Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Mən sizinlə görüşməyimə çox şadam. Mən demək olar ki, səfər etdiyim bütün ölkələrdə olarkən orada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşürəm. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşayırlar və onların taleyi, əlbəttə, bizi həmişə maraqlandırır. O cümlədən Amerikada yaşayan azərbaycanlılar da bizim üçün çox əzizdir. Bu yaxınlarda Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında da Amerikadan gəlmiş qonaqlar bizim tərəfimizdən xüsusi diqqətlə qarşılanmışlar.

Bizim ölkəmiz, Azərbaycan sürətlə inkişaf edir. Əlbəttə, müxtəlif ölkələrlə olan münasibətlərimiz də inkişaf edir. Bu münasibətlərin inkişafında müvafiq ölkələrdə yaşayan azərbaycanlılar da, əlbəttə ki, mühüm rol oynayırlar və oynamalıdırlar.

Bildiyiniz kimi, Amerika ilə bizim çox səmərəli, işgüzar əməkdaşlığımız var. Biz uzun illərdir ki, tərəfdaş kimi fəaliyyət göstəririk. Bizim əməkdaşlığımız çoxşaxəlidir, həm iqtisadi, həm enerji, eyni zamanda siyasi, təhlükəsizlik sahəsində Amerika-Azərbaycan münasibətləri çox yüksək sürətlə inkişaf edir. Şübhəsiz ki, mənim buraya rəsmi səfərim də bu istiqamətdə atılan mühüm addımdır. Əminəm ki, səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Ancaq ölkənin maraqlarını təmin etmək üçün onun daxilində gedən proseslər kifayət etmir. Biz nə qədər çalışsaq, öz diplomatik səylərimizi nə qədər artırsaq da, yenə də diasporun köməyinə, dəstəyinə böyük ehtiyac vardır. Çünki siz burada yaşayırsınız, Amerika vətəndaşlarısınız. Siz öz səsinizi ucaldanda yəqin ki, bu, daha da yaxşı eşidilir, nəinki biz hansısa məsələni qaldıranda. Ona görə gərək biz hamımız bu imkanlardan səmərəli istifadə edək. Azərbaycan nə qədər güclü olsa, yəqin ki, sizin üçün də bir o qədər yaxşı olar. Azərbaycanın dünyadakı mövqeyi, hörməti artdıqca, əlbəttə, hər bir azərbaycanlı bundan qürur hissi duyur, vətənpərvər insanlar kimi siz bununla fəxr edirsiniz. Eyni zamanda, sizin buradakı mövqeyiniz nə qədər möhkəm olsa, Azərbaycanın maraqları da bir o qədər təmin ediləcəkdir.

Əlbəttə, mən müqayisə aparmaq istəmirəm. Amma, şübhəsiz ki, əgər ermənilərin güclü lobbisi olmasaydı, bu gün Ermənistanın vəziyyəti tamamilə başqa ola bilərdi. Yəni Ermənistanı bir dövlət kimi saxlayan ən vacib amil və vasitə onların dünyadakı mövqeləridir. Əgər fərz eləsək ki, bunu ümumi kontekstdən çıxaraq, onda görərik ki, Ermənistan bir dövlət kimi formalaşmır, yəni uğur əldə etmir. Ancaq onların güclü imkanları, maliyyə imkanları, siyasi dayaqları, müvafiq qurumlarla əlaqələri, əlbəttə ki, Ermənistanın da mövqelərini möhkəmləndirir. Baxmayaraq, bütün dünya bilir ki, Ermənistan Azərbaycana təcavüz edibdir, bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşübdür. Bunlar açıq bəlli olduğuna baxmayaraq, Ermənistana, onun işğalçı siyasətinə hələ ki, lazımi qiymət verilmir.

Ona görə biz də bu istiqamətdə öz fəaliyyətimizi gücləndirməliyik. Bir neçə il ərzində fəaliyyət göstərən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də artıq daha səmərəli işləyir. Azərbaycanın müvafiq icmaları daha da fəallaşıblar. Azərbaycanın ümumi inkişafı, əlbəttə ki, sizi də ruhlandırır. Siz görəndə ki, ölkəmiz həm iqtisadi, həm siyasi cəhətdən, həm də beynəlxalq qurumlara inteqrasiya baxımından liderlik mövqelərinə sahib olur, əlbəttə, bu, sizə də qol-qanad verir, sizi də möhkəmləndirir. Ona görə, gərək biz bu məsələlərə geniş kontekstdə baxaq.

Azərbaycan dövləti və hökuməti öz tərəfindən əlindən gələni edəcək ki, diasporun təşkilatlanması və möhkəmlənməsində səylərini göstərsin. Sizi də maraqlandıran, narahat edən məsələlər, problemlər də vaxtlı-vaxtında bizə bəlli olmalıdır. İndi həm maliyyə baxımından, həm də təsir baxımından Azərbaycanın imkanları artır. Ona görə siz Azərbaycanın bu imkanlarından da səmərəli istifadə etməlisiniz. Yəni burada çox səmərəli, davamlı və mütəmadi xarakter daşıyan əlaqə mexanizmi qurulmalıdır. Yəqin ki, bu var, amma istərdm, daha da səmərəli olsun.

Biz fəal olmalıyıq, qabaqlayıcı addımlar atmalıyıq. İnformasiya müharibəsində hücum etməliyik. Mən təxminən ilyarım bundan əvvəl Xarici İşlər Nazirliyində xaricdə fəaliyyət göstərən səfirlərlə görüş keçirmişdim. Orada da qarşıya qoyduğum məsələlərdən biri də o idi ki, biz gərək Azərbaycan mövzusunu dünya ictimaiyyətinə çatdıraq.

Dünən Konqresdə olarkən yenə o “məşhur” 907-ci düzəliş haqqında söhbət aparırdım. O düzəlişin qəbul edilməsində də obyektiv səbəblər olub, Azərbaycan haqqında məlumat olmayıb, yaxud da ancaq mənfi məlumat olubdur. Haradasa, 1990-cı illərin ortalarına qədər təkcə burada deyil, eyni zamanda, Avropa ölkələrində də Azərbaycan haqqında ya mənfi məlumat yayılırdı, yaxud da ümumiyyətlə, məlumat yayılmırdı. Bizim haqqımızda mənfi rəy yaradan əsas qüvvə erməni lobbisidir. Çünki onların əsasən məqsədi Azərbaycanı ləkələmək, antidemokratik dövlət kimi təqdim etmək və beləliklə, sübut etməyə çalışmaqdır ki, demokratiya inkişaf etməmiş belə bir ölkədə ermənilər azlıq kimi yaşaya bilməzlər. Guya onların rahat yaşaması təhlükə altındadır. Ona görə Azərbaycana qarşı çox ciddi kampaniya gedir.

Biz öz səsimizi ucaldırıq. Azərbaycan çalışır ki, özü haqqında həqiqətləri dünya birliyinə çatdırsın. Məhz bu sahədə diasporun fəaliyyəti müstəsna xarakter daşıyır.

Mən keçmişdə də Amerikada tez-tez olurdum. 1994-cü ildən başlamış 2003-cü ilə qədər, demək olar, ildə iki dəfə gəlirdim, müxtəlif tədbirlərdə iştirak edirdim. Görürdüm ki, əgər biz öz həqiqətlərimizi düzgün, dolğun şəkildə çatdıra biliriksə, o zaman münasibət də dəyişir, rəy də dəyişir. Gərək bu iş mütəmadi qaydada aparılsın. Əlbəttə ki, bunda səfirliyin çox böyük rolu var. Çünki səfirlik burada Azərbaycanın rəsmi nümayəndəliyidir və müvafiq qurumlarla əlaqə saxlamaq, əməkdaşlıq etmək imkanları genişdir. Ancaq Azərbaycan diasporunun da öz imkanları var. Məsələn, mən eşidəndə çox şad oldum ki, burada artıq fəaliyyətin yeni formaları da tətbiq olunur, etiraz aksiyaları keçirilir. Azərbaycan haqqında həqiqətləri çatdırmaq üçün müvafiq tədbirlər, görüşlər keçirilir. Bütün bunlar Amerika cəmiyyətinin adət etdiyi formalardır. Sadəcə olaraq, gərək biz bunlardan daha da səmərəli istifadə edək.

Azərbaycan haqqında məlumat gərək operativ qaydada sizə çatdırılsın. İndi Azərbaycanda çoxlu yeni kitablar çapdan çıxır. Mən də elmi ictimaiyyət qarşısında müvafiq vəzifələr qoymuşam ki, biz Azərbaycan həqiqətləri barədə kitabları müxtəlif dillərə tərcümə edib yaymalıyıq. Bizim alimlərimiz tarixə aid məsələlərlə bağlı çox gözəl tədqiqatlar aparır, kitablar yazırlar, onlar Azərbaycan dilində çıxır və özümüz oxuyuruq. Amma başqa ölkələrdə heç kim onları oxumur. Biz bütün bu həqiqətləri internet vasitəsilə, tərcümə vasitəsilə dünyaya çatdırmalıyıq.

Erməni təbliğatı nəticəsində indiyə qədər təkcə burada deyil, başqa ölkələrdə də hələ də belə bir yanlış rəy qalır ki, guya Dağlıq Qarabağ tarixi baxımdan erməni torpağıdır. Amma bu, tamamilə yanlış bir məlumatdır. Bu, Azərbaycanın əzəli torpağıdır. Onun bütün toponimləri, tarixi Azərbaycanla bağlıdır. Ermənilərin oraya gəlməsi ancaq XIX-cu əsrin əvvəlində başlamışdır. Onlar başqa ölkələrdən oraya köçürülmüşlər. Bunu əks etdirən, ermənilər tərəfindən 1978-ci ildə ucaldılmış abidə də var idi ki, onu vurdular dağıtdılar. Yəni bu, həqiqətdir. Bunu dünya birliyinə çatdırmaq üçün gərək məlumat olsun, gərək bunu deyən olsun, yazan olsun, tərcümə edən olsun. İndi biz bu işləri görürük. Azərbaycanda yeni ensiklopediyanın nəşri ilə bağlı qərar verilibdir. O ensiklopediya sonra internetə salınacaq, müxtəlif dillərə tərcümə olunacaqdır. Orada Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, keçmişi haqqında tam, müfəssəl məlumat veriləcəkdir. Yəni bu sizin fəaliyyətinizə də bir dəstək olacaqdır. Çünki bu məsələləri dünyaya çatdırmaq üçün gərək tarixi əsaslar, sənədlər olsun.

Bir sözlə, bir halda ki, ölkəmiz siyasi cəhətdən bölgədəki mövqelərini möhkəmləndirir, iqtisadi baxımdan Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir, biz ideoloji işlərimizi də gərək mütləq indiki zəmanəyə uyğun şəkildə quraq. Ermənistandan fərqli olaraq, bizim təbliğatımız yalan, böhtan üzərində yox, həqiqətlər üzərində qurulubdur. Bizim təbliğatımız reallığı, tariximizi, bu günümüzü əks etdirir və təbii ki, bu həqiqətlər gərək dünya birliyinə tam geniş şəkildə çatsın. Bu işdə kifayət qədər nailiyyətlər olsa da hələ ki, vəziyyət məni tam şəkildə qane etmir. Biz Azərbaycanda bu sahəyə daha da böyük diqqət göstərməliyik, və şübhəsiz ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar da bu işlərdə fəal olmalıdırlar.

Hesab edirəm ki, bu, çox vacib görüşdür. Siz həmişə hiss etməlisiniz ki, müstəqil Azərbaycan dövləti sizinlədir, sizin Vətəninizdir, doğulduğumuz yerdən asılı olmayaraq, bizim hamımızın Vətənidir. Dünya azərbaycanlılarının II qurultayı bir daha onu göstərdi ki, biz böyük xalqıq. 50 milyonluq Azərbaycan xalqı dünya miqyasında böyük xalqdır, istedadlı xalqdır. Alimlərimiz, yazıçılarımız, şairlərimiz, sərkərdələrimiz bizim tarixi sərvətimizdir. Gərək bunu hamı bilsin. Bütün dünya bunu bilməlidir və biz də gərək bir olaq.

Mən bilmirəm, Amerikada necədir, amma başqa ölkələrdə bizim diasporlarımızın müxtəlif dərnəkləri, yaxud təşkilatları var, ancaq onların arasında əlaqələndirmə işləri o qədər də güclü deyildir. Amma o da əsas amildir ki, biz bir olmalıyıq. Xüsusilə xaricdə yaşayan azərbaycanlılar təşkilatlanma prosesində ən qabaqcıl formaları tətbiq etməlidirlər. Müxtəlif təşkilatlar, cəmiyyətlər, dərnəklər ola bilər, amma onların arasında mütləq əlaqələndirmə olmalıdır. Əlbəttə ki, bunda səfirliklərin çox mühüm rolu var. Çünki səfirliklərdə olan informasiya, imkanlar çox genişdir və fəaliyyət də düşünülmüş proqram çərçivəsində aparılmalıdır.

Yenə də deyirəm, bəzi hallarda diasporların fəaliyyəti epizodik xarakter daşıyır. Yəni hansısa tədbir oldu, keçirildi, orada nəsə deyildi, yaxud da çıxışlar oldu, hansısa başqa aksiyalar keçirildi və ondan sonra bir müddət elə bil ki, ara verilir. Gərək işlər düşünülmüş proqram çərçivəsində aparılsın. Necə ki, dövlət, hökumət birillik, beşillik, onillik çərçivədə, öz konsepsiyasını, fəaliyyət proqramını tərtib edir, eyni şəkildə də bizim ictimai təşkilatlar etməlidir. Hamı bilməlidir ki, nə vaxt, hansı tədbir keçiriləcək, bu tədbirin keçirilməsi üçün nə kimi addımlar atılmalıdır. Bu addımların atılmasına diasporun imkanları çatırmı, ya yox. Əgər çatmırsa, deməli, səfirlik iştirak etməlidir. Səfirliyin də tutaq ki, imkanları məhdud ola bilər. Onda Azərbaycan hökuməti işlərə qoşulmalıdır. Yəni bunlar, çox böyük təşkilati qabiliyyət tələb edən məsələlərdir. Azərbaycan dövləti və hökuməti bu işlərdə fəal iştirak etməyə hazırdır. Sadəcə olaraq, gərək Komitə ilə və hökumət üzvləri ilə, Xarici İşlər Nazirliyi ilə daim güclü əlaqələr olsun, təmaslar möhkəmlənsin ki, biz istəyimizə nail olaq.

Çünki bizim - Azərbaycan dövlətinin, dünyada yaşayan azərbaycanlıların məqsədimiz birdir: dövlətimiz inkişaf etsin, müstəqilliyimiz möhkəmlənsin, əbədi, dönməz olsun, biz heç kimdən asılı olmayaq. Bu gün Azərbaycanın siyasəti məhz bu amillər üzərində qurulubdur. Biz bütün ölkələrlə gözəl münasibətlər yaratmağa çalışırıq. Ancaq o şərtlə ki, bu münasibətlər qarşılıqlı hörmət, ehtiram əsasında qurulsun və Azərbaycanın milli maraqları təmin olunsun. Ona görə, müstəqil siyasət aparmaq iqtidarında olmaq, əlbəttə, həm böyük cəsarət tələb edir, həm də biz gərək arxayın olaq ki, işlərimiz lazımi səviyyədə dəstəklənir.

Ona görə, məqsədlərimiz birdir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, ermənilərin etnik təmizləmə siyasətindən əziyyət çəkmiş insanları geri, öz doğma torpaqlarına qaytarmaq; Azərbaycanda sülh, inkişaf olsun, bütün müsbət meyillər daha da möhkəmlənsin, demokratik inkişaf, siyasi, iqtisadi islahatlar daha da sürətlə getsin. Biz bunu istəyirik, siz də bunu istəyirsiniz. Hər bir vətənpərvər azərbaycanlı bunu istəyir. Biz bu istiqamətdə səylərimizi birləşdirməli və vahid mövqedən çıxış etməliyik.

O ölkələrdə ki, təşkilatlar vahid bir konfederasiyada, yaxud federasiyada, ya da konqresdə birləşir, o zaman işlər daha da səmərəli qurulur. Bir təşkilatda birləşmək o demək deyil ki, mövcud olan digər təşkilatlar öz müstəqilliyini itirir, yaxud da kiminsə təsiri altına düşür. Xeyr, bu, sadəcə olaraq, əlaqələndirmə məqsədi daşıyır. Əgər biz bu işləri daha da səmərəli görmək istəyiriksə, onda əlbəttə, əlaqələndirmə işləri də daha sürətlə aparılmalıdır.

Məsələn, burada yaxşı nümunələr var: Azərbaycan Təşkilatları Federasiyası, yaxud Konqresi, yaxud da Əlaqələndirmə Mərkəzi. Əgər bu şəkildə formalaşarsa, bunun təsiri daha da güclü olacaqdır. Əlbəttə ki, bu böyük təşkilat müvafiq ictimai təşkilatlara, dövlət qurumlarına daha da asanlıqla yol tapacaqdır, onunla daha da çox hesablaşacaqlar. Amma görəndə ki, ayrı-ayrı təşkilatlar var, hərəsi haradasa fəaliyyət göstərir, öz aralarında əlaqələr o qədər də yoxdur, təbii ki, münasibət də buna uyğun şəkildə olacaqdır.

Bilirsiniz, müstəqilliyimiz bərpa ediləndən sonra, ondan əvvəlki dövrlərdə Azərbaycanda müxtəlif siyasi proseslər gedirdi. Xaricdə yaşayan azərbaycanlılar 1940-50-ci illərdə müəyyən formada təşkilatlanmışdılar, müxtəlif ölkələrdə diasporlar, təşkilatlar fəaliyyət göstərirdi. Əlbəttə, bu fəaliyyətin əsas məqsədi o idi ki, Azərbaycan müstəqil olsun, müstəqil ölkə kimi yaşasın və xalqımız öz müqəddəratını özü müəyyən etsin.

1991-ci ildə Azərbaycan müstəqil ölkə oldu və o vaxtdan indiyə qədər bizim müstəqilliyimiz möhkəmlənir və güclənir. Yəni o illərdə gündəlikdə olan əsas məramlar, proqramlar 15-16 il bundan əvvəl həyatda öz əksini tapdı. Ona görə, təbii ki, indi fəaliyyətin yeni formaları olmalıdır. Bizim gündəliyimizdə duran məsələlər nədir? Yenə deyirəm, həm Azərbaycan dövlətinin, həm də xaricdə yaşayan azərbaycanlıların məqsədi birdir: ölkəmiz daha da müstəqil olsun, öz siyasətini inamla aparsın və əsas azadlıqlar tam şəkildə təmin edilsin, qanunun aliliyi bərqərar olunsun və müasir, mütərəqqi, hüquqi dövlət formalaşsın. Əminəm ki, bu, bizim hamımızın məqsədidir.

Şübhəsiz ki, fəaliyyət göstərən təşkilatların da müxtəlif istiqamətləri, müxtəlif maraq dairələri ola bilər. Ancaq bununla yanaşı, biz gərək ümumi bir məqsəd, amal əsasında öz səylərimizi birləşdirək. Bəzi təşkilatlar siyasi prinsip əsasında fəaliyyət göstərir. Bəlkə də bu, hansısa mərhələdə labüd idi. Ancaq indiki mərhələdə xüsusilə xaricdə yaşayan azərbaycanlılar siyasi prinsiplərə görə bölünməməlidirlər. Azərbaycanın siyasəti Azərbaycanda həll olunur. Azərbaycanda gedən siyasi proseslər müsbət məcrada inkişaf edir və bu baxımdan Azərbaycan artıq möhkəmlənmiş bir ölkədir. Şübhəsiz ki, hər bir insanın öz siyasi baxışları, əqidəsi, idealları ola bilər. Bu da təbiidir və azad cəmiyyət üçün xas olan məsələlərdir. Ancaq bununla yanaşı, siyasi baxışlara baxmayaraq, ümumi məsələlərdə biz hamımız birləşməliyik. Çünki ölkənin, millətin maraqları, dəyərləri bütün siyasi proseslərdən üstün olmalıdır, xüsusilə xaricdə.

Məsələn, mən təəssüf edirəm ki, bəzi siyasi dairələrin nümayəndələri xaricdə olarkən Azərbaycan haqqında həqiqətdən çox uzaq olan mənfi informasiyalar yaymaqla ölkəmizin imicinə xələl vururlar. Biz öz daxili məsələlərimizi Azərbaycanda həll etməliyik. Azərbaycanda siyasi mübarizə də aparılmalıdır və aparılır, bəzi hallarda çox kobud formada olur. Yəqin ki, zaman keçdikcə bu, həll olunacaq və Azərbaycanda siyasi proseslər mədəni müstəviyə keçəcəkdir. Ancaq biz xaricdə buna heç cür imkan verə bilmərik ki, siyasi, yaxud ictimai əsaslara görə ölkənin maraqlarına xeyir gətirməyən fikir ayrılığı, məqamlar olsun.

Mən şübhə etmirəm, hamımız bu fikirlə şərikik ki, xaricdə Azərbaycanın məsələsi, Azərbaycan mövzusu daim çox qabarıq şəkildə özünü göstərməlidir. Biz bu təbliğatda, bu işlərdə çox fəal olmalıyıq. Gözləməməliyik ki, kimsə bizə hücum edəcək, biz də onun cavabını verəcəyik. Biz özümüz hücum etməliyik. Bizim silahımız sözümüzdür. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimə qarşı etnik təmizləmə siyasəti aparmamışıq. Heç kimin torpağında gözümüz yoxdur. Biz bu münaqişədə zərər çəkən tərəfik. Bizim silahımız hələlik sözdür, istəyirik ki, bu silahdan maksimum dərəcədə istifadə edək. Görsək ki, artıq bu, işləmir, sülh, barışıq yolu, danışıqlar yolu səmərə vermir, o zaman təbii ki, siyasətə yenidən baxılacaqdır.

Ancaq bilirsiniz, bu məsələlər bir-biri ilə çox bağlıdır. Azərbaycanın sabitliyi, ölkədə gedən iqtisadi islahatlar, bizim bölgədəki nüfuzumuz, rolumuz, Azərbaycanla bağlı olan nəhəng enerji layihələri, Amerika ilə strateji tərəfdaşlıq münasibətlərimiz, Azərbaycanın Avratlantik məkanına inteqrasiya meyilləri və səyləri - bütün bunlar Azərbaycanın gələcəyini müəyyən edən amillərdir. Azərbaycan diasporunun bütün bu işlərdə çox fəal rolu olmalıdır. Yəni buna böyük ehtiyac var. Çünki bir də deyirəm ki, siz bu ölkənin vətəndaşlarısınız, vətəndaş kimi bütün hüquqlara maliksiniz. Sizin dediyiniz soz, hansısa məsələyə sizin baxışınız bu ölkənin rəsmiləri üçün bəlkə də daha çox önəm daşıyır, nəinki Azərbaycandan gələn hansısa rəsmi bir bəyanat və yaxud da başqa məlumat.

X X X

Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Amerika-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə, Dünya Azərbaycanlıları Konqresinin Amerika təmsilçisi Rza Seleşur, ABŞ-da fəaliyyət göstərən “GünAz” TV-nin rəhbəri Əhməd Obalı, Amerika Azərbaycanlıları Cəmiyyətinin üzvü Leyla Rzaquliyeva görüşdə çıxış edərək fikir və mülahizələrini bölüşdülər. Onlar Azərbaycan Prezidentinin Vaşinqtona səfəri çərçivəsində keçirilən bu görüşü yüksək qiymətləndirdilər, diasporun problemlərindən və gələcək planlarından danışdılar, Prezidentin dediyi fikirlərin onlar üçün əsas fəaliyyət proqramı olacağını bildirdilər.

TOMRİS AZƏRİ: Amerika Azərbaycanlıları Cəmiyyəti kimi Sizə dayaq olacağımıza, Azərbaycanın adını burada yüksəltmək üçün əlimizdən gələn işləri görəcəyimizə söz veririk.

CEYHUN MOLLAZADƏ: Cənab Prezident, biz əminik ki, bu səfəriniz Amerika-Azərbaycan münasibətlərinə yeni bir təkan verəcək, bu əlaqələr yeni, önəmli bir mərhələyə çıxacaqdır. Biz, burada yaşayan azərbaycanlılar Sizi salamlayırıq. Bakıda keçirilmiş qurultayda da iştirak etmişik. O qurultay bizi çox ruhlandırıb və hesab edirik ki, həm bu görüş, həm də qurultay bizim burada apardığımız fəaliyyəti daha da artırmağa sövq edəcəkdir.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev soydaşlarımızın arzu və istəklərini dinlədi, müstəqil Azərbaycan naminə fəaliyyətlərində onlara uğurlar arzuladı və müvafiq tövsiyələrini verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri