Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq, müsəlman ölkəsində demokratik respublika yaranırdı və Azərbaycan xalqı müstəqil həyata qovuşurdu. Ancaq bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və iki ildən sonra Cümhuriyyət süqut etdi. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini çox yüksək qiymətləndirir. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətin işdir. Müasir Azərbaycan tarixi də onu 1990-cı illərin əvvəllərində bir daha göstərdi.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra bütün başqa müttəfiq respublikalarla bərabər, Azərbaycan da dövlət müstəqilliyi əldə etdi. Ancaq hamımız yaxşı xatırlayırıq ki, o illər Azərbaycan üçün nə qədər çətin illər olmuşdur. Faktiki olaraq, müstəqilliyimiz əldə edildikdən sonra Azərbaycanın bir dövlət kimi müqəddəratı, yaşaması artıq böyük təhlükə qarşısında idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül, siyasi, hərbi, iqtisadi böhran, vətəndaş qarşıdurması, Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun acı nəticələri, bütövlükdə, ölkədə gedən mənfi proseslər bizim müstəqilliyimizi çox böyük təhlükə qarşısında qoymuşdu. Azərbaycanın müstəqil ölkə kimi gələcəyi böyük sual altında idi.

Azərbaycan xalqı 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutaraq, onu Azərbaycana rəhbərliyə dəvət edərək, ölkəni bu bəladan qurtardı. Azərbaycanın 1993-cü ildən bu günə qədərki tarixi onu göstərir ki, ölkəmiz hərtərəfli inkişaf edir, sürətlə inkişaf edir. Düzdür, 1993-cü ildə ölkəmizin düşdüyü o ağır vəziyyət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərirdi. O tənəzzülün nəticələrini aradan qaldırmaq, sabitliyə nail olmaq, əlbəttə ki, böyük siyasi təcrübə, bacarıq, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, onun siyasi müdrikliyi, dünyadakı nüfuzu, cəsarəti və təcrübəsi, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə öz dəstəyini verməsi bu gün Azərbaycanı nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çeviribdir.

1993-cü ildəki vəziyyətə nəzər salaq və bugünkü Azərbaycanın inkişafına nəzər salaq. Təkcə biz yox, bizimlə bərabər fəaliyyət göstərən, Azərbaycana vaxtaşırı səfərlər edən bütün dövlət, hökumət başçıları, yüksək qonaqlar da bunu görür və yüksək qiymətləndirirlər. Bu gün Azərbaycanın qarşısında çox gözəl üfüqlər var, çox gözəl perspektivlər var. Ölkəmiz regionda öz mövqelərini möhkəmləndirir, ölkə daxilində hökm sürən sabitlik və vətəndaş birliyi, həmrəyliyi bizim uğurlarımızın əsas səbəblərindən biridir.

Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir. Çünki həyat yerində durmur, qarşımıza yeni vəzifələr, yeni çağırışlar çıxır. Bölgədəki vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın dünya birliyinə inteqrasiya siyasəti, qloballaşma meyilləri – bütün bunlar, əlbəttə, Azərbaycandan da yan keçmir. Azərbaycan bütün bu proseslərin nəinki iştirakçısı, hətta bəzi çox mühüm işlərin, layihələrin, dünyamiqyaslı tədbirlərin təşəbbüskarıdır və artıq aparıcı qüvvəyə çevrilir. Bütün bunlar öz-özünə baş verən hadisələr deyildir. Bütün bunları biz təmin edirik. Azərbaycan rəhbərliyinin siyasəti, xalqın bizim siyasətimizi dəstəkləməsi təbii ki, mövqelərimizi daha da gücləndirir. Ölkədə həm siyasi, həm də iqtisadi sahələrdə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, uğurlar müvəqqəti olacaqdır. Əgər ölkədə iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz. Çünki iqtisadi cəhətdən geridə qalmış ölkələrdə, - digər ölkələrin təcrübəsinə baxıb bunu bir daha deyə bilərik, – adətən, demokratikləşmə prosesləri çox ləng gedir. Eyni zamanda, əgər biz ancaq və ancaq iqtisadi məsələlərlə məşğul olsaq, iqtisadi artımın davamlılığına nail olsaq, ölkədə ictimai nəzarət isə zəif olsa, siyasi təsisatlar möhkəmlənməsə, onda iqtisadi uğurlarımız da müvəqqəti olacaqdır.

Biz dünyada gedən prosesləri izləyirik. Tarixi də yaxşı bilirik. İnkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və görürük ki, harada inkişaf var, harada problemlər çoxdur. Görürük ki, təbii sərvətlərlə zəngin olmaq heç də o demək deyil ki, ölkə böyük nailiyyətlərə nail olacaqdır. Yenə də deyirəm, əgər cəmiyyətdə demokratikləşmə prosesləri sürətlə aparılmasa, sözün əsil mənasında, vətəndaş cəmiyyəti yaradılmasa, qanunun aliliyi tam şəkildə bərqərar olunmasa, bizim gözəl iqtisadi perspektivlərimiz həyatda tam şəkildə reallaşmayacaqdır. Ona görə hesab edirəm, Azərbaycanın təcrübəsi onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik, siyasi islahatlar çox sürətlə aparılır. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi.

Noyabr ayında keçirilmiş seçkilərdə Azərbaycan xalqının iradəsi seçkilərin nəticələrində tam şəkildə öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş “exit-poll” da onu təsdiqlədi. Rəsmi nəticələr “exit-poll”un nəticələri ilə 90 faiz üst-üstə düşübdür. Bu, böyük göstəricidir. O yerlərdə ki, qanun pozuntuları olmuşdur, qanunu pozan şəxslərə qarşı ciddi tədbirlər görüldü, onlar cəzalandırıldılar. Eyni zamanda, bəzi dairələrdə seçkilərin nəticələri ləğv olundu və təkrar seçkilər keçirildi. Bildiyiniz kimi, bu ay keçirilmiş seçkilərdə mötəbər beynəlxalq qurumlar tərəfindən keçirilmiş “exit-poll”un nəticələri rəsmi nəticələrlə 100 faiz üst-üstə düşdü. Bu, bir daha onu göstərdi ki, Azərbaycanda ədalətli, şəffaf seçkilərin keçirilməsi mümkündür və Azərbaycan xalqının, iqtidarının bu istiqamətdə fəaliyyəti bu nəticəyə gətirib çıxarıbdır.

Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkədir. Bu, özünü təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda, insanlarımızın gündəlik həyatında da büruzə verir. Əlbəttə, ümumi daxili məhsulun artımının 40 faizə çatması dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, yanvar-aprel aylarında sənaye istehsalının artımının 50 faizə qalxması, əlbəttə, Azərbaycanın iqtisadi və sənaye inkişafına güclü təkan verən amildir.

Ölkəmizdə müxtəlif layihələr həyata keçirilir və qəbul edilmiş bütün proqramlar çox konkret xarakter daşıyır. Biz şüarlardan çox uzağıq. Mən hesab edirəm ki, hər bir proqramın konkret vəzifələri, icraçıları, nəzarət mexanizmi olmalıdır və maliyyə mənbələri də olmalıdır. Ona görə istər regionların sosial-iqtisadi inkişafı proqramı, istər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı, istərsə də Bakının yol infrastrukturunun inkişafına dair proqram – bütün bunlar icra olunur. Bunun nəticəsində ölkəmizdə son iki il yarım ərzində 380 min yeni iş yeri açılmışdır. Biz bilirik ki, bu, hələ işin başlanğıcıdır. Azərbaycanda bundan sonra da yüz minlərlə yeni iş yerlərinin açılması planlaşdırılıb ki, bu da öz növbəsində, həm işsizliyin aradan qaldırılmasına xidmət edəcək, eyni zamanda, yoxsulluq şəraitində yaşayanların sayını kəskin şəkildə aşağı salacaqdır.

Bildiyiniz kimi, keçən il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 20 faiz aşağı düşübdür. Bu, qısa müddət ərzində böyük nailiyyətdir. Ancaq əlbəttə ki, bu bizə imkan vermir ki, arxayınlaşaq, yaxud da bu məsələyə diqqətimizi azaldaq. Azərbaycanda bir nəfər də yoxsul adam, bir nəfər də işsiz adam olmamalıdır. Əlbəttə, işləmək istəyən gərək işlə təmin edilsin. Elələri var ki, işləmək istəmirlər, onlar hər bir ölkədə var.

Digər mühüm layihələr infrastruktur layihələridir. Çünki Azərbaycanın uzunmüddətli inkişafını gərək biz bu gün müəyyən edək. Sənayeləşmə prosesləri daha da sürətlə getməlidir. Qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Bunu etmək üçün, əlbəttə, enerji infrastrukturunun yaradılması zəruridir. İndi Azərbaycanın müxtəlif bölgələrində 6 yeni müasir elektrik stansiyası tikilir ki, bunların da ümumi istehsal gücü 1000 meqavata bərabərdir. Nəzərə alsaq ki, Azərbaycanda bütün dövrlər ərzində istifadəyə verilmiş gücün miqdarı təxminən 4000-4500 meqavatdır, görün, qısa müddət ərzində bu sahədə nə qədər böyük irəliləyiş var. Bu bizə imkan verəcək ki, Azərbaycanda sənayenin inkişafı daha da sürətlə getsin, enerji təhlükəsizliyi məsələlərini uğurla həll edək.

Bilirsiniz ki, indi dünyada həm iqtisadi, həm də siyasi baxımdan enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Azərbaycan öz işini görübdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış və uğurla icra edilən Azərbaycanın neft strategiyası bu gün öz bəhrələrini verməkdədir. Azərbaycan, ilk növbədə, öz tələbatını tam şəkildə ödəməlidir və ödəyəcəkdir. Eyni zamanda, dünya və Avropa bazarlarına Azərbaycan öz enerji daşıyıcılarını çatdırmaq əzmindədir. Bu istiqamətdə böyük işlər görülür. Biz bunu yaxşı bilirik.

Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri dünya miqyaslı layihələrdir. İndi dünyanın ən böyük enerji layihələridir və Azərbaycan bu layihələrin təşəbbüskarı, icraçısı və lideridir. Artıq bunu hamı bilir, dərk edir və Azərbaycanın bir regional ölkə kimi önəmi getdikcə artmaqdadır. Biz bunu gündəlik həyatda görürük. Bunu mən çoxsaylı rəsmi səfərlərdə görürəm, müxtəlif dövlət, hökumət başçılarının Azərbaycana səfərləri zamanı, ikitərəfli münasibətlərdə görürük. İndi Azərbaycana maraq çox böyük sürətlə artır və ölkəmizin mövqeyindən, baxışlarından artıq çox şey asılıdır. Bizimlə müxtəlif sahələrdə çox ciddi məsləhətləşmələr aparılır. Azərbaycanın mövqeyi bir neçə beynəlxalq təşkilatda həlledici olur. Biz də gərək bundan istifadə edək. Bizim vəzifəmiz Azərbaycan xalqının milli maraqlarını tam şəkildə təmin etmək, onları müdafiə etmək, Azərbaycanı risklərdən qorumaq, ölkəmizi müdafiə etmək, sabitliyi möhkəmləndirmək, regional təhlükəsizlik tədbirlərinə öz töhfəmizi vermək və beləliklə, ətrafımızda risklərin minimum səviyyəyə çatdırılmasına nail olmaqdır.

Çünki ölkədə gedən proseslər, sabitlik əlbəttə, bizim həyatımızı müəyyən edir. Amma biz adada yaşamırıq, biz qonşuluqda yaşayırıq. Ona görə qonşu dövlətlərlə səmərəli münasibətlər, qarşılıqlı etimad və hörmət əsasında qurulmuş münasibətlər bu gün öz müsbət nəticələrini verməkdədir. Artıq bunu hamı etiraf edir. Azərbaycanın mövqeyi və siyasəti müstəqildir. Biz öz siyasətimizi ancaq və ancaq Azərbaycan xalqının milli maraqları üzərində qururuq. Müstəqil siyasət aparmaq, əlbəttə, ölkənin həm daxilində, həm də xaricində mövqelərimizi möhkəmləndirir.

Mən bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm ki, müstəqillik yalnız dövlət atributları ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Mən heç bir başqa misal gətirmək istəmirəm. Biz bu misalları yaxşı bilirik. Ölkələr var ki, müəyyən səbəblərə görə, müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq ustə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyilləri daha da möhkəmləndirək. Bunu etmək üçün bütün imkanlar var. Azərbaycanın çox düşünülmüş və hərtərəfli iqtisadi inkişaf konsepsiyası var və bu gün icra edilir. Bizim xarici siyasətimiz birmənalıdır, heç bir xarici təsirə məruz qalmır və qala da bilməz. Ölkədə gedən demokratikləşmə prosesləri dünya tərəfindən, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Amma, ilk növbədə, bunu Azərbaycan xalqı yüksək qiymətləndirir.

Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq artıq dünya miqyasında bir nümunə kimi öyrənilir. Xüsusilə indiki şəraitdə eşidirik ki, sivilizasiyalar arasında dialoqdan çox geniş söhbət aparılır. Amma, əslində, biz görürük ki, milli və dini zəmində münaqişələr, yaxud da toqquşmalar daha da artır. Azərbaycanın təcrübəsi öyrənilməlidir və təsadüfi deyil ki, burada bir neçə beynəlxalq təşkilat bu məsələyə dair elmi-praktik konfranslar da keçirirlər. Yəni bu, bizim gündəlik həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Amma biz görürük ki, heç də hər yerdə belə deyildir. Bizim gücümüz birliyimizdədir. Ona görə həm iqtisadi, həm siyasi sahədə, həm də xarici siyasət sahəsində bizim işlərimiz düşünülmüş şəkildə aparılır. Plan şəklində bu siyasət öz uğurunu artıq sübut edibdir.

Böyük layihələr, ölkənin inkişafı, infrastruktur layihələri, iş yerlərinin açılması, yeni yolların tikilməsi - bu gün Azərbaycanda üç şəhərdə yeni aeroportlar tikilir və onların tikintisi bu yaxınlarda başa çatacaqdır. Çox möhkəm, müasir nəqliyyat infrastrukturu yaranır. Azərbaycan Avropa ilə Asiya arasında təbii körpüdür. Amma bu körpü o zaman möhkəm olacaq ki, biz bunun infrastrukturunu təmin edək. Ona görə bu sahəyə böyük diqqət göstərilir.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın xarici siyasəti daxili siyasətimizin davamıdır və milli maraqların qorunmasına xidmət edir. Bizim xarici dövlətlərlə çox səmərəli işgüzar münasibətlərimiz var. Son iki il ərzində Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətə rəsmi səfərləri xarici siyasətimizin nə qədər uğurlu olmasından xəbər verir. Azərbaycan həm əhali baxımından, həm də ərazi baxımından böyük ölkə deyildir. Beş aparıcı ölkəyə rəsmi səfərlərim həm Azərbaycanın mövqeyini nümayiş etdirir, həm də bizə imkan yaradır ki, dünyanın aparıcı ölkələri ilə çox səmərəli, hərtərəfli, qarşılıqlı maraq və hörmətə əsaslanan münasibətlərimizi daha da möhkəmləndirək.

Azərbaycanın, demək olar ki, heç bir ölkə ilə problemi yoxdur. Biz çalışırıq ki, bütün ölkələrlə, böyük dövlətlərlə, bizim tərəfdaşlarla yaxşı münasibətlər quraq və bunu möhkəmləndirək. Eyni zamanda, qonşu dövlətlərlə də münasibətlərimiz ən yüksək zirvədədir. Bir daha qeyd etmək istəyirəm ki, biz bu bölgədə yaşayırıq. Bölgə çox həssas bölgədir, təhlükəsizlik tədbirləri hələ möhkəmlənməlidir. Bölgədə müəyyən təhlükələr, təhdidlər var ki, biz bunlara öz münasibətimizi bildirməliyik və mövqeyimizi ortaya qoymalıyıq. Bəzi hallarda, - getdikcə bu halların sayı artır, - bizim mövqeyimiz qəbul ediləcək qərarlara da öz təsirini göstərə bilər. Əgər belə olarsa, bu, ancaq müsbət təsir olacaqdır. Bu təsir ancaq regionda gedən əməkdaşlığa, təhlükəsizlik tədbirlərinin güclənməsinə xidmət edəcəkdir.

Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında həll olunmamış münaqişə təkcə bizim üçün deyil, bütün region üçün əsas təhlükə mənbəyidir. Çünki biz regionda gedən əməkdaşlığa, neft-qaz kəmərlərinə, dəmir yolu nəqliyyatına dair olan layihələrə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə çox böyük səylər göstəririk. Həm Gürcüstanın, həm də Türkiyənin prezidentləri və baş nazirləri ilə bu barədə bu yaxınlarda söhbətlərim olubdur. Azərbaycan maliyyə öhdəliyini qoymağa bu gün hazırdır ki, biz bu işə başlayaq. Bütün bu müsbət imkanlar böyük təhlükə qarşısındadır. Çünki Ermənistanın Azərbaycana davam edən təcavüzü və təcavüzün nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın, köçkün vəziyyətində yaşaması bölgədə ən böyük təhlükədir. Bizim vətəndaşlar etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bildiyiniz kimi, etnik təmizləmə aktları dünyada ən çox tənqid edilən, qınanan məsələdir. Amma əfsuslar olsun ki, bu etnik təmizləmə siyasətinə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.

Bu yaxınlarda ermənilər Şuşanın “azad olunmasını” qeyd ediblər. Sual olunur, onlar Şuşanı kimdən “azad” ediblər? Kimdən, azərbaycanlılardan? Orada azərbaycanlılardan başqa heç kim yaşamırdı. Ermənilərin sayı cəmi 5-10 faiz idi.

Deməli, Ermənistan dövlət səviyyəsində etnik təmizləmə siyasətinin nəticələrini qeyd edir. Nə üçün mütərəqqi dünya buna göz yumur? Nə üçün demokratiyadan, insan haqlarından dəm vuran beynəlxalq təşkilatlar, dövlətlər, qeyri-hökumət təşkilatları, o cümlədən ölkə daxilindəki qüvvələr niyə öz səsini ucaltmırlar? Buna nə üçün göz yumurlar? Bu, bur daha onu göstərir ki, biz ancaq öz gücümüzə güvənməliyik.

Azərbaycanda son illər ərzində aparılan siyasət və bu siyasətin əsas özəyi ondan ibarətdir ki, biz bu gücü yaradırıq. Güclü iqtisadiyyat, güclü xarici siyasət, bölgədəki mövqelərimizin möhkəmlənməsi, neft-qaz layihələrinin icra olunması və enerji daşıyıcılarına malik dövlət kimi Azərbaycanın Avropa və dünya üçün önəmli ölkəyə çevrilməsi, ordu quruculuğunun aparılması - bütün bunlar bizim mövqelərimizi möhkəmləndirir.

Biz sülh danışıqlarında iştirak edirik. Bilirsiniz, mən bəyan etmişəm ki, biz sülh danışıqlarına o vaxta qədər sadiqik ki, imkan var münaqişə sülh yolu ilə həll olunsun. Amma biz nə vaxta qədər buna dözməliyik? Ermənistan tərəfi nə vaxta qədər öz qeyri-konstruktiv mövqeyi ilə bütün danışıqlarda əldə edilən müəyyən ilkin razılaşmalara kölgə salacaq? Ona görə ki, yəqin onlar bu məsələnin həllində maraqlı deyillər. Amma qoy yaxşı fikirləşsinlər. Qoy, bir az uzağa baxsınlar, görsünlər ki, indi Azərbaycanla Ermənistan arasında iqtisadi, hərbi - bütün başqa sahələrdə uçurum genişlənir. Bizim büdcəmiz artıq bu il 4 milyard 500 milyon dollara çatıbdır. Gələn il daha da artacaqdır və perspektivdə Azərbaycanla Ermənistan heç cür rəqabət apara bilməyəcəkdir. Bu, nəyə gətirib çıxaracaqdır. Azərbaycan xalqı nə vaxta qədər bu məsələyə dözəcək? Bizim səbrimizin həddi var. Mən bunu deyəndə heç kimi qorxutmaq istəmirəm. Yaxud da bəziləri deyirlər ki, hərbi ritorikadır.

Bizim torpağımız işğal altındadır və ona görə, təbii olaraq, biz tələb edirik, ilk növbədə, Ermənistandan tələb edirik ki, işğal olunmuş torpaqlardan öz xoşu ilə çıxsın. Qoy, azərbaycanlılar, 10 ildən artıqdır etnik təmizləmə siyasətindən əziyyət çəkən vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar. Bu, onların təbii hüququdur. Bu, humanitar hüquqdur. Bu, bizim torpağımızdır, Dağlıq Qarabağ bizim torpağımızdır və hamımız bilirik ki, ermənilər oraya nə vaxt gəliblər - XIX əsrin əvvəllərində. 1978-ci ildə oraya gəlmələrinin 150 illiyinin qeyd olunması ilə əlaqədar bir abidə də qoymuşdular. İndi o abidədən əsər-əlamət qalmayıb, vurub dağıdıblar. Bu, faktdır, onlar qonaq kimi gəlmişlər. Amma yaxşı, qonaq kimi gəliblər, orada yaşasınlar. Bizim oradakı yerli əhali ilə problemimiz yoxdur. Sadəcə olaraq, işğalçılar zəbt edilmiş bütün torpaqlardan qeyd-şərtsiz çıxmalıdırlar.

Mən inanıram və əminəm ki, biz buna nail olacağıq, bu məsələ öz həllini tapacaqdır. Azərbaycan möhkəmlənir, Azərbaycan güclənir. Biz bütün imkanlardan - siyasi, diplomatik, iqtisadi, nəqliyyat imkanlarından, lazım olarsa, hərbi imkanlardan da istifadə edəcəyik. Çünki bu, bizim hüququmuzdur. Heç kim istəməz ki, müharibə başlasın. Kim istəyər ki, yenə qan tökülsün, yenə insanlar həlak olsunlar? Amma digər tərəfdən, əgər danışıqlarda heç bir nəticə olmasa, nədir bizim seçimimiz? Bizim seçimimiz qalmır. Ona görə məsələ artıq çox ciddi xarakter alır.

Bir daha demək istəyirəm, Minsk qrupu həmsədrlərinin Azərbaycana son gəlişi və yüksək vəzifəli diplomatların gəlişi, aparılan danışıqlar ümid yaradır ki, biz bunu sülh yolu ilə həll edə bilərik. Nə qədər ki, bu imkanlar var, Azərbaycan onlardan istifadə edəcəkdir. Ancaq biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyik, heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına imkan verməyəcəyik!

Əziz dostlar, bu bayram günündə bir daha vurğulamaq istəyirəm ki, ölkəmizin, demək olar, əsas problemləri öz həllini tapmaqdadır. Əlbəttə, ölkənin ciddi problemləri var. İşsizlik, yoxsulluq, bəzi hallarda sosial ədalətsizlik, qanunların pozulması, məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq - bütün bunlar var. Biz bunları bilirik və mübarizə aparırıq. Çalışırıq ki, cəmiyyətimizi, insanları incidən bu məsələlər aradan qaldırılsın, insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı maaş, pensiya alsınlar.

Bilirsiniz ki, Azərbaycanda nə qədər xəstəxana, məktəb tikilir. Bütün bunlar xalq üçün edilir. Yenə də demək istəyirəm ki, bizi çox böyük imkanlar gözləyir, çox parlaq gələcək gözləyir. Neft kəmərinin işə düşməsindən sonra böyük həcmdə valyuta axını gözlənilir və bu, ilk növbədə, Azərbaycanın bütün sosial problemlərinin həllinə yönəldiləcəkdir.

Bir sözlə, ölkəmizin davamlı, uğurlu inkişafı artıq bir reallıqdır, bir həqiqətdir. Bizdən asılıdır ki, bütün bu gözəl imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edək, ölkəmizi möhkəmləndirək, zənginləşdirək, insanların həyat səviyyəsini yaxşılaşdıraq və Azərbaycanı qüdrətli regional dövlətə çevirək. Bu işdə hamımıza uğurlar arzulayıram.

Sizi bu gözəl bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev respublika ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri ilə görüşüb səmimi söhbət etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH