkil edilmiş bir çox tədbirlərdə və konfranslarda şəxsən iştirak etmişəm və açıq deyə bilərəm ki, Azərbaycanın enerji inkişafı sahəsində palatanın oynadığı rol çox mühüm olmuşdur. Çünki bir çox vacib şəxslər - siyasətçilər, iş adamları, özəl şirkətlərin nümayəndələri palatanın seminar və konfranslarında iştirak etmişlər. Həmin tədbirlər zamanı onlar Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizdəki sərmayə imkanları barədə məlumat almaq və uzun perspektivdə fəaliyyət göstərmək imkanı əldə etmişlər. Bu gün bizim yüksək səviyyədə münasibətlərimiz və iqtisadi əməkdaşlığımız var. Əlbəttə, bu, energetika sahəsindən başlamışdır.

1994-1995-ci illərdə Azərbaycandan beynəlxalq bazarlara potensial marşrut yollarını araşdırdığımız zaman bu, sadəcə müzakirə xarakteri daşıyırdı. Bunun bir gün reallığa çevriləcəyinə müəyyən dairələr inanırdı, digərləri isə yox. Bu gün isə biz birgə səylərimizin və işimizin nəticələrini görürük. Mən ona görə “birgə” sözünü işlədirəm ki, çünki ABŞ hökumətinin və ölkənizdəki müxtəlif təsisatların dəstəyi və yardımı olmadan Xəzərdəki neft və qaz yataqlarında kəşfiyyat və hasilatdan tutmuş daşınma əməliyyatlarına qədər məsələləri əhatə edən layihələr, sadəcə, gözəl layihə kimi qalardı. İndi isə bu, artıq reallıqdır və biz Xəzər dənizindəki layihələrin hazırkı mərhələdə olmasından çox şadıq.

Əsas nailiyyətlər artıq əldə olunmuşdur. Bu yaxınlarda biz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışında iştirak edəcəyik və ilin sonunda bizim nəhəng qaz yatağımız “Şahdəniz”də hasilata başlanacaqdır. Azərbaycan neft və qazı Avropa və dünya bazarlarına çıxara biləcəkdir. Beləliklə, biz Azərbaycanın enerji inkişafının əsas ilkin mərhələsini başa çatdıracağıq. Lakin bu hələ son deyildir. Eyni zamanda, başlanğıc da deyildir. Biz orta mərhələni keçməkdəyik və yeni inkişafın ərəfəsindəyik. Hesab edirəm ki, həmin əməkdaşlıq bu yaxınlarda Xəzər dənizi regionunun digər ölkələrinə də şamil olunacaq və beləliklə, BTC kəmərinin və qaz boru kəmərinin regional xarakterini dəyişərək, onun vacibliyini Avropa səviyyəsinə və beynəlxalq səviyyəyə qaldıracaqdır.

Azərbaycanın Xəzər dənizindəki sektoru çərçivəsindəki enerji inkişafı iqtisadi və enerji məsələləri hüdudlarından kənara çıxır. Həmin layihələr siyasi və demokratik inkişafla, o cümlədən Azərbaycanda aparılan siyasi islahatlarla, Avratlantik strukturlarına güclü inteqrasiyamızla bağlıdır. Çünki daşınma marşrutları ölkəmizin və regionun ümumi inkişafının meyillərini birmənalı olaraq əvvəlcədən müəyyən edəcəkdir. Hesab edirəm ki, gələn illər ərzində digər ölkələr və şirkətlər bizim təhlükəsiz, etibarlı və iqtisadi baxımdan səmərəli infrastrukturumuza qoşula bilər. Sonra isə vəziyyət tamamilə dəyişəcəkdir. Burada dünya əhəmiyyətli layihələr çərçivəsində daha böyük beynəlxalq əməkdaşlıq aparılacaqdır. Neft və qaz məsələlərinin get-gedə daha da ciddiləşməsini və bununla bağlı keçmişdə müşahidə etmədiyimiz müəyyən narahatlıqların ortaya çıxmasını nəzərə alaraq, həmin məsələlərin daim diqqət mərkəzində qalması vacibdir. Digər ölkələr üçün etibarlı təchizatçı və daşınma mənbəyi kimi Azərbaycanın oynadığı rol da artacaqdır. Çox məmnunuq ki, bu gün bizim tərəfdaşımız - Birləşmiş Ştatlarla çox yüksək səviyyədə ikitərəfli münasibətlərimiz var və bu, regionun uğurlu siyasi və iqtisadi inkişafının çox vacib elementidir.

Bir sözlə, gələcəkdə enerji, daşınma və şaxələndirməyə dair planlar və Birləşmiş Ştatların bu prosesdəki rolu barədə olduqca ciddi müzakirələr aparıla bilər. Dünən keçirdiyim görüşlər zamanı bu cür məsələlərə Birləşmiş Ştatların daimi diqqətinin vacib olduğunu qeyd etmişik.

Artıq qeyd etdiyim kimi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi bizim məramımızın sonu deyildir. Bu, yalnız başlanğıcdır, bəlkə də, daha həlledici və çətin mərhələ yaxınlaşır. Bu mərhələdə digər şirkətlər və ölkələr də iştirak edəcəkdir. Lakin eyni zamanda, bugünkü konfransın gündəliyi Azərbaycanın inkişafının digər aspektlərini əhatə edəcəkdir. Artıq qeyd edildiyi kimi, qeyri-neft sektorunun inkişaf etdirilməsi hazırda bizim üçün prioritet əhəmiyyət daşıyır. Neft və qaz layihələrinə gəldikdə, artıq bizim nailiyyətlərimiz vardır. Lakin qeyri-neft sektorunun şaxələndirilməsi, onun şəffaf olması və xarici sərmayələrin cəlb edilməsi bizim gündəliyimizdə vacib məsələlərdir. Hesab edirəm ki, Azərbaycan rəsmiləri ilə keçirəcəyiniz müzakirələr vəziyyəti çox aydın təsvir edəcək, nailiyyətlərimizi, problemlərimizi, çatışmazlıqlarımızı üzə çıxaracaqdır.

Biz iqtisadi siyasətimizi dövlət proqramları əsasında aparırıq və onların müəyyən mərhələləri var. Hazırda onlar infrastrukturun və onun inkişaf etdirilməsinin vacib aspektlərini əhatə edir. Artıq iki ildən çoxdur ki, biz regional inkişaf proqramlarını həyata keçiririk. Çox fərəh hissi ilə qeyd edirik ki, iki il yarım ərzində biz 380 min yeni iş yeri açmışıq və onların əksəriyyəti qeyri-neft sektoru sahəsindədir. Hazırda biz sahibkarlar üçün bərabər şəraitin yaradılmasına çalışır və özəl sektora güzəştli kreditlərin verilməsini həyata keçiririk. Əsasən fermerlər üçün 100 milyon dollar həcmində kreditlər ayrılmasını nəzərdə tuturuq. Bu məqsədlə Azərbaycanda 100 milyon ABŞ dolları kapitalı olan dövlət şirkəti yaradılmışdır. Həmin şirkətin əsas fəaliyyəti Azərbaycanda sənaye potensialının qiymətləndirilməsi, bazarın qiymətləndirilməsi və yeni sənaye sektorlarının müəyyən edilməsidir. Biz hazırda bu sahədə ilkin mərhələni keçməkdəyik. Beləliklə, sərmayədar özü üçün potensial sahələri müəyyən edə bilər və bunlar əsasən qeyri-neft sektoruna aid olacaqdır.

Biz neft sektoruna sərmayələrin cəlb edilməsi mərhələsini keçəndə o qədər çətinliklərimiz olmamışdır. Çünki neft sektoru tarixən ölkəmizdə olmuşdur və cəlbedici sahə olaraq qalır. Lakin qeyri-neft sektorunda biz daha çox iş görməliyik ki, potensial sərmayədarların etimadını qazanaq və onlara hüquqi sahədə, vergi sahəsində və iqtisadi şərait haqqında kifayət qədər məlumatın çatdırılmasına çalışaq. Beləliklə, hökumət həm sərmayəçi olaraq əlavə təkan yarada bilər və sərmayədarlar həmin 100 milyon dollar kreditdən istifadə edərək müəyyən vəsait qoya bilərlər.

Azərbaycanda potensial sərmayələr üçün sahələr artıq aydındır və onlar müxtəlifdir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik stansiyalarının tikilməsi kimi layihələrimiz iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının, turizmin inkişafı üçün şərait yaradacaqdır. Hazırda ölkəmizdə ümumi gücü 1000 meqavat olan 6 elektrik stansiyası tikilməkdədir. Onlar gələcəkdə ölkənin enerji tələbatını tam ödəməyə imkan verəcəkdir.

Neft və qaz hasilatı ilə məşğul olan ölkə kimi bizim həmin elektrik stansiyalarına və sənaye obyektlərinə, zavodlara yanacağın çatdırılmasında heç bir problemimiz yoxdur. Bizim neftin ixracından milyonlarla dollar gəlir əldə edəcəyik. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyası 1994-cü ildə qəbul olunmuşdur və hazırda o, öz nəticələrini verir. Bir sözlə, biz bu sahələrdə çox fəal işləyirik və bütün dünya üçün ən yaxşı nümunə ola bilərik. Bizim iqtisadi nailiyyətlərimiz çox müsbətdir. Bu il ərzində ÜDM-in artımı ötən ildəki 26 faizlik artımla müqayisədə təqribən 40 faiz olacaqdır. Bizim sənaye istehsalının artımı 47 faiz olacaqdır.

Eyni zamanda, biz bir çox sosial proqramlar həyata keçiririk. Çünki neftdən əldə olunan gəlirlər Azərbaycan əhalisinə sərf edilməlidir. Biz bu gəlirlər hesabına ötən il ərzində 300-dən çox orta məktəb binası tikmişik. Azərbaycanda 10-dan çox müasir xəstəxana tikilməkdədir. Bir sözlə, biz iqtisadi inkişafımızı əsasən bazar iqtisadiyyatı prinsiplərinə uyğun qururuq. Biz güclü sosial siyasət həyata keçiririk. Bütün bunlar vacib elementlərdir. Əgər biz diqqəti yalnız azad bazar iqtisadiyyatı prinsiplərinə yönəltsək və sosial proqramları həyata keçirməsək, ölkəmizdə sosial ədalət olmayacaqdır. Beləliklə, neft gəlirlərinin ədalətli paylanılması mümkün olmayacaqdır. Buna görə də əgər siz ölkəmizdə ÜDM-in strukturuna nəzər salsanız görərsiniz ki, özəl sektorun payı təqribən 75 faizdir. İqtisadiyyatın əsasını neft sənayesi təşkil edən ölkə üçün bu, kifayət qədər böyük göstəricidir. Neft hasilatı dövlətin inhisarındadır və qeyri-neft sektorları tamamilə özəlləşdirilibdir.

Bizim büdcə artımımızın əsas bir hissəsi sosial problemlərə - maaşların, pensiyaların artırılmasına sərf olunur. Misal üçün, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından qovulmuş qaçqınların yeni yerlərə köçürülməsi üçün sərf edilir. Bu il biz ən sonuncu çadır şəhərciyini ləğv edəcəyik və erməni təcavüzündən əziyyət çəkmiş on minlərlə qaçqın və məcburi köçkün ailələri üçün yeni evlər tikəcəyik. Onları elektrik enerjisi ilə təchiz edəcəyik, yeni xəstəxanalar, məktəblər tikəcəyik. Həmin insanlar Ermənistanın təcavüzündən əziyyət çəkmişlər və öz yurd-yuvalarına qayıdana qədər müvəqqəti olaraq normal şəraitdə yaşayacaqlar.

İşlərin bu cür qurulması cəmiyyətin möhkəmlənməsinə xidmət edir. Çünki biz bilirik ki, neft hasil edən zəngin ölkələrdə bəzən işlər o qədər də yaxşı aparılmır. Bu baxımdan Azərbaycanda biz fərəh hissi ilə deyə bilərik ki, bir neçə il bundan əvvəl hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuşuq. Bu, əsasən neft və qaz sektoruna aiddir.

Neft və qaz yataqları ilə zəngin olan ölkədə uğur əldə etmək üçün biz bu sərvətlərdən gələn gəlirləri bərabər qaydada paylamalıyıq. Adi insanlar öz gündəlik həyatının yaxşılaşmasını hiss etməlidirlər. Yəni sırf makroiqtisadi göstəricilərin olması kifayət deyildir. Əgər siz soruşsanız ki, ÜDM-in artımı 26 faizdirmi, onlar bu suala cavab verməyəcəklər. Onlar bunu özlərinin gündəlik həyatında hiss etməlidirlər. Onlar yaxşı yollar, su təchizatı, səhiyyə xidməti olmasını və uşaqlarının kompyuterlərlə təchiz edilmiş müasir məktəblərə getməsini istəyirlər. Onlar cəmiyyətdə sosial ədalətin şahidi olmalıdırlar. Çünki bu, sovet dövründən miras qalmış ən böyük problemlərdən biridir.

Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel olaraq aparılır. Bir sözlə, bu üsul uğurun əldə edilməsinə, vətəndaş cəmiyyətinin saxlanılmasına və ölkə daxilində əmin-amanlığın bərqərar olunmasına aparan yeganə yoldur. Ölkəmiz çox möhkəmdir, hökumətlə xalq arasında güclü əlaqələr var. Bu, ölkədə liberal islahatların aparılması üçün imkan yaradan sabit vəziyyətin əsasını təşkil edir. Çünki bəzən islahatlar çətin də olur. Bəli, bir tərəfdən, onların insanların həyatının yaxşılaşdırılmasına yönəldilməsi aydındır. Lakin digər tərəfdən, islahat prosesi özlüyündə mürəkkəb bir prosesdir. Biz həmin dövrü qısaltmağa çalışmalıyıq və xalqın gözlədiyi nəticələrin təmin olunması məqsədi ilə fəal işləməliyik.

Mən fərəh hissi ilə demək istəyirəm ki, 2003-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində söz verdiyim bütün məsələlər öz həllini tapmaqdadır. Onlar hətta vəd edildiyi vaxtdan da tez həll olunur.

Biz dünyada gedən enerji proseslərində artıq çox fəal iştirak edirik və dünyanın ən böyük enerji layihəsi məhz Azərbaycanda həyata keçirilmişdir. Hazırda biz nəqliyyat infrastrukturuna daha çox diqqət yetiririk. Çünki bizim yerləşdiyimiz məkan təbiətin bizə bəxş etdiyi hədiyyədir. Biz bundan yaxşı istifadə etməliyik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizindəki tammiqyaslı əməliyyatlarda öz infrastrukturumuzdan istifadə etməliyik.

Hazırda biz Azərbaycanda bir sıra hava limanları tikməkdəyik. Yolların salınmasına diqqət yetiririk. Malların daşınması üçün nəqliyyat vasitələri alırıq. Bir sözlə, biz çox möhkəm infrastruktur yaradırıq və bunun məqsədi iqtisadi inkişafdır. Bundan istifadə edərkən Azərbaycanın iqtisadi siyasəti olduqca aydındır. Bu, müəyyən ölkələrin impulsiv addımlarına bənzəmir. Biz bilirik ki, 2-3 və ya 5 ildən sonra nəyimiz olacaqdır. Əlbəttə ki, bu, dünyada neftin qiymətlərindən asılıdır. Lakin biz iqtisadi potensialımızı bilirik. Azərbaycanın siyasi əhəmiyyəti get-gedə artacaqdır. Çünki hazırda enerji məsələləri siyasi məsələlərlə çox sıx əlaqəlidir. Bu, təkcə bizim regionda yox, bütün dünyada belədir. Enerji məsələsi və geosiyasi məsələlər regionda böyük təsirə malikdir və digər məsələlərlə bağlıdır. Bu baxımdan Azərbaycan enerji təchizatının və daşınmanın etibarlı mənbəyidir. Bu əməliyyatlar bütün istiqamətlərdə aparıla bilər.

Əlbəttə, biz Avropa və dünya məsələlərində öz töhfəmizi verə bilərik. Bütün bunlar ölkəmiz üçün daha yaxşı şəraitin yaradılmasına zəmin doğurur və digər ölkələr də buna diqqət yetirir. Sərmayələr çox yüksək səviyyədədir. Müəyyən mənada bəzi problemlər sərmayələrin daha fəal yatırılmasını əngəlləyir. Lakin biz çalışırıq ki, narahatlıq doğuran bütün bu məsələləri aradan qaldıraq. Hazırda bu məqsədlə hökumət daxilində təcrübəli və bacarıqlı əməkdaşlar çalışırlar ki, bütün iqtisadi islahatlar tam yerinə yetirilsin.

Bizim tərəfdaşlarımızla çox yaxşı münasibətlərimiz var. Bu da iqtisadiyyatın və təhlükəsizliyin çox vacib elementidir. Hesab edirəm ki, bütün nöqteyi-nəzərdən Azərbaycan sərmayələr üçün çox yaxşı bir yerdir. Burada sabit vəziyyət mövcuddur. Ölkəmizdə bu sabitliyin gələn illər ərzində də qorunacağına zəmanət verilir. Mən fürsətdən istifadə edərək, Azərbaycanı tanıyan, vəziyyətlə tanış olan və yaxud hələ məlumatı olmayan bütün şəxsləri, sərmayədarları bir daha ölkəmizə dəvət edirəm.

Hesab edirəm ki, bu konfrans enerji sektorunun inkişafına, qeyri-neft sektoruna, şəffaflığa, bank sektoruna və sənayenin digər sahələrinin inkişafı planlarımıza aid məsələləri aydınlaşdıracaqdır. Əlbəttə ki, digər şəxslərlə müqayisədə, sərmayədarlar vəziyyəti daha yaxşı bilərlər. Lakin eyni zamanda, burada hökumətin də siyasəti olmalıdır. Misal üçün, sərmayədarların müəyyən bir ölkəyə və Azərbaycana dair öz prioritetləri, hökumətin isə digər prioritetləri ola bilər. Bunlar hamısı tarazlı şəkildə aparılmalıdır ki, sərmayələr bərabər yatırılsın. Ona görə də bu, bizim inkişafımızın yeni bir elementidir. Çünki əvvəllər sərmayələr belə bir qaydada yatırılırdı: tutaq ki, müəyyən bir şirkət sərmayədar qismində ölkəyə gəlməyi qərara alırdı və burada imkan tapıb sərmayə qoyurdu. İndi isə bununla yanaşı, biz də öz tərəfimizdən sərmayədarlar üçün bələdçi rolunu oynamağa çalışırıq və onlara yaxşı gəlirlər gətirəcək sahələri təsvir edirik.

Beləliklə, yoxsulluğun, işsizliyin azaldılması üçün çalışırıq. Çünki bunlar hələ də Azərbaycanda problem olaraq qalır. İki il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə düşmüşdür. Lakin hələ ki, bu, böyük rəqəmdir. Hesab edirəm ki, Azərbaycan bir neçə ildən sonra, gündə bir milyon barreldən çox neft hasil edəndən sonra imkanlarımız daha da artacaqdır. Yoxsulluğun tam aradan qaldırılması bizim maksimum məqsədimiz və proqramımızdır. Eyni zamanda, işsizliyin tamamilə aradan qaldırılmasına çalışacağıq. Əlbəttə, digər ölkələrdəki kimi, bizdə də elə insanlar var ki, ümumiyyətlə işləmək istəmirlər. Lakin işləmək istəyən insanlar işlə təmin olunmalıdır.

Bu baxımdan hesab edirəm ki, konfrans bələdçi rolunu oynayaraq Azərbaycanın, onun hökumətinin planlaşdırdığı məsələlər haqqında məlumat verəcəkdir. Bizim gələn beşillikdə görəcəyimiz işlər barədə burada məlumat veriləcəkdir. Ona görə də mən sizi çox fəal olmağa çağırıram. Eyni zamanda, bu fürsətdən istifadə edərək, Azərbaycana hələ səfər etməmiş şəxsləri ölkəmizə dəvət edirəm.

Mən bir daha bildirmək istəyirəm ki, Vaşinqtonda olmağıma çox şadam. Vaşinqtona bir çox səfərlər etmişəm. Bu gün səhər bu barədə fikirləşirdim: 1994-cü ildən 2003-cü ilə qədər, demək olar ki, il ərzində bəlkə iki dəfə ölkənizə səfər etmişdim, müxtəlif konfranslarda və eyni zamanda Amerika-Azərbaycan Ticarət Palatasının tədbirlərində iştirak edirdim. İndi mən Prezident kimi buradayam və bundan çox şadam. Əminəm ki, bu səfər iqtisadi sahədəki əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında olan əməkdaşlıq daha geniş sahələrə şamil ediləcəkdir. ABŞ və Azərbaycan iki tərəfdaş ölkədir, regional və beynəlxalq miqyaslı məsələlər üzrə əməkdaşlıq edir. Əminəm ki, gələcəkdə bizim burada və Bakıda daha çox görüşlərimiz olacaqdır.

Mən sizə və konfransın işinə uğurlar arzulayıram. Çox sağ olun.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

X X X

Sonra konfrans öz işini davam etdirdi. “Neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına: şaxələndirmə siyasəti” mövzusu ətrafında Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev, maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər. Azərbaycan Beynəlxalq Bankı İdarə heyətinin sədri Cahangir Hacıyevin, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun, ABŞ Senatının üzvü Sem Braunbəkin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini, APCD Worldwide ictimai əlaqələr agentliyinin icraçı vitse-prezidenti Elizabet Consun, ABŞ Milli Təhlükəsizlik Şurasının Avrasiya üzrə direktoru Devid Merkelin və Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevin “Qeyri-neft sektorunda ticarət və sərmayə”, “Azərbaycanda və Xəzər hövzəsində ABŞ-ın maraqları”, “Avrasiya nəqliyyat dəhlizinin perspektivləri”, “Xəzər enerjisi və beynəlxalq bazarlar”, “ABŞ-Azərbaycan münasibətlərinin dinamikası” mövzularında çıxışları dinlənildi. Azərbaycanın və ABŞ-ın iş adamları, şirkətlərin nümayəndələri fikir və mülahizələrini bildirdilər. Azərbaycanın bölgədə lider dövlətə çevrilməsini vurğulayan natiqlər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində ölkəmizin mühüm rolunu diqqətə çatdırdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı